Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kərəviz
Kərəviz (lat. Apium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Ənəviz
Ənəviz (fars. اناويز‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 302 nəfər yaşayır (61 ailə).
Cəviz
Qoz, Cəviz və ya Girdəkan(lat. Juglans) — Qozkimilər fəsiləsinə aid cins. Qışda yarpağını tökən ağaclardandır. Gənc sürgünlərin özü bölməlidir. Tumurcuqlar az sayda markalarla örtülmüşdür. Yarpaqcıqların kənarları bəzi növlərdə incə dişli, bəzilərdə isə düzdür (tam kənarlı). Yarpaqcıq sayı növlərə görə (3) 5-23 arasında dəyişir. Çiçəklər bir evciklidir. Kişi çiçəklər bir əvvəlki ilin sürgünlərində yan vəziyyətli, aşağıya sallanan pişikcik halında qurul meydana gətirər. Qurullar budaqlanmamışdır.
Kəniz
Konkubina (lat. concubina con — birgə, və cubare — uzanmaq) — Qədim Romada kəniz ya odaliska, maddi və şəxsi cəhətdən asılı, və ya kölə olan daimi məşuqə, aşna, "nikahdan kənar arvad", "yataq yığışdıran qadın", aşağı təbəqədən olan birgə yaşayışa cəlb olunmuş subay qadınlara deyilirdi. Bu münasibətdən dünyaya gələn uşaqlara qanundan və ya nikahdan kənar uşaqlar deyilirdi.. Çoxarvadlılıqda olduğundan fərqli olaraq konkubinaların uşaqları ata mülkünə vərəsəlik hüququna malik deyildilər. Konkubina ilə münasibət toy mərasimi olmadan qurulurdu. Konkubinalar digər bir kişi ilə münasibət qura bilərdi ki, bu zaman onun əvvəlki partnyoru bu halla razılaşmalı olurdu. Konkubinalar fahişə sayılmadıqlarına görə onlar kurtizanka ola bilməzdilər. Roma hüququna görə kişi və qadın münasibətləri evlilik olmadan da mümkün idi. Bu münasibət konkubinat (lat. concubitus cinsi əlaqə, intim münasibət mənasını verir) adlanırdı.
Kərəviz (bitki)
İyli kərəviz
İyli kərəviz (lat. Apium graveolens) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin kərəviz cinsinə aid bitki növü. == Sinonimləri == Apium celleri Gaertn. Apium decumbens Eckl. & Zeyh. Apium dulce Mill. Apium graveolens var. bashmensis Hosni Apium graveolens var. butronensis D.Gómez & G.Monts. Apium graveolens subsp.
Banu Kəniz
Banu Kəniz (ərəb. بنو كنز) (həmçinin Avlad Kunuz kimi tanınır) — 10–15-ci əsrlər arasında Yuxarı Misir və Nubiya arasındakı sərhəd bölgəsini idarə edən qarışıq ərəb-beja əcdadından ibarət yarı köçəri müsəlman sülaləsi idi. Onlar Ərəb Bənu Hənifə qəbiləsinin şeyxlərinin oğulları və Beca Hadariba qəbiləsinin şahzadələrinin nəslindən idilər. Onlar 11-ci əsrin əvvəllərində başçıları Əbu əl-Məkərim Hibatallahın Fatimi hakimiyyəti adından böyük bir üsyançını ələ keçirməsi ilə Asvan, Vadi Əllaqi və sərhəd zonası üzərində rəsmi nəzarəti əldə etdilər. Əbu əl-Məkarimə xəlifə əl-Həkim tərəfindən Kənz əl-Dövlə (Dövlətin xəzinəsi) titulu verilmiş və onun davamçıları bu titulu miras almışdı. Banu Kəniz 1174-cü ildə Əyyubilərlə qarşıdurmaya girdi, bu zaman onlar məğlub oldular və cənuba şimali Nubiyaya köçmək məcburiyyətində qaldılar və burada əsasən xristianlar olan bölgədə İslamın genişlənməsini sürətləndirməyə kömək etdilər. Nəhayət, 14-cü əsrin əvvəllərində Nubiyalı Makuria Krallığının nəzarətini ələ keçirdilər, lakin 15-ci əsrin əvvəllərində Banu Kəniz ilə mübarizə aparmaq üçün Məmlüklər tərəfindən göndərilən Havvara qəbilələri tərəfindən sıxışdırıldılar. Onların müasir nəsilləri ölkənin ucqar şimalında yaşayan "Kunuz" kimi tanınan Sudan qəbiləsidir. == Tarixi == === Mənşəyi === Bənu əl-Kənz tayfasının mənşəyi 9-cu əsrdə Misirin Nubiya ilə sərhəd bölgəsinə ərəb qəbilə köçləri ilə bağlıdır. Ən böyükləri Muzhar, Rəbiə, Cuheynə və Qeys Aylan olan köçəri ərəb qəbilələri orada qızıl və zümrüd mədənləri aşkar edildikdən sonra bölgəyə köçdülər.
