Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zlatnıy Rat
Zlatni Rat (xorv. Zlatni rat), həmçinin Qızıl burun və ya Qızıl buynuz ― dil Xorvatiyanın Dalmasiya regionu, Braç adası, Bol şəhərinin 2 km cənubunda, yerləşir. Xvar kanalında Braç və Xvar adalarının arasında, güçlü axınların təsiri ilə meydana gəlmişdir. Ağ qumlardan təşkil olunan dil Adriatik dənizində qərarlaşır. Çimərlik dilin hər iki sahili boyunca 634 m məsafədə uzanır. Dilin sonucu cənub-qərb küləklərinin yəsiri ilə şərqə, nadir hallarda isə qərbə əyilir. Bu külək Corvatiyada Sirroko adlanır. Çimərlikdə uzağa getmək təhlükəlidir. Səbəb axınların bir başa açıq dənizə çıxmasıdır. Buradan əsən qərb küləkləri (Miqstral) Vindsyorfinq vəhəskarlarını bura cəlb edir Dil dövlət tərəfindən geomorfoloji obyekt kimi qorunur.
Latviya latı
Lat (latış. Lats‎; simvolu — Ls; kodu ISO 4217 — LVL) — Latviyanın 1922-1940 və 1993-2013 milli valyutası. Müstəqilliyi bərpa ediləndən sonra, 7 may 1992-ci ildən müvəqqəti ödəniş vasitəsi kimi Latviya rublu dövriyyəyə buraxıldı. Lat dövriyyədə 5 mart 1993-cü ildən istifadə edilir. Latlar SSRİ rubluna 200 : 1 nisbəti ilə dəyişilirdi. 1, 2, 5, 10, 20, 50 santim xırda və 1, 2 lat metal pullar vardır. 10 (gümüş 925) və 100 lat (qızıl 999,9); 5, 10, 20, 50, 100 və 500 lat əskinazlar vardır. 1 Latviya latı 100 santimə (santīmu) bərabərdir. 2014-cü ilin yanvarın 1-dən Latviya Avrozonanın hissəsi olmuş və beləliklə, öz rəsmi valyutanı latdan avroya dəyişdi. 15 yanvara qədər bu ölkədə lat tədricən dövriyyədən çıxmalıdır.
Larnit
Larnit — mineral, β - Ca2[SiO4] == Haqqında == Larnit - dörd modifikasiyadan (α, β, γ1, γ) biri. Təbiətdə ancaq ikisi tapılıb - β larnit və γ1-larnit (bredigit). Monoklinik habitus lövhəvari.İkiləşməsi {100} üzrə polisintetik. Ayrılması {100} üzrə mükəm­məl. Rəngsiz, boz. Əsasi püskür­mə süxurların əhəngdaşı ilə kontaktından əmələ gəlir. Mervinit, sperrit, şpinel ilə assosiasiya olur. Çox az tapılır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Latina
Latina — İtaliyanın Latsio Bölgəsində eyni adı daşıyan Latina vilayətinin mərkəzi olan bir şəhər.
Latsio
Latsio ((lattsjo), Latınca: Latium kimi tələffüz olunur) İtaliyanın mərkəzi yarımada hissəsində yerləşən 20 inzibati rayondan biridir. Latsio təqribən 5.7 milyon sakini ilə İtaliyanın ən çox əhali məskunlaşan üçüncü, 170 milyard avrodan çox ümumdaxili məhsulu ilə ən böyük iqtisadiyyata malik ikinci regionudur. == Tarixi == Latsio latın sözü olan Latiumdan götürülüb. Regionun adı latın mənşəli qədim xalqların qəbilə icmalarında da mövcuddur. Baxmayaraq ki, qədim Roma latınlardan başqa etrusklar və digər italiklər də daxil olmaqla çoxmillətli ölkə idi, amma axırıncı tayfa çoxluq təşkil edirdi. Roma mifologiyasına görə latın tayfası adını kral Latinusdan götürüb. == Coğrafiyası == Latsionun ərazisi 17,236 km²-dir və o, şimaldan Tuskani, Umbria və Mark, şərqdən Abruzzo və Malise, cənubdan Kompania və qərbdən Tirenian dənizi ilə əhatə olunub. Region əsasən düzənlik, təpəliklərdən ibarətdir və əsasən şərq və cənub zonaları kiçik dağlıq ərazilərdir. Latsionun sahili Sersio (541m) və Gata (171m) burunları ilə əhatə olunan qumlu çimərliklərdən ibarətdir. Latsionun bir hissəsi olan Pontin adaları cənub sahili boyunca uzanır.
