Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Linda
Linda — ad. Linda Torres — ABŞ aktyor. Linda Co Rizzo — İtalyan əsilli ABŞ ifaçısı, prodüseri, bəstəkarı və aktrisasıdır. Linda Lavleys — əsasən Linda Lovelace kimi tanınan amerikalı pornoqrafik film aktrisası Linda De Rocco — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. Linda Hamilton — ABŞ-lı aktrisa. Digər Linda (Suxumi) — Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Kvemo Linda — Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd.
Linza
Linza (alm. Linse‎, lat. lens - mərcimək) — sferik səthlərlə hüdudlanmış şəffaf cisim. Linzalar iki cür olur qabarıq və çökük. Ortası kənarlarından nazik olan linza çökük, qalın olan isə qabarıq linzadır. Linzaların hazırlanmasında optik şüşədən, kristallardan, şəffaf optik plastikdən və digər materiallardan istifadə olunur. Linzalar teleskop, binokl, kamera kimi görmə cihazlarının əsas detallarından biridir. Onlardan həmçinin görmə qüsurlarını aradan qaldırmaq üçün eynəklərdə istifadə olunur.
Ligia
Timeleya (lat. Thymelaea) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin timeleyakimilər fəsiləsinə aid bitki cinsi.
Limia
Viteks (lat. Vitex) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Linkia
Persooniya (lat. Persoonia) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinə aid bitki cinsi.
Columba livia
Çöl göyərçini (lat. Columba livia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin göyərçin cinsinə aid heyvan növü.
Garcinia linii
Garcinia linii (lat. Garcinia linii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin kluzikimilər fəsiləsinin qarsiniya cinsinə aid bitki növü.
Kvemo Linda
Kvemo Linda — Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Çalbaşı çayının sol tərəfində, dəniz səviyyəsindən 200 m yüksəklikdə, Suxumidən 10 km uzaqlığta yerləşir. 2008-ci ildən Rusiya Federasiyası tərəfindən işğal edilmişdir. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, X cild, səh.
Lidia Kopania
Lidiya Kopaniya (pol. Lidia Kopania-Przebindowska; 12 may 1978) — Polşalı sənətçi. == Həyatı == Lidiya Kopaniya 12 may 1978-ci ildə Lodzda anadan olmuşdur. 2009 Avroviziya Mahnı Müsabiqəsində Polşanı "I Don’t Wanna Leave" (Azərbaycanca:"Mən getmək istəmirəm") mahnısı ilə təmsil etmişdir və finala keçə bilməmişdir.
Liina Luik
Liina Luik (d. 14 oktyabr 1985) — Estoniya idmançısı. Olimpiadalar tarixində iştirak edəcək ilk üçəmin üzvü. Bacıları Leyla və Lili Luikdir. Liina bacıları ilə birlikdə 2016 Yay Olimpiya Oyunlarında idman yerişi (21,1 km) və 10 km məsafələrə marafon yarışında iştirak edəcəklər.
Linda (Suxumi)
Linda (gürc. ლინდა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 360 m hündürlüktə, Suxumidən 9 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ქართული საბჭოთა ენციკლოპედია, ტ. 6, თბ., 1983. — გვ. 243.
Linda Hamilton
Linda Karrol Hamilton — ABŞ-lı aktrisa. == Həyatı == Linda Karrol Hamilton 26 sentyabr 1956-cı ildə ABŞ-nin Merilend ştatının Selisburi şəhərində əkiz bacısı Lesli ilə birgə anadan olmuşdur. Əkiz bacısından başqa Lindanın Laura adlı bacısı və Con adlı qardaşı da var. Peşəcə həkim olan atası 1961-ci ildə avtomobil qəzası nəticəsində dünyasını dəyişib. Məktəbdə təhsil aldığı dövrdən o aktyorluq peşəsi ilə maraqlanmış və bir çox teatr səhnələrində çıxış etmişdir. Məktəbi bitirdikdən sonra isə o Çestertaun şəhərində yerləşən Vaşinqton Kollecində aktyorluq peşəsi üzrə təhsil almışdır. Sonra o Nyu-York şəhərinə köçür və burada məşhur Li Strasberq Teatr İnstitutunda aktyorluq metodları üzrə biliklərə yiyələnir. == Karyerası == Nyu-Yorkda bir çox səhnə rollarından sonra, Hamilton gündüzlər efirə çıxan "Sabah üçün axtarış" televiziya dramında balaca bir rol alır. Bir müddət sonra karyerasını davam etdirmək üçün Hamilton Los-Ancelesə köçmək qərarına gəlir. İlk böyük rollarını isə o, "Rape and Marriage: The Rideout Case" və 1982-ci ildə lentə alınan "Country Gold" filmlərində alır.
