Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Levent
Levent — İstanbul şəhərində biznes rayonu.
Ləlvar
Ləlvar — Ermənistan Respublikasında kənd, Ləlvar bələdiyyəsini (erm.: e. Դեբեդավան համայնք, l. Debedavan hamayank) təşkil edir. == Toponim == Toponim ləl və "möhkəmləndirilmiş kənd, qala, bənd" mənasında işlənən var sözündən əmələ gəlmişdir. Ləlvər-XIX əsrə aid ədəbiyyatda həm də Ləlpər kimidir. 1978-ci ildə kənd ermənicə Debetavan adlandırılmışdır. Buraya Ağalıq da deyirdilər. XX əsrin 30-cu illərində Lambəli ilə birləşmişdir. Ləlvər dağının adındandır. Əsli Ləlpar.
Lələli
Lələli — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin Əliabad naibliyinə daxil olan Lələli kəndində milli tərkibi muğallardan ibarət 105 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik muğallardan ibarət hər iki cinsdən toplam 231 nəfər əhali yaşayırdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 128 təsərrüfatda hər iki cinsdən toplam 492 nəfər əhali yaşamaqdadır. == Toponimikası == Kənd Qanıxçayın sahilində yerləşir. Tədqiqatçılara görə, yaşayış məntəqəsi burada ilk dəfə məskən salmış lələli nəslinin adım daşıyır. Güman etmək olar ki, bu oykonim ərazidəki Lələpaşa kəndinin adı ilə bir mənbədəndir. Torpaqqalanın yaxınlığında olan bu kəndin adı XVIII əsrin birinci yarısına aid tarixi hadisələrlə bağlı mənbələrdə qeyd olunmuşdur.
Ləğuat
Ləğuat (ərəb. الأغواط‎, Əl-Əqvat) — Əlcəzairin mərkəzi hissəsinin şimalında şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-şərq hissəsində, Böyük Səhranın şimal hüdudlarında, eyniadlı vahənin ərazisində yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 750 metrdir.Ləğuat ölkənin paytaxtı Əlcəzairdən təxminən 325 kilometr cənubda yerləşir. == Əhalisi == 2008-ci il siyahıyaalınmasında əhalinin 144,747 nəfər olduğu göstərilmişdir. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Əlcəzair Hərbi Hava Qüvvələri bazası şəhərin cənub-şərqində, ən yaxın mülki hava limanı Hassi-Rmel şəhərində yerləşir. == İqtisadiyyat == Kənd təsərrüfatı Ləğuat iqtisadiyyatının əsasını təşkil edir. Əhali meyvə, tərəvəz və dənli bitkilər yetişdirir. Xalçaçılıq inkişaf etmişdir.
Kəlat
Kəlat — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Kəlat şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,529 nəfər və 1,661 ailədən ibarət idi.
Ləcət
Ləcət (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Ləcət (Qusar) — Azərbaycanın Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Lənət
Bəddualar — inanc və dualar kimi İraq-türkman folklorunda möhkəm yer alan janrlardandır. Xalqın keçmiş həyat tərzini, adət-ənənəsini, etik və estetik görüşlərini tədqiq etmək baxımından bəddualar xüsusi əhəmiyyət kəsb edir. Professor Azad Nəbiyev Azərbaycan folklorunda qarğışlardan danışarkən onları üç qrupa bölmüşdür: mərasimlərlə, məişətlə, mifoloji və dini təsəvvürlərlə bağlı yaranan qarğışlar. Demək olar ki, Kərkük dolaylarında təsadüf edilən bədduaları da təxminən üç qrupa bölmək olar: Dini təsəvvürlərin təsiri ilə yaranan bəddualar. Mərasimlərlə bağlı yaranan bəddualar. Məişətlə bağlı yaranan bəddualar. Iraq türkman folklorunda məişətlə bağlı yaranan bəddualar daha çoxdur.
Xələt
xələt : is.ər. Xələt — müxtəlif təyinatlı ola bilər: hamam xələti, cimmək xələti, həkim xələti, xan xələti və s. Xələt bir çox şərq xalqları arasında milli geyim olmuşdur. Hamam xələti adətən, məhrəba cinsindən və ya digər absorbent tekstildən hazırlanır.
Ələşt
Alaşt — İranın Mazandaran ostanının Savadkuh şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və ya 287 ailədən ibarət idi.
Haluk Levent
Haluk Levent, (26 dekabr 1968, Adana) — Türk rok ifaçısı. == Həyatı == Adananın Yüreğir mahalındakı yamaclı məhəlləsində doğulmuşdur. Doqquz qardaşın səkkizincisi olan Haluk Levent, ailəsinin Nusayri olduğunu söyləmişdir.
