Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Levina
İzabella Levina Luen (alm. Isabella Levina Lueen‎; 1 may 1991, Bonn, Şimali Reyn-Vestfaliya) və ya sadəcə Levina — Almaniya müğənnisi və bəstəkarı. O, Almaniyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. İzabella Levina Luen 1 may 1991-ci ildə Almaniyanın Bonn şəhərində anadan olmuş və Kemnits şəhərində böyümüşdür. O Kemnitsdə Dr. Vilhelm Andre gimnaziyasına daxil olmuş və 2009-cu ildə Böyük Britaniyanın Kembric şəhərində Beynəlxalq Bakalavriat dərəcəsi ilə təhsilini başa vurmuşdur. Daha sonra Levina Londona köçərək, London Kral Kollecindən bakalavr dərəcəsini qazanmışdır. Hal-hazırda London Musiqi Kollecində təhsil alır. 2016-cı ildə Levina Almaniyanın NDR telekanalının Avroviziya üçün təşkil etdiyi Unser Song 2017 milli seçim turunda iştirak etmişdir. Yarışmanın finalına yüksəlməyə nail olan müğənni nəticədə "Perfect Life" mahnısı ilə Almaniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmək hüququ qazanmışdır.
Olqa Levina
Olqa Levina (d. 4 mart 1985; Volqoqrad, Rusiya) — Rusiyanı təmsil edən həndbolçu. Olqa Levina Rusiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində Cənubi Koreya yığmasına 25:24 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını 8-ci yerdə başa vurdu. Daha sonra Olqa Levina Rusiya yığmasının heyətində 2016-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Fransa yığmasını 20:22 hesabı ilə məğlub edən Rusiya yığması, Rio-de-Janeyro Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Təbəs Məsina
Təbəs Məsina — İranın Cənubi Xorasan ostanının Dərmiyan şəhristanının Gəzik bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,776 nəfər və 779 ailədən ibarət idi.
Yekaterina Levina
Yekaterina Levina (1 fevral 1997) — İsraili təmsil edən bədii gimnast. Yekaterina Levina 2016-cı ildə İsraili Olimpiya Oyunlarında təmsil etdi. Levina həm də I Avropa Oyunlarında iki gümüş və bir bürünc medal, Dünya və Avropa Çempionatında isə bir qızıl, iki gümüş və iki bürünc medal qazanıb. Yekaterina Levina 2016-cı ildə İsrail bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yuval Filo, Alona Koşevatskiy, Karina Lixvar və İda Mayrin ilə birgə final yarışlarında 34.549 xal topladı və 6-cı yeri tutdu.
Aleksandra Levşina
Aleksandra Mixaylovna Levşina(21 aprel 1920-ci il) - kimyaçı alim, AMEA Aşqarlar Kimyası İnstitutunda baş elmi işçi. Aleksandra Mixaylovna Levşina 21 aprel 1920-ci ildə Həştərxan şəhərində anadan olmuşdur. Atası Levşin Mixail Fyodroviç əvvəlcə Baltik və Xəzər dənizi hərbi - dəniz flotlarında, daha sonra Xəzər dənizi gəmiqayırma və Xəzərtankerdə radist kimi xidmət eləmişdir. 1969-cu ildə vəfat etmişdir. Anası Levşina Elena Vasilyevna evdar qadın olmuşdur. A.M.Levşina1931-ci ildən 1935-ci ilədək atasının Kasparın dəniz agentliyinə (Pəhləvi ş.) və SSRİ səfirliyinə (Tehran ş.) xidməti ezamiyyətə göndərildiyi üçün İranda yaşamış, ezamiyyət bitdikdən sonra Bakı şəhərinə qayıtmışdır. 1939-cu ildə Bakıdakı 132 sayli məktəbi bitirərək, M.V.Lomonosov ad. Moskva Zərif Kimyəvi Texnologiya Institutuna (MZKTİ) daxil olmuş, orada iki il oxuduqdan sonra, 1941-ci ildə M.Əzizbəyov ad. Azərbaycan Sənaye İnstitutunun (ASİ) kimya-texnologiya fakültəsinə qəbul olunmuşdur. Institutu bitirdikdən sonra 1944-cü ildə V.V.Kuybışev ad.