Linda Lavleys
Linda Susan Boreman (10 yanvar 1949, Bronks, Nyu-York ştatı – 22 aprel 2002[…], Denver) — əsasən Linda Lovelace kimi tanınan amerikalı pornoqrafik film aktrisası idi. 1972-ci ildə çəkilən “Dərin boğaz” filmi ilə məşhurlaşmışdır. Filmin Boremanın keçmiş həyat yoldaşı Chuck Traynorun onu məcbur etməsindən sonra çəkildiyi iddia edilmiş; Boreman Ordeal adı ilə yazdığı bioqrafik xarakterli əsərində hadisənin pərdəarxası təfərrüatlarına toxunmuşdur. Aktrisa daha sonra pornoqrafiyaya qarşı hərəkatın qabaq cərgələrində iştirak etmişdir.
Linda Torres
Linda Torres (1 yanvar 1954, Nyu-York, Nyu-York ştatı – 1 aprel 2021, Nyu-York, Nyu-York ştatı) — ABŞ aktyor. == Həyatı == Torres 1 yanvar 1954-cü ildə New York, New York şəhərində anadan olub. VH1 real-time Big Ang və Mob Wives serialına çıxan aktrisa, televiziya şəxsiyyəti Angela "Big Ang" Raiolanın yaxın dostu idi. 2012-ci ildə Big Ang serialının doqquz bölümündə rol aldı. == Vəfatı == Torres, uzun müddətdir davam edən süd vəzi xərçənginin yanında COVID-19-un səbəb olduğu sağlamlıq problemləri səbəbiylə müalicə aldığı New Yorkdakı Staten Island Universitet Xəstəxanasında 67 yaşında öldü. Torres evli idi və geridə bir qızı və iki nəvəsi qaldı.
Oksana Lıniv
Oksana Lıniv (ukr. Оксана Линів; 6 yanvar 1978, Brodı[d], Ukrayna SSR, SSRİ) — ukraynalı dirijor. Qraz şəhəri (Avstriya) Opera və Filarmoniya Orkestrinin Birinci qadın baş dirijoru. Dövrümüzün ən yaxşı qadın dirijorlarının ilk üçlüyünə daxil edilmişdir. == Bioqrafiya == İki musiqiçinin qızı və musiqi müəllimi, kilsə xorunun direktoru Dmitri Lınivin nəvəsi. Oksananın atası Yaroslav Lıniv (25 yanvar 1952-ci ildə anadan olub) Brodıdakı Boyan xalq xorunun rəhbəri olmuşdur. Oksana Lınivin bir Yuri adlı qardaşı var. Oksana Brodı şəhərindəki musiqi məktəbini bitirib. Sonra Vasili Barvinski Droqobıç Musiqi uçilişində oxuyur, lakin birinci kursdan sonra Lvova köçür və 1996-cı ildə Stanislav Lyudkeviç adına Lvov Musiqi uçilişini bitirir və burada fleyta çalmağı öyrənir. Daha sonra 1996-2003-cü illərdə Nikolay Lısenko adına Lvov Milli Musiqi Akademiyasında Lvov Operasının baş dirijoru Boqdan Daşakın sinfində təhsil alır.
