Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ban Çan
Ban Kristofer Çan və ya səhnə adı ilə Bang Chan (3 oktyabr 1997, Seul) — 2018-ci ildə JYP Entertainment tərəfindən yaradılan Cənubi Koreyalı oğlan qrupu "Stray Kids"-in lideri, vokalı, repçisi və prodüsseridir. 3Racha mahnı yazan triosunun üzvüdür.Koreya Musiqi Müəllif Hüquqları Assosiasiyasının (KOMCA) məlumatına görə, o 124 mahnının müəllifidir. == İlk İllər == === Həyatı === Ban Çan 3 oktyabr 1997-ci ildə Cənubi Koreyada Seul şəhərində anadan olub.Hannah adında bacısı və Lucas adında qardaşı var. Kiçik yaşlarında bir müddət Avstraliyanın Sidney şəhərində yaşamışdır. Çan Avstraliyada ikən "Newtown" Liseyində oxudu. Cənubi Koreyaya köçdükdə "Chungdam" Liseyində oxudu. Kiçik yaşlarında modern rəqs və balet rəqsi üzrə təhsil almışdır. == Karyera == === Stray Kids === 11 aprel 2011-ci ildə JYP Entertainment-ə qatıldı. 800 namizəd arasından tək o seçilmişdir. 7 il stajçı olub.
Çan Lam
Çan Lam (d. 6 fevral 2004) — Honkonqlu suya tullanan. Çan Lam Honkonqu 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Çan Lam birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 142.10 xal toplayaraq 41-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
LAN
Lokal şəbəkə yaxud LAN (ing. Local Area Network) — yaşayış yeri, məktəb, laboratoriya, universitet şəhərciyi və ya ofis binası kimi məhdud sahədə kompüterləri birləşdirən kompüter şəbəkəsi. Əksinə, genişmiqyaslı şəbəkə (WAN) sadəcə daha böyük coğrafi məsafəni yox, həm də ümumiyyətlə icarəyə götürülmüş telekommunikasiya sxemlərini əhatə edir. Ethernet və Wi-Fi lokal şəbəkələr üçün istifadə edilən ən çox yayılmış iki texnologiyadır. Tarixi şəbəkə texnologiyalarına ARCNET, "Token Ring" və "AppleTalk" daxildir. == Topologiyalar == === Şin topologiyası === Şin topologiyalı lokal şəbəkələr ən sadə struktura malikdirlər. Bu topologiyada bütün kompüterlər paralel olaraq şinə qoşulurlar. Şin, kompüterləri bir-birinə bağlayan kabel sistemidir. İnformasiya paketlər şəklində şinlə hər iki tərəfə ötürülür. İnformasiya göndərmək istəyən kompüter (şəbəkə adapteri) şinin boş olub-olmamasını (yəni şinlə digər kompüterlərin informasiya göndərib-göndərməməsini) yoxlayır.
Jan-Mari Len
Jan-Mari Len (30 sentyabr 1939[…]) — fransız fiziki, supramolekulyar kimyanın banisi, kimya üzrə Nobel mükafatı laureatı. == Həyatı == Fransız kimyaçısı Len 1939-cu ilin sentyabrın 30-da Rosemdə anadan olmuşdur. 1960-cı ildə Strasburq Universitetini bitirmişdir. 1960-cı ildə Fransanın Milli elmi tədqiqatlar mərkəzində işləmişdir. 1963-1964-cü illərdə R.B. Vudvordun laboratoriyasında (Harvard Universitetində) təcrübə keçmişdir. 1963-1979-cu illərdə Strasburq Universitetində (1970-ci ildən professor), 1979-cu ildən Kollec de Fransda professor işləyir. Əsas elmi tədqiqat istiqaməti üzvi sintez və kompleks birləşmələr kimyasıdır. 1962 1967-ci illərdə Ç.C. Pedersen tərəfindən başlamış tədqiqatları genişləndirmişdir. 1970-ci ildə NMR və pH-metriya üsulları ilə bisiklik amino-kraun efirlərini öyrənmiş, sübut etmişdir ki, onlar monosiklik kraun efirlərinə nəzərən iki tərtib daha çox kompleks əmələ gətirmək qabiliyyətinə malikdir. 1972-1978-ci illərlə supermolekul adlanan Kraun efirləri komplekslərinin təkcə kationlarla yox, həmçinin anionlarla və neytral molekullarla əmələ gəlməsində həndəsi və energetik komplementarlığının əhəmiyyətli qanunauyğunluq olduğunu müəyyən etmişdir.
