Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mirounga leonina
Cənub dəniz fili (lat. Mirounga leonina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin dəniz fili cinsinə aid heyvan növü. Dünyada Pərayaqlılara daxil olan ən boyük canlıdır. Onun ölçüləri 6 metr uzunluğa və 4 ton çəkiyə malik olurlar. Bu canlı "fil" adını malik olduğu xotumu və iri çəkisi ilə əlaqədardır. Burnu iri kisəçik formasındadır. Döyüşlər zamanı xortumlarından istifadə edirlər. Bu növün "Cənub" dəniz fili andanmasının səbəbi isə onun əsasən Antarktika sahillərində yaşaması ilə əlaqədardır. Şimal dəniz fili isə Şimali Amerika, xüsusi ilə Kaliforniya sahillərində (Mirounga angustirostris) yaşayırlar. == Xariçi görünüş == Bədən quruluşu iri olub, iri sinəyə malikdir.
Leonin
Magistr Leonin (lat. Magister Leoninus; təq. 1150 – təq. 1210) — XII əsrin 2-ci yarısında yaşamış əfsanəvi fransız bəstəkarı. Notr-Dam kilsəsinin xor məktəbinin nümayəndəsi.
Levina
İzabella Levina Luen (alm. Isabella Levina Lueen‎; 1 may 1991, Bonn, Şimali Reyn-Vestfaliya) və ya sadəcə Levina — Almaniya müğənnisi və bəstəkarı. O, Almaniyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və musiqi karyerası == İzabella Levina Luen 1 may 1991-ci ildə Almaniyanın Bonn şəhərində anadan olmuş və Kemnits şəhərində böyümüşdür. O Kemnitsdə Dr. Vilhelm Andre gimnaziyasına daxil olmuş və 2009-cu ildə Böyük Britaniyanın Kembric şəhərində Beynəlxalq Bakalavriat dərəcəsi ilə təhsilini başa vurmuşdur. Daha sonra Levina Londona köçərək, London Kral Kollecindən bakalavr dərəcəsini qazanmışdır. Hal-hazırda London Musiqi Kollecində təhsil alır. === 2017 Avroviziya Mahnı Müsabiqəsi === 2016-cı ildə Levina Almaniyanın NDR telekanalının Avroviziya üçün təşkil etdiyi Unser Song 2017 milli seçim turunda iştirak etmişdir. Yarışmanın finalına yüksəlməyə nail olan müğənni nəticədə "Perfect Life" mahnısı ilə Almaniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmək hüququ qazanmışdır.
Lenin
Vladimir İliç Ulyanov və ya qısaca Lenin (rus. Влади́мир Ильи́ч Ле́нин, 22 aprel 1870[…], Simbirsk, Simbirsk quberniyası[d], Rusiya imperiyası – 21 yanvar 1924[…]) — rus inqilabçısı, marksist, publisist, leninizm nəzəriyyəsinin yaradıcısı, SSRİ-in qurucusu. Vladimir Lenin tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Ailəsi == Lenin (həqiqi soyadı Ulyanov) Vladimir İliç KP (B) partiyasının və Sovetlərin qurucusudur. Vladimir İliç Ulyanov Simbirskdə xalq məktəbi inspektorunun — İlya Nikolayeviç Ulyanovun (1831–1886) ailəsində anadan olmuşdur. Onun atasının şəxsi (qeyri-irsi) dvoryanlığı olmuşdur. Leninin ailəsi çoxmillətli olmuşdur və onun kökündə bir neçə millətlilik özünü daha qabarıq göstərir — çuvaş, kalmık, rus, alman, yəhudi, isveç. Lenin ata tərəfindən babası Nikolay Vasilyeviç Ulyanov milliyyətcə çuvaş olmuşdur. Daha sonralar atası milliyyətcə kalmık, anası isə bəzi məlumatlara görə rus olan Anna Alekseyevna Smirnova ilə evlənmişdir. Nikolay Ulyanovun ölümündən sonra isə İlya Ulyanovun qayğısına onun böyük qardaşı Vasili Ulyanov qalmışdır.