Passiflora linda
Passiflora linda (lat. Passiflora linda) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin qonaqotukimilər fəsiləsinin qonaqotu cinsinə aid bitki növü.
Lidia Şole
Lidia Şole (pol. Lidia Szole; 2 dekabr 1896 və ya 25 fevral 1896, Trakay, Vilen quberniyası[d] və ya Sankt-Peterburq – mart 1943, Varşava, General-Qubernatorluq) — Polşalı rəssamı və dekoratoru, Polşa-Litva karaitlərinin gerbinin müəllifi. == Bioqrafiya == Trokidə varlı karait ailəsində anadan olub. 1914-cü ildə Şahzadə Obolenskayanın özəl gimnaziyasını bitirib. 1918-ci ildən sonra ailə Vilnaya köçdü və burada Lidiya Ştefan Batory Universitetinin İncəsənət fakültəsinə daxil oldu. 1920-ci illərin ortalarında Parisə getdi və burada Rəssamlıq Akademiyasında rəssamlıq təhsilini davam etdirdi. 1926-cı ildə o, Parisli mühacir karaitlərin yığıncağında Vilna və Trokidəki karait mərkəzləri haqqında məruzə ilə çıxış etdi. Öz ölkəsinə qayıdan kimi ictimai fəaliyyətinə davam etdi. 1923-cü ilin yanvarında Vilna Karaite Cəmiyyətinin idarə heyətinin üzvü seçildi. Karaite həvəskar teatrının həyatında iştirak etmişdir.
Gözdaxili linza
Gözdaxili linza — adətən katarakta müalicəsinin bir hissəsi kimi və ya yaxından görmə və uzaqdan görmə kimi digər görmə problemlərini düzəltmək üçün gözə implantasiya edilən linza, lazer ilə görmə korreksiyası. Təbii linza gözdə qalırsa, gözdaxili linza fakik linz adlanır, əks halda psevdofakik linz (və ya xarici linz). Hər iki növ linzalar təbii linza kimi eyni işıq fokuslama funksiyasını yerinə yetirmək üçün nəzərdə tutulmuşdur. Gözdaxili linza LASIK əməliyyatını əvəz edə bilər, lakin LASIK kataraktların müalicəsi üçün gözdaxili linzanı əvəz edə bilməz. == Tibbi istifadə == Gözdaxili linzalar 1999-cu ildən bəri miopiya, uzaqgörmə və astiqmatizm kimi halları düzəltmək üçün istifadə olunur. Xəstənin təbii kristal linzi çıxarılmadan implantasiya edildiyi üçün bu tip göz içi linzalarına fakik intraokulyar linza (PIOL) də deyilir. İmplantasiya edildikdən sonra IOL-lərin üç əsas faydası var. Onlar ciddi görmə problemləri olan insanlar üçün işləməyən göz əməliyyatı forması olan eksimer lazer proseduruna (LASIK) alternativdir. Effektiv IOL implantları əksər xəstələr üçün əməliyyatdan sonra eynək və ya kontakt linzalara ehtiyacı da aradan qaldırır. Linza çıxarıldığı üçün katarakta görünməyəcək və geri qayıtmayacaq.
Linkia acerosa
Persoonia acerosa (lat. Persoonia acerosa) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin persooniya cinsinə aid bitki növü.
Linkia acicularis
Persoonia acicularis (lat. Persoonia acicularis) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin persooniya cinsinə aid bitki növü.
Linkia angustiflora
Persoonia angustiflora (lat. Persoonia angustiflora) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin persooniya cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Linkia angustiflora Kuntze Persoonia angustiflora var. burracoppinensis D.A.Herb. Persoonia angustiflora var. pedicellaris Benth. Persoonia fraseri Meisn.
Linkia arborea
Persoonia arborea (lat. Persoonia arborea) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin persooniya cinsinə aid bitki növü.
