QUAŞ
QUBAR
OBASTAN VİKİ
Dəhnə (Quba)
Dəhnə — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Dəhnə oyk., sadə. Şabran r-nunun Çuxurazəmi i.ə.v.-də kənd. Oykonim ərazidəki Ağzıbirçala gölünün mövqeyi və ya eyniadlı dağın adı ilə bağlıdır; Quba r-nunun Rustov i.ə.v.-də kənd. Rustov çökəkliyindədir. Kəndin tam adı Dəhnə Püstəqasım olmuşdur. Kənd Rustov kəndinə gedən yolun başlanğıcında, iki dağ arasından keçən yeganə keçiddir. Bu keçid eyni zamanda Qələşdov enişinin başlanğıcıdır. Kəndin adı da onun coğrafi mövqeyi ilə bağlı yaranmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 422 nəfər əhali yaşayır.
Dəlləkli (Quba)
Dəlləkli (əvvəlki adı: Petropavlovka) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Quba rayonunun Petropavlovka kəndi Dəlləkli kəndi adlandırılmışdır. == Toponimikası == Quba rayonunun Vladimirovka i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Çarizmin köçürmə siyasəti nəticəsində Rusiyanın mərkəzi quberniyalarından XIX əsrin birinci yarısında köçürülmüş rus ailələri burada məskunlaşdıqdan sonra kəndə Petropavlovka adı verilmişdi. 1992-ci ildən kəndin keçmiş adı bərpa edilmişdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1002 nəfər əhali yaşayır.
Gözəl Quba
Gözəl Quba — bəstəkar Səid Rüstəmovun şair Mirmehdi Seyidzadənin sözlərinə bəstələdiyi mahnı. Mahnı 6/8 xanə ölçülü, rəqs xarakterli bir mahnıdır. Mahnı bənd və nəqəratdən ibarət quruluşa malikdir. Mahnıda Qubanın bir tərəfdən Şahdağ, digər tərəfdən Xəzərlə əhatə olunduğu, meyvəli bağları, al, qızıl və sarı almaları, payız aylarının da bahara bənzədiyi vəsf olunur. "Gözəl Quba" mahnısı mi-major tonallığında yazılmış və Segah muğamının intonasiyaları üzərində qurulmuşdur. === Mahnının sözləri === == Xüsusi qeydlər == Mahnı "Azərbaycantelefilm"in 1976-cı ildə istehsal etdiyi "Azərbaycan elləri" filmində Gülağa Məmmədovun ifasında səslənmişdir.
Gültəpə (Quba)
Gültəpə (əvvəlki adı: Təkə Şıx) — Azərbaycan Respublikasının Quba rayonununda kənd. Təkə Şıx kəndi Təkəli tayfasının adı ilə bağlıdır. Türkmənlərdə bu adda tayfanın olması S.Ataniyazovun tədqiqatlarında da təsdiqlənir. O qeyd edir ki, Təkə türkmənlərin ən böyük Türk tayfalarından biridir. Təkə “keçi” deməkdir. Bu etnonim totem mənşəlidir. Bəzi tədqiqatçılar Təkəliləri qədim türk xalqı olan Massagetlərlə də əlaqələndirirlər.Yunanlar və romalılar oğuzları “massagetlər” adlandırmışlar.Latın dilində “mas”- “kişi, adam”; “sagetta” isə “ox” deməkdir.Onlar bizim Oğuz xalqının adının “ox” inancından yarandığını öyrənərək bu cür adlandırmışlar.Massaget tərcümədə “oğuzlar” mənasına gəlir..Massagetlər qədim oğuzların adı olaraqda hallanır.Təklələr cəsur,qorxmaz,döyüşkən bir tayfa kimi xarakterizə olunur. Xivə Xanı Əbül Qaziyə görə, Təkəli tayfası Salur boyundan gəlir və tayfa başçılarından birinin adıdır.Təkəlilərin kökü Salur Qazandan gəlir.Salurlar Oğuzların Üçoqlar qolundan (sol qolundan) Oğuz xanın oğlu Dağ xanın soyundan gəldikləri qəbul edilir. "Salur" sözünün mənası "Qılınc yelləyən" deməkdir.Salurlar əsl Xəzər ətrafında yaşamışdır. Salurlar içərisindəki tayfa və tayfalar adında bu gün Salur baba yurdu olan Xəzər regionunda yer, əkiləcək tarla, kənd və yaşayış məntəqələri adları hələ də yaşamaqdadır.
Küsnət (Quba)
Küsnət — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Küpçal bələdiyyəsinin tərkibindədir. == Tarixi == Quba rayonunun ən qədim kəndlərindən biridir. == Toponimikası == Küsnət oyk., sadə. Qəbələ r-nunun Qəbələ şəhər i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. Kənd Quba r-nunun Küsnət kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır; Quba r-nunun Küpçal i.ə.v.də kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi əvvəlcə indiki Vladimirovka kəndinin yerində idi və Dağıstanın Küsnət kəndindən qədimdə gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdı. Rus ailələri ora köçürüldükdən sonra küsnətlilərin bir hissəsi indiki Küsnət kəndinin əsasını qoymuş, digər hissəsi isə Qəbələ r-nuna gedərək Küsnət kəndini yaratmışdılar.