Lpina
Lpina — Çolanın şimal-qərbində Çola ilə Şəki arasında yerləşən Qafqaz Albaniyasının əyaləti. Həmin ərazidə qafqaz albanları, lpinlər, leqlər və başqa etnik qruplar yaşayırdı. Əyalətin adı yunanca lupen, ermənicə lpin adlandırılmış etnik qrupun adından götürülmüşdür. Çola və Lpina vilayətlərinin müəyyən mənada muxtariyyətə malik olması, separatçılıq meylləri Moisey Kalankatlınun "Albaniya, Lpina və Çola" adlı triadasında öz əksini tapmışdır. Hələ I-II əsrlərdə, Müqəddəs Yeliseyin apostolluq dövründə o üç ölkənin - Çola, Lpina və Albaniyanın müqəddəsi adlandırılmışdı. Bu triada ilə 626-630-cu illərin siyasi hadisələrində, bütün Albaniyanın, o cümlədən Çolanın xəzərlər tərəfindən işğal edildiyi dövrdə də rastlaşırıq. Xaqan oğlu Şat deyirdi ki, onun atası üç ölkəni - Albaniya, Lpina və Çolanı əbədi hakimiyyət altına almışdır. Həmin mülahizəyə əsaslanan K.V.Trever belə bir qənaətə gəlir ki, VII əsrdə “Albaniyanın tərkibində olan Lpina və Çola vilayətləri müəyyən daxili müstəqilliyə malik idilər və görünür, elə bu, Albaniyadan sonra həmin yerlərin adının sadalanmasına səbəb olurdu”. Lpina VI-VII əsrlərdə türkdilli köçərilərin yürüşləri ilə əlaqədar basqınlara məruz qalmışdır.
Psychotria lepiniana
Psychotria lepiniana (lat. Psychotria lepiniana) — boyaqotukimilər fəsiləsinin psixotriya cinsinə aid bitki növü.
Carex leporina
Carex leporina (lat. Carex leporina) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Aleksandra Levşina
Aleksandra Mixaylovna Levşina(21 aprel 1920-ci il) - kimyaçı alim, AMEA Aşqarlar Kimyası İnstitutunda baş elmi işçi. == Həyatı == Aleksandra Mixaylovna Levşina 21 aprel 1920-ci ildə Həştərxan şəhərində anadan olmuşdur. Atası Levşin Mixail Fyodroviç əvvəlcə Baltik və Xəzər dənizi hərbi - dəniz flotlarında, daha sonra Xəzər dənizi gəmiqayırma və Xəzərtankerdə radist kimi xidmət eləmişdir. 1969-cu ildə vəfat etmişdir. Anası Levşina Elena Vasilyevna evdar qadın olmuşdur. A.M.Levşina1931-ci ildən 1935-ci ilədək atasının Kasparın dəniz agentliyinə (Pəhləvi ş.) və SSRİ səfirliyinə (Tehran ş.) xidməti ezamiyyətə göndərildiyi üçün İranda yaşamış, ezamiyyət bitdikdən sonra Bakı şəhərinə qayıtmışdır. 1939-cu ildə Bakıdakı 132 sayli məktəbi bitirərək, M.V.Lomonosov ad. Moskva Zərif Kimyəvi Texnologiya Institutuna (MZKTİ) daxil olmuş, orada iki il oxuduqdan sonra, 1941-ci ildə M.Əzizbəyov ad. Azərbaycan Sənaye İnstitutunun (ASİ) kimya-texnologiya fakültəsinə qəbul olunmuşdur. Institutu bitirdikdən sonra 1944-cü ildə V.V.Kuybışev ad.
Carex lepida
Carex lepida (lat. Carex lepida) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Crataegus lepida
Crataegus lepida (lat. Crataegus lepida) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Lenins Weg
Lenin yolu (alm. Lenins Weg‎) — 1932-1936-cı illər ərzində Helenendorf və bir müddət sonra Bakı şəhərində nəşr olunmuş alman dilində qəzet. Kommunist yönümlü olan qəzet Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin dəstəyi ilə nəşr edilmişdir. Lenin yolu qəzeti Qafqaz almanları arasında kommunist ideyalarının yayılmasına hesablanmışdı.
