Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Jinq Ninq
Ling
Ling — tərpənməz dayaq ətrafında fırlana bilən bərk cismdir. Dayaq nöqtəsindən kənarda olan tərəflərə lingin qolları deyilir. Böyük qola kiçik qüvvə ilə təsir etməklə lingin kiçik qolunda böyük qüvvə yaradılır. Lingin qolunu kifayət qədər uzun etməklə nəzəri olaraq istənilən qüvvəni yaratmaq mümkündür. Belə sistemin riyazi təsviri ling qanunu ilə izah edilir. Bu qanun ilk dəfə olaraq antik dövrdə Arximed tərəfindən təsvir edilmişdir. == İşləmə prinsipi == Lingin işləmə prinsipi enerjinin saxlanması qanununa əsaslanır. Qolu Δ h 1 {\displaystyle \Delta h_{1}} məsafəsinə gətirmək üçün yük tərəfindən təsir edən qüvvə aşağıdakı işi görməlidir: A 1 = F 1 Δ h 1 {\displaystyle \ A_{1}=F_{1}\Delta h_{1}} . Digər tərəfdən baxdıqda, qoyulan qüvvə bu işi görməlidir: A 2 = F 2 Δ h 2 {\displaystyle \ A_{2}=F_{2}\Delta h_{2}} , burada: Δ h 2 {\displaystyle \Delta h_{2}} — lingin qolunun ucu hissəsindəki yerdəyişməsidir. Burada F 2 {\displaystyle F_{2}} qüvvəsi təsir edir.
Sinq-Sinq
Sinq-Sinq həbsxanası (ing. Sing Sing Correctional Facility) — ABŞ-nin Nyu-York ştatının Ossininq şəhərində yerləşən ciddi rejimli həbsxana. Nyu-York şəhərindən təxminən 48 km şimalda, Hudzon çayının sahilində yerləşir. Həbsxana Sinq-Sinq kəndinə görə belə adlandırılmışdır, mənasını "Sint Sinks" hindu sözlərindən almışdır, daş üstə daş anlamına gəlir. Təxminən 1700 cinayətkar burada saxlanılır. 1825 kamerası olan tarixi binasının muzeyə çevrilməsi planlaşdırılır. Həbsxana 1825-ci ildə memar Elam Lindsin layihəsi əsasında tikilmişdir. Divarlar yaxınlıqdakı karxanadan çıxarılan mərmərdən hazırlanmışdır. Həbsxana tikildikdən sonra karxana məhbusların əsas islah-əmək düşərgəsinə çevrilmişdir. Elam Linds özü 1828-ci ildə açılışı olan həbsxananın ilk rəisi olmuşdur.
Ying Ying
Ying Ying - Honq Konq şəhərinin Ocean Park zooparkında yaşayan böyük panda. Ying Ying 2005-ci ildə süni mayalanma yolu vasitəsilə dünyaya gəlib. Hal-hazırda bu panda hamilədi, və onun bətnində olan balası Honq Konqnda dünyaya göz açan ilk panda olacaq. Hamiləliyin əldə olunması üçün Ying Ying Çinin Sıçuan əyalətinə artıma proqramına göndərilmişdi.
Canq Linq
Canq Çonq (d. 16 iyun 1996) — Çini təmsil edən su poloçusu. == Karyerası == Canq Linq, Çin yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Braziliya yığmasını 10:5 hesabı ilə məğlub edən Çin yığması, Rio-de-Janeyro Olimpiadasını yeddinci pillədə başa vurdu.
Janq Linq
Janq Linq (d. 18 sentyabr 1992) — Çini təmsil edən bədii gimnast. Janq Linq, 2016-cı ildə Çini XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Janq Linq, 2016-cı ildə Çin bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Bao Yuqinq, Şu Siyao, Yanq Ye və Jao Jinqnan ilə birgə təsnifat mərhələsində 32.133 xal topladı və 11-ci yeri tutaraq mübarizəni dayandırdı.