Latviya
Latviya (latış. Latvija‎), köhnə mənbələrdə Letoniya (liv. Leţmō) və ya Liflyandiya, rəsmi adı ilə Latviya Respublikası (latış. Latvijas Republika‎, liv. Leţmō Vabāmō) – Şimali Avropada dövlət. 1 yanvar 2015-ci il tarixli rəsmi məlumata əsasən əhalisi 1 988 400 nəfərdir. Ərazisi 64 589 km².-dir. Əhalisinin sayına görə dünyada 147-ci, ərazisinə görə 122-ci yeri tutur. Paytaxtı Riqa şəhəri, dövlət dili latış dilidir. Latviya şimalda Estoniya, şərqdə Rusiya, cənub-şərqdə Belorusiya, cənubda Litva ilə həmsərhəddir.
Yasnıy
Yasnı — Rusiya Federasiyasında yerləşən şəhər Orenburq vilayətinə daxildir Şəhərin əsası 1961-ci ildə qoyulub. 1979-cu ildən şəhər statusunu daşıyır. 2017-ci ildə şəhər əhalisi 15000 nəfər təşkil edib.
Latit
Latit — möhtəviləri və əsas kütləsi kaliumlu və kaliumlu-natriumlu çöl şpatlarından (ortoklaz, sanidin) və əsasən andezindən və ya bəzən labradordan ibarət olan traxiandezit bazalt süxur tərkibində müəyyən miqdarda rəngli minerallar (avgit, olivin, biotit), bəzən kvars möhtəviləri iştirak edir. Monsonitin effuziv anoloqu. Köhnəlmiş termin. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Latış
Latışlar və ya latviyalılar (latış. latvieši‎) — Latviyanın əhalisinin 62,1 % təşkil edən (2011 tarixinə olan məlumat) Baltika xalqı. Dili — hind-avropa dil ailəsinin baltik qrupuna (litva dili ilə birgə) daxil olan latış dili. Ənənəvi dinləri — lüteran və katolik, pravoslavlar da vardır. Belə götürülür ki, latışlar qədim Baltika xalqları olan latqalların, kurşilərin, zemqalların, sellərin və fin-uqor xalqlarının XVII əsrdə qovuşması nəticəsində yaranmışdır. İlk dəfə yazılı mənbədə latışlar haqqında 1613-cü ildə Georq Matsel tərəfindən qələmə alınmış "Latış katexizis"də qeyd edilir ("Lettisch Vademecum"). Latış dili haqqında 1525-ci ildə Almaniyada latış dilində nəşr edilmiş və saxlanmamış "Lüteran messe"sində də qeyd olduğu bildirilir. Sayları: Latviya: 1 330 769 ABŞ: 87 564 Rusiya: 28 520 Braziliya: 20 000 Avstraliya: 18 938 İrlandiya: 18 008 Ukrayna: 5079 Litva: 2,3 тыс. (2010) Estoniya: 2199 (2009) Belorusiya: 1549 (2009) == Mənbə == Кудрявцев И. Феномены политического национализма на примере Латвийской Республики Стродс Х. Начало переселения латышских крестьян в Россию в 40-е — 60-е гг. XIX в.
