Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dark Leg
Leq çarlığı
Leq çarlığı — III əsrin əvvəllərində Qafqaz Albaniyasının ictimai-siyasi həyatında mühüm rol oynayan bəzi vilayətlərdə ayrı-ayrı çarlıqların meydana gəlməsi müşahidə olunur. Tarixi mənbələrdə həmin dövrdə Albaniya ərazisində mövcüd olmuş iki qüdrətli çarlığın adı çəkilir. Bunlar "Leglərin ölkəsi" ("Lezgan") və "Maskutların ölkəsi" ("Maskut") adları ilə gös-tərilən çarlıq-lardır. İndiki Müşkür ərazisində yaradılmış Maskut o qədər də böyük deyildi. Onunla müqayisədə Lezgan həm əhalisinin sayına, həm də ərazisinə görə xeyli böyük idi. Qədim mənbələrdə göstərildiyi kimi, onu hel, leg, gel, kirk, sul, çur və digər ləzgi tayfalarını birləşdirən, daha güclü tayfa olan ləzgilər araya gətirmişdi və çarlığa da onların adı verilmişdi. "Lezgan" lezglərin (ləzgilərin) ölkəsi deməkdir. Orta əsr ərəb tarixçilərinin al-Lakz adlandırdıqları bu çarlıq cənubdan Şirvanla, cənubi-qərbdən Şəki vilayəti ilə həmsərhəd idi. Tarixçilər göstərirlər ki, XI əsrə kimi Maskut çarlığı Lezganın təsiri altında olmuş, sonra Şirvanın tərkibinə daxil edilmişdi. Bu vaxt Lezgan özü də iki yerə bölünür və tarixi ədəbiyyatda Qərbi Lezgan və Şərgi Lezgan terminləri peyda olur.
Le Kuanq Lem
Le Kuanq Lem (vyet. Lê Quang Liêm, 3 mart 1991, Hoşimin, Vyetnam) — Vyetnam şahmatçısı, qrosmeyster, Dünya Blitz Çempionu (2013). Le 2006, 2008, 2010, 2012 və 2014-cü illərdə Şahmat Olimpiadalarında Vyetnam üçün mübarizə aparmışdır. Xüsusilə də onun 2012-ci il Şahmat Olimpiadasında 1-ci lövhədə 10 oyundan 8 xal nəticəsi Vyetamın kişilərdən ibarət yığmasını yekunda 7-ci etdi və bu, Vyetnam Şahmat tarixində ən yüksək nəticə idi. 2010-cu ildə Le Moskva Open turnirində iştirak etdi. +5=4 nəticəsi ilə o, Konstantin Chernyshov, Evgeny Bareev və Ernesto Inarkiev ilə 1–4-cü yerləri bölüşdürdü. Həmin turnirdən dərhal sonra Le 9 oyundan 7 xal (+5=4) nəticəsi ilə 9-cu Aeroflot Open turnirinin qalibi oldu. İyul ayının 15-dən 25-dək o, ilk dəfə dəvətli Dortmund turnirində iştirak etdi. Onunla yanaşı burada 9 dəfə Dortmund çempionu və keçmiş dünya çempionu Vladimir Kramnik, Şəhriyar Məmmədyarov, keçmiş FİDE çempionu Ruslan Ponomariov, 2004-cü il Dünya Çempionatı finalçısı Peter Leko və Arkadij Naiditsch də yarışırdılar. İlk raundda Le qara fiqurlarla Kramniklə qarşılaşaraq heç-heçə etdi və dördüncü raundda Ponomariovu, 5-ci raundda isə Lekonu məğlub etdi.
Wet Leg (albom)
Wet Leg — Boyük Britaniyanın musiqi qrupu Wet Leg(en)-in debüt studiya albomu. 8 aprel 2022-ci ildə Domino tərəfindən buraxılıb.