Quba
Quba – Azərbaycan Respublikasının Quba rayonunun inzibati mərkəzi. Quba Bakıdan 168km məsafədə, Böyük Qafqazın Şahdağının şimal-şərq yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Qafqaz Albaniyasında Xobota şəhəri haqqında məlumat verən Karl von Pruner həmçinin qədim mənbələrdə Firuz Qubad adlanan şəhərin adı Sasani hökmdarı I Qubadın adından götürüldüyünə inanılır Yaqutun lokallaşdırılmasına görə (1227) "Bab əl-Əbvab, yaxud Dərbənd yaxınlığındakı bu qədim şəhər", ehtimal ki, indiki Qubanın yerində olmuşdur. IX–X və daha əvvəlki ərəb mənbələrində Qubanın adına rast gəlinmir. Lakin A.A.Bakıxanov Şirvanşah Kavus ibn Keyqubadın (ö. hicri 774-cü il; miladi 1372–1373-cü illər) Quba yaxınlığında gözəl türbəsini gördüyünü xəbər verir ki, bu da həmin yerdə daha qədim zamanlarda və XIV əsrdə qəsəbə və ya şəhər olduğunu fərz etməyə imkan verir. XVI əsrə aid daha sonrakı mənbədə yerli sakinlərin dilindən xəbər verilir ki, "dağın yamacında qala olan Quba çoxdan dağılmışdır. Həmin vaxt (1582-ci il) Quba çoxlu kəndi əhatə edən nahiyənin adı idi". Beləliklə, Quba adı XVI əsrədək gəlib çıxmışdır. Bu dövrdə Quba adı altında nahiyə mövcud olmuş, qala isə dağılmışdı.
Qalagah (Quba)
Qalagah — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Rustov kəndinin keçmiş Qalagah məhəlləsi əsasında yaranmışdır. Yerli təlləffüz forması “Qələgə”dir. Kəndin ərazisində Qalaye-Suarun (Suvarlar qalası) və Qələ-Ələmun (Ələmlər qalası) adlı qədim qala xarabalıqları qalmışdır. Qalagah oyk., miir. Şabran r-nunun Kuybışevkənd i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yerli tələffüz formaları Qalagə, Qələyədir. Kəndin adı yaxınlıqdakı qala xarabalığının adı ilə əlaqədardır; İsmayıllı r-nunun eyniadlı i.ə.v.-də kənd. Acınohur ön dağlığındadır.
Qaraçay (Quba)
Qaraçay (çay, Quba) — Quba və Xaçmaz rayonlarında çay. Qaraçay (qəsəbə, Quba) — Quba rayonunda qəsəbə.
Qarxun (Quba)
Qarxun — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Kənd Qaraçayın sahilində, Ağgədik dağının yamacında yerləşir. Oykonim qədim oğuzlara qoşulmuş karkın tayfasının adı ilə bağlıdır. Bu tayfa haqqında ilk dəfə Rəşidəddin (XIII əsr) məlumat vermişdir. Əbdülqazi xan (XVI əsr) karkınlann Oğuz xanın üçüncü oğlu Yulduz xanın nəvələrindən birinin törəməsi olduqlarını qeyd etmişdir. Qaraqalpaqlann tayfalarından birinin də qarkm adlanması göstərilir. Bu tayfanın mənşəcə Azərbaycanda məskunlaşmış eyniadlı tayfalarla yaxınlığı şübhəsizdir. Karkınlar oğuz tayfaları tərkibində XI əsrin 30-40-cı illərində Azərbaycanda məskunlaşmış və yerli tayfalarla qaynayıb-qarışmışlar. Dağıstan, Ermənistan, Türkmənistan və Özbəkistan ərazisində də eyniadlı kəndlər mövcuddur. Qarxun tayfalarım qara hunlarla da əlaqələndirirlər.
Qonaqkənd (Quba)
Qonaqkənd — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbədir. Qubanın qədim kəndlərindən biri hesab olunur. Qədim tarixə malik olan bu kənd Sasanilər İmperiyası zamanında İrandan bura köçürülən tat mənşəli əhali burada hələ də yaşayır. SSRİ dövrundə bura ən mühüm hərbi-strateji mövqelərindən biri olmuşdur. 1959-cu ilin dekabr ayına qədər Qonaqkənd rayon mərkəzi olmuşdur. İndiki qəsəbədə vaxtilə bütün dövlət strukturları fəaliyyət göstərib. Hətta "Staxanovçu maldar" adlı qəzet də nəşr edilmişdir. Qəsəbə çayın içində — vadisində yerləşir. Yaşayış məntəqəsinin arxasındakı dağlardan axıb gələn sel suları da qəsəbə üçün həmişə təhlükə yaratmışdır. 2013-cü ildə altmış səkkiz min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba-Qonaqkənd avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılmışdır.
Quba-Xaçmaz
Quba-Xaçmaz iqtisadi rayonu — Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzən inzibati rayonlarını əhatə etməklə Azərbaycanın şimal-şərq hissəsində yerləşir. Quba-Xaçmaz iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Qubadır. Ərazi şimaldan Rusiya Federasiyasının Dağıstan Respublikası, şərqdən Xəzər dənizi, cənub-şərqdən Abşeron, cənubdan Dağlıq Şirvan, cənub-qərbdən isə Şəki-Zaqatala iqtisadi rayonları ilə həmsərhəddir. İqtisadi rayonun ümumi sahəsi 7,66 min km² olmaqla ölkə ərazisinin 8,8 %-ni, təşkil edir. Quba-Xaçmaz iqtisadi rayonunun Mərkəzi Quba şəhəridir. İqtisadi rayon özünəməxsus relyef xüsusiyyətlərinə malikdir. Regionun ərazisi bir-birindən kəskin fərqlənən 4 hündürlük (26 metrdən 4466 metrədək) zonasına — düzənliklər, dağətəyi, orta dağlıq və yüksək dağlıq zonalarına ayrılır. Regionun iqlim şəraiti də bu zonalara müvafiq olaraq müxtəlifdir. Düzənlik zona üçün isti iqlim xarakterikdirsə, dağlıq zona soyuq-rütübətli və soyuq iqlim şəraitinə malikdir. Region əhalisinin ümumi sayı 527,7 min nəfər olmaqla ölkə əhalisinin 5,5 %-ni, təşkil edir.
