1. Dini etiqada görə Allahın mərhəmətindən məhrum olma, nifrin (adətən köməkçi feillərlə işlənir).
□ Lənət damğası basmaq – lənətləndirmək.
Lənət etmək (eləmək, oxumaq, yağdırmaq) – nifrin etmək, qarğımaq.
Ürəyində ağrı, gözündə həsrət; O, lənət yağdırdı çərxi-dövrana.
◊ Lənət sənə, kor şeytan!, lənət şeytana! – arzuedilməz bir hərəkətdən çəkinmək istərkən deyilən nida ifadəsi. [Süleyman:] Əsgər mənə etibar edib elçiliyə göndəribdir, özü də qıza bənddir.
Necə ola bilər ki, onu məyus eləyim, lənət şeytana!
Belə-belə fikir Məşədi Əsgərin başına gəldikcə … “lənət şeytana!” deyib başından çıxardırdı.
Xalıqverdi kişi özünü toxtatdı, ürəyində “lənət sənə, kor şeytan!” – dedi.