Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Krep
Krep - səhər yeməyi və ya desert kimi sevilir. Bütün millətlərin krep variasiyası var. Həmin millətlərin də krepləri özünəməxsus şəkildə, müxtəlif ərzaqlarla, şirin və ya qeyri-şirin, günün və ya ilin müəyyən vaxtında yemək adətləri var. == Pənkeyk == İngilislər və amerikalılar krepə pənkeyk deyirlər. Amerika pənkeykləri adətən qalın olur və xəmiri acıtmaqla hazırlanır. İngilis pənyekləri isə nazik olur və fransız krepinə bənzəyir. Şotlandların pənyekləri amerikan pənyrkləri kimidir. Amerikada bu pənyeklər əsasən səhər yeməyində yeyilir. İngilis və Amerika pənyekləri müxtəlif cemlər, siroplar, bal və başqa maye şirniyyatlarla yeyilir. == Blin == Rusların və bir sıra başqa slavyanların krepləridir.
Keep The Faith
Dangerous — Maykl Ceksonun albomu.
Keep calm and carry on
Keep Calm and Carry On (azərb. Sakit qalın və davam edin‎) — Böyük Britaniyada 1939-cu ildə II Dünya Müharibəsinin əvvəlində hazırlanan təbliğat plakatı. == Tarixi == Plakat ilk olaraq 1939-cu ildə II Dünya Müharibəsinin əvvəlində Britaniya İnformasiya Nazirliyin (ing. Ministry of Information) tərəfindən düzəldilmişdir. İki milyon yarım nüsxə çap edilmişdi, lakin plakat geniş yayılmamışdı. Bu seriyada daha iki plakat mövcuddur — 400 min nüsxəsi olan "Freedom Is In Peril. Defend It With All Your Might" (ing. "Azadlıq təhlükədədir. Bütün gücünüzlə onu müdafiə edin"), və 800 min nüsxəsi olan " Your Courage, Your Cheerfulness, Your Resolution Will Bring Us Victory " (ing."Sizin qıvraqlığınız, cəsarətiniz, qətiyyətiniz bizə qələbə qazandıracaqdır"). == Müasir mədəniyyətdə == 2000-ci ildə Barter Books ikinci əl kitab dükanında plakatın bir nüsxəsi tapılmışdır.
Keep It Like a Secret
Keep It Like a Secret — ABŞ indi-rok qrupu Built to Spill-in dördüncü studiya albomu. 2 fevral 1999-cu ildə buraxılıb.
Grep
grep — mətn verilənindən requlyar ifadəyə uyğun nəticəni tapıb, çıxartmaq üçün istifadə olunan komandadır. İlk versiyası Unix əməliyyat sistemi üçün yaradılmışdır. Hal-hazırda bütün *nix əməliyyat sistemlərində istifadə olunur. grep açılımı — global regular expression print (qlobal requlyar ifadələri çap et) şəklindədir.
Jeep
Jeep — 1941-ci ildə ABŞ ordusu üçün yaradılmış yüngül nəqliyyat vasitəsi və onu yaratmaq üçün qurulan bir şirkətin adıdır. Chrysler avtomobil qrupuna bağlı bir şirkətdir. Jeep markası bir marka hesab edilməkdən çıxmış və xalq arasında bu cür avtomobillərə markası nə olursa olsun ümumiyyətlə Jeep deyilməyə başlanmışdır.