Bing
Bing — Microsoft tərəfindən qurulan bir axtarış sistemidir. İlk dəfə "Microsoft" şirkətinin baş direktoru Stiv Balmer tərəfindən təqdim olunmuşdur. 2009-cu ilin ilk yarısında sınaq işlərinə başlayan və ictimaiyyətə adı əvvəl Kumo olaraq elan olunan Bing, "vərdişləri dəyişdirmə" iddiasıyla yola çıxdı. Bing sistemində ən əhəmiyyətli yeniliyin, veb-saytlarına keçid vermənin xaricində alt başlıqlar halında məlumatların də listələnməsi oldu. Windows Live Search axtarış sisteminin yerini alması və Google rəqib olması gözlənilən Bing, 1 iyun 2009 tarixində "beta" (sınaq) yayımıyla xidmətə qoşuldu.Bing axtarış sistemi 58 dildə istifadə edilə bilir. www.discoverbing.com adlı saytda təqdimatı edilən Bing'in bir fərqli xüsusiyyəti də hər gün dəyişən arxa plan rəsmidir.
Ding
Ding — çəltiyi qılafdan təmizləmək üçün nisbətən geniş yayılmış döyüm alətlərdən biri. Azərbaycanda tarixən dingin ayaq və əl dingi olmaqla iki əsas növü yayılmışdır. Ding yerli ustalar tərəfindən palıd, qoz, şabalıd və möhkəm oduncaqlı ağac növlərindən hazırlanırdı. Ayaq dinginin qabaq hissəsində girdə çala, arxa hissəsində bir cüt qol olurdu. Ding ağacı ox vasitəsilə həmin qolların arasına salınır və təpmə yolu ilə qaldırılıb-endirilirdi. Dibəyin dişli dimdiyi çalaya doldurulmuş çəltiyə dəydikcə onu qılafdan ayırıb təmizləyirdi. Çəltiyi vaxtı ilə su dingi vasitəsilə də döyüb təmizləmişlər. Bu tip dinglər Azərbaycanın bütün çəltikçilik bölgələrində geniş yayılmışdı. Quruluşuna və istehsal gücünə görə su dingi ayaq dingindən fərqlənirdi. Su dingi nov, pər (su çarxı), şapalaqlı ox, ding qolu, döyəc və 5-6 ədəd girdə çaladan ibarət düzəldilirdi.
Linc
Linç mühakiməsi — linç heç bir ədalətli mühakimə olmadan insanlara verilən cəzadır. Heç bir məhkəmə falan olmadan insanlara cəza verilir ya da öldürülür. Bu cəza üsulu ilk dəfə XVIII əsrdə ABŞ-də tətbiq olunub. ABŞ-də adətən zəncilərə və inqilabçı fəhlələrə vəhşicəsinə divan tutulur, məhkəməsiz cəza verilirdi. Söz olaraq həmin əsrdə yaşamış Çarlz Linç`in adından götürülüb. Ən çox Şərq ölkələrində tətbiq olunur.
Line
Line (azərb. Xətt‎) — Latviyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Triana Park "Line" mahnısı ilə Latviyanı Kiyevdə keçirilən müsabiqədə təmsil etmişdir. Mahnı Triana Park qrupunun vokalisti Aqnese Rakovska, Kristaps Erqlis və Kristians Rakovskis tərəfindən bəstələnmişdir.
