leq

leq
lektorluq
leqal
OBASTAN VİKİ
Leq çarlığı
Leq çarlığı — III əsrin əvvəllərində Qafqaz Albaniyasının ictimai-siyasi həyatında mühüm rol oynayan bəzi vilayətlərdə ayrı-ayrı çarlıqların meydana gəlməsi müşahidə olunur. Tarixi mənbələrdə həmin dövrdə Albaniya ərazisində mövcüd olmuş iki qüdrətli çarlığın adı çəkilir. Bunlar "Leglərin ölkəsi" ("Lezgan") və "Maskutların ölkəsi" ("Maskut") adları ilə gös-tərilən çarlıq-lardır. İndiki Müşkür ərazisində yaradılmış Maskut o qədər də böyük deyildi. Onunla müqayisədə Lezgan həm əhalisinin sayına, həm də ərazisinə görə xeyli böyük idi. Qədim mənbələrdə göstərildiyi kimi, onu hel, leg, gel, kirk, sul, çur və digər ləzgi tayfalarını birləşdirən, daha güclü tayfa olan ləzgilər araya gətirmişdi və çarlığa da onların adı verilmişdi. "Lezgan" lezglərin (ləzgilərin) ölkəsi deməkdir. Orta əsr ərəb tarixçilərinin al-Lakz adlandırdıqları bu çarlıq cənubdan Şirvanla, cənubi-qərbdən Şəki vilayəti ilə həmsərhəd idi. Tarixçilər göstərirlər ki, XI əsrə kimi Maskut çarlığı Lezganın təsiri altında olmuş, sonra Şirvanın tərkibinə daxil edilmişdi. Bu vaxt Lezgan özü də iki yerə bölünür və tarixi ədəbiyyatda Qərbi Lezgan və Şərgi Lezgan terminləri peyda olur.
Abdelhadi Leqdali
Abdelhadi Leqdali (8 fevral 1966) — Mərakeşi təmsil edən stolüstü tennisçi. == Karyerası == Abdelhadi Leqdali Mərakeşi 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Alfons Leqro
Alfons Leqro (fr. Alphonse Legros; 8 may 1837[…], Dijon, Kot-d’Or – 8 dekabr 1911[…], Uotford, Hartfordşir) — fransız rəssam və ofort peşəkarı; impressionizm cərəyanına bağlı idi. == Bioqrafiya == Verona şəhərində bir mühasibin ailəsində anadan olmuşdur. Onun məmləkətində rəsm çəkməyə başladı. Bir yeniyetmə kimi, dekorativ və sənətşünas Nikolado ilə oxuduğu Dijon Gözəl Sənətlər Məktəbinə daxil oldu. 1851-ci ildə Parisə getdi, lakin yolda Lyon şəhərindəki Müqəddəs Nik Nikki kilsəsinin şapelini çəkən rəssam Jean-Batista Baçot ilə oxuduğu Lyonda altı ay qaldı. İlk olaraq 1857-ci ildə Paris salonunda (Ata portreti) sərgiləndi. Bundan sonra, ciddi oyma ilə məşğul olmaq başladı. Parisdə Legros dekorativ sənətkar Çarles-Antoine Cambon ilə birlikdə təhsil aldı. 1855-ci ildə Gözəl Sənətlər Məktəbində axşam dərslərinə qatıldı.
Faruk Leqhari
Faruk Əhməd Xan Leqhari (29 may 1940 – 20 oktyabr 2010, Ravalpindi, Pəncab) — Pakistan İslam Respubliksının 8-ci prezidenti.
Leqat (Qədim Roma)
Leqat (lat. legatus, legare nümayəndə, təyin etmək mənasını verir) — Qədim Romada digər hökumdarlara və xalqlara göndərilən dövlət nümayəndəsi, elçi və ya səfir.
Leqizm
Legizm – e.ə. VI–III əsrlərdə Qədim Çində meydana gəlmiş etik-siyasi təlimdir. == Əsas ideyası == Legizmin diqqət mərkəzində – dövləti idarəetmə problemidir. Leqistlər hesab edirdilər ki, siyasət əxlaqla bir araya sığan deyil və idarəetmənin başlıca vasitəsi – mükafat və cəzadır, özü də sonuncu daha çox olmalıdır. Leqistlər hamının qanun qarşısında bərabər olduğu müstəbid dövlət nəzəriyyəsi işləyib hazırlamışdılar. Yeganə istisna – qanunların yaradıcısı olan hökmdardır. Leqizmin ən görkəmli nümayəndələri – Şan Yan, Quan Çjun, Tszı Çan, Li Kuy, Şen Buxay və Xay Feydir. E.ə. III əsrdən başlayaraq leqizmin konfutsiçiliyə qarışması prosesi başlanır, nəticədə artıq Xan dövründə müstəqil varlığını dayandırır. == Mənbə == Книга правителя области Шан ("Шан цзюнь шу").