Haluk Ləvənt
Haluk Levent, (26 dekabr 1968, Adana) — Türk rok ifaçısı. == Həyatı == Adananın Yüreğir mahalındakı yamaclı məhəlləsində doğulmuşdur. Doqquz qardaşın səkkizincisi olan Haluk Levent, ailəsinin Nusayri olduğunu söyləmişdir.
Levent Kırca
Levent Kırca (28 sentyabr 1950, Samsun – 12 oktyabr 2015, İstanbul) — Türk komediyaçı, səhnə və film aktyor, qəzet İşıqlıq bir köşə yazarı12 oktyabr 2015-ci ildə qaraciyər xərçəngindən ölmüşdür.
Levent Ülgen
Levent Ülgen (8 avqust 1962, Konya, Türkiyə) — türk aktyoru. == Həyatı == Levent Ülgen 8 avqust 1962-ci ildə Türkiyənin Konya şəhərində anadan olub. Hacettepe Universitetini bitirib.
Levent Üzümcü
Levent Üzümcü (6 iyul 1972, İzmir) — Türk teatr, kino aktyoru və siyasətçisi .
Ləlvar dağı
Ləlvar — Ağzıböyük silsiləsində dağ. Hazırkı Ermənistan respublikasının Loru vilayətində yerləşir.
Lələli (Marneuli)
Axlılələ — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Kənd əhalisinin sayı 690 nəfərdir (2014).
Lələli (Sarvan)
Axlılələ — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Kənd əhalisinin sayı 690 nəfərdir (2014).
Lələli bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Meri Selest
Meri Selest (ing. Mary Celeste) — 4 dekabr 1872-ci ildə, Atlantik okeanında tərk edilmiş şəkildə tapılmış kabus gəmi. Gəmi aşkarlananda qayıqlarından biri yox idi. Buna baxmayaraq gəmi yaxşı vəziyyətdə tərk edilmişdi. Dei Gratia gəmisi tərəfindən aşkarlanan Meri Selest gəmisi tapılan vaxt küləyin təsiri ilə Cəbəllütariq boğazı istiqamətində hərəkət edirdi. Gəmi bir ay əvvəl yola çıxmışdı, anbarda 6 aylıq ərzaq və su ehtiyatı vardı. Gəmidə üsyanın başladığı ehtimalı ən real ehtimallardan biri hesab olunurdu. Ancaq ərzaqlar və içkilər yerində idi; digər tərəfdən isə gəmi heyətində olan 7 şəxsin hamısının əşyaları da kabinalarda, toxunulmamış şəkildə qalmışdı. Bu hadisədən sonra gəminin kapitanı, həyat yoldaşı və kiçik qızından başqa, daha 4 nəfər barəsində bir daha məlumat almaq mümkün olmadı. Meri Selest gəmisinə qədər kabus gəmilər haqqında olan hadisələrin rəvayət olduğu düşünülürdü.
Teleut dili
Teleut dilekti (Teleüt ağzı) — cənubi altay diliinin idiomu. Müstəqil dil və dialekt kimi qəbul edilir. XIX əsrin ortasından 1923-cü ilədək ədəbi dil kimi istifadə edilirdi. == Ümumi məlumat == Teleut dili Altay Respublikasının Sema çayı boyu Şebalin rayonunda, Altay vilayətinin Çumış rayonunda, Kemerovo vilayətinin cənubunda (Dağ Şor torpağı), Kiçik və Böyük Baçır çayları axarında yayılıb (baçat teleutları). 2002-ci il məlumatına görə dil teleut dilini 2 650 nəfər bilir.
Xəzər lələyi
Xəzər lələyi, Xəzər şeytanağacı (lat. Gleditsia caspica) — lələk cinsinə aid bitki növü.Elmi adı — Astragalus zangelanus Grossh. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar"– VU A2abcde+3de. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 10–15 (20) m hündürlüyündə, 60–80 sm-ə qədər diametrində, çətiri dağınıq kürəvi və ya ovalvari ağacdır. Yarpaqları lələkvari və ya ikiqat-lələkvaridir, 15–22 sm uzunluğundadır. Çiçək salxımları yarpaqların qoltuğunda yerləşir, uzunluğu (8) 10–12 sm-dir. Kasacıq və tac lələkləri sıxılmış tükcüklüdür. Paxlaları uzunsaplaqlı, düzgün və çox zaman bir qədər oraqvari əyridir, 20–30 sm uzunluğundadır, enli, dairəvi, tünd-qəhvəyi qonurdur, demək olar ki, açılmayandır, daxildən ətlidir. Toxumları yastı, ellipsşəkilli, tünd-qəhvəyidir, 10–12 mm uzunluğunda, 5–7 mm diametrindədir.