Quba (dəqiqləşdirmə)
Yaşayış məntəqələri Quba sancağı - Şirvan əyalətinin sancağı Quba xanlığı Quba rayonu — Azərbaycanda rayon. Quba — Azərbaycanda şəhər. Quba (körfəz) — buxta və körfəzlərin bir qismi.
Quba (körfəz)
Quba (rus. Губа "dodaq") — termini əsasən Rusiyanın ərazisində yerləşən buxta və körfəzlərin bir qismində işlədilir. Bu tip körfəzlərə əsasən iri çaylar tökülür. Faktiki olaraq yalnız Rusiya ərazisindən başqa ərazilərdə işlədilmir. Məsələn: rus. Невская губа Nevski körfəzi, rus. Обская губа Ob estuarisi.
Quba (şəhər)
Quba – Azərbaycan Respublikasının Quba rayonunun inzibati mərkəzi. Quba Bakıdan 168km məsafədə, Böyük Qafqazın Şahdağının şimal-şərq yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Qafqaz Albaniyasında Xobota şəhəri haqqında məlumat verən Karl von Pruner həmçinin qədim mənbələrdə Firuz Qubad adlanan şəhərin adı Sasani hökmdarı I Qubadın adından götürüldüyünə inanılır Yaqutun lokallaşdırılmasına görə (1227) "Bab əl-Əbvab, yaxud Dərbənd yaxınlığındakı bu qədim şəhər", ehtimal ki, indiki Qubanın yerində olmuşdur. IX–X və daha əvvəlki ərəb mənbələrində Qubanın adına rast gəlinmir. Lakin A.A.Bakıxanov Şirvanşah Kavus ibn Keyqubadın (ö. hicri 774-cü il; miladi 1372–1373-cü illər) Quba yaxınlığında gözəl türbəsini gördüyünü xəbər verir ki, bu da həmin yerdə daha qədim zamanlarda və XIV əsrdə qəsəbə və ya şəhər olduğunu fərz etməyə imkan verir. XVI əsrə aid daha sonrakı mənbədə yerli sakinlərin dilindən xəbər verilir ki, "dağın yamacında qala olan Quba çoxdan dağılmışdır. Həmin vaxt (1582-ci il) Quba çoxlu kəndi əhatə edən nahiyənin adı idi". Beləliklə, Quba adı XVI əsrədək gəlib çıxmışdır. Bu dövrdə Quba adı altında nahiyə mövcud olmuş, qala isə dağılmışdı.
Quba Yorğası
Quba yorğası və ya Quba atı — Azərbaycanın yerli at cinslərindən biridir. Yorğa yerişi ilə tanınmışdır. XIX əsrin sonunda, əsasən Quba (adı da buradandır), qismən də Bakı və Şamaxı qəzalarında yayılmışdır. Süysünün hündürlüyü 136 sm, bədənin çəpinə uzunuğu 136 sm, döş qucumu 157,2 sm, incik qucumunun çevrəsi isə 17,6 sm-dir. Rəngi əsasən kəhərdir. İlxı şəraitinə davamlı, konstitusiyası quru və möhkəmdir. Ayaqları qısa olduğundan sürətlə qaça bilmir. 1600 m məsafəni 3 dəqiqə 25,4 saniyəyə qət edir. Quba yorğası ərəb və "Terek" at cinsləri ilə yaxşılaşdırılır.
Quba atı
Quba yorğası və ya Quba atı — Azərbaycanın yerli at cinslərindən biridir. Yorğa yerişi ilə tanınmışdır. XIX əsrin sonunda, əsasən Quba (adı da buradandır), qismən də Bakı və Şamaxı qəzalarında yayılmışdır. Süysünün hündürlüyü 136 sm, bədənin çəpinə uzunuğu 136 sm, döş qucumu 157,2 sm, incik qucumunun çevrəsi isə 17,6 sm-dir. Rəngi əsasən kəhərdir. İlxı şəraitinə davamlı, konstitusiyası quru və möhkəmdir. Ayaqları qısa olduğundan sürətlə qaça bilmir. 1600 m məsafəni 3 dəqiqə 25,4 saniyəyə qət edir. Quba yorğası ərəb və "Terek" at cinsləri ilə yaxşılaşdırılır.
Quba bükməsi
Quba bükməsi — Azərbaycan Respublikasının Quba rayonuna xas şirniyyat məhsulu. Qubanın simvollarından biri hesab olunur. 2015-ci ildə rejissor Xürrəm Sultan tərəfindən "Adı bükmə. Quba paxlavası" adlı 13 dəqiqəlik sənədli film çəkilmişdir. Həmin filmdə məşhur Quba şirniyyatları olan Quba paxlavasının və Quba bükməsinin hazırlanma qaydasından bəhs edilir.
Quba bələdiyyələri
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Quba bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Quba dialekti
Quba dialekti — Azərbaycan dialektlərinin mövcud bölgüsünə əsasən şərq qrupuna daxildir. Bu ləhcə Xəzərin qərb sahili zonasının şimal-şərq hissəsinin (Dərbənd, Quba, Bakı, Şamaxı, Salyan) şivələrini əhatə edir. Üç şivə qrupu fərqlənir: 1) Bakı-Şamaxı, 2) Quba, 3) Dərbənd. Filologiya elmləri doktoru, görkəmli dilçi Məmmədağa Şirəliyev Quba dialektinin Quba, Xudat, Qusar və Xaçmaz bölgələrinin şivələrini əhatə etdiyini bildirib.