Link
Link və ya hiperlink yaxud keçid ya da bağlantı — hipermətn sənədinin bu sənəddəki elementə (əmr, mətn, şəkil, qeyd) və ya başqa obyektə (fayl (sənəd), kataloq, proqram) aid olan hissəsi yerli diskdə və ya kompüter şəbəkəsində ya da bu obyektin elementlərində yerləşir . HTML sənədinin istənilən elementinə hiperlink əlavə edilə bilər. Mətnin əlavə edilmiş keçidi olan hissəsi əvvəlki cümlədə olduğu kimi, standart olaraq mavi rənglə vurğulanır. Siz keçidi olan mətnin üzərinə siçan kursorunu sürdükdə mətn ya rəngini dəyişir, ya da altdan xətt çizilir.Klaviaturadan istifadə edərək brauzerdə naviqasiya edərkən, keçidləri olan mətn və qrafik elementlər düzbucaqlı nöqtəli çərçivə ilə vurğulanır. Əvvəllər ziyarət edilmiş link, adətən, ziyarət edilməmiş linkdən fərqli rəngdə vurğulanır. “Yarasa” keçidi, məsələn, sənəd və ya fayl yerləşdiyi resursun inzibatçısı tərəfindən silinib və ya köçürülübsə ya da resursun özü mövcud deyilsə çatışmayan obyektə istinad edən hiperlinkdir. Adətən bu vəziyyətdə səhifədə səhv kodu olan bir mesaj görünür, lakin bu həmişə baş vermir. Tam adı ilə hiperlink hissələri http://www.example.com/test-papka/index.html == HTML səhifə hiperlinkləri == Hiperlink HTML sənədinin və onun əsas elementinin fraqmentidir: İnternetdə yerləşə bilən başqa bir fayla işarə etmək; bu faylın tam yolunu (URL) ehtiva edir. İstifadəçi üçün hiperlink veb-saytda, e-poçtda və ya hər hansı elektron sənəddə link yaradan və İnternetdəki digər obyektlərə keçməyə imkan verən qrafik təsvir, video və ya mətndir. === Başqa HTML səhifəsinə hiper keçid === HTML-də bir keçid müəyyən etmək üçün <a> etiketi istifadə olunur, strukturu <a href="filename">Bağlantı mətni</a>, burada fayl adı keçid ediləcək fayl adı və ya İnternet ünvanıdır və LinkText HTML sənədində birbaşa göstəriləcək hipermətn keçid mətnidir.
Lins
Lins (alm. Linz‎) — Avstriyanın mühüm şəhərlərindən biri.
Linz
Lins (alm. Linz‎) — Avstriyanın mühüm şəhərlərindən biri.
Ping
ping İnternet Protokolu (IP) şəbəkəsində hostun əlçatanlığını yoxlamaq üçün istifadə edilən kompüter şəbəkəsinin idarəedici proqram təminatıdır. O, şəbəkəyə qoşulma qabiliyyətinə malik olan faktiki olaraq bütün əməliyyat sistemləri, o cümlədən ən çox quraşdırılmış şəbəkə idarəetmə proqramları üçün mövcuddur. Ping, mənbəyə əks-səda (echo) verən mənbə hostundan təyinat kompüterinə göndərilən mesajlar üçün gediş-gəliş vaxtını ölçür. Adı səs nəbzini göndərən və su altında obyektləri aşkar etmək üçün əks-sədaya qulaq asan aktiv sonar terminologiyasından gəlir. Ping yardım proqramı Mike Muuss tərəfindən 1983-cü ilin dekabrında Balistik Tədqiqatlar Laboratoriyasında, indiki ABŞ Ordusunun Tədqiqat Laboratoriyasında işlədiyi müddətdə yazılmışdır. David Millsin IP şəbəkə diaqnostikası və ölçmələri üçün ICMP əks-səda (echo) paketlərindən istifadə ilə bağlı qeydi Muussu şəbəkə problemlərini həll etmək üçün yardım proqramı yaratmağa sövq etdi. Müəllif onu sonarın çıxardığı səsə görə adlandırmışdır, çünki onun metodologiyası sonarın əks-sədalanmasına bənzəyir. PING üçün Packet InterNet Groper backronimi 30 ildən artıqdır ki, istifadə olunur, və Muuss, onun nöqteyi-nəzərindən PING-in qısaltma kimi nəzərdə tutulmadığını söyləsə də, Millsin adının genişlənməsini etiraf etdi. İlk buraxılmış versiya ictimai domen proqramı idi; bütün sonrakı versiyalar BSD lisenziyası altında lisenziyalaşdırılmışdır. Ping ilk dəfə 4.3 BSD-ə daxil edilmişdir.
Sling
Sling — amerikalı müğənni-bəstəkar Clairo-nun ikinci studiya albomu. 16 iyul 2021-ci ildə Fader və Republic tərəfindən buraxılıb. Albom 11 iyun 2021-ci ildə ilk sinql "Blouse"-un buraxılması ilə yanaşı elan edilib. "Sling" buraxıldıqdan sonra musiqi tənqidçiləri tərəfindən yüksək qiymətləndirilib. Clairo-nun ifaları və mahnı yazarlığı geniş şəkildə təriflənib. Albom kommersiya baxımından da yaxşı nəticə göstərib, ABŞ Billboard 200-də 17-ci mövqedə debüt edərək Clairo-nun ilk top 20 albomu olub.