Kan Hi-Çan
Kanq Hi-Çan (10 may 1970) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kanq Hi-Çan Cənubi Koreyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin, cüt turnirdə isə bürünc medalın sahibi olub. Daha sonra Kan Hi-Çan Cənubi Koreyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 5-ci pillənin sahibi olub.
Lin Çih-lyan
Çan Pen-Lun
Çian Pen-Lun (24 iyul 1976) — Çin Taybeyini təmsil edən stolüstü tennisçi. == Karyerası == Çian Pen-Lun Çin Taybeyini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Çian Pen-Lun Çin Taybeyini 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 5-ci pillənin sahibi olub. Çian Pen-Lun Çin Taybeyini 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Daha sonra Çian Pen-Lun Çin Taybeyini 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, Komanda turnirində isə 7-ci pillənin sahibi olub.
Lan (En)
Lan (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Lan (hərf)
𐔾 (səslənməsi: /l/; transkripsiyası: L, l) — Alban əlifbasının 15-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Լան (Lan) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulzenin fikrincə bu hərfin adı doğrudur. Fonetik olaraq Azərbaycan dilindəki L hərfi ilə eyni səsi bildirir. Tədqiqatçıların heç biri bu qrafikanın düzgün fonetik mənasına şübhə etmir. Rəqəm dəyəri 60-dır.
Lan (şəhər)
Lan - Fransanın şimalında yerləşir. Ena departamentinin paytaxtıdır. Lillyanın cənubundan 155 km və Parisdən şimal-şərqdən 138 km aralı yerləşir. Şəhərin köhnə hissəsi 188 m hündürlükdə təpədə yerləşir. == Tarixi == Burada Böyük Karlın anası burada anadan olmuşdur. Frank hökümətinin mərkəzi olubdu. Fransanın başçısı IV Lüdovik və onun oğlu Lotar III anadan olmuşdur. == İqtisadiyyat == Kənd təsərrüfatı - 0,3% Sənaye - 8,0% Tikinti-4,2% Nəqliyyat - 35,7% Adam başına düşən 2013-cü ildə 16020 avrodur.
Lan adası
Lan adası (tay เกาะล้าน) — Siam körfəzində, Taylandın şərq sahillərinə yaxın ərazidə yerləşən ada. Pattayya adaları qrupuna daxildir. Bu ada həmcinin "Mərcan adası" kimi məşhurdur. Pattayyada turustik ərazi kimi tanınır. == Coğrafiyası == Pattayya adaları qrupunun ən iri adasıdır. Bu qrupa həmcinin Krok adası və Sak adası daxildir. Ada ilə sahil arasında məsafə 8 km təşkil edir. İnzibati cəhətdən isə Çonburi vilayətinin Banqlamunq ampxeРsinə daxildir. Adanın uzunluğu 4 kilometrdir. Təpəlikdən ibarət olan ada, meşəliklərlə örtülüdür.
Wireless LAN
Simsiz lokal şəbəkə (ing. wireless local area network; qısaca "Wireless LAN" və ya "WLAN") — ev, məktəb, kompüter laboratoriyası, yataqxana və ya ofis binası kimi məhdud ərazidə yerli şəbəkə (LAN) yaratmaq üçün simsiz rabitədən istifadə edərək iki və ya daha çox cihazı birləşdirən simsiz kompüter şəbəkəsi. Bu istifadəçiləri əhatə dairəsində hərəkət etmək və şəbəkəyə bağlı qalmaq imkanı ilə təmin edir. Simsiz lokal şəbəkə həmçinin şəbəkə keçidi vasitəsilə internetə daha genişmiqyaslı qoşulma potensialına malikdir. IEEE 802.11 standartlarına əsaslanan simsiz lokal şəbəkələr dünyada ən çox istifadə edilən kompüter şəbəkələridir. Bunlar adətən Wi-Fi adlanır və bu, "Wi-Fi Alliance"a məxsus ticarət nişanıdır. Onlar notbuk kompüterləri, printerləri, smartfonları, veb televizorları və oyun cihazlarını simsiz ruter ilə birləşdirən ev və kiçik ofis şəbəkələri üçün istifadə olunur. Restoranlarda, kafelərdə, otellərdə, kitabxanalarda və hava limanlarında ruter vasitəsilə təmin edilən qaynar nöqtələr istehlakçılara portativ simsiz cihazlarla internetə daxil olmaq imkanı verir. == Tarixi == Havay Universitetinin professoru Norman Abramson dünyanın ilk simsiz kompüter rabitəsi şəbəkəsi olan "ALOHAnet"i yaratmışdı. Sistem 1971-ci ildə fəaliyyətə başlayıb.