KXCP
Klassik Xalq Cəbhəsi Partiyası və ya qısaca KXCP — Azərbaycan Xalq Cəbhəsi Partiyasının "klassiklər" qanadı ilə rəsmi dövlət qeydiyyatı olmayan Vahid Azərbaycan Uğrunda İstiqlal Cəbhəsi Partiyasının 26 mart 2006-cı ildə keçirilən qurultayda birləşərək fəaliyyətə başlamış siyasi partiya. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Klassik Xalq Cəbhəsi Partiyasının üzvlərinin 70%-i kişi, 30%-i isə qadın olmuşdur. == Tarixi == === Parçalanma və birləşmə cəhdi === 4 iyun Gəncə qiyamının ardınca Azərbaycan Xalq Cəbhəsi sədri, Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy paytaxtı tərk edərək doğulduğu Kələki kəndinə getmişdir. Çevrilişin lideri Surət Hüseynov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev ilə ittifaq yaratmışdır. Heydər Əliyev 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir. 21 iyun 1993-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə müraciət edərək onu öz işinə geri çağırmışdır.24 iyun 1993-cü ildə isə Əbülfəz Elçibəy fəaliyyətini icra edə bilmədiyi üçün prezidentin səlahiyyətləri müvəqqəti olaraq Heydər Əliyevə ötürülmüşdür. Heydər Əliyev 30 iyul 1993-cü ildə qiyamçı Surət Hüseynovu Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin etmişdir. Heydər Əliyev daha sonra növbədənkənar prezident seçkiləri təyin etmişdir. 3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərində 3 namizəd arasından Heydər Əliyev 98,6% səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Baş verən bu hadisələr Azərbaycan Xalq Cəbhəsi daxilində də gərginliklərə və qruplaşmalara səbəb olmuşdur.
Kalp
Kalpe (isp. Calp) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 23,51 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 29909 nəfərə çatmışdır.
Karp
Çəki və ya karp (lat. Cyprinus carpio) Yarımkeçici balıqdır. Dənizə tökülən çaylarda çoxalır. Aralıq dənizində, Xəzər, Qara və Aral dənizlərində, həmçinin İssıkkulda yayılmışdır. Uzunluğu 17 sm-dən 79 sm-ə qədər ola bilər, kütləsi 1,6-2,8 kq təşkil edir. Uzunluğu 1 m, çəkisi 20 kq-dan çox olan balıqlara nadir də olsa rastlanılır. == Yayılması == Yarımkeçici balıqdır. Dənizə tökülən çaylarda çoxalır. Aralıq dənizində, Xəzər, Qara və Aral dənizlərində, həmçinin İssıkkulda yayılmışdır. Uzunluğu 17 sm-dən 79 sm-ə qədər ola bilər, kütləsi 1,6-2,8 kq təşkil edir.
Kaup
İohann Yakob Kaup (alm. Johann Jakob Kaup‎; 20 aprel 1803, Darmştat – 4 iyul 1873, Darmştat) — Almaniya zooloqu.
Keek
Keek — video vəziyyət yenilikləri yükləməyi təmin edən pulsuz bir online sosial şəbəkə xidməti.
Kiev
Kiyev (ukr. Київ təlləfüzü Kıyiv [ˈkɪjiu̯]) — Ukraynanın paytaxtı və ən böyük şəhəri. Kiyev Ukraynanın mərkəzi hissəsinin şimalında, Dnepr çayının sahilində yerləşir. Şəhər şimaldan cənuba 50 km, qərbdən şərqə 56 km uzanır. Əhali sayına görə Moskva, London, Paris, Sankt-Peterburq, Berlin və Madriddən sonra Avropanın yeddinci böyük şəhəridir. == Toponimi == "Zaman illəri haqqında salnamə"yə görə ("Повесть временных лет") şəhərin adı Kiyevin baniləri hesab edilən üç qardaşdan böyüyü olan Kiyin adından yaranıb. Digər versiyaya görə, Kiyev şəhərinin əsası qədim türklər tərəfində qoyulub və "Kiyev" sözü türk dillərindəki "iki" və "ev" sözlərindən yaranıb. == Tarixi == Tarixi boyu Kiyev polyakların, Kiyev Rus dövlətinin, Kiyev knyazlığının, Ukrayna Xalq Respublikasının, Ukrayna dövlətinin, Ukrayna Sovet Sosialist Respublikasının paytaxtı olmuşdur. 1991-ci il 24 avqust tarixindən isə müstəqil Ukraynanın paytaxtıdır. == Əhalisi == Kiyev 10 inzibatı rayona bölünür, onlar Dneprin sağ və sol sahillərində yerləşirlər.
