Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kalevala
"Kalevala" — 50 runa mahnısından ibarət karel-fin poetik eposu. Runa əksəriyyəti Kareliyada yazılan xalq epik mahnılarıdır, onalr "Kalevala"nın əsasını təşkil edirlər. Başlanğıc folklor materialının işlənməsini fin dilşünası və həkimi Elias Lönnrot (1802–1884) həyata keçirmişdir. Alim ayrı-ayrı xalq epik mahnılarını süjetlə əlaqələndirdi, bu mahnıların variantları arasında seçmə etdi, bəzi hissələrini düzəltdi. İşləmə Lönnrot tərəfindən iki dəfə həyata keçirildi, belə ki 1835-ci ildə "Kalevala"nın ilk nəşri işıq üzü gördü, 1849-cu ildə isə ikincisi nəşr olundu. == İstinadlar == == Ədəbiyyat == "Калевала" — памятник мировой культуры: Библиографический указатель. / Сост. Н. Прушинская. Вс. ст.
Kalavan
Əmirxeyir (1991-ci ildən Kalavan) — Qaraqoyunlu mahalında kənd. İndiki adı Kalavan.İrəvan xanlığının Göycə mahalında kənd adı == Haqqında == Əmirxeyir (1991-ci ildən Kalavan) Ermənistan SSR-in Krasnoselsk (Mixaylovka – Çəmbərək) rayonunda, rayon mərkəzindən 33 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Bəriabad kəndi ilə birləşdirilmişdir. 1873-cü ildə 161, 1926-cı ildə 216, 1931-ci ildə 250, 1959-cu ildə 342, 1970-ci ildə 712 nəfər azərbaycanlı əhalisi olmuşdur. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı qovulmuşlar. == Əhalisi == 1988-ci ildə ancaq kənddə yaşayanları nəzərə alsaq, cəmi 300 ailədən ibarət olan Salah və Əmirxeyir kəndlərində doğulmuş olan 11 elmlər doktoru, 29 elmlər namizədi var idi. Bu rəqəm hər 7–8 ailəyə bir alim düşdüyünü göstərir. Bu, çox yerlərdə rast gəlinməyən, kifayət qədər yüksək göstərici idi. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. == Toponimi == Kəndin adı Əmir şəxs adından və türk dillərində kair "vadinin suvarılan hissəsi" sözlərindən ibarətdir.
Kaluqa
Kaluqa - müasir Rusiyada şəhər, eyniadlı vilayət mərkəzi. Kaluqa Oka çayının dik sahilində salınmışdır. Kaluqa sözünü müəyyən mənada qala mənasını verən kaluqa "qala qapısı" mənası ilə bağlayırlar. Kaluqa sözü türk-monqol mənşəlidir; xalqa~kalqa~kalqan~kaluqan~kaluqa "darvaza, alaqapı", "giriş-çıxış qapısı" (zastava) deməkdir. Görünür, bu yerdə keçmişdə tatar zastavası "giriş-çıxış qapısı" yerləşirdi Bununla yanaşı kalqa, kaluqa əski türkcə vəliəhd, monqol-tatarlarda titul, şahın (xanın) böyük oğluna verilən "kalqa" titulu ilə bağlı da ola bilməsi ehtimalını da nəzərə almaq lazımdır. Məşhur türk əsilli soylardan olan rus familiyası Kaluginlər zadəgan nəsli bu torpaqla bağlı ailə olmuşdur. Hələ inqilaba qədər bu ailənin Kaluqada mülk torpaqları var idi. Hazırda Kaluqa Rusiyanın ən iri müasir sənaye mərkəzidir. == Tarixi == IX əsrə aid (859-cu il) sənədlərdən xəzərlərin burada hakim olduqları məlumdur. 1117-ci ildə isə Vladimir Monomaxın Kaluqaya hərbi yürüşü göstərilir.
Kalva
Kalva — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Kalva Ağsu rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Niyaldağ silsiləsinin ətəyindədir. Qədim türk kökənli kəndidir. Kəndin adı türkcəmizdəki "kalafa" sözündəndir ki, ("kalafa" sözündəki "kala" dilimizdəki "çala" sözüdür) bu da "çala, çökək, dərə yer" anlamındadır. Qədim Kalva dərəyaxasında yerləşdiyinə görə kəndə bu ad verilib. Kəndin adı haqqında bir çox rəvayətlər mövcuddur. Ümumiyyətlə, kəndə qıraqdan baxanda onun coğrafi mövqeyinə görə çalada, çökəkdə yerləşdiyi aydınca görünür. == Tarixi == Bəzi məlumatlara görə Kalvanın ən azı 8–10 əsrlik tarixi var. Belə ki, əvvəllər Şamaxı rayonunun tərkibində olmuş Kalva kəndində hələ xanlıqlar, bəyliklər dövründə yaşayış olub.
Kaluqa (balıq)
Kaluqa (lat. Huso dauricus) — Nərələr fəsiləsindən balıq, Ağ balıqlar cinsinə aid baliq növü. Amur çayı hövzəsində 55° ş.e və 34° ş.e arasında yerləşən bölgədə yaşayır. Onlsra hətta 50 metr suyun dərinliyində belə rastlamaq mümkündür. Maksimal qeydə alınmış uzunluğu 560 sm təşkil etmişdir. Olduqca əhəmiyyəli balıq növüdür. Sənaye əhəmiyyətlidir. == Təsviri == Uzunluqları 5,6 metr təşkil edir (6 metrlik keçmişdə olması ehtimal edilir), çəkisi 1 tondur. Ağzı ayparavari formaya malikdir. Birinci bel üzgəci olduqca iri olur.
Kaluqa vilayəti
Kaluqa vilayəti (rus. Калужская область) — Rusiya Federasiyasının subyektlərindən biri. Kaluqa ərazisi Rusiyanın Avropa hissəsinin mərkəzində yerləşdirilmişdir. XIV əsrdə Kaluqa torpaqlarının hissəsi Moskva hakimiyyəti altında idi. 1796-dan 1929-cu ilə qədər Kaluqa quberniyası Rusiya İmperiyası və RSFSR tərkibində sərbəst inzibati ərazi vahidi idi. Kaluqa ərazisi 1944-cü ildə yaradılmışdır. Moskvayla həmsərhəddir, Moskva, Tula, Bryansk, Smolensk, Orlov əraziləri. Sahə — 29 777 км². Əhali — alınların 1 010 486 [1-i]. (2015), əhali sıxlığı 33,94 Adam./км² (2015), şəhər əhalisinin xüsusi çəkisi: 76,2 [5] 2014).
Kalvan (Urmiya)
Kalvan (fars. كلوان‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 43 nəfər yaşayır (11 ailə).
Kalva bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Malval-an-Verkor
Malval-an-Verkor (fr. Malleval-en-Vercors) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38216. Kommunanın 2012-ci il üçün əhalisi 50 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 85 km cənub-şərqdə, Qrenobldan 24 km qərbdə yerləşir.