Aleksandra Mixaylovna Levşina
Aleksandra Mixaylovna Levşina(21 aprel 1920-ci il) - kimyaçı alim, AMEA Aşqarlar Kimyası İnstitutunda baş elmi işçi. Aleksandra Mixaylovna Levşina 21 aprel 1920-ci ildə Həştərxan şəhərində anadan olmuşdur. Atası Levşin Mixail Fyodroviç əvvəlcə Baltik və Xəzər dənizi hərbi - dəniz flotlarında, daha sonra Xəzər dənizi gəmiqayırma və Xəzərtankerdə radist kimi xidmət eləmişdir. 1969-cu ildə vəfat etmişdir. Anası Levşina Elena Vasilyevna evdar qadın olmuşdur. A.M.Levşina1931-ci ildən 1935-ci ilədək atasının Kasparın dəniz agentliyinə (Pəhləvi ş.) və SSRİ səfirliyinə (Tehran ş.) xidməti ezamiyyətə göndərildiyi üçün İranda yaşamış, ezamiyyət bitdikdən sonra Bakı şəhərinə qayıtmışdır. 1939-cu ildə Bakıdakı 132 sayli məktəbi bitirərək, M.V.Lomonosov ad. Moskva Zərif Kimyəvi Texnologiya Institutuna (MZKTİ) daxil olmuş, orada iki il oxuduqdan sonra, 1941-ci ildə M.Əzizbəyov ad. Azərbaycan Sənaye İnstitutunun (ASİ) kimya-texnologiya fakültəsinə qəbul olunmuşdur. Institutu bitirdikdən sonra 1944-cü ildə V.V.Kuybışev ad.
Deşima
Deşima adası (yap. 礼文島, nid. Desjima) — Naqasaki körfəzindəki yelpik şəkilli süni ada (Yaponiya). Ada əvvəlcə portuqallar üçün bir anbar və ötürmə nöqtəsi olaraq inşa edildi. 1641–1853-cü illərdə Sakoku adı ilə tanınan Yaponiyanın təcrid dövründə ada Yaponiyadakı yeganə Hollandiya ticarət limanı idi. Əvvəlcə süni adanın inşasına portuqaliyalı tacirlər üçün ticarət və malların saxlanma yeri olaraq syoqun İemisunun sifarişi ilə 1634-cü ildə başlanılmışdır. 1637-ci ildə Simabarda qiyam baş verdi. Bu qiyamda yapon xristianları fəal iştirak etdilər. Bundan sonra Yaponiyada xristianlığın artan təsirindən həyəcanlanan syoqunat bütün avropalıları ölkədən qovmaq qərarına gəldi. 1639-cu ildə syoqun Portuqaliyanı Yaponiyadan və müvafiq olaraq Deşimadan tamamilə qovdu.
Dəstna
Dəstna— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Kiyar şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,111 nəfərdən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Latina
Latina — İtaliyanın Latsio Bölgəsində eyni adı daşıyan Latina vilayətinin mərkəzi olan bir şəhər.
Leksika
Leksika (q.yun. τὸ λεξικός) – Sözün Lüğət Tərkibini öyrənir. Leksikologiya dilin lüğət tərkibindən bəhs edir. Dilin əsas vahidlərindən biri sözdür. Dildəki sözlərin hamısı birlikdə dilin leksikasını, yəni lüğət tərkibini təşkil edir. Leksika yunan sözüdür: lexikos – lüğət, loqos – təlim deməkdir. Leksikanı öyrənən dilçilik bölməsi leksikologiya adlanır. Leksikologiyada sözlərin mahiyyəti, onların formaca və məzmunca əmələ gətirdiyi qruplar, sözlərin mənşəyi və işlənmə dairəsi öyrənilir. Dilimizdəki sözlərin çoxunun həm leksik, həm də qrammatik mənası vardır. Sözün birbaşa ifadə etdiyi mənaya onun leksik mənası deyilir.