Adi lan
Adi lan (lat. Dama dama) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin lan cinsinə aid heyvan növü.
Lan Woosnam
Lan Harold Woosnam - (2 mart 1958, Oswestry) OBE Uelsli peşəkar qolfçudur. 'Woosie' ləqəbli Woosnam Avropa qolfçularının "Böyük Beşlik" nəslindən biri idi, hamısı bir-birindən 12 ay ərzində doğulmuş, hamısı əsas yarışlarda qalib gəlmiş və Avropanı Ryder Kubokunda rəqabətədavamlı etmişdir. Bu qrupdakı həmyaşıdları Seve Ballesteros, Nik Faldo, Bernhard Langer və Sandy Layl idi. Woosnam-ın əsas çempionluq qələbəsi 1991-ci ildə Masters Turnirində oldu. O, 2017-ci ildə Dünya Qolf Şöhrət Zalına daxil edilmişdir. == Erkən həyatı == Woosnam İngiltərənin Şropşir əyalətinin Oswestry şəhərində anadan olub və ailəsi Şropşirin yaxınlıqdakı St Martins kəndində yaşayırdı. == Karyera planı == Woosnam Uels-İngiltərə sərhəddində yerləşən unikal Llanymynech Qolf Klubunda oynamağa başladı. O, 1,64 m ilə kişi qolfçu üçün qısadır, lakin o, güclü vuruşçudur. O, İngiltərənin Şropşir qraflığında keçirilən regional yarışlarda Sandy Lyle ilə birlikdə həvəskar kimi çıxış edib. Woosnam 1976-cı ildə peşəkarlığa çevrildi və ilk dəfə 1979-cu ildə Avropa Turunda çıxış etdi.
Can Can
"Can Can", (erm. Ջան Ջան) 2009 Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı təmsil edən İnqa və Anuş Arşakyanın oxuduğu mahnıdır.12 may 2009-cu ildə Avroviziya Mahnı Müsabiqəsinin I yarımfinalında 99 xalla 5-ci yer tutmuşdur və finala çıxmışdır. Finalda isə doqquzuncu nömrə altında yarışdı və 92 xal toplayaraq 10-cu oldu. Müsabiqədə səslənən erməni mahnısına bir müddət sonra Azərbaycan ictimaiyyəti etiraz etdi.
Jan Jan
"Can Can", (erm. Ջան Ջան) 2009 Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı təmsil edən İnqa və Anuş Arşakyanın oxuduğu mahnıdır.12 may 2009-cu ildə Avroviziya Mahnı Müsabiqəsinin I yarımfinalında 99 xalla 5-ci yer tutmuşdur və finala çıxmışdır. Finalda isə doqquzuncu nömrə altında yarışdı və 92 xal toplayaraq 10-cu oldu. Müsabiqədə səslənən erməni mahnısına bir müddət sonra Azərbaycan ictimaiyyəti etiraz etdi.
Kan kan
Kan kan (fr. cancan) — yüksək enerjili, fiziki cəhətdən tələbkar rəqs. 1840-cı illərdə məşhur musiqi-zal rəqsi olmuş, bu günə qədər fransız kabaresində populyarlığını davam etdirir. Əvvəlcə cütlər tərəfindən rəqs edilirdi, indi ənənəvi olaraq qadın rəqqasların xor xətti ilə əlaqələndirilir. Rəqsin əsas xüsusiyyətləri yüksək ayaq hərəkətləri, şpaqat ilə birlikdə ətəklərin güclü manipulyasiyasıdır.