Dəşti-Kəvir
Dəşti-Kəvir və ya Dəşt-i Kəvir (aranlıqda yerləşən çöl)— İranın ən böyük səhrası. İranın Simnan, Rəzəvi Xorasan, Cənubi Xorasan, Yəzd, İsfahan və Tehran ostanlarının ərazisini əhatə edir. Həmçinin Kəvir-i Nəmək (duzlu/şoranlıq aran yeri) olaraq da tanınır. Buranın iqlimi kontinental subtropiklərə aiddir. Hər tərəfdən dağlarla əhatələnməsi bu hündürlükdə yerləşən və çox isti düzənlikləri yağıntılardan məhrum edir. Dəşti-Kəvir səhrası Əlborz dağlarından Xorasana qədər böyük ərazini əhatə edir. Bura hündür, bəzən ortasında yaxın çöküntü və çuxurları olan(ən alçaq çuxur 800 metr) düzənlikdir. Səhraların dünyada sahəsinə görə sıralamasında 23-ci yerdə gedir. Səhranın şimalında Simnan aerodromu yerləşir.
Heviz gölü
Heviz (mac. Hévízi-tó) — Macarıstanın qərbində yerləşən termal göl. Göl kurort şəhəri Hevizin ərazisində yerləşir. Eləcədə Balaton gölünün qərb qurtaracağına yaxındır. == Ümumi məlumat == Heviz gölü Avropanın sahəsinə görə ən böyük termal gölüdür (47 500 m²). Qış aylarında suyun temperaturu 24 °C, yayda isə 36 °C olur. Göl suyu 48 saat ərzində tam yenilənir. İl boyu ərazi istirahət mərkəzi kimi fəaliyyət göstərir. Heviz gölü nadır geoloji xüsusiyyətə malikdir. Bu tip gölün analoqu yalnız Yeni Zellandiyada olan Rotorua gölüdür.
Kevin Bikner
Kevin Bikner (23 sentyabr 1996) — ABŞ-lı tramplindən xizəklə tullanan. O, 19 mart 2017-ci ildə Vikersundda 244.5 m məsafəyə tullanaraq ölkə rekordunu yeniləmişdir.
Kevin Borg
Kevin Borg (9 iyun 1986) — Maltalı müğənnidir. Idol 2008 İsveç qalibi.
Kevin Borq
Kevin Borg (9 iyun 1986) — Maltalı müğənnidir. Idol 2008 İsveç qalibi.
Kevin Conas
Pol Kevin Conas II (ing. Paul Kevin Jonas II; 5 noyabr 1987) — amerikalı müğənni və aktyor, Jonas Brothers qrupunun ifaçısı.
