Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
KrAZ
KrAZ (uk: Кременчуцький автомобільний завод; Rom: Kremençutski avtomobilni zavod; Az: "Kremençuk Avtomobil Zavodu") (АвтоКрАЗ AvtoKrAZ) Ukraynada yerləşən yük maşını istehsalçısıdır. Müəssisə 31 avqust 1945-ci ildə SSRİ dövründə yaradılmış və xüsusilə ağır yükdaşıyan yolsuzluq avtomobilləri və xüsusi avtomobillər istehsalı sahəsində ixtisaslaşmışdır.
KrAZ-255B
KrAZ-255B (rus.
KrAZ-5401
KrAZ-5401 kabovarlı yük maşını Ukraynadakı KrAZ zavodunda istehsal olunur. İlk dəfə 2013-cü ildə təqdim edilmişdir. KrAZ-5401 312 at gücünə malik YaMZ-536 mühərriki, MFZ-430 muftası və 9JS119TA mexaniki transmissiya ilə təchiz edilmişdir.
.қаз
.қаз (punycode: .xn--80ao21a; Қазақстан Республикасы) — Qazaxıstan Respublikası üçün yuxarı səviyyəli milli domenidir. Kiril əlifbasında olan üçüncü domendir (birinci .рф, ikinci .срб). .рф və .срб domenlərin əsas fərqi hərfin qazax əlifbasında olmasıdır. == Tarix == 2012-ci ilin martında Qazaxıstan .қаз yuxarı səviyyəli milli kiril domenini fəaliyyətə buraxdı. Fəaliyyətin yoxlaması üçün test saytı ТЕСТ.ҚАЗ yaradılmışdır. == Domenin fəaliyyətə verilməsı == Qeydiyyat bir neçə mərhələdə oldu. Birinci mərhələ (2012-ci il aprelin 1-dən 30-dək) — hökumət orqanları və dövlət təşkilatları, qeydiyyat şöbəsinin texniki ehtiyacları üçün domen qeydiyyatı. İkinci mərhələ (1 may-30 iyul 2012-ci il tarixləri arasında) — 31 dekabr 2011-ci ilə qədər Qazaxıstan Respublikası qanunvericiliyə uyğun olaraq qeyd edilmiş ticarət markalarının və firma adlarının sahibləri üçün domen adlarının prioritetli qeydiyyatıdır. Üçüncü mərhələ (2012-ci ilin 15 avqustundan) — domen adlarının qeydiyyatı azad şəkildə aparıldı. .қаз domen zonasında domen adlarının qeydə alınması təyin edilmiş registratorlar vasitəsilə olar.
Ato, Kaz və Nik
Ato, Kaz və Nik və ya Sferiklər – 2002-ci ildə Yaponiya və Cənubi Koreyada baş tutmuş futbol üzrə dünya çempionatının rəsmi talismanları. == Tarix == Ato, Kaz və Nik kompüter animasiyası ilə yaradılmış ilk talismanlar idi və onların dünya çempionatına futuristik hava qatmaları gözlənilirdi. Əvvəlki dünya çempionatlarının sevimli talismanlarından fərqli olaraq onlar daha "qorxunc" görkəmə malik idilər. Hətta FİFA balaca uşaqların onlardan qorxa biləcəyini etiraf etmişdir. Talismanlar 1999-cu ilin dekabrında tanıdılsalar da, adları 2001-ci ilin aprelində Seulda açıqlanmışdır. Adlar üçün Yaponiya və Cənubi Koreyadakı internet istifadəçiləri, eləcə də, McDonald's müştəriləri arasında sorğu keçirilmiş və sorğuda 980 mindən çox səs qeydə alınmışdır. == Təsvir == Ato, Kaz və Nik, müvafiq olaraq, narıncı, bənövşəyi və göy rəngdə olan personajlardır. Onlar Sferiklər adlı xəyali ailənin tikanbaşlı üzvləridir. Göyün yuxarı qatında yerləşən Atmozona adlı yerdə yaşayırlar və atmobol adlı futbol növünü oynayırlar. Ato məşqçidir, Kaz və Nik isə onun oyunçularıdır.