Lina Medina
Lina Medina (Lina Vanessa Medina) — 1933-cü il sentyabrın 27-də Peruda anadan olmuş qız tibb tarixində ən gənc ana sayılır. == Tarix == O, özünün ilk övladını 5 yaş, 7 aylığında dünyaya gətirib. Linanı xəstəxanaya valideynləri qarnında şiş əmələ gəlməsindən şübhələndikləri üçün gətirmişdilər. Həkimlərin ilkin qənaəti də ata-ananın şübhələrini təsdiqləyir. Amma tezliklə, qızın hamiləliyin yeddinci ayında olduğu aşkarlanır. Həkim Jerardo Lozada Linanın həqiqətən də hamilə olduğunu təsdiqlətdirmək üçün qızı Perunun paytaxtındakı klinikalardan birinə aparır və diaqnoz təsdiqlənir. Uşağın çanaq sümükləri kifayət qədər inkişaf etmədiyindən, həkimlər əməliyyat etmək qərarı verirlər. Ay yarımdan sonra, 1939-cu il mayın 14-də doktor Lozada və doktor Kolaretin həyata keçirdiyi qeysəriyyə əməliyyatıyla Lina bir oğlan uşağı dünyaya gətirir. Körpənin çəkisi 2,7 kiloqram olur, anası ona həkiminin şərəfinə Jerardo adını qoyur. Bütün şübhələr əvvəlcə Linanın atasının üzərinə düşür, onu həbs edirlər.
Lina Romay
Lina Romay(isp. Lina Romay), əsl adı — Roza Mariya Almirall Martines (isp. Rosa María Almirall Martínez; 23 iyun 1954, Barselona, İspaniya — 15 fevral 2012) — ispan aktrisası. == Həyatı == Lina Romay 23 iyun 1954-cü ildə İspaniyanın Barselona şəhərində anadan olmuşdu. Bir çox filmlərə çəkilib. Ən məşhuru:«Vampir qız» (ing. Female Vampire) filmidir. Lina Romay 15 fevral 2012-ci ildə vəfat edib.
Lina Kostenko
Lina Vasiliyevna Kostenko (19 mart 1930) — XX əsrin altmışıncı illərinin sovet və ukraynalı yazıçısı, şairə, ictimai xadim. O, 1967-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına namizəd göstərilib. == Həyatı == O, 1930-cu il martın 19-da Ukrayna SSR-nin Rjişev şəhərində müəllim ailəsində anadan olub. 1936-cı ildə ailə Kiyevə köçür və Lina burada 123 saylı orta məktəbdə təhsil alır. 1956-cı ildə bitirdiyi Kiyev Pedaqoji İnstitutunda, Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almışdır. Lina Kostenko 1950–1960-cı illərin əvvəlində gənc ukraynalı şairlərin qalaktikasında ilk və ən diqqət çəkənlərdən biri olub. Kostenkonun həmin illərdə "Dnepr" jurnalında dərc olunmuş əsərlərində "insanların standartlaşdırılmasına, sadələşdirilməsinə və primitivləşməsinə qarşı üsyanı" açıq-aydın səslənirdi.. Onun "Yerin şüaları" (1957) və "Yelkənlər" (1958) şeirlər topluları oxucuların və tənqidçilərin marağına səbəb olmuş, 1961-ci ildə işıq üzü görən "Könül səyahətləri" kitabı uğur qazanmaqla yanaşı, həm də şairənin əsl yaradıcılıq bacarığını ortaya qoymuş və onun adının Ukrayna poeziyasının görkəmli ustadları sırasına daxil olmasına səbəb olmuşdur. Ədəbiyyatşünaslar görə Kostenkonun ilk toplularında artıq milli əsaslara qayıdış, onların yenidən düşünülməsi və yenilənməsi, humanist dəyərlərin yüksəlişi müşahidə olunurdu. Durğunluq dövründə yaradıcı düşüncə azadlığına qoyulan məhdudiyyətlər və müxtəlif "rüsvayçılıqlar" Kostenkonun şeirlərinin uzun müddət praktiki olaraq çap olunmamasına səbəb oldu.