Çan-Çan
Çan-Çan(keçua Chan Chan, isp. Chan Chan) — Çimu mədəniyyətinin mərkəzi və Çimorun paytaxtı. == Tarixi == Perunun La Libertad vilayətində, Sakit Okeanın sahilində Çan Çan şəhəri var. Bir zamanlar Çimu sivilizasiyasının paytaxtı olmuş bu şəhərdə 60 min nəfər yaşayırdı.
Le-Qran-Lan
Le-Qran-Lan vəyaLe-Qran-Lans (fr. Le Grand-Lemps) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Le-Qran-Lan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38182. Kommunanın 2008-ci il üçün əhalisi 2852 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 434 ilə 724 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 65 km cənub-şərqdə, Qrenobldan 34km şimal-qərbdə yerləşir.
Alan
Alan — ad. Bu adı olan tanınmış şəxslərAlan Corc Lafley — Procter & Gamble şirkətinin indiki rəhbəri. Alan Arkin — amerika kinoaktyoru."Oskar" mükafatına layiq görülüb. Alan Türinq — ingilis riyaziyyatçısı, məntiqçi və kriptoqrafı.Yaşayış məntəqələriAlan (Kürdüstan) — Alan (Sərab) — Alaniya — Müasir Rusiya federasiyası ərazisində yerləşən qədim vilayətlərdən birinin adı.
Can
Can — bəzən psixika termininin sinonimi kimi işlədilən termin. Fəlsəfə tarixində bu anlayışla insanın idealizimdə xüsusi qeyri-maddi substansiya ilə eyniləşdirilən daxili aləminə baxış ifadə olunmuşdur. İbtidai insanların təsəvvüründə Can nə isə maddi bir şey hesab edilmişdir (qan,nəfəs və s.). Dində can dedikdə bədəndən asılı olmadan "o dünyada" müstəqil mövcud olan nə isə qeyri-cismani, ölməz, qeyri-maddi qüvvə başa düşülür. İdealist fəlsəfədə Can şüurun bu və ya digər ünsürü ilə eyniləşdirilir. Platonda bu əbədi ideyalar, Hegeldə ruhun materiya ilə əlaqəsində ən aşağı hissi təzahürüdür (hiss edən və fəal Can.). Dualist təlimlərdə Can nə isə əzəli və bədənlə birlikdə mövcud olan bir şey kimi başa düşülür (Dekart, Spenser, Vundt, Cems). XIX əsrə qədərki materializimdə (Demokrit, metafizik materizlizm) Can törəmə, iknci bədəndən asılı hesab edilmişdir. Lakin burada psixi fəaliyyət olmaq etibarilə Can adi mexaniki və yaxud fiziki-kimyəvi, proseslərə müncər edilirdi. Çox vaxt ayrı-ayrı materialist filosoflar aləmin ümumiliklə Canlılığına ehtimal etmişlər (Hilozoizm).
Dan
Dan — ad. Dan (kral) — danlar və Danimarkanın birinci əfsanəvi kralı. Dan Vilson (musiqiçi) — amerikalı musiqi ifaçısı, produseri, söz yazarı. Dan-Aksel Zaqadu — Fransa futbolçusu. Dan Anderson — İsveç yazıçısı və şairi. Dan Stav — İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku — Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiriSoyadSun Dan — Çini təmsil edən bədii gimnast.DigərDan dili — Danimarkanın dövlət dili.
Han
Han — kişi adı.
Jan
Jan — fransız adı. Jan Batist Sey — fransız iqtisadçısı Jan Boden — fransız siyasi mütəfəkkürü və hüquqşünası. Jan Mankes — holland rəssam. Jan Moris Emil Bodo — Teleqrafiya sahəsində fransız ixtiraçısı. Jan Tirol — fransız iqtisadçı. Jan Ogüst Dominik Enqr — fransız rəssamı Jan Rasin — XVI əsr Fransız yazıçısı Jan Kabu — fransız karikaturist və jurnalist. Jan Nuvel — fransız memarı. Jan Şarden — fransız səyyahı.
Lab
Lab və ya Laap, Lap, Laab (laosca ລາບ; tail. ลาบ) Laos mətbəxinə məxsus salat növü. Tailandın laosluların üstünlük təşkil etdiyi İsan bölgəsində geniş yayılmışdır. Bu salat orada ət yeməyi kimi təqdim edilir.