Lisini
Flavi Qaleri Valeri Lisinian Lisini (lat. Flavius Galerius Valerius Licinianus Licinius), Roma tarixşünaslığında daha çox Lisini kimi tanınır (təq. 263, Moziya – 325, Saloniki) — 308–324-cü illərdə hakimiyyətdə olmuş Roma imperatoru. Lisini illiriyalı kəndli ailəsində anadan olmuşdur. O, 307-ci ildə imperator olan dostu Qaleri tərəfindən avqust elan edilmişdir. Qaleri onun qərb torpaqlarını idarə edəcəyinə ümid edirdi, lakin İtaliya, Afrika və İspaniyanı qəsbkar Maksensi, Konstantin isə Qalliya və Britaniyanı idarə etdiyi üçün Lisini Pannoniya hakimi kimi kifayətlənməli olmuşdu. 311-ci ildə Qaleri vəfat edəndə Lisinin onun Avropadakı mülklərini ələ keçirmişdir. O, bacısı Konstansa ilə evlənərək Maksimin Dazaya qarşı Konstantinlə ittifaq qurmuşdur. Bu birliyin nəticəsi 313-cü ildə imzalanmış, xristianlara qarşı tolerantlıq haqqında Milan fərmanı olmuşdur. Adrianopol yaxınlıqlarında Maksimini məğlub edən Lisini bütün şərqin başçısı olmuşdur.
Elsiea
Quşsüdü (lat. Ornithogalum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinə aid bitki cinsi. Ornitoqalum cinsinin adı yunancadan tərcümədə "quşsüdü" deməkdir. Avropa, Asiya və Afrikanın mülayim iqlimli və subtropik zonalarında yayılmış bu bitkinin 150-yə yaxın növü məlumdur. Gülçülükdə 15 növündən geniş istifadə olunur. Gülçülükdə aşağıdakılar xüsusilə məşhurdur: Çətirli quşsüdü (O. umbellatum) — ağ çiçəkləri çətir çiçək qrupunda toplanmış çoxillik bitkidir. İri quşsüdü (O. magnum) ağ gülləri salxım çiçək qrupuna toplanmış bitkidir. Bəzi növlərin zərif olduğu üçün quşsüdünü qida elementləri ilə zəngin olmayan, qeyri — münbit torpaqlarda əkmək çətinlik yaradır. Onları otaq bitkiləri kimi yetişdirirlər. Quşsüdü bitkisinin soğanaqlarını yarımkölgəli yerdə, 6–10 sm dərinlikdə, avqustda ya da sentyabrda açıq torpağa əkirlər.
Leonia
Adaçayı (lat. Salvia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Sürvə çiçək qruplarında toplanan efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11–0,3 % efir yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58–70 %), linalol (10–15 %) və başqa maddələr daxildir. Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat kosmetika sənayesində, qida və əczaçılıq sənayesində istifadə edilir. Sürvənin meyvələrində 31 %-ə qədər quruyan yağ vardır. İstehsal tullantılarından qiymətli ətir tənzimləyicisi – sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir. Sürvə elə də çox qədimdən becərilən bitki deyildir.
Belşina FK
"Belşina" (belar. «Белшына») — Bobruysk şəhərini təmsil edən Belarus futbol klubu. Klub 1976-cı ildə yaradılıb, 1995-ci ilə qədər "Şinnik" adı ilə çıxış edib. Klub "Şinnik" adı altında 1976-cı ildə yaradılmışdır. Komandaya yarandığı gündən yerli şinləri istehsal edən Belşina şirkəti sponsorluq edir. Klub daha çox Sovet dövründə BSSR Liqasında (Mogilyov vilayəti Liqasında mübarizə aparıb) çıxış etmişdir. Şinnik liqada iki dəfə çempion olmuş (1978 və 1987) və bir dəfə 1979-cu ildə Belarus SSR Kubokunun sahibi olmuşdur. Şinnik 1992-ci ildə Belarus Birinci Diviziyasında mübarizə aparmış və 1994-cü ildə Premyer Liqasına vəsiqə qazanmışdır. 1996-cı ildə adı "Belşina" olaraq dəyişdirilmişdir. Klub ən yaxşı mövsümlərini 90-cı illərdə və 2000-ci illərin əvvəlində keçirmişdir.