Quba gəvəni
Quba gəvəni (lat. Astragalus kubensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" – VU D2. Azərbaycanın nadir, prioritet endemikidir. Regional IUCN statusu - VU D2. 5-7 sm hündürlükdə, çoxillik ot bitkisidir. Yarpaqlar 8-12 cüt xırda, uzunsov-yumurtavari, küt, zəif xovlu (tüklü) yarpaqcıqlıdır. Çiçəklər oturan, sıx 5-15 çiçəkli salxım qrupundadır. Kasacıq borucuqlu, qaratüklü, dişilidir; dişləri borucuqdan nisbətən 3-4 dəfə qısadır. Tac parlaq, bənövşəyi-göy, uzunsov bayraqlıdır.
Quba mahalı
Quba mahalı — Quba xanlığında mahal. İndiki Quba, Xaçmaz və Qusar rayonlarının böyük hissəsini əhatə edirdi. Xanlığın ən böyük mahalı Quba mahalı idi. Quba mahalı çox iri olduğuna görə iki naib tərəfindən idarə olunurdu. Sırt və Tip mahallarını əhatə edirdi. Quba mahalında dağlıq kəndlərin sakinləri torpaq əkinçilik üçün o qədər yararlı olmadığına görə arpadan savayı heç nə əkmirdilər. Bu kəndlərdə maldarlıq və arıçılıq əsas məşğuliyyət sahəsi idi. Quba mahalının düzənlik hissəsində taxılın bütün növləri əkilirdi. Digər mahallardan fərqli olaraq Quba mahalında əhalidən alınan vergilərdə güzəştlər tətbiq edilirdi. Mustafazadə Tofiq.
Quba memorialı
Quba Soyqırımı Memorial Kompleksi – 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılıb. 30 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında sərəncam imzalayıb. 2013-cü il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Quba Soyqırımı Memorial Kompleksinin açılışın ediblər. Abidə üç hissədən: sivriuclu bıçaqları xatırladan iki konstruksiya – giriş və çıxışdan, mərkəzində qara xatirə daşı yerləşən əsas zaldan ibarətdir. Abidənin iti ucları şiddətli ağrını təcəssüm etdirir. İti ucların yerin altından üzə çıxması həqiqəti gizlətməyin mümkünsüz olduğunu əks etdirir. Abidə bütövlükdə brutto-betondan hazırlanıb. Faciə qurbanlarının xatirəsinə matəm sükutunu təcəssüm etdirmək məqsədilə layihədə hər hansı bəzəkdən imtina edilib. Abidə-muzeyin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında – Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhalinin soyqırımı tarixi öz əksini tapıb. 19 bölmədən ibarət muzey ekspozisiyası Azərbaycan, rus və ingilis dillərində təqdim olunur.
Quba məscidi
Quba məscidi və ya Məscid əl-Quba, (ərəb: مسجد قباء Rom: Məscid əl-Quba) İslam peyğəmbəri Məhəmməd tərəfindən Məkkədən Mədinəyə hicrət edilərkən yolda dayandığı Quba məntəqəsində inşa edilmiş və məscidin inşaatı prosesində şəxsən Məhəmməd peyğəmbərin də iştirak etdiyi İslamda tikilən birinci məsciddir. Quyuları və xurma bağları ilə məşhur olan bərəkətli bir vahə üstündə tikilmiş və adını oradakı bir quyudan almış olan Quba, hicrətdə Məkkə yolu üzərində olan və Mədinədən 6 mil məsafədə yerləşən bir kənd olmuşdur. Hicrətdən sonrakı dövrdə Mədinənin inkişafı ilə paralel olaraq sürətlə böyüyərək inkişaf etmiş və şəhərin məhəllələrindən birinə çevrilmişdir. Peyğəmbərin “cənnət bulaqları arasından bir bulaq” deyə təriflədiyi Qars və üzüyünü itirdiyi Əris quyuları da burada yerləşir. Peyğəmbər Məkkədən yola çıxaraq, on bir günlük səfərindən sonra Qubaya çatdıqda, Xəzrəcin bir qolu olan Əmr ibn Əvfin övladlarından olan Gülsüm binti Hidmin evində qonaq qalmışdır. O, evinin genişliyinə görə daha münasib bildiyi Səd ibn Heysəmin evində də yoldaşları ilə söhbət etmişdir. Qubaya gələn ilk mühacirlər Əmr ibn Əvf oğullarına məxsus olan xurma qurutma yerini məscidə çevirmişdirlər. Peyğəmbər isə öz növbəsində buranı daha da genişləndirərək Quba məscidini tikdirmişdir. Orijinal Məscid əl-Quba kvadrat formalı düzbucaqlını əhatə edən dörd divardan ibarət olmuşdur. Peyğəmbər qiblə Kəbəyə çevrildikdən sonra (miladi 623-cü il) isə Məscidül-Qubanı yenidən tikdirmişdir.