Olqa Levina
Olqa Levina (d. 4 mart 1985; Volqoqrad, Rusiya) — Rusiyanı təmsil edən həndbolçu. == Karyerası == Olqa Levina Rusiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində Cənubi Koreya yığmasına 25:24 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını 8-ci yerdə başa vurdu. Daha sonra Olqa Levina Rusiya yığmasının heyətində 2016-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Fransa yığmasını 20:22 hesabı ilə məğlub edən Rusiya yığması, Rio-de-Janeyro Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Yekaterina Levina
Yekaterina Levina (1 fevral 1997) — İsraili təmsil edən bədii gimnast. Yekaterina Levina 2016-cı ildə İsraili Olimpiya Oyunlarında təmsil etdi. Levina həm də I Avropa Oyunlarında iki gümüş və bir bürünc medal, Dünya və Avropa Çempionatında isə bir qızıl, iki gümüş və iki bürünc medal qazanıb. == Karyerası == Yekaterina Levina 2016-cı ildə İsrail bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yuval Filo, Alona Koşevatskiy, Karina Lixvar və İda Mayrin ilə birgə final yarışlarında 34.549 xal topladı və 6-cı yeri tutdu.
Zinaida Lunina
Zinaida İqorevna Lunina (d. 18 aprel 1989) — Belarusu təmsil edən bədii gimnast. Zinaida Lunina, Belarusu 2008 Pekin Olimpiadasında təmsil edib və bürünc medal qazanıb. == Karyerası == Zinaida Lunina, 2008-ci ildə Belarus bayrağı altında Çinin paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Qlafira Martinoviç, Anastasiya İvankova, Olesya Babuşkina, Kseniya Sankoviç və Alina Tumiloviç ilə birgə finalda 34.900 xal toplayaraq 3-cü yeri tutdu və Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Marina Lapina
Marina Lapina (6 mart 1981, Volqoqrad) — Azərbaycanı təmsil edən yüngül atlet. == Karyerası == Marina Lapina Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, çəkic atma turnirində 55.34 metr nəticə göstərdi və təsnifat mərhələsini 46-cı pillədə başa vuraraq mübarizəsini dayandırdı.
Aleksandra Mixaylovna Levşina
Aleksandra Mixaylovna Levşina(21 aprel 1920-ci il) - kimyaçı alim, AMEA Aşqarlar Kimyası İnstitutunda baş elmi işçi. == Həyatı == Aleksandra Mixaylovna Levşina 21 aprel 1920-ci ildə Həştərxan şəhərində anadan olmuşdur. Atası Levşin Mixail Fyodroviç əvvəlcə Baltik və Xəzər dənizi hərbi - dəniz flotlarında, daha sonra Xəzər dənizi gəmiqayırma və Xəzərtankerdə radist kimi xidmət eləmişdir. 1969-cu ildə vəfat etmişdir. Anası Levşina Elena Vasilyevna evdar qadın olmuşdur. A.M.Levşina1931-ci ildən 1935-ci ilədək atasının Kasparın dəniz agentliyinə (Pəhləvi ş.) və SSRİ səfirliyinə (Tehran ş.) xidməti ezamiyyətə göndərildiyi üçün İranda yaşamış, ezamiyyət bitdikdən sonra Bakı şəhərinə qayıtmışdır. 1939-cu ildə Bakıdakı 132 sayli məktəbi bitirərək, M.V.Lomonosov ad. Moskva Zərif Kimyəvi Texnologiya Institutuna (MZKTİ) daxil olmuş, orada iki il oxuduqdan sonra, 1941-ci ildə M.Əzizbəyov ad. Azərbaycan Sənaye İnstitutunun (ASİ) kimya-texnologiya fakültəsinə qəbul olunmuşdur. Institutu bitirdikdən sonra 1944-cü ildə V.V.Kuybışev ad.
"Lenin" mükafatı
== Həmçinin bax ==
"Lenin" ordeni
Lenin ordeni — SSRİ-nin ən yüksək mükafatı. 6 aprel 1930-cu ildə SSRİ MİK-in fərmanı ilə yaradılıb. Nikolay Patoliçev, Dmitri Ustinov 11 dəfə, Şərəf Rəşidov, Yefim Slavski, Aleksandr Yakovlev 10 dəfə bu ordenə layiq görülmüşdür.
Lenin Mükafatı
== Həmçinin bax ==
Lenin Ordeni
== 1950-ci illər ==
Lenin bayrağı
Lenin bayrağı (qəzet, Vartaşen) — Sovet dövründə İndiki Oğuz rayonunda nəşr edilən qəzet. 1934-cü ildə "Vartaşen kolxozçusu" adı ilə nəşrə başlamışdı. Lenin bayrağı (qəzet, Nuxa) — 8.05.1962-ci il − 30.06.1965-ci il tarixləri arasında Nuxa (Şəki) şəhərində nəşr olunmuş qəzet.