Klas-klas
Klas — Təkbaşına və ya bir neçə oyunçu ilə oynanılabilən uşaq oyunudur. Oyunçular müxtəlif variantlarda oynadıqları bu oyunda, yerə çəkilmiş rəqəmli xanalara hər hansı obyekti və obyekti almaq üçün çəkilmiş xanalarda tək ayaqla atlanır. Xanalara atılan obyekt əsasən yastı daşdan ibarət olur. Oyunun bir çox variantı olsa da əsas qaydası, atlanarkən xanaları bir-birindən ayıran xətləri tapdalamadan irəliləmək və obyketi təyin olunmuş rəqəmli xanaya düzgün atmaqdan ibarətdir.
Araz
Araz — Türkiyə, İran, Azərbaycan və Ermənistan əraziləri və sərhədləri ilə axan çaydır. Çay öz mənbəyini Türkiyə ərazisindəki (Cadılar yurdu Nəzrin Bingöl massivi) Ərzurum dağlarından götürür. Azərbaycan Respublikası və İran ərazilərindən keçərək, Azərbaycanın Sabirabad şəhəri yaxınlığında Suqovuşan adlanan ərazisində Kür çayı ilə birləşib Xəzər dənizinə tökülür. Bu çay iki Azərbaycanı — Cənubi Azərbaycan ilə Şimali — Azərbaycan Respublikasını bir-birindən ayıran çay olaraq, hər iki tərəfin mədəniyyətində əks olunur. == Toponimi == Araz çayının adı ilk dəfə Hekatey (er.əv. VI əsr) Herodot (er.əv.V əsr) tərəfindən çəkilmişdir. Araz adının mənbələlərdə ilk dəfə bu əsrlərdə qeyd olunması heçdə onun həmin əsrlərdə yaranması demək deyildir. Sadəcə olaraq bu barədə tarixi mənbə yoxdur. Er.əv.VIII əsrə aid Urartu dilində aid mənbədə (Urartu çarı I Arkiştinin-er.əv..785-753-cü illər arasında yazdırdığı kitabədə) Araz çayı Muna adlandırılır. Məhz bu çar ilk dəfə Muna çayını keçərək indiki Ermənistan ərazisinə hərbi səfər etmişdir.Tədqiqatçılar Muna adının mənasını aça bilməmişlər.
Avaz
TRT Avaz — Avaz — Tovuz rayonu ərazisində dağ.
Ayaz
Ayaz — kişi adı və təxəllüs.
Evaz
Evaz-İranın Fars ostanının Laristan şəhristanının Evaz bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14,315 nəfər və 3,297 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Əçomi xalqından ibarətdir, Açomi dilində danışırlar və şafi sünni müsəlmandırlar.
Kamaz
Kamaz (rus. КамАЗ (Камский автомобильный завод - Kama Avtomobil Zavodu)) — Rusiya və MDB məkanında böyük yük götürmə qabiliyyətinə malik yük avtomobili, minik maşını, traktor, dizel mühərriki və onun hissələrinın istehsalı üzrə ixtisaslaşmış zavod kompleksi. Tatarıstanın Çelnı şəhəri ətrafında yerləşir. Dünyada 10 ən böyük yük avtomobili istehsal edən müəssisədən biridir. Dizel mühərriklərinin istehsalına görə isə dünyada 8-ci yerdədir. Kamaz SSRİ vaxtında yaranmış ilk zavod kompleksidir. 23 avqust 1990-cı ildə ölkəni təmsil edən yeganə sənaye avtomobili seçilmişdir. 2006-cı ildə "Kamaz-master" komandası beynəlxalq avtorallidə qalib gəldi. Almaniyada Kamaza məxsus böyük beynəlxalq avtomombil salonu fəaliyyət göstərir. == Tarixi == 1960-cı illərdə SSRİ-də sənaye avtomobilləri çatışmırdı.Təcili olaraq avtomobil zavodu kompleksi yaratmaq və burada 8-20 ton arası qədər avtomobil istehsal etmək lazım idi.
Klad
Klad — əcdadın və nəslin davamçılarının təşkil etdiyi qrupdur. == Xarici keçidlər == Evolving Thoughts: Clade DM Hillis, D Zwickl & R Gutell. "Tree of life". An unrooted cladogram depicting around 3000 species.
