Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Etgar Keret
Etqar Keret (ivr. ‏אתגר קרת‏‎, d. 20 avqust 1967) — qısa hekayələri, qrafik novellaları və ssenariləri ilə məşhur olan İsrail yazıçısı. == Həyatı == Etqar Keret 1967-ci il 20 avqust İsrailin Ramat Qan şəhərində anadan olmuşdur. O Polyak əsilli Holokost soyqırımının sağ qalan qurbanlarının üçüncü övladıdır. Keret Ramat-Qanda Ohel Şem şəhər məktəbini bitirmişdir. Hərbi xidməti başa vurduqdan sonra Tel-Aviv universitetində yalnız xüsusi istedadlı abuturientlərin qəbul olduğu, həmçinin bakalavr və magistratura təhsilini başa vurulması mümkün olan bir sıra fənnlər üzrə hazırlanmış xüsusi proqrama daxil olmuş, beş il təhsil almasına baxmayaraq, təhsilini tamamlamamışdır. Hal-hazırda Neqevdə Ben Qurion adına universitetin ibri dili və ədəbiyyatı şöbəsində professor vəzifəsində çalışır. Məşhur İsrail aktrisası, ssenaristi və kinorejissoru, Şira Qefenlə ailəlidir və bir oğul övladı var. Tel-Əviv şəhərində yaşayır.
Etqar Keret

Keret evi
Keret evi — Polşanın Varşava şəhərində tikili və sənət qurğusudur. Bura memarlıq şirkəti vasitəsilə memar Yakob Szczesny tərəfindən tərtib edilib. Ən dar yeri 92 santimetr (3.02 ft), ən geniş yeri isə 152 santimetr (4.99 ft) olmaqla dünyada ən dar ev olaraq məşhurlaşmışdır. İki mərtəbəli sənət qurğusuna binanın ilk icarəçisi olan İsrail yazıçısı və rejissoru Etqar Keretin adı verilmişdir. == Quruluşu == Dəmirdən quraşdırılmış tikili iki mərtəbədən ibarətdir və bir yataq otağı, mətbəx, vanna otağı və yaşayış sahəsindən ibarətdir. İki açılmayan pəncərəsi var və günəş işığı həmçinin divarları təşkil edən şəffaf şüşə panellərdən keçir. Bütün daxili rəng ağ rəngdədir və binanın elektrik enerjisi qonşu bir binadan alınır. Ev xüsusi su və kanalizasiya texnologiyasına malikdir və şəhəri təmin edən su sistemlərinə qoşulmur. Kiçik ölçülərinə görə bina yalnız kiçik bir soyuducuya sahibdir və sakinlər mərtəbədən mərtəbəyə qədər getmək üçün nərdivandan istifadə edirlər. Binaya giriş qapalı olduqda yaşayış sahəsinə çevrilən geri çəkilən pilləkənlər vasitəsilə mümkündür.