Kevin Durant
Kevin Ueyn Durant (ing. Kevin Wayne Durant; 29 sentyabr 1988) — Amerikalı peşəkar basketbol oyunçusu. Milli Basketbol Asossasiyası komandalarından olan Foniks Sansda forma geyir. "Durantula" və "KD" kimi ləqəbləri olan Durant, yaxın hücumçu və uzaq hücumçu mövqelərində oynayır. Karyerası dövründə bir NBA Çempionu, bir NBA Finalları Ən Dəyərli Oyunçu Mükafatı, bir NBA Ən Dəyərli Oyunçu Mükafatı, bir NBA All-Star oyunu Ən Dəyərli Oyunçu Mükafatı, dörd NBA basket sayı Lideri, bir NBA İlin Gənc Oyunçusu və iki "Olimpiya Oyunları qızılı" mükafatları var. Durant həmçinin səkkiz dəfə "All-Star" heyətinə düşüb və bunların yeddisində də NBA İlin ən yaxşı beşliyinə seçilib. Lisey karyerasının ardından Texas Universitetində bir mövsüm forma geyən Durant, buradakı gənclər liqasında "İlin kollec liqası" oyunçusu seçildi. Universitet karyerasının ardından 2007 NBA Seçmələrinə qatıldı və Sietl Supersoniks tərəfindən seçildi. Bundan sonra Durantın komandası olan Supersoniks Oklahoma şəhərinə daşındı və adı Oklahoma-Siti Tander olaraq dəyişdirildi. 2012-ci ildə komandası ilə bərabər karyerasında ilk dəfə NBA Finallarına yüksəldi, ancaq Mayami Hitə beş oyun sonrası 4–1 məğlub oldular.
Kevin Fayqi
Kevin Fayqi (2 iyun 1973, Boston) – amerikalı film prodüseri və Marvel Studios-un prezidenti. Fayqi tərəfindən istehsal olunan filmlər ümumilikdə bütün dünyada 10 milyard $ gəlir əldə etmişdir. == Həyatı və karyerası == Fayqi həyatının 10 ilini Nyu-Cersidə keçirib. Babası 1950-ci illərdə televiziya prodüseri olub, "Yol göstərən işıq" və "Dünya dönən kimi" sabun operalarında işləyib. Liseyi bitirəndən sonra sevimli rejissorları Robert Zemekis, Ron Hovard və Corc Lukasın da oxuduğu Cənubi Kaliforniya Universitetinə müraciət edib. İlk beş müraciəti rədd olunsa da, altıncı cəhddə universitetə qəbul olunub. Onun ilk işləri Louren Şoler Donnerə "Sizə məktub var" və "Vulkan" filmlərində kömək etmək olub. 2000-ci ildə Marvel tərəfindən prodüser kimi işə alınıb. == Film prodüserliyi == İlk İks-adamlar filminin istehsalı zamanı Donner onun Marvel kainatı sahəsində biliklərinə görə Fayqini prodüser təyin edib. Avi Arad onun fəaliyyətindən təsirlənib və Fayqi Marvel Studios üçün işləməyə başlayıb.
Kevin Filips
Kevin Fillips — karyerasını bitirmiş ingilis futbolçu. Hücumçu mövqeyində oynayırdı. 1999–2000 mövsümündə Sanderlend klubunda atdığı 30 qola görə Qızıl buts mükafatını qazanmışdır.
Kevin Fillips
Kevin Fillips — karyerasını bitirmiş ingilis futbolçu. Hücumçu mövqeyində oynayırdı. 1999–2000 mövsümündə Sanderlend klubunda atdığı 30 qola görə Qızıl buts mükafatını qazanmışdır.
Kevin Hart
Kevin Hart (6 iyul 1979, Filadelfiya, Pensilvaniya və ya ABŞ) — Amerikalı komediyaçı, aktyor və prodüser. == Həyatı == Kevin Darnell Hart 6 iyul 1979-cu ildə ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərində doğulub. Atası kokain aludəçisi idi və Hartın uşaqlıq illəri ərzində həbsxanaya girib çıxıb. Hart anası Nensi Hart tərəfindən tək böyüdülüb. Robert Hart adlı qardaşı var. 14 aprel 2013-cü ildə sərxoş vəziyyətdə avtomobil sürdüyü üçün Kaliforniyada həbs edilib.