Klel
Klel (fr. Clelles) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38113. Kommunanın 2006-cı il üçün əhalisi 475 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 520 ilə 1 560 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 125 km cənub-şərqdə, Qrenobldan 45 km cənubda yerləşir.
Klet
Klet (təq. 25, Roma – 90-cı illər, Roma, Roma imperiyası) — əsasən Klet adıyla da tanınır, 76-88-ci illər aralığında Papalıq etmişdir. 3-cü Roma Papası olan Klet, papalıq vəzifəsinə Papa Lindən sonra gəlmişdir. Adının mənası Cleteus, Yunancadan "Kimsə" mənasındadır. Sonrakı zamanlarda Klet adını almış və beləcə Papalıq adı bu olmuşdur. == Papalıq dövrü == Papa olması tam dəqiq olmamaqla yanaşı, 76–88-ci illər aralığında davam edən 12 illik fəaliyyəti təxmin edilməkdədir. Papa Klet dövründə, Roma 25 hissəyə bölünmüşdü. Bəzi sənədlərə əsasən, Kletin bu bölgələrdə əhəmiyyətli rütbəsi və söz sahibliyi vardı. Bununla yanaşı, siyasətdə də geri qalmadığı yazılmaqdadır. 88-ci ildə, səbəbi bəlli olmayan bir xəstəliyə tutulması nəticəsində ölmüşdür.
Krem
Krem — tam yağlı süddən yağ hissəsinin ayrılması nəticəsində əldə edilən süd məhsuludur. Kərə yağı, xama, dondurma istehsalı üçün istifadə olunur, təzə istehlak olunur. == Krem istehsalı == Ayırıcıların ixtirasından əvvəl, çökmüş südün altda bir kranla xüsusi qablara boşaldılması ilə krem ​​əldə edilmişdir və buna görə ona "krem" adı verilmişdir. Ümumiyyətlə, qaymaq və xama yalnız istehsal üsulu ilə fərqlənən çökmüş südün üst təbəqəsidir. Qədim Slavlar müasir Ukrayna dilində də olduğu kimi ona "Vershki" deyirdilər. Süd sənayesi müəssisələrində krem, süd plazmasından daha yüngül süd yağından topları ayıran santrafujlu ayırıcılarda təzə inək südündən ​​istehsal olunur. Süd ilkin olaraq kiçik çirklərdən təmizlənir və qızdırılır. Ayrılma 40–45 °C temperaturda aparılır. Ayrılmış kremin yağ tərkibi tamburun fırlanma sürəti ilə tənzimlənə bilər, məhsulun son yağ tərkibi tam və ya yağsız süd əlavə edilərək standartlaşdırılır. Sonra krem ​​homogenləşdirilir və 85–88 °C-də 10–15 dəqiqə pasterizə edilir, 4–6 °C-yə qədər soyudulur və tökülür.
Krez
Krez (təq. e.ə. 596 – təq. e.ə. 546, Sardı[d], Manisa vilayəti) — (İslam qaynaqlarında keçən adıyla Karun) Kiçik Asiyadakı Lidiya dövlətinin sonuncu hökmdarı (e.ə. 560–546). Krezin var-dövləti haqqında çoxlu zərbi-məsəllər qoşulmuş, əfsanələr yaranmışdır. Qədimdə hesab edirdilər ki, ilk dəfə qızıl sikkə zərb etdirən elə Krez olmuşdur. E.ə. 546-cı ildə hökmdar Kirin başçılıq etdiyi fars qoşunları tərəfindən məğlub edilmiş və əsir düşmüşdü.
Krip
Krip (rus. крип, ing. creep) — ağırlıq qüvvəsinin təsiri altında kövrək örtüyün yavaş-yavaş yamac aşağı sürüşməsi. Ağırlıq qüvvəsinin təsiri altında baş verir. Suyun olması, rütubətlənmənin və qurumanın, donuşluğun və ərimənin, bitkilərin kökünün inkişafının və qurumasının növbələşməsi və yereşən heyvanların fəaliyyəti, prosesi asanlaşdırır.