Breşina əyaləti
Breşia əyaləti — İtaliyanın Lombardiya regionunda əyalət.
Brok Lesnar
Brok Lesnar — peşəkar güləşlə məşğul olan amerikalı idmançı. Super ağır çəkili idmançılar arasında dəfələrlə WWE qalib gələn Brock özünü UFC yarışlarındada sınamışdır.Lesnar Vebsterdə, ABŞ-də Cənubi Dekota ştatında, Stefaninin Lesnarın ailəsində doğuldu O süd fermasında böyüdü və O Vebster Orta Məktəbində təhsil aldı.17 yaşında Milli Qvardiyaya qoşuldu.Daha sonra O, Minnesotasının Universiteti tələbəsi oldu.
Carex lepida
Carex lepida (lat. Carex lepida) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Cesika Qədirova
Cesika Qədirova — Azərbaycan əsilli Böyük Britaniya gimnastı. İkiqat Avropa çempionu. Əkiz bacısı Ceniferlə birlikdə 2019 Yeniyetmələrin Dünya Çempionatında iştirak edib. O, əkiz bacısı Ceniferlə İrlandiyanın Dublin şəhərində doğulub. Qədirova və bacısı gimnastikaya altı yaşında başlayıb.
Cesika Senfild
Cesika Senfild (doğum adı Nina Daniel Sklar; 12 sentyabr, 1971) ABŞ-lı yazıçı və xeyriyyəçi. O ərzaqların hazırlanması ilə bağlı iki bitik nəşr etdirib, Uşaq Arabası(Baby Buggy)nın və Nyu-Yorkdakı ehtiyaclı ailələrə yardım fondunun yaradıcısıdır. Gülüş oyunçusu Cerri Senfild ilə evlidir. Senfild Nyu-York ştatı, Oster Beydə doğulub,üç qızdan ortancılıdır, Vermmont ştatı, Börlingtonda orta təbəqədən bir ailədə böyüyüb. Anası əlli ildən çox bir şəhər toplum işçisi və Hant orta məktəbində məmur kimi çalışmış, atası isə bilgisayar proqram mühəndisi olmuşdur. Senfild, Vermont Universitetini bitirdikdən sonra Qızıl Bitiklər İnterteimen və Tommi Hilfigerdə ictimai əlaqələrdə işlədi.
Cessna 150
Cessna 150 yüngül təyyarə. Cessna şirkəti tərəfindən istehsal olunmuşdur. 1957-ci ildən 1977-ci ilədək 23949 ədəd istehsal olunub. Cessna 150 sadə və etibarlı təyyarə hesab olunur. Bu xüsusiyyətinə görə yeni başlayan pilotların öyrədilməsində ən çox istifadə olunan təyyarələrdən biridir.
Cessna 172
Cessna 172 Skyhawk — 4 nəfərlik, yüksək qanadlı, tək mühərrikli cessna modelidir. Dünyada ən çox istehsal olunan və ən populyar yüngül təlim təyyarəsidir. İlk dəfə 1956-cı ildə istehsal edilmişdir. Cessna bu təyyarədə ilk dəfə olaraq tricycle eniş dəsti sistemindən istifadə etmişdir. 2 ədəd gövdədə, 1 ədəd burunda mühərrikin altında yerləşdirilən üçlü eniş dəsti sistemi Cessna üçün yeni bir sistem idi. 1955-ci ildə ilk qalxmasınıq həyata keçirmiş C172, ilk ilində 1400 ədəd istehsal edilmişdir. Omni-Vision dizaynı olan təyyarə arxasında pəncərəsi olan nadir modellərdən biridir. Beləliklə, pilot arxasını da görə bilər. Yeni nəsil C172-lər Garmin G1000 şüşə kokpit ilə istehsal olunur.