Quba məsələsi
Quba məsələsi — Dağlılar Respublikası hökumətinin bəzi üzvlərinin Quba qəzası ilə bağlı Azərbaycan Xalq Cümhuriyyətinə əsassız ərazi iddiası. Dağlılar Respublikası 1918-ci ilin payızında Şimali Qafqazda öz mövqelərini möhkəmləndirmek üçün müəyyən tədbirlər görməklə yanaşı, bəzi addımları ilə Azərbaycan və Gürcüstanla münasibətlərdə problemlər yaratdı. Dağlı hökumətinin bəzi üzvləri Quba qəzası ilə bağlı Azərbaycana, Cənubi Osetiya və Abxaziya ilə əlaqədar isə Gürcüstana qarşı ərazi iddiası qaldırdılar. Dağlı Respublikası rəhbərliyinin ayrı-ayrı üzvləri Quba qəzası ilə bağlı ərazi iddiası irəli sürərkən, həmin bölgədə ləzgilərin də yaşamasını əsas gətirirdilər. Dağlı hərbçiləri bu əsassız iddianı həyata keçirmək məqsədilə, hətta, Quba qəzası ərazisinə müdaxilə etmiş, Yalama dəmir yolu stansiyasını ələ keçirmişdilər. Azərbaycan sərhəd keşikçiləri 1918-ci il dekabrın 24-də onları bu ərazidən çıxarmış, şimal sərhəddini keçmiş Bakı quberniyası hüdudları boyunca bərpa etmişdilər. Dağlı hökumətinin Bakıdakı nümayəndəsi Əlixan Qantəmir bu münaqişə ilə bağlı Azərbaycan hökumətinə etirazını bildirmiş, "mübahisəli" sərhəd məsələlərinin həlli üçün xüsusi orqan yaradılması, ona qədər isə Quba qəzasının idarə olunmasında hər iki tərəfi təmsil edən müştərək qrupun fəaliyyət göstərməsi təklifini irəli sürmüşdü. Dağlı hökumətinin bəzi nümayəndələri bu cür əsassız hərəkətləri ilə ən yaxın müttəfiqləri olan qonşu dövlətlərlə münasibətlərdə soyuqluq yaradırdılar. Lakin hökumətin əksər üzvləri Azərbaycan və Gürcüstana qarşı ərazi iddiaları qaldırılmasına qəti etiraz etdilər. Xarici işlər naziri Heydər Bammatovun başçılıq etdiyi bu qrup Qafqazda ərazi mübahisələrinin həlli zamanı Azərbaycanın təklif etdiyi prinsipləri dəstəklədi.
Dəmirçilər (Qubadlı)
Dəmirçilər — Azərbaycan Respublikasının Qubadlı rayonunun Dəmirçilər kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvıləri tərəfindən işğaldan azad edilmişdir. Dəmirçilər kəndinin adı "dəmirçilər tayfası"nın adı ilə əlaqədardır. XVI əsrdə Qızılbaş tayfaları sırasında adları çəkilən "dəmirçilər" sonralar "qazax tayfa birliyi"nin ən qüdrətli tirələrindən birinə çevrilmişdilər. İndi Azərbaycanda "şahsevənlər" və onlara birləşən səlcuqlar öz tayfa adlarını bir çox kəndə vermişdilər. Bu kənd sakinləri arasında onların çoxlu nəsilləri yaşayır. Qubadlıda Dəmirçilər və Muradxanlı kəndlərində də həmin tirəyə məxsus ailələr çoxdur. Dəmirçilər və Muradxanlı sakinləri arasında şahsevənli tayfalarının çoxlu nəsilləri var. Dəmirçilər sözü Azərbaycan toponomiyasında omonim yer adlarındandır.
Eyvazlı (Qubadlı)
Eyvazlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Novlu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Eyvazlı kəndi Qubadlının Ermənistanla həmsərhədd olan ən yaxın yaşayış məntəqəsidir. Həmçinin bura Qubadlının ən kiçik üçüncü yaşayış yeridir. Kənd Bərgüşad çayının sahilində və dağların arasında yerləşir. Əhalisi əsasən əkinçilik və toxuculuqla məşğul olurdu. Ermənistan 1923-cü ildə bu kəndi dinc yolla zəbt etmək istəsə də, buna nail ola bilməyib (Həmin dönəmdə Zəngilan və Ordubadın bəzi kəndləri ermənilərə verilmişdir). 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Əhalisi == === Tanınmışları === Valeh Bərşadlı — general, Azərbaycan Respublikasının 1-ci Müdafiə naziri. Məmməd İsgəndərov — siyasətçi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri.
Fuad Qubadlı
Fətəli xan (Quba xanı)
Fətəli xan və ya Fəth Əli xan (tam adı: Fətəli xan Hüseynəli xan oğlu; 1736, Quba şəhəri – 29 mart 1789, Bakı şəhəri) — Quba xanlığının VI xanı (1758 – mart 1789); XVIII əsrin görkəmli azərbaycanlı dövlət xadimi və sərkərdəsi. == Həyatı == === Erkən illəri === Fətəli xan Hüseynəli xan oğlu 1736-ci ildə Quba şəhərində anadan olmuşdu. Qaytaq qumuqlarından və qacarlardan olan Azərbaycan türkü və şiə idi. Anası, Qaytaq usmisi nəslindən olan Pəri Cahan xanım idi. Fətəli xanın şəcərəsinə işıq salan II şah Abbasın dönəmində baş verən hadisələr barədə Bakixanov Gülüstani-İrəm kitabında yazır: Qaytaq usmiləri nəsli iki hissəyə bölünürdü. Böyük nəsil Məcəlisdə idi, kiçik nəsil Yengikənddə və bu nəsildən olan yaşça böyüklər növbə ilə usmi adını daşıyırdılar. Təxminən həmin vaxt onların arasında ədavət düşdü, Yengikənd hissəsi yaşça daha böyük olan Məcəlisdəki hissəyə hücum etdi və, Aydə bəy adlı biri tərəfindən xilas edilərək şamxalın yanına aparılan Hüseyn xandan başqa hamısını qırdı. Hüseyn xan İrana getdi, bir müddət Salyan Rudbarında qonaq qaldı, oradakı qazinin qızı ilə evləndi. Ondan, sonralar Rudbar və Salyan sultanları nəslinin başlanğıcını qoyan, bir qızı oldu. İsfahana gələrək, Aydə bəy uzun müddət onu şaha təqdim edə bilmədi.