Çatni
Çatni — Hindistanın ənənəvi sousu. Demək olar ki, bütün yeməklərə əlavə olunur və xüsusi dad verir. Tünd dadı ilə acı olmayan yeməklərə əlavə edilir və özünün gözəl rəngi ilə iştaha açır. Çatni adətən tərəvəzlərdən hazırlanır. Bəzən isə meyvələrdən də çatni hazırlayırlar. Çatninin hazırlanması uzun vaxt tələb edir. Belə ki, bütün komponentlər tamamilə həll olunub bişməlidir. Çatni adətən şirin və dadlı olur. O iştahanı artırır və həzm sistəmini sürətləndirir. Yeməklə eyni vaxtda başqa qabda stola qoyulur və kim istəsə zövqünə uyğun olaraq yeməyinə əlavə edir.
Latina (vilayət)
Latina (it. Provincia di Latina) — İtaliya da vilayət, Lasio regionun cənubunda yerləşir, Tirren dənizi sahilində. == Coğrafiya == Vilayətin əhəmiyyətli bir hissəsi ən yüksək nöqtəsi Monte Petrella (1533 metr) olan əhəngdaşı təpələri və Aurunci (it. Monti Aurunci) dağları tərəfindən əhatə olunmuşdur. Düz ərazi olan Aqro Pontino (it. Agro Pontino) əvvəl bataqlıqlar oluşmuşdur 20-ci əsrdə əkinçilik üçün qurudulmuşdur. Həm də Tirren dənizində yerləşən Ponsian adaları vilayətə daxildir. == Şəhərlər == Demək olar ki, vilayətin bütün şəhərləri qədim romalılar tərəfindən əsası qoyulmuşdur.
Latina əyaləti
Latina (it. Provincia di Latina) — İtaliya da vilayət, Lasio regionun cənubunda yerləşir, Tirren dənizi sahilində. == Coğrafiya == Vilayətin əhəmiyyətli bir hissəsi ən yüksək nöqtəsi Monte Petrella (1533 metr) olan əhəngdaşı təpələri və Aurunci (it. Monti Aurunci) dağları tərəfindən əhatə olunmuşdur. Düz ərazi olan Aqro Pontino (it. Agro Pontino) əvvəl bataqlıqlar oluşmuşdur 20-ci əsrdə əkinçilik üçün qurudulmuşdur. Həm də Tirren dənizində yerləşən Ponsian adaları vilayətə daxildir. == Şəhərlər == Demək olar ki, vilayətin bütün şəhərləri qədim romalılar tərəfindən əsası qoyulmuşdur.
Latsio FK
"Latsio (Roma) FK" — İtaliyanın futbol klubu. == Tarixi == 1900-cü ildə yaradılmışdır.Ev oyunlarını Roma ilə birlikdə Stadio Olimpicoda keçirir. == Dünya Kuboku qalibləri == Anfilogino Guarisi (İtaliya 1934) Silvio Piola (Fransa 1938) Massimo Oddo (Almaniya 2006) Angelo Peruzzi (Almaniya 2006) == Uğurları == 17 dəfə Avropa kuboklarında iştirak edib.
Latviya Prezidenti
Latviya Prezidenti (latış. Latvijas Valsts Prezidents‎) – Latviyanın ali dövlət vəzifəsi. Latviya Prezidenti dövlətin başçısı hesab olunur. Latviya Prezidenti, vəzifəyə Latviya Parlamentində (Seymi) baş tutan seçki yolu ilə təyin olunur. Latviya Seyminin 100 üzvü bir neçə mərhələdən ibarət olan seçki yolu ilə bir nəfəri dörd il müddətinə Latviya Prezidenti vəzifəsinə seçir. Latviya Prezidenti seçilən şəxsin səlahiyyət müddəti seçildiyi il iyulun 8-dən başlayır və dörd il sonra başa çatır. 2023-cü il iyulun 8-dən Latviya Prezidentinin səlahiyyətlərini Edqar Rinkeviç icra edir. == Tarixi == === 1940– 1990 === 1922-ci il noyabrın 14-də Latviya Seymi Latviyanın birinci Prezidentini seçdi. Həmin vəzifəyə yeganə namizəd "Kəndçi Birliyi" Partiyasının üzvü Yanis Çaqste idi. Onun lehinə 92, əlehinə isə 6 deputat səs verdi və Yanis Çaqste üç il müddətinə Latviya Prezidenti seçildi.