Kevin Medina
Kevin David Medina Rentería (9 mart 1993, Kolumbiya) — Kolumbiyalı peşəkar futbolçu. Ağdamın "Qarabağ" futbol klubunda müdafiəçi kimi çıxış edir. == Klub karyerası == 19 iyul 2020-ci ildə Medina Ağdamın "Qarabağ" klubu ilə 3 illik müqavilə imzalayıb.
Kevin Mitnick
Kevin Mitnik (6 avqust 1963 – 16 iyul 2023, Las-Veqas, Nevada və ya Pitsburq, Pensilvaniya) — keçmiş haker, informasiya təhlükəsizliyi üzrə mütəxəssis. == Həyatı == Kevin Mitnik 6 avqust 1963-cü ildə Los-Ancelesdə anadan olmuşdur. İlk kompüter hakerlərindən olub onların ən məşhurudur. 15 fevral 1995-ci ildə FBI tərəfindən tutulmuşdur. Fujitsu, Motorolla, Nokia və Sun Microsystems kimi şirkətlərin kompüterlərinə icazəsiz olaraq girdiyinə görə 5 il həbs cəzası almışdır. Hətta, məhkəmə vaxtı hakimə qəhvə hazırlayan maşını belə proqramlaya biləcəyini söyləyən Mitnick həbsxanada qəhvə hazırlayan maşına yaxınlaşma qadağası almış hüquq tarixinin tək məhkumudur. Belə cəza almağının bir çox səbəbləri var. Həbsə girməsinə səbəb olan hakim və hüquqçuların başlarına oyunlar açmaq kimi. Məsələn, telefon öyrənmə nömrəsini hakimin nömrəsinə yönləndirmiş, başqasının telefonuna bir neçə min dollarlıq danışıq borcu göndərmiş və başqa sevmədiyi birinin telefonunu aylarla bağlatdırmışdı. == Kitabları == (2003) Aldatma sənəti(en) (2005) Müdaxilə sənəti(en) (2011) Naqillərdəki kabus: Dünyanın ən çox axtarılan hakeri kimi sərgüzəştlərim (ing.
Kevin Mitnik
Kevin Mitnik (6 avqust 1963 – 16 iyul 2023, Las-Veqas, Nevada və ya Pitsburq, Pensilvaniya) — keçmiş haker, informasiya təhlükəsizliyi üzrə mütəxəssis. == Həyatı == Kevin Mitnik 6 avqust 1963-cü ildə Los-Ancelesdə anadan olmuşdur. İlk kompüter hakerlərindən olub onların ən məşhurudur. 15 fevral 1995-ci ildə FBI tərəfindən tutulmuşdur. Fujitsu, Motorolla, Nokia və Sun Microsystems kimi şirkətlərin kompüterlərinə icazəsiz olaraq girdiyinə görə 5 il həbs cəzası almışdır. Hətta, məhkəmə vaxtı hakimə qəhvə hazırlayan maşını belə proqramlaya biləcəyini söyləyən Mitnick həbsxanada qəhvə hazırlayan maşına yaxınlaşma qadağası almış hüquq tarixinin tək məhkumudur. Belə cəza almağının bir çox səbəbləri var. Həbsə girməsinə səbəb olan hakim və hüquqçuların başlarına oyunlar açmaq kimi. Məsələn, telefon öyrənmə nömrəsini hakimin nömrəsinə yönləndirmiş, başqasının telefonuna bir neçə min dollarlıq danışıq borcu göndərmiş və başqa sevmədiyi birinin telefonunu aylarla bağlatdırmışdı. == Kitabları == (2003) Aldatma sənəti(en) (2005) Müdaxilə sənəti(en) (2011) Naqillərdəki kabus: Dünyanın ən çox axtarılan hakeri kimi sərgüzəştlərim (ing.