LED
LED (ing. Light Emitting Diode) (Tərcüməsi: İşıq Yayan Diod) yarım-keçirici, diod əsaslı, işıq yayan bir elektronik cihazdır. 1920-ci illərdə Rusiyada icad edildi və 1962-ci ildə Amerikada praktik olaraq tətbiq oluna bilən elektronik komponent halına gətirildi. Oleg Vladimirovich Losev adlı bir radio texniki radio qəbuledicilərində istifadə olunan diodların işıq yaydığını gördü və 1927-ci ildə bir Rus qəzetində LED haqqında kəşflərini nəşr etdi. İlk əvvəllər yalnız zəif qüvvətli qırmızı işıq verə bilirdilər amma müasir LEDlər, ultrabənövşəyi, infraqırmızı kimi müxtəlif dalğa ölçülərində, yüksək parlaqlıqda işıqverə bilir. Çox az enerji istifadə etməsi, uzun ömrü, möhkəmliyi, kiçik ölçüsü və sürətli açılıb bağlana bilinməsi kimi ənənəvi işıq qaynaqlarına görə bir sıra üstünlüklərə malikdir. LED, müxtəlif sahələrdə tətbiq olunur. == Tarix == Bərk dioddan işıq emissiyası haqqında ilk məlum hesabat 1907-ci ildə Marconi Laboratoriyasının britaniyalı eksperimentatoru Henry Round tərəfindən hazırlanmışdır. Aparatın katodunda sarı, yaşıl və narıncı parıltının göründüyünü qeyd etmişdir. Daha sonra, 1923-cü ildə məlum oldu ki, bu maddələrdən elektrik cərəyanı keçərsə, işıq meydana gələcək.
Lea
Lea (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Lego
The Lego Group — Danimarka oyuncaq şirkəti. 1932-ci ildə yaradılmışdır. == Tarixi == The Lego Group 1932-ci ildən etibarən taxta oyuncaqlar düzəldən Ole Kirk Kristiansenin (1891–1958) emalatxanasında başladı. 1934-cü ildə o kompaniyasının adını leqo qoydu. Leqo adı "Leggodt" sözündən əmələ gəlmişdir. Sözün mənası "yaxşı oyun"dur.
Lej
Lej (fr. Liège) Belçikanın 10 əyalətindən biridir. Limburq, Namyur, Flamand Brabantı, Vallonski Brabanton və Lüksemburq əyaləti (Lüksemburq dövləti), Niderland və Almaniya ilə həmsərhəddir. İnzibati-ərazi vahidi Lej şəhəri. == Coğrafiyası == Vilayətin şərqində Almaniya sərhəddindən Şərqi Kantonlar mövcuddur ki, harada alman azlıqlar yaşayır. Lej şəhərində məşhur kurort Spa və yeganə frankdilli şəhər Niderland sərhəddində yerləşir. 1829-cu ildə Lej və Engis şəhərlərində neandertal insan kəlləsi tapılmışdır. Trou Al’Wesse mağarada yağıntıların təsiri ilə neandertal insanın sümükləri saxlanılmamışdır. Genetiklərin analizləri nəticəsində neandertal insanın DNK sı aşkar edilmişdir. == Əsas göstəriciləri == Sahə: 3862 кm² Ən hündür zirvəsi: Botranj,694 m (Belçikanın ən hündür nöqtəsi) Əsas çayları: Maas, Urt, Verd, Amblev Əhalisi: 1 067 685 nəfər.
Leo
Leo — ad. Leo Kuper — soyqırımı araşdırmaları üzrə ixtisaslaşmış Cənubi Afrika sosioloqu. Leo Tethani — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda müdafiəçi kimi çıxış edən peşəkar CAR futbolçusu Leo Delib — Fransalı bəstakar. Leo Hovard — ABŞ kinoaktyoru, model. III Leo (imperator) — Bizans imperatoru.
Lev
Lev — ad. Bu adı olan tanınmışlar Lev Brovarski — Lev Slutskin — Digər Lev (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd.