Latviya Respublikası
Latviya (latış. Latvija‎), köhnə mənbələrdə Letoniya (liv. Leţmō) və ya Liflyandiya, rəsmi adı ilə Latviya Respublikası (latış. Latvijas Republika‎, liv. Leţmō Vabāmō) – Şimali Avropada dövlət. 1 yanvar 2015-ci il tarixli rəsmi məlumata əsasən əhalisi 1 988 400 nəfərdir. Ərazisi 64 589 km².-dir. Əhalisinin sayına görə dünyada 147-ci, ərazisinə görə 122-ci yeri tutur. Paytaxtı Riqa şəhəri, dövlət dili latış dilidir. Latviya şimalda Estoniya, şərqdə Rusiya, cənub-şərqdə Belorusiya, cənubda Litva ilə həmsərhəddir.
Latviya SSR
Latviya SSR (latış. Latvijas Padomju Sociālistiskā Republika‎) — SSRİ-nin tərkibinə daxil olan 15 ittifaq ölkələrindən biri. 21 iyul 1940-cı ildə təşkil olunmuşdur.
Latviya Seymi
Latviya Seymi —
Latviya Televiziyası
Latvijas Televīzija (azərb. Latviya Televiziyası‎) — 6 noyabr 1954-cü il tarixində fəaliyyətə başlayan, Latviyanın ilk milli və ictimai televiziyasıdır. Avropa Yayım İttifaqının üzvüdür. Televiziyanın xərclərinin 60 %-i dövlət büdcəsindən, digər xərclər isə reklam gəlirlərindən əldə olunur.
Latviya Universiteti
Latviya Universiteti (latış. Latvijas Universitāte‎, abbr. LU) — Latviyanın paytaxtı olan Riqa şəhərində yerləşən, 1919-cu ildə əsası qoyulmuş universitet. O, topuniversities.com saytın hesabatına görə dünyanın ən yaxşı 750 universitetin arasında 701-ci yeri tutur. == Xarici əlaqələri == Utrext Şəbəkəsinin üzvüdür.
Latviya azərbaycanlıları
Latviya azərbaycanlıları — tarixi Azərbaycan ərazisindən kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Latviya Respublikasında yaşayan hissəsinin adı. == Sayı == Latviyada təxminən 1200 nəfərdən 2000 nəfərə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkəyə əsasən SSRİ dövründə köçmüşlər. Xüsusilə də İkinci dünya müharibəsindən sonra elm, təhsil, sosial-iqtisadi səbəblərlə Latviyaya yüzlərlə azərbaycanlı miqrasiya etmişdir. == Təşkilatları == === "Azəri" Cəmiyyəti === "Azəri" Cəmiyyəti Latviyadakı azərbaycanlıların birləşdiyi ilk ən böyük təşkilat idi. Cəmiyyətin yarandığı gündən məqsədi bu ölkədə yaşayan azərbaycanlıları vahid qüvvə kimi birləşdirmək, Azərbaycan barədə həqiqətlərin, əldə olunmuş nailiyyətlərin, erməni təcavüzünün acınacaqlı nəticələrinin Latviya siyasi və ictimai dairələrinin diqqətinə çatdırmaq və iki ölkə arasındakı əlaqələrdə körpü rolunda iştirak etmək olmuşdur. === "Ocaq" Mədəniyyət Mərkəzi === Latviya azərbaycanlılarının "Ocaq" Mədəniyyət Mərkəzi Azərbaycanın Latviya səfirliyinin təşəbbüsü və dəstəyi ilə 2007-ci ilin əvvəllərindən etibarən fəaliyyətə başlamışdır. 30 may 2007-ci ildə Latviya azərbaycanlılarının "Ocaq" Mədəniyyət Mərkəzinin nəzdində Bazar Günü Məktəbi açılmışdır. "Ocaq" Mədəniyyət Mərkəzinin rəhbəri və Riqa Klassik Gimnaziyasının direktoru olan Roman Əliyev 2007-ci ilin yanvar ayında səs çoxluğu ilə Latviya Respublikasının Təhsil Naziri yanındakı Məşvərət Şurasının sədri seçilmişdir. O, eyni zamanda, Latviya Respublikasının Prezidenti yanında Milli Azlıqlar üzrə Dövlət Komissiyasının Sədridir.