Fətəli xan Qubalı
Fətəli xan və ya Fəth Əli xan (tam adı: Fətəli xan Hüseynəli xan oğlu; 1736, Quba şəhəri – 29 mart 1789, Bakı şəhəri) — Quba xanlığının VI xanı (1758 – mart 1789); XVIII əsrin görkəmli azərbaycanlı dövlət xadimi və sərkərdəsi. == Həyatı == === Erkən illəri === Fətəli xan Hüseynəli xan oğlu 1736-ci ildə Quba şəhərində anadan olmuşdu. Qaytaq qumuqlarından və qacarlardan olan Azərbaycan türkü və şiə idi. Anası, Qaytaq usmisi nəslindən olan Pəri Cahan xanım idi. Fətəli xanın şəcərəsinə işıq salan II şah Abbasın dönəmində baş verən hadisələr barədə Bakixanov Gülüstani-İrəm kitabında yazır: Qaytaq usmiləri nəsli iki hissəyə bölünürdü. Böyük nəsil Məcəlisdə idi, kiçik nəsil Yengikənddə və bu nəsildən olan yaşça böyüklər növbə ilə usmi adını daşıyırdılar. Təxminən həmin vaxt onların arasında ədavət düşdü, Yengikənd hissəsi yaşça daha böyük olan Məcəlisdəki hissəyə hücum etdi və, Aydə bəy adlı biri tərəfindən xilas edilərək şamxalın yanına aparılan Hüseyn xandan başqa hamısını qırdı. Hüseyn xan İrana getdi, bir müddət Salyan Rudbarında qonaq qaldı, oradakı qazinin qızı ilə evləndi. Ondan, sonralar Rudbar və Salyan sultanları nəslinin başlanğıcını qoyan, bir qızı oldu. İsfahana gələrək, Aydə bəy uzun müddət onu şaha təqdim edə bilmədi.
Gödəklər (Qubadlı)
Gödəklər — Azərbaycan Respublikasının Qubadlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. == Toponimikası == Gödəklər kəndi Bərgüşad çayının sol sahilindədir. Yaşayış məntəqəsi keçmişdə Mil düzündə yaşamış gödəklilərə mənsub bir qrup ailənin burada məskunlaşması nəticəsində yaranmışdır. 1933-cü ildə İmişli r-nunun Xələc i.ə.v.-də Güdəklər adlı yaşayış məntəqəsi qeydə alınmışdır. Gödəklilər Şəkidə və Zaqatalada məhəllə adlarıdır. Etnotoponimdir. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 61 evdə 212 şiə kürd yaşayırdı.
Gümbəzli hamam (Quba)
Gümbəzli hamam və ya Çuxur hamam — Quba rayonunda tarixi abidə. == Tarix == XVIII-XIX əsrlərə aid bir abidədir. El arasında bura "Çuxur hamam", "Gümbəzli hamam", "Bəkir hamamı", "Məşədi Əlimərdan hamamı" adları ilə tanınır. Abidə Şərq memarlığınını incilərindən sayılır. Fransız yazıçısı Aleksandr Düma Qafqaz səfəri zamanı bu hamamda çimib. Yerli əhalinin söylədiyinə görə, 1918-ci ildə ermənilər Qubada törədilən soyqırımı zamanı adamları hamamın buxarında boğub, sonra isə cəsədləri çalaya töküblər. Hamam 1985-ci ilə kimi təyinatına uyğun istifadə olunub. Kanalizasiya xətti tutulduğundan buranın fəaliyyətini dayandırmaq qərarına gəliblər. 1986-1987-ci illərdə hamamda təmir bərpa işləri aparılmışdır. 2015-ci ildə hamamı yenidən bərpa etməyə başlayıblar.
Hacı ağa Qubalı
Hacı ağa Qubalı — XIX əsrin ortalarında və XX əsrin əvvəllərində Qubada yaşamış Azərbaycanlı şair. == Həyatı == Doğum və vəfat tarixləri bilinmədiyi kimi, həyatı haqqında məlumat da yoxdur. Atasının adının Kərbalayi Əhməd olduğu məlumdur. Hacı ağa Qubalı Qubada 1830-cu illərdə təşkil edilən "Gülüstan" şeir məclisinin üzvlərindən idi. == Əsərləri == Hacı ağa Qubalının şeirlərinin toplandığı əlyazmaya rastlanmır. Qarayev, "Poetik məclislər" adlı antologiyasına şairin 3 şeirini daxil etmişdir.
Hal (Qubadlı)
Hal — Azərbaycan Respublikasının Qubadlı rayonunun Hal kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 noyabr 2020- ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Hal kəndi dağlıq ərazidədir. Ədəbiyyatlarda Kol, Gal, Gəl, Xal, Qal variantlarında da qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Hal kəndi Bazarçayın sahilində, rayon mərkəzindən 11 kilometr cənub-şərqdə yerləşir. == İqtisadiyyatı == Kənd əhalisi tütünçülük, baramaçılıq, heyvandarlıq, taxılçılıqla məşğul olur. == Mənbə == Akif Muradverdiyev. Zəngəzur. Tariximizin yaddaşı.