Kupe
Kupe, 2 və ya 4 oturacaqlı, 2 qapılı, 2 və ya 4 yan şüşələri olan üstü bağlı olan sərnişin daşımaq üçün nəzərdə tutulmuş olan avtomobil kuzası növüdür. 4 qapılı kupe (məsələn, mercedes cls350) nəqliyyat vasitələrində olduğu kimi, buradakı tərif də, tam deyil və ya səhvdir. İki nəfərlik olub bir arxa oturacağı olanlar klub kupe adlandırılmışdır. Avtomobil qısaltmaları kupeni daxili həcmi 934 litrdən daha az olan avtomobillər üçün tanıdığı halda, fransızlar sərnişin salonunun bir şüşə arakəsmə vasitəsilə sürücü bölməsindən ayrılaraq, maşının sürücüsünün açıqda, sərnişinlərinin isə qapalı məkanda hərəkət etdiyi ilk nəqliyyat vasitələrinə coupe chauffeur adını vermişdilər. Ümumiyyətlə, dörd oturacaqlı iki qapılı, arxa oturacaq yerləri sabit tavanlı, qabaqdakı oturacaq yerlərinin üstü açıla bilən maşınlar da coupe de ville ya da town coupe olaraq adlandırılmışdır. Renault və Bugatti bu addan Panel Brougham nəqliyyat vasitələri üçün istifadə etmişdirlər. Brougham, motorlu nəqliyyat vasitələrinin erkən mərhələlərində iki və ya dörd nəfərlik qapalı bir avtomobili təsvir etmək üçün istifadə edilmişdir. Belə avtomobillərin kəskin xətləri və hamar səthləri olanlarına isə Panel Brougham deyilmişdir. İki qapılı, sürücünün yanındakı oturacağın yığıla bilindiyi maşınlar isə Opera kupe olaraq adlandırılır.
Kurp
Kurp (Kabard.-çərk. КурпI, Oset. Куырыпп) - Terekin sağ qolu olub Şimali Osetiya və Kabardina-Balkariyada çaydır . Uzunluğu 50 km, hövzəsi 337 km²-dir. Ən böyük qolu Joronka çayıdır (sağ, 21 km). == Coğrafiya == Çay Şimali Osetiyanın Kirov rayonunda, Sunja silsiləsinin şimal yamacındakı ən yüksək zirvəsi Zamankul dağından (926 m) 7,5 km şimal-şərqdə , buynuzlu -fıstıq meşələrdə yaranır.Razdzoq kəndi mənbədən 6,5 km cənubda yerləşir. Əvvəlcə cərəyanın ümumi istiqaməti şimal-qərbə yönəlir. Yuxarıda dağ meşələri arasında axır və düzənliyə çıxır.Çay Kusova kəndindən aşağıda, Kabardina-Balkariyanın Terek rayonundadır. İnarkoy kəndi yaxınlığında çay sol qolu olan Suxoy Kurpa (12 km) qovuşur və bundan sonra şimal-şərqə dönür. Aşağı Kurp kəndi yaxınlığında, Aşağı Malqobek kəndindən şərqə doğru kənara çıxaraq, bu andan başlayaraq şimala axanadək ən böyük özəyi olan Joronka çayı ilə qovuşur.