Leqolas
Léqolas (sind. Legolas; /ˈlɛɡɔlas/) — Con Tolkin tərəfindən yazılmış "Üzüklərin hökmdarı" əsərinin uydurma personajıdır. O, Meşə Krallığının Sindar elflərinin şahzadəsidir və Tək Üzüyü məhv etmək üçün yola çıxan Üzük Qardaşlığının doqquz üzvündən biridir.
Mişel Leqran
Mişel Leqran (fr. Michel Legrand) — Fransa bəstəkarı, dirijor və caz pianoçusu. Leqran 1932-ci ilin fevral ayının 24-də Parisdə dünyaya gəlib. Onun bəstəkar atası ailəni Leqran 3 yaşında ikən tərk edib. Erməni əsilli anası isə pianoçu olub. 10 yaşında ikən konservatoriyaya qəbul edilən Leqran həyatında musiqidən başqa dəyərli heç nə olmadığını deyirdi. 50 ildən artıq sürən karyerası boyu o, 3 dəfə Oskar, 5 dəfə Qremmi mükafatına, "Şerber çətirləri" filminə yazdığı müsiqiyə görə Kann festivalında "Qızıl palma budağı"na layiq görülüb. Leqran filmlər üçün 200-dən artıq əsər bəstələyib. Cazın həyatında xüsusi yeri olan bəstəkar dirijor kimi də tanınırdı. Leqran ilk Oskarını 1969-cu ildə "The Thomas Crown Affair", 1972-ci ildə "Summer of '42" və 1984-cü ildə "Yentl" filmlərinə yazdığı bəstələrinə görə alıb.
Nataliya Leqonkova
Nataliya Leqonkova (27 dekabr 1987) — Ukraynalı marafonçu. Nataliya Leqonkova Ukraynanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Nataliya Leqonkova birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 46 dəqiqə 8 saniyəyə qət edərək 157 marafonçu sırasında 87-ci yeri tutdu.
Valeri Leqasov
Valeri Alekseyeviç Leqasov (rus. Вале́рий Алексе́евич Лега́сов; 1 sentyabr 1936, Tula, RSFSR, SSRİ – 26 aprel 1988, Moskva, RSFSR, SSRİ) — SSRİ qeyri-üzvi kimyaçısı, SSRİ Elmlər Akademiyasının həqiqi üzvü (1981), Rusiya Federasiyasının Qəhrəmanı (ölümündən sonra; 1996). Valeri Alekseyeviç Leqasov 1 sentyabr 1936-cı il tarixində SSRİ respublikalarından olan Rusiya SFSR-nın Tula şəhərində, vəzifəli ailəsində anadan olmuşdur. O, 1949–1954-cü illərdə Moskva şəhəri 56 nömrəli məktəbdə təhsil almış, oradan qızıl medalla məzun olmuşdur. Hal-hazırda həmin məktəb onun adını daşıyır. Əlavə olaraq, məktəbin girişində onun bürüncdən hazırlanmış heykəli var. Leqasov 1961-ci ildə Dmitri Mendeleyev adına Moskva Kimya Mühəndisliyi İnstitutundan məzun olmuşdur. O, D. Mendeleyev adına Moskva Kimya Mühəndisliyi İnstitutunun Komsomol Komitəsində katib kimi çalışmışdır. Leqasov 1962-ci ildə Kurçatov adına Atom Enerjisi İnstitutunun Molekulyar Fizika Kafedrasından məzun olmuş, orada kiçik və böyük tədqiqatçı, laboratoriya rəhbəri kimi işləmişdir. O, 1967-ci ildə təsirsiz qazlarınbirləşmələrinin sintezi və onların xüsusiyyətlərinin öyrənilməsi üzrə dissertasiyasını müdafiə etmişdir.