Lin
Lin — ad. Lin (Roma papası) — Müqəddəs Pyotrdan sonra 2-ci Roma Papası. Lin Leyşram — Hindistanlı model və aktrisa. Lin Luder — Koulman Strit Qəyyumluq Klubunun üzvü.
Erik Lind
Erik Lind (24 may 1964) — İsveçi təmsil edən stolüstü tennisçi. == Karyerası == Erik Lind İsveçi 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə bürünc medala, cüt turnirdə isə 5-ci pillənin sahibi olub. Daha sonra Erik Lind İsveçi 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub.
Evanna Linç
Evanna Patrisiya Linç (ing. Evanna Patricia Lynch; irl. Evanna Pádraigín Ní Loingsigh; 16 avqust 1991) — irland aktrisa. == Həyatı == O, 1991-ci ildə Linç ailəsində anadan olmuşdur == Filmoqrafiya == "Harri Potter və Simurq Ordeni" "Harri Potter və Ölüm Hədiyyələri".
Helian Dinq
Helian Dinq — son Hsia şanyüsü. Qardaşı Helian Çanqın əsir götürülməsindən sonra imperator olmuşdur. 430-cu ildə Sonq sülaləsi imperatoru Vei ilə müttəfiq olan Dinq 431-ci ildə Qərbi Qin krallığını dağıdaraq, onun torpaqlarına köçdü. Həmin il paytaxt Piqnlianqı müdafiə edən qardaşları Helian Duluqu və Helian Şeqan Şimal Veyə təslim oldu. Helian Dinq əmisi Helian Veifanı müharibə üçün göndərdi və Qərbi Qin dövlətinin qalan torpaqlarını da tutdu. Helian Dinq gözlənilmədən Tuyuhun dövləti tərəfindən hücuma məruz qaldı və əsir edilərək Şimal Veyə göndərildi. Dinq orda edam olundu və üçüncü Hun dövlətinin də sonu gəldi.
Huanq Tinq
Huan Tin (2 iyul 1977) — Çini təmsil edən bədii gimnast. == Karyerası == Huan Tin Çini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
Joey King
Coui Linn Kinq (ing. Joey Lynn King; 30 iyul 1999, Los-Anceles, Kaliforniya, ABŞ) — Amerikalı aktrisa və müğənni. Ən çox tanınan rolu Ramona & Beezus filmindəki Ramona Quimby olmuşdur. Joey King Horton Hears A Who, Beaver Girl, Ice Age, Dawn of the Dinosaurs filmlərinin səsləndirm əsini etmişdir. Disney Channel'in komediya seriallarından biri The Suite Life of Zack and Cody'da rol aldı.
Kerri Kinq
Kerri Rey Kinq (ing. Kerry Ray King; 3 iyun 1964, Los-Anceles, Kaliforniya) — amerikalı musiqiçi: treş-metal qrupu olan Slayer-in ritm və solo gitaraçısı və onun yaradıcılarından biri. Kinq ən yaxşı metal gitaraçıları siyahısında yüksək sırada olsa da o, şəxsən yalnız 2008-ci ildə mükafata layiq görülmüşdür ("Qızıl tanrı" (ing. Golden God) nominasiyasında Metal Hammer jurnalının "Qızıl tanrılar mükafatı" (ing. Golden Gods Awards)). == Həyatı == Kerri Rey Kinq Los-Anceles, Kaliforniya ştatında anadan olub. Atası təyyarə hissələri üzrə inspektor, anası isə telefon kompaniyasında çalışmışdır. Kinq məktəbdə dərslərini yaxşı oxuyur, riyaziyyatı isə mükəmməl bilirdi. Sonralar sevgiyə başı qarışan Kinqin qiymətləri aşağı düşməyə başlayır. Kinq çıxışlarının birində içki qəbul etdiyini amma heç bir zaman aslılıq yaradan dərmanlardan istifadə etmədiyini etiraf edir.