Knyaz
Knyaz (rus. князь) — qədimdə slavyanlarda monarx titulu. Daha sonralar feodal monarx dövlətinin başçısı. Knyaz titulu qərbi avropada geniş yayılmış olan hersoq, qraf, fürst kimi titullarla eyni məna daşıyır. Qədim germanların dilində knyaz — kuningaz (kral) anlamını verir. Bəzi mənbələrdə knyaz IX əsrdə slavyanlaşdırılmış qədim germanların, anqlo-saksonların və skandinavların könig sözü sayılır. Qadınlar isə "knyagina" titulu daşıyıblar. Knyaz titulu müxtəif dövrlərdə müxtəif mənalar kəsb etmişdir. Erkən olaraq slavyanlarda zadəgan, əsli-nəcabətli insanlara verilən bu titul get-gedə dərəcəsini artıraraq hökmdar rütbəsini əvəz etmişdir. Daha sonralar Böyük knyaz — orta əsrlərdə Rusiyada ən yüksək titul sayılırdı və yalnız çarlara verilirdi.
Kolaz
Kolaz — Azərbaycanda əsasən bir sahildən digərinə insan, yük, heyvan və s. keçirmək məqsədilə işlədilən qədim su nəqliyyatı vasitəsi. Azərbaycanda eni 70-80 sm, hündürlüyü 26-30 sm-ə çatan, yonma üsulu ilə hazırlanmış, ən böyüyünün uzunluğu 7–8 m, ən kiçiyininki isə 3-4 metr olan qayıqlardan daha çox istifadə olunurdu. Təknəvari quruluşa malik olan belə qayıqlar Azərbaycanda kolaz adlanırdı. Kolaz bir çox xalqların dillərində də qayıq mənasında işlədilmişdir. XIX əsrin altmışıncı illərindən başlayaraq kolazın daha da təkmilləşdirilmiş formasından istifadə edilmişdir. Əvvəlkindən fərqli olaraq yeni kolaz qurama üsulu ilə hazırlanırdı. Belə kolazın oturacağı düz olduğundan ona bəzən "düz dibli kolaz" da deyilirdi. Kolazı hazırlamaq üçün əvvəlcə ağacdan qabırğa adlanan hissələr düzəldilir, həmin qabırğalara oturacaq və yan taxtaları vurulurdu. Kolazın iriliyindən asılı olaraq qabırğaların sayı 6-dan 14-ə qədər olurdu.
Krak
Krak — futbol topu Fərqli görünüşə və dizayna malik olan bu top ilk dəfə 1962-ci ildə Çili - İsveçrə oyununda sınaqdan keçirilib. Ancaq onun bir qədər sərtliyi FİFA-nı yenidən dəyişiklik etmək məcburiyyətində qoydu.
Əzaz
Əzaz (ərəb. أعزاز‎ — Ə'zaz) — Suriyanın Hələb mühafəzəsində şəhər. Eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzidir. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 4.945 ailədə 16.678 nəfəri kişi və 14.945 nəfəri qadın olmaqla 31.623 nəfərdir. == İstinadlar == == Xarici keçidlər == Əzaz şəhəri SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində (1953–cü il). Miqyas 1 sm–də 1 km (1: 100 000) (rus.) Əzaz şəhəri SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində.
Kaan Ayar
Kaat Dumarey
Kaat Dumarey (d. 8 sentyabr 1999) — Belçikanı təmsil edən akrobatika gimnastı. Dumarey 2015-ci ildə Belçikanı I Avropa Oyunlarında təmsil etdi və yarışların üç qızıl medalını qazandı. O, həm də 2014-cü ildə Dünya Çempionatının bürünc medalını qazanıb. == Karyerası == Kaat Dumarey 2015-ci ildə Belçika bayrağı altında Azərbaycanın Bakı şəhərində I Avropa Oyunlarına qatıldı. O, çoxnövçülük, balans və temp hərəkətlərində komanda yoldaşları Julie van Qelder və İneke van Şoor ilə birgə üç qızıl medal qazandı.
KamAZ-4308
KamAZ-4308 — orta tonnajlı yük avtomobilidir, 2007-ci ildən daş Avtomobil Zavodu (Kamaz) tərəfindən istehsal olunur.