Hüseynəli xan (Quba xanı)
Hüseynəli xan — 1726–1758-ci illərdə hakimiyyətdə olmuş Quba xanı. == Haqqında == 1726-cı ilin sonu 1727-ci ilin əvvəllərində Quba xanlığı Rusiyanın tərkibinə daxil oldu və 1718-ci ildə öldürülmüş Sultan Əhməd xanın kiçik yaşlı oğlu Hüseynəli bəy Quba xanı elan edildi. Belə ki, Rusiya İmperiyasının Xarici Siyasət Arxivində saxlananılan rəsmi sənəddə 1726-cı il oktyabrın 20-də Dərbəndə gəlmiş Hüseynəli bəyin Rusiya himayəsini qəbul edərək sədaqət andının içməsi bildirilir. Andda deyilirdi: "Mən, Quba xanının oğlu Hüseynəli bəy öz əqidəmlə şəriət qaydası ilə Qurana and içirəm ki, imperatriçə əlahəzrətlərinin təbəəliyində olub, öz təbəələrimlə, canım, ruhum və bütün pak vicdanımla imperatriçə əlahəzrətlərinin təbiətən və sadiq qulu kimi qulluq edəcək, onların təbəələrinə qarşı heç bir zidd hərəkət göstərməyəcək, bütün Rusiya İmperiyasına mən öz təbəələrimlə sədaqət, hər cür xeyirxahlıq göstərəcəyəm". Quba xanı nəinki həmişə sadiq olmağa and içirdi, hətta rus qoşunlarına mübarizədə hər cür yardım etməyi, rus əsgərlərinə mənzil ayırmağı da öz öhdəsinə götürürdü. Hüseynəli bəy Rusiyanın açıq və ya gizli düşmənləri ilə heç bir əlaqə saxlamayacağını da söz verirdi. 1726-cı il dekabrın 21-də Peterburqda Ali Məxfi şurada Hüseynəli bəyin Rusiya himayəsinə qəbul edilməsi və onun Quba xanı kimi təsdiq olunması məsələsi nəzərdən keçirildi. Hüseynəli bəyin torpaqları Osmanlılarla bağlanmış müqaviləyə görə Rusiya zonasında qalarsa himayəyə qəbul edib ona xan rütbəsi vermək haqqında Xəzərsahili əyalətlərdəki rus qoşunlarının komandanı feldmarşal Dolqorukiyə fərman göndərildi. Sərhədlər müəyyənləşdirilərkən Quba xanlığının böyük bir hissəsi Rusiya tərəfində qaldığından Hüseynəli xan, Quba xanı kimi təsdiq olundu və xan az yaşlı olduğuna görə qəyyumlar ayrıldı. Əfrasiyab naib, Fəraməz isə nazir oldu.
Hüsnü Qubadov
Hüsnü Baba oğlu Qubadov (4 yanvar 1922, Disər, Naxçıvan MSSR – 13 avqust 1991, Bakı) — opera müğənnisi. == Həyatı == Hüsnü Baba oğlu Qubadov 1922-ci il yanvar ayının 4-də Ordubad rayonunun Disər kəndində anadan olmuşdur. 1938-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, təhsil illərində İbrahim Həmzəyevin yaratdığı dram dərnəyində iştirak etmiş, Səməd Vurğunun "Vaqif" dramında xanəndə rolunu oynamışdır. O vaxtdan uşaqlıqdan həvəs göstərdiyi müğənnilik sənətinə bağlanmış, özfəaliyyət olimpiadalarında uğur qazanmış, 1958-ci ildə isə Respublika Özfəaliyyət Müsabiqəsinin laureatı olmuşdur. Həmin il M.F.Axundov adına Opera və Balet Teatrına dəvət edilmiş, onun səhnəsində yaddaqalan obrazlar yaratmışdır. Təbii ifa tərzi ilə seçilən müğənni İbn Səlam, Məcnunun atası, Kərəm ("Leyli və Məcnun", Üzeyir Hacıbəyli), "Əsli və Kərəm", Çapqınçı, Rəmmal ("Şah İsmayıl", Müslüm Maqomayev) və s. rolları ifa etmişdir. Teatrın tərkibində Tiflisdə (indiki Tbilisi), Gəncə, Naxçıvan, Şəki və respublikanın digər şəhər və rayonlarında qastrol səfərlərində olmuşdur. Onun ifasında "Şuşa yaylağı", "Üçtelli durna", "Bəhbəh", "Dilin can incidəndir" və digər mahnılar, habelə Ü.Hacıbəylinin "Leyli və Məcnun" operası (YUNESKOnun xətti ilə) qrammofon valına yazılmışdır. Müğənni 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Həkəri (Qubadlı)
Həkəri — Azərbaycan Respublikasının Qubadlı rayonunun Muradxanlı kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Həkəri kürddilli tayfa adıdır. İndiki dövrdə həkərilər əsasən Türkiyə və İranda yaşayırlar. == Tarixi == Həkəri adı hələ qədim mənbələrdən məlumdur. Alban (Qafqaz) tarixcisi Movses Kalankatlı Babək hərəkatı ilə əlaqədar 831-ci il hadisələrindən bəhs edərkən Həkəri qalasının adını çəkib. Həmin qala hazırda Qalacıq adı ilə məlumdur. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, Həkəri kəndində 38 evdə 170 şiə kürd yaşayırdı. == Coğrafiyası == Həkəri kəndi Həkəri çayının sahilində, dağətəyi ərazidədir.
Həmzəli (Qubadlı)
Həmzəli — Azərbaycan Respublikasının Qubadlı rayonunun Həmzəli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 9 noyabr 2020- ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Həmzəli kəndi Həkəri çayının sahilindədir. Dəlilər Həmzəlisi adı ilə də tanınır. Yaşayış məntəqəsini vaxtilə indiki Qarakişilər kəndinə birləşmiş Həmzəli (Korlar Həmzəlisi) kəndindən çıxmış ailələr saldığı üçün belə adlanmışdır. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 40 evdə 174 şiə kürd yaşayırdı.