Ley
Belibağlı (lat. Circus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Ləc
Ləc (Soyuqbulaq) —
Ləj
Ləj — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Ləj kəndi Haftoni qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Ləj kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Tarixi == Ləj kəndi və həmçinin XX əsrin ortalarından yaşayış məntəqələrinə çevrilmiş digər qonşu ərazilər (Haftoni, Talışlı (Karpoviç), Hacıkənd), İstisu (Qamo)) Karpoviç adlı, millətcə polyak və yaxud yəhudi olan şəxsə məxsus imiş. Rusiya imperiyasında baş verən 1905–1907-ci il inqilabından sonra ölkədə olan gərginliyi nəzərə alaraq, Karpoviç 1910-cu ildə ona məxsus əraziləri lənkəranlı zədəgan Hacı İsaya satır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Hacı İsanın bütün əmlakı müsadirə olunmaqla sürgün edilir. Ləj kəndinin şimal-qərbindəki, ərazi "Hacı İsa poyn (vırə)" (talış dilindən tərcüməsi Hacı İsa yeri), kəndin şimal-şərqindəki ərazi isə "Bızəyjobə" adlanır. Ləj sözünün mənşəyi talış dilindən azərbaycan dilinə "bataqlıq" və ya "çökəklik" kimi tərcümə olunur. "Bızəyjobə" sözünün mənası "Buzeyirlilərin obası" deməkdir. Kəndin tarixindən də bəlli olduğu kimi burada məskunlaşmış bir sıra tayfalar məhz Lerik rayonunun Buzeyir (aborigen talışların dilində "Bızəy") kəndindən köçmüşlər. == Mədəniyyəti == Haqqında danışılan kəndin tarixi qədim olmasa da kəndə köç etmiş tayfaların özünə məxsusluğu vardır.
Lək
Lək — Bostanda bitkilərin əkildiyi cərgə. Lək (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Lək (Samux) — Azərbaycanın Samux rayonunda kənd. Lək (Ucar) — Azərbaycanın Ucar rayonunda kənd. Lək (Şamaxı) — Azərbaycanın Ucar rayonunda kənd. Ləki — Azərbaycan Respublikasının Ağdaş rayonu inzibati ərazi vahidində qəsəbə.
Oleq
Oleq — Dünyada daha çox işlədilən rus kişi adı. Bu adı olan tanınmış insanlar Oleq Şulbayev — Oleq Babak — Sovet İttifaqı Qəhrəmanı. Oleq Pavlenko — Azərbaycan şahmatçısı Oleq Protasov — Ukrayna futbolçusu və məşqçisi.
Req
Req (rus. рег, ing. reg) — Əlcazair Saxarasında düzənlik daşlı səhranın ərəbcə adı. Bu tip səhraların daş /çaqıl/ örtüyü qumlu-çaqıllı allüvinin və ya konqlomerat laylı qum-daşlarının və konqlomeratların aşınmış materiallarının sovrulması sayəsində yaranmışdır. Bəzi müəlliflər R. Liviya səhrasındakı "serir" termininin sinonimi hesab edirlər.
Meq
Meq(ing. The Meg) — Din Georqaris, Con Höber və Erix Höberin ssenarisi əsasında Con Turteltaubun rejissorluğu ilə çəkilmiş 2018-ci il elmi fantastika filmi. Stiv Altenin 1997-ci ildə yazdığı "Meg: A Novel of Deep Terror" romanı əsasında çəkilib. Filmdə baş rolları Ceyson Stethem, Li Binqbinq, Rainn Vilson, Rubi Rouz, Uinston Çao və Kliff Körtis canlandırıb. Süjetdə bir qrup elm adamı Sakit Okeanın dibində xilasetmə missiyası apararkən 75 fut uzunluğunda (23 m) meqalodon köpəkbalığı ilə qarşılaşır. Walt Disney Studios ilk olaraq 1990-cı illərdə romanın film hüquqlarını aldı, lakin inkişaf cəhənnəmində illərin sərf etdi. Filmin hüquqları sonda Warner Bros. Pictures-ə keçdi və filmin çəkilməsinə icazə verildi. Turteltaub və aktyor heyətinin əksəriyyəti 2014-cü ilin sentyabrında filmə qoşuldu və çəkilişlər Yeni Zelandiya və Çinin Sanya şəhərində başladı və 2017-ci ilin yanvarında başa çatdı. Meq ABŞ-də 10 avqust 2018-ci ildə nümayiş olundu.