Vladimir Leqoşin
Vladimir Georgiyeviç Leqoşin (rus. Владимир Георгиевич Легошин; 27 may 1904, Bakı, Rusiya İmperiyası-21 dekabr 1954, Moskva, SSRİ) — SSRİ kinorejissoru, üçüncü dərəcəli Stalin mükafatı laureatı (1951) Vladimir Leqoşin Bakı Mərkəzi İşçi Klubunun dram studiyasında fəaliyyət göstərən Qırmızı gənclər evindəki studiyada oxumuşdur. Rəssam və jurnalist işləməklə yanaşı həmçinin kinostudiyada filmlərə çəkilirdi. 1924-cü ildə Bakı teatr texnikumunu bitirdikdən sonra Moskvaya köçmüşdür. Burada o ömrünün sonlarına qədər müxtəlif kinostudiyalarda kino sahəsində fəaliyyətini davam etdirmişdir. Həmçinin dublyaj ustası kimi də məşhur idi. Mədənçi-neftçi istirahətdə və müalicədə (film, 1924) (tammetrajlı bədii film) Nəhəng tarakan (cizgi filmi, 1927) — (səsli variantın rejissoru) Xoşbəxtlik haqqında nəğmə (film, 1934) — (Mark Donskoy ilə birlikdə) Tənha yelkən ağarır (film, 1937) Əsgər cəbhədən gəlirdi (film, 1939) Sualtı əsirlikdə (film, 1942) (qısametrajlı bədii film) Təkbətək döyüş (film, 1944) Onların Vətəni var (film, 1949) — (Aleksandr Faynssimmer ilə birlikdə) Üçüncü dərəcəli Stalin mükafatı (1951) — "Onların Vətəni var" (1949) filminə görə ГАНЕЛИНА И. Владимир Легошин // 20 режиссерских биографий. — М., 1971.
Xristofe Lequt
Xristofe Lequt (6 avqust 1973) — Fransanı təmsil edən stolüstü tennisçi. Xristofe Lequt Fransanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub. Daha sonra Xristofe Lequt Fransanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 5-ci pillənin sahibi olub. Xristofe Lequt Fransanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Əsgər Leqari Pakistana qarşı
Əsgər Leqari Pakistana qarşı — işə 2015-ci ildə Lahor (Pəncab, Pakistan) Ali Məhkəməsində baxılmış, hökumətin 2012-ci ilin Milli İqlim dəyişikliyi siyasətini və İqlim Dəyişikliyi Siyasətinin İcra Çərçivəsini (2014–2030) müəyyən edilmiş məqsədlərə çatmadan pozduğuna qərar vermişdir. Buna cavab olaraq məhkəmə Pakistana ölkənin iqlim məqsədlərinə çatmasına kömək etmək üçün İqlim Dəyişikliyi Komissiyasının qurulmasını tələb edir. Pakistanın Pəncab şəhərində hüquq fakültəsinin tələbəsi Əsgər Leqari, iqlim dəyişikliyi nəticəsində su qıtlığı və şiddətlənən fırtınalar səbəbindən məhsulun təhlükə altında olduğunu söyləyir. O, dövlətin iqlim dəyişikliyi siyasətinə etinasız yanaşması səbəbindən onun fundamental hüquqlarının pozulduğunu bildirərək ərizə təqdim edir.. O, hökumətin iqlim dəyişikliyi ilə bağlı narahatlıqlar qarşısında "hərəkətsizlik, süründürməçilik və qeyri-ciddilik" nümayiş etdirdiyini yazır. Leqari hesab edirdi ki, bu hərəkətsizlik millətin qida, su və enerji təhlükəsizliyini təhdid edir. Əvvəllər Pakistanda iqlim dəyişikliyi siyasəti ayrı-ayrı əyalətlərin ixtiyarına buraxılmışdı. Bununla belə, Lahor Universiteti və Ümumdünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən aparılan bir araşdırma, əyalətlərin heç birinin həqiqətən effektiv iqlim dəyişikliyi siyasətinin olmadığını müəyyən edir. Lahor Ali Məhkəməsi hökumətin 2012-ci il siyasətini tətbiq etməli olduğuna qərar verir. Hakim Səyid Mənsur Əli Şah bildirib ki, iqlim dəyişikliyi "Pakistanın üzləşdiyi ən ciddi təhlükəni təmsil edir".