Cessna 182
Cessna 182 "Skayleyn" ümumi təyinatlı yüngül amerikan təyyarəsidir. "Skylane" əlavəsi, ilk dəfə 182A modifikasıyasının adında, onun daha təkminləşdirilmiş model olduğunu ifadə etmək üçün istifadə olunmuşdur. Cessna Aircraft Company tərəfindən hazırlanmışdır. Bu təyyarə aviasiya tarixində ən çox istehsal olunmuş təyyarələrdən biridir. 1956-cı ildən başlayaraq 15 modifikasiya üzrə 25000-dən çox təyyarə istehsal olunmuşdur.
Despina (peyk)
Despina (lat. Despœna;yun. Δέσποινα) və ya Neptun V — Neptunun üçüncü ən yaxın daxili peyki. Peykə Poseydonnun və Demetranın qızı olan nimfa Despinanın adı verilib. Despina Voyager 2 zondu tərəfindən çəkilən şəkillərdən 1989-cu il iyulun sonlarında aşkar edilmişdir.Peyk müvəqqəti olaraq S/1989 N 3 adlandırılmışdır.Kəşf 2 avqust 1989- cu ildə açıqlanmışdır.Peyk 16 sentyabr 1991-ci ildə adlandırılmışdır. Despina düzənsiz formalaşır və hər hansı geoloji dəyişikliklərin əlamətinin olmadığını göstərir.Çox güman ki, bu peyk, Neptunun orijinal peyklərinin hissələrinin yenidən biləşərək əmələ gətirdikləri dağıntılardan ibarət bir yığndır. Despinanin orbiti Talassanın orbitindən kənarda və yalnız Neptunun halqaları daxilində hərəkət edir.Despinanın radiusu Neptunun sinxron orbital radiusundan aşağıda olduğundan,o nəhəg yavaşlama ilə içəriyə doğru spiralvari dolanır və ola bilsin ki sonda Neptunun atmosferinə təsir göstərsin.
Despina Olimpiu
Despina Olimpiu (Yunanca: Δέσποινα Ολυμπίου) — 1975-ci ildə anadan olan Kiprli müğənni. Despina Olimpiu 2013 Avroviziya Mahnı Müsabiqəsində Kipri "An Me Thimasai" mahnısı ilə təmsil edib.
Doris Lessinq
Doris Lessinq (ing. Doris Lessing; 22 oktyabr 1919[…], Kirmanşah – 17 noyabr 2013[…], London) — ingilis yazıçısı-fantast, feminist, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2007). Zəif bəşəriyyətin qüdrətli sivilizasiyaların mübarizəsində passiv iştirakının fəlsəfi problematikasının müxtəlif izahlarını özündə əks etdirən "Kanopus Arqosda" (1979-1982) seriyasından beş romanın müəllifidir. İngilis yazıçısı Doris Mey Lessinq ədəbiyyat sahəsində Nobelə layiq görülən on birinci qadındır. Digər tərəfdən mükafatı həyatının ən ahıl çağında - 87 yaşında alması ilə də özünəməxsus rekord sahibi olmuşdur. İranın Kirmanşah şəhərində doğulmuşdur. Ailəsi 1925-ci ildə Afrika qitəsindəki ingilis müstəmləkəsinə — Cənubi Rodeziyaya (indiki Zimbabve) köçmüşdü. Taleyini yeni yerlərdə sınamaq fikrinə düşən atası — Britaniya ordusunun keçmiş kapitanı Alfred Tayler burada iri torpaq mülkiyyətçisi olmaq istəyirdi. Lakin arzusunu gerçəkləşdirə bilməmişdi. Doris 14 yaşına qədər kilsə yanındakı məktəbdə təhsil almışdı.