Küpə
Sırğa — Qulağa taxılan qızıl, gümüş və s.-dən düzəldilmiş müxtəlif formalı bəzək; tana, qulaq pirsinqi. == Etimologiya == Bir çox türkoloq alim "sırğa" sözünün "asmaq" feilindən əmələ gədiyini və sözün ilkin biçiminin asırğa kimi olduğunu düşünür. Çaqatay dilində "astiq" — hörüklərdən və pullardan düzəldilmiş qadın bəzəyi; Azərbaycan türkcəsində "astığ" — qadın sırğası, Türkiyə türkcəsində "asım takım" — qadınların taxdığı süs əşyası. Maraqlıdır ki, Xakas dilinin koybal və kaçin dialektlərində "ak sırğa" ifadəsi "sirkə (bit yumurtası)" anlamına gəlir. Qazax dilində "sirkiremek" — çisəmək (yağış haqqda); Çuvaş dilində "şarkalanmak" — damla-damla tökülmək (şeh haqqda). Tatar, başqırd, çuvaş dillərində "sirkə" həm də "çiçək tozu" deməkdir. == Tarixçə == === Türk kişilərin sırğa taxması === Qədim Türk xüsusiyyətlərinin, adət və ənənələrinin bir çoxunu özündə əks etdirən Kitabi Dədə Qorqudda "altun küpəli Oğuz bəyləri"ndən də bəhs olunur: "Qulağı altun-altun küpəli… Boz ayğırlı Beyrək çapar yetdi" (D-67). Çin mənbələrinin verdiyi məlumata görə qırğızlarda qulağa həlqə, yəni sırğa taxmaq adəti mövcud imiş. Son Xarəzmşahlar dövrü tarixini yazan məşhur Nəsəvidə olan bir qeyd bu adətə aiddir: Səlcuq hökmdarı Alp Arslan Gürcüstana etdiyi səfərlərdə oradakı bir çox bəyləri əsir etmiş, sonra onların qulaqlarına öz adları həkk olunmuş həlqə taxaraq azad etmişdi. Səlcuqların süqutundan sonra bəylərin hamısı bu həlqələri çıxarmışdılar.
Krop
Krop-top (ing. crop top [ˈkɹɒp ˌtɒp]), və ya sadəcə krop, həmçinin qısa köynək — qarın, beli qismən və ya ən çox sinəyə qədər hissəni açıq saxlayan geyim növü. Qısa köynəklər qədim zamanlardan Hindistanın milli qadın geyimində istifadə olunub. "Choli" bir neçə minilliklərə aid olan və hələ də demək olar ki, orijinal şəklində qorunub saxlanılan ənənəvi hind geyimidir. Müasir krobun ilk versiyaları 1930-cu illərdə ortaya çıxdı. 1960-cı illərə qədər onlar getdikcə kiçildi və göbəyi üzə çıxardı. Daha bir neçə il keçdi və onlar bir qədər uzandı, lakin kəmər xətti aşağı düşdü, belə ki, göbək açıq qaldı və krob 90-cı illərin modasının əlaməti oldu. Xüsusilə 90-cı illərdə məşhur olan kroblar 2013–2014-cü illərdə podiumlara qayıtdı və hələ də populyarlıq zirvəsindədir. Krobun populyarlığı son moda mövsümlərinin demək olar ki, heç bir nümayişinin onun iştirakı olmadan tamamlanmaması ilə təsdiqlənir.
Kalp Hastası
Kalp Hastası — Sagopa Kajmerin 2013-cü ildə işıq üzü görən albomu. Albom 8 iyul 2013-cü ildə Melankolia Müzik tərəfindən Türkiyədə satışa çıxarılmışdır. Albom çıxmadan 2 gün əvvəl Düşünmek İçin Vaktin Var mahnısı internet üzərindən yayınlanmış və mahnıya klip də çəkilmişdir. Alboma Sagopa Kajmerin Kolera ilə olan dueti İster İstemez də daxil edilmişdir.
