Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Karakal
Jozef Kruskal
Josef Bernard Kruskal (29 yanvar 1928, Nyu-York, Nyu-York ştatı – 19 sentyabr 2010) amerikalı riyaziyyatçı, statistika mütəxəssisi, kompüter üzrə alim və psixometrik. O, Çikaqo Universitetində və Prinston Universitetində təhsil almış. 1954-cü ildə Prinston Universitetində formal olaraq Albert V.Tuker və Roger Lindonun rəhbərliyi altında, de fakto olaraq Paul Erdosun rəhbərliyi altında "Fəlsəfə doktoru" (Ph.D) dərəcəsi almışdır. Kruskal well-quasi-orderings və çoxölçülü miqyas üzərində işləyib. O, Amerika Statistika Assosiasiyasının Dostu, Psixometriya Cəmiyyətinin sabiq prezidenti və Şimali Amerika Klasifikasiya Cəmiyyətinin sabiq prezidenti olub. == Elmi töhfələri == Statistika sahəsində Kruskalın ən önəmli fəaliyyəti çoxölçülü miqyaslamanın formullaşdırılmasına verdiyi töhfələrdir. == Həyatı == Kruskal Nyuyork şəhərində anadan olub. Anası Lillian Roz Vorhauz Kruskal televiziyanın yarandığı ilk vaxtlarda tanınmış Oriqami himayədarı olmuşdur.
Kursaal sarayı
Kursaal sarayı və ya Kursaal Konqres və Tamaşaçı zalı Mərkəzi (isp. Palacio de Congresos y Auditorio Kursaal) - İspaniyanın San Sebastian şəhərində yerləşən tamaşaçı zalı. == Haqqında == Kursaal sarayı əsasən auditoriya, iclas salonu, sərgi məkanı, konqres mərkəzi kimi istifadə olunur. Zurriola çimərliyinin yanında yerləşir İspaniyalı memar Rafael Monoe tərəfindən dizayn edilən saray 1999-cu ildə tikilmişdir. Bu işinə görə Rafael Monoe Pritsker mükafatı ilə təltif edilmişdir. 1800 nəfəri qəbul edə bilən bina 1953-cü ildən keçirilən İspaniyanın ən böyük film festivalı olan San Sebastian Film Festivalına ev sahibliyi edir.
Əhmədu Kuruma
Əhmədu Kuruma (fr. Ahmadou Kourouma; 24 noyabr 1927[…] – 11 dekabr 2003[…]) — İvuar yazıçısı. Əsərlərini fransız dilində qələmə alıb. == Həyatı == Əhmədu Kuruma 24 noyabr 1927-ci ildə anadan olmuşdu. Orta təhsilini Malidə, Bamako şəhərində almışdı. Əsgəri xidmətini Hind-Çində, Fransız ordusunda çəkmişdi (1950–1954). Ali təhsilini Lionda maaliyyə institutunda almışdı. 1960-cı ildə Kot-d'İvuar müstəqilliyini qazanandan sonra vətəninə dönmüşdü. Sonra rejimin prezidenti ilə münaqişəyə girmişdi. Ölkəni tərk edərək Əlcəzairdə (1964–1969), Kamerunda (1974–1984), Toqoda (1984–1994) yaşamışdı.
Ahmet Kural
Ahmet Kural (10 noyabr 1982, Kütahya) — Türkiyə aktyoru. == Həyatı == Ahmet Kural 10 noyabr 1982-ci ildə doğulmuşdur.
Kurul kətili
Kurul kətili (lat. Sella curulis) — söykənəcəyi olmayan, qaydalara görə tuncdan və fil sümüyündən hazırlanmış "X" şəkilli ayaqları olan, xüsusi bir oturacaq. Qədim Romada kurul kətilinə malik hüququ ancaq konsullara, ali magitratlara (kurullu magistrat — lat. magistratus curulis sözü buradan meydana gəlmişdir.) aid olmuşdur. Beləliklə kurul kətilinə konsullar, senzorlar, pretorlar və ordinar magistratlardan olan kurullu edillər, həmçinin fövqəladə magistratlar malik ola bilərdilər. Qaydalara görə kurul kətili magistratın başlıca dpvlət simvolu olduğu üçün hər zaman onun ardınca daşınmalı idi. Qay Yuli Sezar ilk olaraq qızıldan hazırlanmış kuril kətilinə malik olmuşdur.
Əhməd Kural
Ahmet Kural (10 noyabr 1982, Kütahya) — Türkiyə aktyoru. == Həyatı == Ahmet Kural 10 noyabr 1982-ci ildə doğulmuşdur.