Kerry King
Kerri Rey Kinq (ing. Kerry Ray King; 3 iyun 1964, Los-Anceles, Kaliforniya) — amerikalı musiqiçi: treş-metal qrupu olan Slayer-in ritm və solo gitaraçısı və onun yaradıcılarından biri. Kinq ən yaxşı metal gitaraçıları siyahısında yüksək sırada olsa da o, şəxsən yalnız 2008-ci ildə mükafata layiq görülmüşdür ("Qızıl tanrı" (ing. Golden God) nominasiyasında Metal Hammer jurnalının "Qızıl tanrılar mükafatı" (ing. Golden Gods Awards)). == Həyatı == Kerri Rey Kinq Los-Anceles, Kaliforniya ştatında anadan olub. Atası təyyarə hissələri üzrə inspektor, anası isə telefon kompaniyasında çalışmışdır. Kinq məktəbdə dərslərini yaxşı oxuyur, riyaziyyatı isə mükəmməl bilirdi. Sonralar sevgiyə başı qarışan Kinqin qiymətləri aşağı düşməyə başlayır. Kinq çıxışlarının birində içki qəbul etdiyini amma heç bir zaman aslılıq yaradan dərmanlardan istifadə etmədiyini etiraf edir.
King Crimson
King Crimson - (King Crimson "Malina kralı" Kinq Krimson kimi oxunur) Britaniyalı gitaraçı Robert Fripp və barabançı Maykl Caylz tərəfindən 1968-ci ildə qurulan rok-qrup, proqressiv rok üslubunun ən tanınmış qruplarından biridir. Qrup tarixinin əsas xüsusiyyəti heyətinin hər zaman dəyişkən olmasıdır. Mövcud olduğu zaman ərzində yalnız Robert Fripp dəyişməyib amma Fripp özünü qrupun lider hesab etmir. == Yaranma tarixi və yaradıcılıq == King Crimson adını qrup üçün Piter Sinfild təklif edib. Robert Frippin bildirməsinə görə "Moruq kral" - Velzevuldur. (Xristian mənbələrində "milçəklər hökmdarı"), ərəb mənbələrində "Bil Sabab" formasındadır. ("Hədəfə köklənən insan" deməkdir). Sinfildin şeirlərində yazılana görə "Moruq kral" əslində siciliya və alman kralı, Müqəddəs Roma imperatoru olan II Fridrix Hogenştaufendir. === 1968-69 === 1968-ci ilin noyabrında artıq fəaliyyətini dayandırmaq üzrə olan Giles, Giles and Fripp qrupunun üzvləri Robert Fripp və Maykl Caylz yeni qrup yaratmaq ideyası haqqında danışıqlara başladılar. Onlara qoşulan ilk musiqiçi instrumental və virtuoz ifaçı İen Makdonald oldu.
Larri Kinq
Larri Kinq (ing. Larry King) əsl adı: Lourens Harvi Zeyqer (ing. Lawrence Harvey Zeiger; 19 noyabr 1933[…], Bruklin, Nyu-York ştatı – 23 yanvar 2021, Sedars-Sinay Tibb Mərkəzi[d], Kaliforniya) —ABŞ telejurnalisti. O, 1985-ci ildən 2010-cu ilə qədər Larry King Live tok-şousunun aparıcısı olmuşdur, 2012-ci ilin iyulundan RT America kanalında və Hulu veb-saytında Larry King Now tok-şousunun aparıcıdır. == Həyatı == Kinq 1933-cü il 19 noyabrda ABŞ-nin Nyu-York ştatının Nyu-York şəhərinin Bruklin bölgəsində anadan olmuşdur, iki oğulundan biri Cenni Litvanın Vilnüs şəhərində anadan olmuşdur, geyim işçisidir, digər oğul Aaron Zeiger isə Ukraynanın Kolomıya şəhərində anadan olmuşdur, restoran sahibidir Onun valideynləri ortodoks yəhudilər idi. Kinq, Bruklində Lafayette Ali Məktəbində, bir ictimai liseydə təhsil aldı. Atası ürək çatışmazlığı nəticəsində 44 yaşında vəfat etdi, nəticədə ana və iki övlad yaxşılıqla dəstəkləndi. Kinq atasının ölümündən çox təsirləndi və məktəbə marağı azaldı. == Karyerası == Liseyi bitirdikdən sonra Larri anasına kömək etməyə və dayaq olmağa çalışdı. Erkən yaşdan başlayaraq, radio yayımında çalışmaq istədi.