Həsən xan Qubalı
Həsən xan (1784, Quba şəhəri – 1803, Dərbənd) — Quba xanı Fətəli xanın kiçik oğlu, dövlət xadimi. == Həyatı == 1784-cü ildə Quba şəhərində anadan olmuşdur. İlisu sultanının qızı Gülpəri xanım Həsən xanın anasıdır. == Hakimiyyəti == === Salyan naibi kimi fəaliyyəti === 1791-ci ildə Əhməd xan Qubada vəfat etdi. Onun Salyan naibi olan 13 yaşlı qardaşı Şeyxəli Qubaya gəlib xan taxtına yiyələndi və öz yerinə yeddi yaşlı qardaşı Həsən ağanı təyin etdi. 1796-cı ilə qədər Salyan naibi olan Həsən ağa, sonralar Dərbəndin idarəçiliyi uğrunda mübarizə aparmışdır. === Quba və Dərbənd ətrafında fəaliyyəti === 1796-cı ildə Alpan və Quba ətrafında baş verən döyüşlərdən sonra Rusiya Həsən ağanı İlisudan çağıraraq Quba taxtına çıxardı. Noyabrın 3-də Həsən ağa Quba xanı elan edildi. Həsən xan azyaşlı olduğundan Baş komandanın müəyyənləşdirdiyi bir neçə ağsaqqal Quba xanlığının idarəsini həyata keçirməli idi. 1796–1797-ci illərdə Rusiyanın dəstəyi ilə Quba şəhərində hakimiyyəti əlinə alsa da, Şeyxəli xanın nüfuzunun çox olması ona bu ərazilərdə möhkəmlənməyə çətinlik yaratdı.
II Qubazes
II Qubazes (gürc. გუბაზ II;ən geci 541 – 555) — Lazikada 541-ci ildən 555-ci ilə kimi hökmdar olmuşdur. Lazik müharibəsinin ən kəskin dövrü onun hakimiyyət illərinə təsadüf edir. O, taxta ilk əvvəl Bizans imperiyasının vassalı kimi çıxmışdır. Lakin Bizans hakimlərinin əzazil hərəkətləri onu imperiyanın əsas rəqibi olan Sasanilər imperiyasının köməkçisi olmağa vadar edir. Bizanslılar 541-ci ildə fars ordusunun köməyi ilə Lazika tərəfindən qovuldu, lakin fars işğalı ölkəni daha da pis vəziyyətə saldı. II Qubazes 548-ci ildən Bizansdan yardım tələb etdi və növbəti il boyunca onunla müttəfiq oldu. Hər iki imperiya mübarizənin mərkəz nöqtəsi olan Petra qalasında Lazikanın kontrolu üçün vuruşurdu. Nəhayət, II Qubazes müharibənin səmərəsiz ardıcıllığına görə Bizans generalitetləri ilə savaş başlatdı və onlar tərəfində öldürüldü. == Həyatı == Qubazesin anası Valeriana Bizans mənşəli idi.
I Qubad
Qubad ibn Firuz (I Qubad (Qəvad) Firuz; 473, Ktesifon – 13 sentyabr 531) - 488-531-ci illərdə hakimiyyətdə olmuş İran şahənşahı: I Xosrov Ənuşirəvanın atası == Həyatı == 488-496, 499-531-ci illərdə hakimiyyətdə olmuşdur. I Qubaddan (488–531) öncə "Cürzan ile Arran, Xəzərlərin əlindəydi. "Xəzərlər hududları keçərlər ve basqınlarda bulunarlar; Zaman zaman da Deynəvərə qədər ilərlərdi. Deynəvər şəhəri indiki İranda Kirmanşah ostanında yer alırdı. Beləlikə Xəzərlər Cənubi Azərbaycan ərazisinədə enirdilər və bu topraqlarda məskunlaşdılar. I Qubaddan, Sasanilər dövlətində mərkəzləşdirmə siyasəti aparmış, iqtisadi islahatlar keçirmişdir. VI əsrin I yarısında Azarbaycanın şimal rayonlarında müdafiə istehkamlarını genişləndirmişdir.
Köhnə Quba xalçaları
Köhnə Quba xalçaları — Quba xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Mahmudlu (Qubadlı)
Mahmudlu — Azərbaycan Respublikasının Qubadlı rayonunun Mahmudlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Mahmudlu kəndi Qayalı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Mahmudlu kənd Soveti yaradılmışdır. == Etimologiyası == Kəndin adı mahmudlu tayfası ilə əlaqədardır. == Tarixi == Yaşayış məntəqəsi kürd mənşəli, XVI–XVII əsrlərdə Türkiyədə, Van gölünün şərqində yaşayan mahmudlu tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Kənddə XVI əsrə aid daş qoç fiquru, Qara-Qaya sığınacağı və XIX əsrə aid körpü yerləşir. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Mahmudlu kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Mahmudlu Qubadlı rayonunun tərkibinə daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Mahruzlu (Qubadlı)
Mahruzlu və ya Mahrızlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Mahruzlu kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Kəndin adı mahrızlı tayfası ilə əlaqədardır. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Əhalisi == Kəndin əhalisi kürd mənşəli mahrızlı tayfasına mənsubdur. == Coğrafiyası == Mahruzlu kəndi Həkəri çayının sahilindədir.
Mahrızlı (Qubadlı)
Mahruzlu və ya Mahrızlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Mahruzlu kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Kəndin adı mahrızlı tayfası ilə əlaqədardır. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Əhalisi == Kəndin əhalisi kürd mənşəli mahrızlı tayfasına mənsubdur. == Coğrafiyası == Mahruzlu kəndi Həkəri çayının sahilindədir.

Значение слова в других словарях