Cinsi tələbat
Cinsi həvəs — cinsi obyektlərə və ya fəaliyyətlərə maraq, ya da cinsi obyektləri axtarmaq və ya cinsi fəaliyyətlə məşğul olmaq həvəsi ilə xarakterizə olunan emosiya və motivasiya vəziyyəti. Bu, növün çoxalmasına yönəlmiş bioloji instinktlər əsasında yaranan istək və onlarla bağlı duyğu və həyəcan kompleksidir. Buraya xromosomlann genetik dəsti, beyinin diensefalit şöbəsi, daxili sekresiya vəzilərinin inkişafı və fərdi psixo-sosial təcrübənin formalaşması ilə bağlı olan cinsi əlaqəyə meyl daxildir. Avstriya psixoloqu, psixiatrl və nevropatoloqu Ziqmund Freyd cinsi həvəs anlayışını ifadə edən "libido sexualis" terminini təklif etmişdir. Cinsi həvəs əsasən şərtsiz reflekslərlə tərənnüm olunan təbii instinktdir və nəslin davam etdirilməsinə yönəlmişdir. Cinsi əlaqə zamanı həzzalma bu instinktin güclənməsi üçün təbii xüsusiyyətdir. Bioloji cəhətdən cinsi həvəs-in gücü və davamlılığı androgen hormonların, xüsusən də kişi və qadında böyrəküstü vəzilərdən, kişidə toxumluqlardan, qadında yumurtalıqlardan qana ifraz edilən testesteronun miqdarından asılıdır. “cinsi həvəs” məfhumu heyvanlarda çoxalma və cütləşmə ilə bağlı bir sıra davranış komplekslərini özündə əks etdirir. Dişi heyvanın yumurtalığındakı yumurtalar yetişmiş, özləri isə mayalanmaya hazır olduqları zaman erkəklə yaxınlıq axtarırlar. Heyvanlarda cinsi həvəs və bunun nəticəsi olan cütləşmənin yeganə məqsədi yetişmiş yumurtaların mayalanmasıdır.
Elat
Elat (ümumtürk el-ölkə, xalq) — əsasən [[Azərbaycan] ərazisində yarıköçəri(yaylaq -qışlaq)maldarlıqla məşğul olan sosial zümrə. Oturaq rəiyyətdən fərqli olaraq, elat xeyli az vergi yükü daşıyırdı, ancaq əvəzində bir çox elat tayfaları hərbi mükəlləfiyət daşıyırdı. Bir çox hallarda bir ərazinin rəyyəti hansısa elata təhkim olunurdu. Faktiki olaraq həmin ərazidə yaşayan elat, ona təhkim olunmuş rəyyəti qoruyur, onun əvəzinə döyüşə gedirdi. Bunun səbəbi Orta Əsrlərdə qoşunların əsasən atlı olmasında idi. Elat termini daha çox türksoylu xalqlara aid edilirdi.
Lələ
Lələ — Qızılbaş Səfəvi hökmdarları yanında şahın himayəçisi vəzifəsi. Müxtəlif vaxtlarda bu vəzifə müxtəlif türkmən tayfaların nümayəndələrinə məxsus idi.
Ələt
Ələt — Bakının Qaradağ rayonunda eyniadlı inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Xəzər dənizi sahilində, düzənlikdədir. Toponim türk-monqol mənşəli oyrat tayfasının ələt qolunun adından yaranmışdır. Etnotoponimdir. == Tarixi == Ələt qəsəbəsinin ərazisində XIX əsrin 40–50-ci illərində bir neçə balıqçı evi olmuş, yaxın rayonların dağ kəndlərinin əhalisi heyvanların qışlaması üçün qəsəbənin ərazisindən istifadə etmiş və tədricən orada məskunlaşmışlar. 1881–1884-cü illərdə tikilən Bakı-Tiflis və 1921–1924-cü illərdə tikilən Bakı-İrəvan dəmir yolları Ələt qəsəbəsinin ərazisindən keçir. Ələt qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunmuş, qəsəbənin ərazisində Bakı-Ələt və Yeni Ələt dəmir yol stansiyaları tikilmiş və balıq vətəgələrinə balıqla yüklənən gəmilərin yan aldığı Ələt-Pristan (Sahil) yaşayış məntəqəsi salınmışdır. Ələt qəsəbəsi 1956-cı ilə qədər Hacıqabul rayonunun tərkibində olmuş, 1956-cı ildən isə Qaradağ rayonunun tərkibindədir. Hazırda Ələt qəsəbəsinin inzibati ərazi vahidliyinə Şıxlar, Kötəl, Baş-Ələt, Ələt-Körpü və Pirsaat 2 yaşayış məntəqələri daxildir.Ərazidə "Ələt Azad İqtisadi Zonası" yerləşdir. == Etimologiyası == Ələt – Qaradağ rayonunda (Bakı) şəhər tipli qəsəbədir.