Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Natalya Lavrova
Natalya Lavrova (4 avqust 1984; Penza, RSFSR — 23 aprel 2010; Penza, Rusiya) — Rusiyanı təmsil edən bədii gimnast. 2000 Sidney və 2004 Afina Olimpiadalarının qalibi. 2 dəfə Olimpiya Oyunlarının qalibi olmağı bacaran birinci bədii gimnast. == Həyatı == Natalya Lavrova 1984-cü il avqustun 4-də Penza vilayətinin Penza şəhərində anadan olub. 5 yaşında idmanla məşğul olurdu. Birinci məşqçisi Olqa Stebeneva idi. 1991-2002-ci illərdə Penza şəhərində 75 nömrəli orta ümumtəhsil məjtəbində təhsil alıb. Ali təhsilini isə Penza Dövlət Universitetinin V. Q. Belin adına Pedaqoji İnstitutunda alıb. == Karyerası == Natalya Lavrova 1998-ci ildən bədii gimnastlardan ibarət Rusiya yığmasının üzvü idi. Natalya Lavrova 1999-cu ildə Yaponiyada baş tutan Dünya Çempionatında qrup turnirinin qalibi oldu.
Lavrov adası
Lavrov adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Bolşevik adasının şimalından 1,5 km şimal-şərqdə, Pyatiuqlovka, Nezametnaya və Krasivaya çaylarının mənsəbində yerləşir. Burada Zakrıtaya və Deryuqin buxtaları yerləşir. Lavrov adası ilə Bolşevik arasında iki ada yerləşir:600 metr aralıda Novıy adası, 500 m aralıda isə adsız adası yerləşir. == Təsviri == Lavrov adası cənub-qərbdən şimal-şərqə doğru uzanır. Uzunluğu 6 km, eni 1,4 km təşkil edir. Gözlə seçiləcək yüksəklik yoxdur. Bununla belə şərqində yüksəklik 6, qərbində 10 metr təşkil edir. Şərq qutaracağında geodeziya məntəqəsi yerləşir.
Lavrov buxtası
Lavrov buxtası — Berinq dənizinə daxil olan Olyutorski körfəzinin şimal-qərbində yerləşir. İnzibati baxımından Kamçatka diyarının Olyutorki rayonu ərazisinə daxildir. Qoven yarımadası ərazisində yerləşir. Lavrov buxtası Koryak qoruğunun üç əsas bölgəsindən biridir. == Təsviri == Jujnaya qlubokaya buxtasından 16 km çimal-qərbdə yerləşir. Koryak öndağlığı, Pılqinski silsiləsi ətrafından keçir. Bu bazımından bir fiorddur. Buxtanın uzunluğu 11 km-dir. Ən enli hissəsdə eni 6,5 km, yuxarılarda isə 1 km qədər azalır. Yuxarı hissədə qumlu dillər iki kiçik buxta əmmələ gətir:Vestovuya və Ostobuya.
Sergey Lavrov
Sergey Lavrov (rus. Серге́й Ви́кторович Лавро́в; 21 mart 1950, Moskva, SSRİ) — Rusiya Federasiyasının Xarici İşlər Naziri. == Həyatı == 1950-ci il martın 21-də Moskvada anadan olub. Lavrov erməni və ya rus kökənlidir. Atası Tbilisidən olan bir erməni idi. == Ailəsi == Atası - əslən Tiflisdən olan erməni və anası isə SSRİ-nin ticarət nazirliyinin əməkdaşı olub. == Filmoqrafiya == Mənə inanın!