Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kanazava
Kanazava (yap. 金沢市) — Yaponiyanın Çubu regionunda yerləşən İşikava prefekturasının paytaxtı.
Hiroşi Kanazava
Hiroşi Kanazava — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Kanazava qəsri
Kanazava qəsri (金沢城, Kanazava-co) – Yaponiyanın İşikava prefekturasının Kanazava şəhərində yerləşən, qismən bərpa olunmuş qəsr. 1580-92-ci illərdə tikilmişdir. Orijinal qəsrdən ancaq bir qüllə, İşikava darvazası və 54 metr uzunluğundakı blok struktur salamat qalıb. Hazırda qəsrin ərazisində Kanazava Universiteti və Kenroku parkı yerləşir, Maedanın malikanəsi isə ictimaiyyətə açıqdır. XXI əsrdə qəsrin bəzi hissələri bərpa olunmuşdur. == Tarixi == Kanazava qəsri Yamazaki adlandırılmış kiçik kəndin ərazisində tikilmişdir. Oda Nobunaqaya tabe olan militan buddist keşişlərinə məxsus monastır da burada yerləşirdi. 1580-ci ildə Maeda Toşiie Kanazava qəsrini tikdirməyə başlamış və tikinti işləri 1592-ci ildə tamamlanmışdır. Tokuqava dövründə Maedanın Kaqa mülkü bütün Yaponiyada ən böyük hesab olunurdu və illik gəliri 1 milyon koku təşkil edirdi. Qəsr gözəlliyinə görə təkcə Edo və Osaka qəsrlərindən geri qalırdı.