Lək-lək (jurnal)
"Lək-lək" jurnalı (az.-əski. لک‌لک‎) — 1914-cü ildə İrəvanda nəşr olunmuş həftəlik satirik jurnal. "Lək-lək" jurnalı həm də İrəvanda Azərbaycan türkcəsində nəşr edilmiş ilk jurnaldır. Fəaliyyət göstərdiyi 5 ay ərzində jurnalın 12 sayı nəşr edilib. == Haqqında == Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivində saxlanılan senzura sənədinə əsasən İrəvan qubernatoru "Lək-lək" jurnalının nəşri üçün 1914-cü il yanvarın 21-də Mir Məhəmməd Mir Fətullayevə və Cabbar Əsgərzadəyə şəhadətnamə verib. Şəhadətnamədə qeyd olunub ki müəlliflər jurnalda məqalələr, şeirlər, şəhər işləri haqqında xəbərlər, teleqramlar, xarici və daxili xəbərlər, felyetonlar, təmsillər və elanlar çap edə bilərlər. Jurnalının ilk nömrəsi 1914-cü il fevralın 22-də İrəvanda çap edilib. Bununla "Lək-lək" jurnalı İrəvanda Azərbaycan türkcəsində nəşr edilmiş ilk jurnal oldu. İrəvandakı "Luys" mətbəəsində çap olunan jurnalın naşiri və redaktoru Mir Məhəmməd Mir Fətullayev və Cabbar Əsgərzadə idi. "Lək-lək" (əslində senzura sənədlərində "Leylək" jurnalının ərəb qrafikalı əlifbadan transliterasiyasıdır.
Panthera leo leo
Berber şiri (lat. Panthera leo leo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü.
Felis leo
Şir (lat. Panthera leo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Bədəninin uzunluğu təqribən 210 sm-ə, quyruğu 110 sm-ə, kütləsi 280 kq-a yaxın olur. Pəncəsi iri caynaqlı, tükü qısa, sarımtıl-qonurdur. Quyruğunun ucu qotaz kimidir. Başqa pişikkimilərdən fərqli olaraq, cinsiyyət dimorfizmi yaxşı nəzərə çarpır. Erkəyinin boynunda, başının bir hissəsində, sinəsində və gövdəsinin ön tərəfində açıq-sarı, qara yalı olur. Dişi və cavan şirlərin isə yalı olmur. Çox güclü və cəlddir. Antilop, zebr, zürafə, maral, sürünənlər və s.
Fransis Ley
Fransis Ley (fr. Francis Lai; 26 aprel 1932[…], Nitsa, Dənizkənarı Alplar, Fransa – 7 noyabr 2018[…], VIII arondisman, Fransa) — fransız bəstəkarı, "Sevginin tarixi" (1970, ABŞ) filminə görə 1970-ci il musiqi nominasiyasında Oskar mükafatının laureatı. == Həyatı == 26 aprel 1932-ci ildə anadan olub. Estrada müğənnilərini müşahidə etməklə musiqi karyerasına başlayıb. 1960-cı illərin əvvəllərində kino bəstəkarı kimi tanınmağa başlayıb. Klod Leluşla uzun müddət və məhsuldar əməkdaşlığı olub. Edit Piaf, Julyett Qreko, İv Montan, Mirey Matye, Conni Halidey üçün mahnılar yazıb. Bu mahnıları həmçinin Tom Cons, Frenk Sinatra və Ella Fitzgerald oxuyub. Mahnılarının bəzilərini ("Sur notre étoile", "La Rose Bleue") özü ifadə edib.
