1. Ağır, asta, yavaş; ağırtərpənən. Çox ləng adamdır!
// Zərf mənasında. Ləng getmək. Ləng işləmək. Ləng danışmaq.
– Onun gərdişində bir azca ləng var; Aləmə əyandı, görünür aşkar.
Qara Kərəmoğlunun ağzından sözlər nisbətən ləng və soyuq çıxırdı.
[Yusif:] Siz çox ləng işləyirsiniz.
□ Ləng olmaq – qəsdən yubanmaq, bənd olmaq, dayanıb gözləmək, ilişmək.
Bir bəhanə ilə beş-on dəqiqə [həyətdə] ləng olub, oğru adam kimi yavaşca çıxdıq darvazaya tərəf.
[Sona:] Bağışlayın, yolda bir qədər ləng oldum.
Ləngə düşmək – gecikmək, yubanmaq, dolaşığa düşmək.
Bir fəqirin işi düşüb ləngə; Gəlmiş idi zəmanədən təngə.
Bağlıdır yol, görürsən, qafilə düşmüş ləngə.
[Bayram kişi:] Ancaq el gücü yaddan çıxıbdır, yəni yaddan çıxmayıb ha, bir azca ləngə düşübdür.
Ləngə salmaq – yubatmaq, gecikdirmək.
[Bəkir:] Qoşun ağır gedir, bizi ləngə salır.
[Hacı Qurban:] …Qoyunun pulunu ləngə salıblar. Ona görə yazıq uşaq qayıdıb gələ bilməyir.
2. Axsaq, topal. Ləng adam.