Latviya coğrafiyası
Latviya coğrafiyası — == İqlimi == İqlimin dəniz və kontinental iqlimi arasında keçid xarakteri var. 500–800 mm — üstünlük təşkil edən cənub-qərb küləkləri Atlantik tərəfindən 500–800 mm miqdarda yağıntı gətirir. Hər il yalnız 30–40 gün hava buludsuz olur, qalan günlər hava buludlu ən isti və quru ay May ayıdır. Yay tez-tez sərin və yağışlı keçir, temperatur bir il ərzində 125–155 gün sıfırdan yuxarı olur. İyulun orta temperaturu — 15–17 ° C, bəzən 1990-cı illərdəki kimi anomaliyalar olur(32 °C). Qış dekabrın ortalarından mart ayına kimi davam edir. Yanvar ayında orta temperatur −3 −7 ° C arasında dəyişir, bəzən isə-40 °C qədər düşür.
Latviya dili
Latış dili ya da Leton dili (latviešu valoda) Hind-Avropa dillərinə mənsub, əsasən Latviyada istifadə edilən bir dil.
Latviya futbolu
Latviya keramikası
Latviya keramikası (latış. Latvijas keramika‎ və latış. Latvijas podniecība‎)- Ölkədə ən qədim incəsənət növlərindən biridir. Tarixi Neolit dövrünə qədər gedib çıxır. Latqale keramikası (latış. Latgales keramika‎) isə Latviya keramikasının ən məşhur yarımnövüdür. Latqaledə ölkənin keramika məhsullarının çox hissəsi istehsal edilir. Bir qayda olaraq, Latviya keramikası hər hansı naxışların olmaması ilə digər ölkələrin keramikasından fərqlənir. Əsasən onların yerinə bütöv rənglərdən və ya güllərdən istifadə olunur. Ənənəvi məmulatlar təmkinli, torpaq çalarlarıyla rənglənir (yaşıl, qəhvəyi və başqaları).
Latviya mədəniyyəti
Latviyanın mədəniyyəti ənənəvi Latviya və Livon tarixi irsini özündə əks etdirir. == Mədəniyyət sahəsi == Müasir Latviya ərazisi bir sıra mədəni və tarixi bölgələrə bölünür, bunlara Kurzeme, Latqale, Vidzeme və Zemqaledir daxildir. Zemqale tərkibində, onlar bəzən ölkənin Konstitusiyasında nəzərdə tutulmayan başqa bir bölgəni də seçirlər ki, bu da Seliya adlanır. Hər bir tarixi və mədəni region xalq kostyumu, rituallar, mahnılar və s. kimi öz ənənələri ilə fərqlənir. == Latviya ədəbiyyatı == Latviyada yazılı dilin ortaya çıxmasından əvvəl, Latviya xalqının ənənələri əsasən xalq mahnıları ilə günümüzə qədər ötürülmüşdür. Latviya ədəbiyyatı yalnız 19-cu əsrdə, Yuris Alunan "Mahnılar" (1856) milli yazılı şeirinin ilk nəşrindən sonra inkişaf etməyə başladı. XX əsrin əvvəllərində, alman və rus ədəbiyyatının təsiri sayəsində, Latviya ədəbiyyatında bir çox fərqli ədəbi istiqamətlər ortaya çıxdı: Simvolizm, Dekadentçilik və s. Müasir Latviya ədəbiyyatında insanın daxili dünyasının açıqlanmasına, kəskin həyat münaqişələrinin təhlilinə çox diqqət yetirilir. Şeir çox inkişaf etmişdir.