Lenin meydanı
Lenin meydanı — Vladimir İliç Leninin adı verilmiş meydanlar. Lenin meydanı (İşimbay) — İşimbay şəhərində meydan. == Adı dəyişdirilənlər == Lenin meydanı — Bakı şəhərindəki Azadlıq meydanı. Lenin meydanı — Tbilisi şəhərindəki Azadlıq meydanı.
Lenin oğlanları
Lenin oğlanları (mac. Lenin-fiúk) — 1919-cu ildə qısamüddətli Macarıstan Sovet Respublikasını dəstəkləmək üçün yaradılmış olan Macarıstandakı qırmızı terrorda baş rol oynamış olan kommunist təşkilat. Qrup dəri jaket geyinmiş təxminən 200 adamdan ibarət idi. Tibor Szamuely, hərbi komissar olanda, birliyin komandiri József Cserny olmuşdur. Lenin uşaqlarından kommunizm əleyhinə çıxış edənlərin səsini boğmaq üçün istifadə etmişdirlər. Kommunist lider Bela Kun, uğursuz olmuş 1919-cu ilin iyun ayında baş tutmuş əks-inqilabi çevriliş cəhdindən sonra, Lenin oğlanlarının, müxalifətin aradan qaldırılması istiqamətində atılmış addımlarında qəddar ola bilmələrinə icazə vermişdir. Terrorun qurbanlarının sayında fərqliliklər mövcuddur. Albert Verinin (Albert Vary) 1922-ci ildə çap olunmuş “Macarıstanda Qızıl Terror Qurbanları” adlı kitabında, Tibor Szamuely və József Cserny rəhbərliyi altındakı dəstələr tərəfindən 590 adamın edam edildiyi bildirilmişdir. Kommunistlər məğlub olurdular. Fransızların dəstəklədiyi Rumıniya ordusu 6 avqust 1919-cu ildə Macarıstana daxil olaraq Budapeşti kommunistlərdən təmizlədi.
Lenin yolu
Lenin yolu (alm. Lenins Weg‎) — 1932-1936-cı illər ərzində Helenendorf və bir müddət sonra Bakı şəhərində nəşr olunmuş alman dilində qəzet. Kommunist yönümlü olan qəzet Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin dəstəyi ilə nəşr edilmişdir. Lenin yolu qəzeti Qafqaz almanları arasında kommunist ideyalarının yayılmasına hesablanmışdı.
Lenin zirvəsi
Lenin zirvəsi (2006-cı ildən Tacikistan ərazisinə daxildir. Tacikistanda Əbu Əli ibn Sina zirvəsi, 1928-ci ilə qədər Kaufmana zirvəsi) — Çon-Alayski dağ silsiləsində yerləşən dağlıq zirvədir. Dağ zirvəsi Qırğızıstanın (Oş vilayətinin Çon-Alayski rayonu) və Tacikistanın (Qorno-Badaxşan vilayəti, Murqabski rayonu) sərhədində yerləşmişdir. "Semitısyaçnikov"lardan biridir və keçmiş SSRİ-in ən yüksək zirvələrindən biri hesab olunur. Pamir dağları (7134 m) dağ sistemində olan, Mərkəzi Asiyanın ən yüksək zirvələrindən biridir. == Tarixi == Zirvə elmi ədəbiyyata ilk dəfə 1871-ci ildə rus coğrafiyaçısı və səyahətçi Aleksey Pavel Fedçenko tərəfindən daxil edilmişdir. Fedçenko bu zirvəni Türküstanın general-qubernatoru Konstantin Pyotr Kaufmanın şərəfinə adlandırmışdır. Qaratoxmaqların yeni hakimiyyətinin qurulmasıyla 1928-ci ildə zirvənin adı dəyişdirilərək Vladimir Leninin şərəfinə adlandırılmışdır. 1933-cü ilə qədər bu zirvə Pamirin və SSRİ-in ən yüksək zirvəsi hesab edilirdi. Həmin dövrdə Asiyada hələ qalxmalar baş verməmişdir.