Leqlər
Leqlər, leklər və ya lakzlar (q.yun. Λήγες) — Qafqaz Albaniyasında yaşamış 26 tayfadan biri. Müasir ləzgilərin və ya lakların əcdadları, həmçinin hər iki etnonimin mənşəyi hesab edilir. Gellər və leqlər adətən müasir Dağıstan xalqlarının əcdadları ilə əlaqələndirilir. Bəzi ərəb, bütün antik, gürcü və erməni mənbələrində leq etnonimi bütün Dağıstanın əhalisinə yayılmışdır, lakin orta əsr ərəb müəlliflərinin əksəriyyəti leqləri müasir ləzgilərin əcdadları ilə müqayisə edirlər. Leqlər 371-ci ildə Dzirav döyüşündə iştirak etmişdir. K. Trever Movses Xorenliyə istinad edərək qeyd etmişdir ki, "farsların tərəfində təkcə albanlar deyil, həm də onların padşahı igid Şargirin başçılıq etdiyi dəstəsi darmadağın edilərək qovulmuş leqlər də döyüşürdülər". == Toponimlər == İstər ləzgidilli xalqların tarixən yığcam məskəni olan ərazilərdə, istərsə də başqa yerlərdə leq və ya lək etnonimi ilə əlaqəli bir sıra toponimlər qorunub saxlanılmışdır. Bunlara Azərbaycanda Ləki, Ləkit, Ləgər, Ləkçılpaq kəndlərini, Rusiyada, Rutul rayonunun cənubunda Ləkirgə silsiləsini nümunə göstərmək olar. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Ихилов, М. М. Народности лезгинской группы: этнографическое исследование прошлого и настоящего лезгин, табасаранцев, рутулов, цахуров, агулов.
Leqq-Kalve-Pertes xəstəliyi
Leqq-Kalve-Pertes xəstəliyi (ing. Legg-Calve-Perthes) – çox vaxt Pertes terminindən istifadə olunur. Bud sümüyünün başının osteoxondropatiyasıdır. Çox vaxt 5–10 yaşlı oğlanlarda olur, ayaqda ağrı və axsama yaranır.
Leqadadi bəndi
Leqadadi bəndi Əddis-Əbəbə və ətrafı üçün tikilmiş içməli su anbarıdır. Leqadadi bəndi Əddis-Əbəbədən 31,8 km məsafədə yerləşir. Su anbarının məqsədi Leqadadi çayının qolu olan Sendafa çayında axınları tənzimləmək və Əddis-Əbəbənin su təchizatında istifadə etməkdir. Leqadadi bəndi 1967–1971-ci illər arasında tikilmişdir.Su anbarı 2450 metr dəniz səviyyəsindən yüksəklikdə yerləşir. Bənd içməli suya artan tələbatı ödəmək üçün 1960-cı illərdə tikilmişdir. Leqadadi bəndi təməlin müxtəlif geoloji şəraitinə daha yaxşı uyğunlaşmaq üçün nəzərdə tutulmuş səkkiz müxtəlif bənd tipindən ibarətdir. Bəndin tikintisində istifadə edilmiş olan iki əsas bənd növü bunlardır "içi boş" Qravitasiya bəndi (əsas bənd) və Qaya Doldurma bəndi (yəhərli bənd). Hündürlüyü 44 m olan bu bənd çay axınını tənzimləyən 40 Mm3 su anbarı yaradır. Buraxılan su məhsuldarlığı 50 000 m3/günə olan təmizləyici qurğudan keçir. Çayın məcrası 163 m uzunluğunda kanala axıdılan və çay yatağındakı eroziyanı azaltmaq üçün flip bucket tipli enerji dissipatoru ilə bitən klapanlı hidravlik qapılarla idarə olunan üç buxtadan ibarətdir.
Vilya de Leqanes Kuboku
Vilya de Leqanes Kuboku (isp. Trofeo Villa de Leganés) – hər il İspaniyanın "Leqanes" futbol klubu tərəfindən keçirilən yoldaşlıq turniri. Turnirin qaliblərinə "Qızıl xiyar" mükafatı təqdim olunur. == Tarix və format == Vilya de Leqanes Kuboku 1980-ci ildə yay turniri kimi təsis olunmuşdur. Yoldaşlıq turniri xarakterli bu turnirdə ev sahibi "Leqanes" klubu ilə bir qonaq komanda yarışır. Turnir əsasən İspaniyada baş tutsa da, 1998-ci ildəki turnir "Kampomayorense" klubu ilə Portuqaliyada və 2013-cü ildəki turnir "Qətər" klubu ilə Qətərdə keçirilmişdir. "Leqanes" turnirin ən uğurlu komandasıdır (24 dəfə). Turnir müxtəlif formatlar üzrə keçirilmişdir. 1980–1996-cı illərdəki turnirlərin çoxu dörd komanda ilə baş tutmuş, qalib yarımfinal və final oyunları ilə müəyyən edilmiş, üçüncü yer uğrunda oyun keçirilmişdir. 1985, 1989, 1994 və 1995-ci illərdəki turnirlər, eləcə də, 1997-ci ildən etibarən keçirilən bütün turnirlər ancaq 2 komandanın iştirakı ilə baş tutmuşdur.