IEG Mainz
IEG Mainz (Institut für Europäische Geschichte) — Almaniyanın Maynts şəhərində yerləşən tədqiqat mərkəzidir. Tədqiqat səmtləri 15–20-ci əsrlərdə Avropa xalqlarının tarixi, mədəniyyətinin inkişafı, əsas siyasi və dini cərəyanların tarixidir. İnstituta müdirlik edən Prof. Dr. Dingellə Prof. Dr. Haynts Duxxardtdır.
Janq Lei
Canq Ley (d. 9 may 1988) — Çini təmsil edən su poloçusu. == Karyerası == Canq Ley, Çin yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasını 16:15 hesabı ilə məğlub edən Çin yığması, London Olimpiadasını beşinci pillədə başa vurdu.
Jason Lee
Ceyson Maykl Li (ing. Jason Michael Lee; 25 aprel 1970, Orinc[d], Kaliforniya) — amerikalı aktyor, filmmeyker, fotoqraf və keçmiş peşəkar skeytbordçu. O, komediya serialı "Mənim adım Erldir"dəki ifasına görə məşhurlaşıb. Bu serialdakı performansına görə o, 2005 və 2006-cı ildə "Qızıl Qlobus" mükafatına namizəd göstərilib. Ceyson həmçinin "Elvin və burunduklar" film seriyasında Deyv roluna görə tanınır. Keçmiş peşəkar skeytbordçu olan Ceyson Li 1992-ci ildə həmkarı skeytbordçu Chris "Dune" Pastras ilə birlikdə "Stereo Skateboards" şirkətini təsis etmişdir. Şirkət yarandığı ildən bəri skeyt avadanlıqları və geyimlərinin istehsalı və paylanması ilə məşğuldur. Şirkət məhsullarına əlavə olaraq skeyt videoları da çəkir. == Həyatı == Ceyson Li 25 aprel 1970-ci ildə Kaliforniya ştatının Santa-Ana şəhərində anadan olub. Onun atası Qreq Li avtomobil satışı üzrə menecer, anası Kerol Li isə evdar qadın olmuşdur.
LED lampa
LED (ing. Light Emitting Diode) (Tərcüməsi: İşıq Yayan Diod) yarım-keçirici, diod əsaslı, işıq yayan bir elektronik cihazdır. 1920-ci illərdə Rusiyada icad edildi və 1962-ci ildə Amerikada praktik olaraq tətbiq oluna bilən elektronik komponent halına gətirildi. Oleg Vladimirovich Losev adlı bir radio texniki radio qəbuledicilərində istifadə olunan diodların işıq yaydığını gördü və 1927-ci ildə bir Rus qəzetində LED haqqında kəşflərini nəşr etdi. İlk əvvəllər yalnız zəif qüvvətli qırmızı işıq verə bilirdilər amma müasir LEDlər, ultrabənövşəyi, infraqırmızı kimi müxtəlif dalğa ölçülərində, yüksək parlaqlıqda işıqverə bilir. Çox az enerji istifadə etməsi, uzun ömrü, möhkəmliyi, kiçik ölçüsü və sürətli açılıb bağlana bilinməsi kimi ənənəvi işıq qaynaqlarına görə bir sıra üstünlüklərə malikdir. LED, müxtəlif sahələrdə tətbiq olunur. == Tarix == Bərk dioddan işıq emissiyası haqqında ilk məlum hesabat 1907-ci ildə Marconi Laboratoriyasının britaniyalı eksperimentatoru Henry Round tərəfindən hazırlanmışdır. Aparatın katodunda sarı, yaşıl və narıncı parıltının göründüyünü qeyd etmişdir. Daha sonra, 1923-cü ildə məlum oldu ki, bu maddələrdən elektrik cərəyanı keçərsə, işıq meydana gələcək.