Kevin Qoden
Kevin Qoden (22 fevral 1999-cu ildə Almaniyada anadan olub) — Bundesliqa təmsilçilərindən olan Nürnberq klubunda müdafiəçi kimi çıxış edən peşəkar Almaniyalı futbolçudur. == Klub karyerası == === Köln === Qoden Köln akademiyası vasitəsilə inkişaf etmişdir. Qoden öz peşəkar karyerasında debütünü 19 dekabr 2017-ci ildə Şalke klubuna qarşı oyunda etmişdir. O, 71-ci dəqiqədə Kris Führixi əvəz etmişdir. Həmin görüşdə Köln kubok görüşündə rəqibinə 1-0 hesabı ilə məğlub olmuşdur. 2018-ci ilin may ayında Qoden Bundesliqa təmsilçilərindən olan Nürnberq klubu ilə mövsüm sonuna qədər müqavilə imzalamışdır. == Karyera statistikası == === Klub === 19 dekabr 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Almaniya Superkuboku görüşləri daxildir.
Kevin Sistrom
Kevin Sistrom (30 dekabr 1983) – Amerikalı kompüter proqramçısı və mütəxəssisi. Kevin Sistrom Mayk Kriqer ilə birlikdə dünyanın ən böyük foto paylaşma saytı olan İnstaqramın qurucusudur. Sistrom, 2016-cı ildə ABŞ üzrə tərtib olunmuş "Ən Zəngin Sahibkarlar" siyahısına daxil edilmişdir. Onun CEO-su olduğu İnstaqram, 2017-ci ilin sentyabr ayından etibarən aylıq 800 milyon istifadəçisi olan, o cümlədən sürətlə böyüyən bir platformaya çevrildi. 24 sentyabr 2018-ci ildə İnstaqramın baş direktoru vəzifəsindən istefa vermişdir. == Həyatı == Kevin Sistrom 1983-cü ilin 30 dekabrında Hollistonda (Massaçusets ştatı) anadan olmuşdur. Anası Diana "Zipcar" kompaniyasında marketoloq kimi çalışmışdır. O həm də birinci dot-kom balonu zamanı "Monster and Swaipt"də işləyib. Atası Duqlas isə, "TJX" kompaniyasında kadr xidmətləri üzrə vitse-prezident vəzifəsində çalışıb. Kevinin ana nənəsi və babası Henkokda Birinci icma kilsəsinin üzvləri idilər.
Kevin Speysi
Kevin Speysi (ing. Kevin Spacey; 26 iyul 1959[…]) — ABŞlı aktyor, rejissor və ssenarist. Karyerasına 1980-ci illərdə "köməkci" aktyor kimi müxtəlif film və televiziya şoularında rol alaraq başladı. 1990-cı illərdə The Usual Suspects (1995) filmindəki roluna görə "Ən yaxşı köməkci aktyor" nominasiyasında ilk dəfə və sonra isə American Beauty (1999) filmindəki roluna görə "Ən yaxşı aktyor" nominasiyasına layiq görülərək karyerasında yüksəlişə keçdi. Həmçinin, komediya-dram filmi olan Swimming with Sharks (1994), psixoloji-triller janrında Seven (1995), kriminal-polisiyə janrında L. A. Confidential (1997), super-qəhrəman filmi Superman Returns (2006), aksiyon janrında Baby Driver (2017) kimi filmlərdə də rol aldı. 2013-dən 2017-ci ilə kimi Netflix-in siyasi-dram janrında olan House of Cards serialında Frank Underwood rolunu icra etdi. Underwood roluna görə Qızıl Qlobus mükafatını "Ən yaxşı aktyor" nominasiyasında çıxış edərək uğur qazandı. oktyabr 2017-də, aktyor Anthony Rapp, 14 yaşında olarkən, yəni 1986-cı ildə, Speysi tərəfindən cinsi zorakılığa məruz qaldığını iddia etmişdir. Repin bu iddiasına Speysi Twitter üzərindən cavab olaraq bildirmişdir ki, bu hadisəni tam xatırlamır və ola bilsin ki, həmin vaxtı içkili olub. Nəticədə, Netflix Speysi ilə bütün əlaqələri kəsərək onu House of Cards serialından xaric etdiyini və serialın 6.
Kevin Trapp
Kevin Trapp (8 iyul 1990) — Almaniyalı futbolçu.