Kamp Nou
«Kamp Nou» (kat. Camp Nou, [ˈkam ˈnɔw]- Barselona futbol klubunun stadionu, katalon dilindən tərcümədə "yeni torpaq" deməkdir. == Tarixi == 1957–ci ildə açıldıqdan sonra stadion katalon futbol klubuna məxsus idi və həmin vaxt adı Estadi del FC Barcelona adlanırdı. Yəni stadion FK Barselona, lakin elə həmin dövrdən etibarən bura Nou Kam kimi səslənməyə başlanmışdı. Öz adını isə bu stadion 2000–ci ildən etibarən qazanmışdır. Kam Nou – böyüklyünə görə yalnız İspaniyada deyil, həmçinin bütün Avropada seçilir. Burada 98 772 tamaşaçının yerləşməsi mümkündür. UEFA – nın verdiyi qərara əsasən bu futbol meydançası beş ulduza layiq görülmüşdür. Stadion tikilərkən Barselonanın president kreslosunda Fransesk Miro – Sans əyləşmişdi. O, gələcək Nou Kamp stadionun layihəsini köhnə Camp de Les Corts yerində tikərək onu əvəz etmək fikrinə düşdü.
Keyp-Breton
Keyp-Breton (ing. Cape Breton Island, fr. Île du Cap-Breton) — Şimal-şərqdən Yeni Şotlandiya yarımadasından Kanso boğazı, Uels Şahzadəsi (ada)sından isə Müqəddəs Lavrentiya körfəzi ilə ayrılır. Mikmaki dilində Unama’kik — "Duman Torpağı". Ada inzibati cəhətdən Yeni Şotlandiya vilayəti ərazisinə daxildir. == Coğrafiyası == Adanın sahəsi 10 311 km² təşkil edir (Adaların dünyada sahəsinə görə sıralsması]]nda 75-ci, Kanadada isə 18-ci yeri tutur. Adada laqun məşəlli Bra-d'or gölü vardır. Onun sadəsi 932–1099 km² arasında dəyişiir. Ən hündür zirvəsi Vayt-Hill dağıdır (532 m). Dağ zirvəsi sıldırımlıdır.
Keyp-Fir
Keyp-Fir (ing. Cape Fear) ― Şimali Karolina sahillərində Keyp-Fir çayının mənsəbini Atlantik okeanından ayıran dil. Çayın hövzəsi boyunca Uilminqton şəhəri yerləşir. Şimali Karolina ştatı əhalisinin dörddə biri burada yaşayır. Keyp-Fir özünün qumlu çimərlikləri ilə seçilir. Bold-Hed-Aylend kəndində yaşayış məntəqələri vardır ki, onlarda dilin qurtaracağına yaxın yerləşir. Burada avtomobillərin hərəkəti qadağandır. Dil ərazisində Cey Li Tomsonun «Qorxu burnu (1962)» və Martin Skorsezenin «Qorxu burnu (1962)» filmləri çəkilmişdir. Dilin dayazlıqları hər zaman dənizçilərdə qorxu yaradırdı. Buranı Kiçik Atlantida qəbrstanlığı adlandırırlar.
Keyp-Reys
Keyp-Reys burnu (ing. Cape Race) — Kanadanın Nyufaundlend adası, Avalon yarımadasının cənub-şərq qutaracağında yerləşən burun. Belə hesab edilir ki, portuqal sözü olan Raso kəlməsindən törəmişdir (səhra). Burun haqqında ilk yazılı məlumat XVI əsrə aiddir. İnzibati baxımından Nyufaundlend və Labrador əyaləti ərazisinə daxildir. == Coğrafiya == Qatı duman, sahilin qayalıqlardan ibarət olması və burunun dəniz yollarına yaxın olması səbəbindən burada tez-tez gəmi qəzaları baş verir. Bunlar arasında ən məşhuru təkərlikli SS Arctic paraxodunun qəzası olmuşdur (1854). Burunun özü küləklərin ilin böyük qismi vurduğu bir platodur. Maksimal hündürlüyü 30 m olan bir qayalıqdan ibarətdir. İlin 158 günü burada duman müşahidə edilir.
Keyp-Taun
Keyptaun (ing. Cape Town, afrik. Kaapstad, xosa. iKapa) — Cənubi Afrika Respublikasının əhali sayına görə ikinci şəhəri (Yohannesburqdan sonra) . CAR-ın qanunverici paytaxtı.