KamAZ-4310
KamAZ-4310 — daş avtomobil zavodunun yüksək keçiricilik qabiliyyəti olan sovet və Rusiya iritonnajlı yük avtomobili, əsas model. Bu maşınların böyük bir hissəsi Sovet Ordusu üçün istehsal olunurdu. İlk partiya 1981-ci ilin yanvar ayında Sov.İKP-nin XXVI qurultayına əmək hədiyyəsi kimi buraxılıb. Ümumi istehsal 273.901 bu model avtomobil.
KamAZ-43114
KamAZ-43114 — 1996-cı ildən 2012-ci ilə qədər Kama Avtomobil Zavodu (Kamaz) tərəfindən istehsal olunan yüksək keçiricilik qabiliyyəti olan,üç oxlu və iri tonnajlı yük avtomobilidir. Yük avtomobilinin 43114 nömrəli şassisi Silahlı Qüvvələrdə, neft-qaz çıxarma sənayesində, o cümlədən, müxtəlif əlavələrin (avto-tankların, vaqonların, avtodaşıyıcıların, yükdaşımaların və s.) quraşdırılması üçün geniş tətbiq olunur. Kabin–həm yataq yeri, həm də yataq yeri olmadan modifikasiyadan asılı olaraq, mühərrikin üstündə yerləşən yüksək, üç nəfərlik kabinadır.
KamAZ-43118
KamAZ-43118 — 1995-ci ildən daş Avtomobil Zavodu (Kamaz) tərəfindən istehsal olunan yüksək keçiricilik qabiliyyəti olan Rusiyanın iri tonnajlı yük avtomobilidir. 2011–2016-cı illərdə avtomobil KamAZ-65115-dan (bu müddət ərzində istehsal olunmuş 39.083 ədəd 49.544-ə qarşı) sonra zavodda populyarlığı baxımından ikinci model olub, 2017-ci ildə isə Rusiya ərazisində (5,9 min ədəd) ən çox satılan yük maşınına çevrilib. Cəmi 31 dekabr 2021-ci ilə qədər bu modelin 101 813 avtomobili buraxılıb.
KamAZ-43253
Kamaz-43253 — daş Avtomobil Zavodu (Kamaz) tərəfindən istehsal olunan iki oxlu bort orta tonnajlı yük maşını. Orijinal Kamaz yenilənmiş versiyası 4325. Əsas KamAZ-5325-dən az olan standart tiporazmerə bənzər bir KamAZ-5320 malikdir. Eyni TİPORAZMERİN GKB-8350 qoşqusu ilə avtoyarmada işləmək üçün nəzərdə tutulmuşdur.
KamAZ-43255
KamAZ-43255 — 2007-ci ildən etibarən bort KamAZ-43253 əsasında daş Avtomobil Zavodu (Kamaz) tərəfindən buraxılan iki oxlu yük maşını.
KamAZ-4326
Kamaz-4326 — daş Avtomobil Zavodu (Kamaz) tərəfindən istehsal olunan yüksək keçiricilik qabiliyyəti olan Rusiya orta tonnajlı yük avtomobilidir.
Kameron Diaz
Kameron Mişel Diaz — (ing. Cameron Michelle Diaz; d. 30 avqust 1972, San-Diyeqo, Kaliforniya, ABŞ) - amerikalı kinoaktrisa və model. Diaz həmçinin "Şrek" animasiya filminin seriyalarında "Şahzadə Fiona" rolunu səsləndirməklə tanınır. 1994-cü ildə çəkilmiş "Maska" filmində oynadığı rol onun ekranlarda ilk çıxışı idi. == Həyatı == Kaliforniyada anadan olan Kameronun anası Emilio Diaz (1949-2008) burada idxal-ixrac agenti işləyir, atası isə "UNOCAL" neft şirkətinin işçisi kimi fəaliyyət göstərirdi. Diazın atası Kuba-Amerika əsilli idi və əsli İspaniya kubalılarından gəlmə idi (bəzi mənbələrdə isə atasının meksikalı olduğu qeyd olunur). Anası isə yarıingilis, yarıalman idi. Kameron və böyük bacısı sakit qızlar deyildilər. Onlar ağır musiqiyə qulaq asır, bütün vaxtlarını yerli oğlanlarla keçirir, cinsinə və yaş fərqinə baxmadan xətirlərinə dəyənin cavabını verməkdən çəkinmirdilər.
Kampimodromus keae
Kampimodromus keae (lat. Kampimodromus keae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin kampimodromus cinsinə aid heyvan növü.