Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Disney+
Disney+ — "The Walt Disney Company" şirkətinə məxsus abunə əsaslı ABŞ video striminq xidməti. Platforma əsasən "Walt Disney Studios" tərəfindən istehsal olunan film və teleserialları yayımlayır, həmçinin "Disney", "Pixar", "Marvel", "Ulduz müharibələri" və "National Geographic" brendlərinin məzmununu reklam edir. "Disney+" platformasında orijinal filmlər və seriallar yayımlanır. "Disney+" 12 noyabr 2019-cu ildə ABŞ, Kanada və Niderlandda fəaliyyətə başlamışdır. Bir həftə sonra xidmət Avstraliya, Yeni Zelandiya və Puerto-Rikoda, 24 mart 2020-ci il tarixindən isə bəzi Avropa ölkələrində əlçatan olmuşdur.
Lesnoe
Yaşayış məntəqələri
Disney
The Walt Disney Company (Volt Disney Kompani və ya sadəcə Disney) — əyləncə sənayesi üzrə dünyanın ən böyük konqlomeratı. 1923-cü ildə Volt və Roy Disney qardaşları tərəfindən əsası qoyulmuşdur.
INSEE
INSEE (fr. codes Insee və ya codes INSEE) — Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu (fr. Institut National de la Statistique et des Études Économiques) tərəfindən verilən rəqəmli və ya hərf-rəqəmli kod. == Rəsmi coğrafi kod == INSEE tərəfindən Fransa kommunalarının coğrafi kodları müəyyən edilir. Məsələn, Mets şəhəri INSEE 57463 kodunu daşıyır. Burada, 57 — Mozel departamentinin nömrəsi, 463 isə Mets şəhərinin əlifba sırası ilə nömrəsidir. == Sosial sığorta nömrəsi == Fransada hər anadan olmuş adama 15 rəqəmli sosial sığorta nömrəsi verilir. Bu kodun izahı aşağıdakı kimidir.
Lisey
Lisey (lat. Λύκειον) — tədris müəssisəsi. Bir sıra Qərbi Avropa, Latın Amerikası və Afrika ölkələrində orta ümumtəhsil müəssisələri lisey adlanır. == Tarixi == İnqilaba qədərki Rusiyada imtiyazlı məktəb.
Lisse
Lisse (nid. Leiden)-Niderlandın Cənubi Hollandiya əyalətinin qərbində yerləşən şəhər. == Turizm və görməli yerləri == Lisse ən məşhur görməli yerləri Koykenhof bağıdır ki, fəqət yayda lalələr çiçəklənən zaman açıqdır.
Vişnə
Albalı (lat. Prunus subg. Cerasus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Yabanı albalı == Albalı yarımcinsinə aid 140 növ var. Növ müxtəlifliklərindən ən çox yayılanı aşağıdakılardır: mərmərik albalı; mahaleb albalısı; çöl albalısı. Güman edirlər ki, adi mədəni albalı yabanı gilas ilə çöl albalılarının təbii hibrididir. Azərbaycanda mərmərik və çöl albalısı bitən sahələr çoxdur. Yabanı albalı aprel-mayda çiçəkləyir. Ağ rəngli çiçəkləri 2-4 ədəd bir yerdə uzun saplaq üzərində əmələ gəlir. Meyvələri iyulun axırı və avqustda yetişir.
Alburnus linnei
Adi şəmayı (lat. Alburnus alburnus) — Çəkiyəbənzərlər dəstəsinə, Şəmayılar cinsinə daxil olan növ. == Təsviri == Qarışıq rəngə sahibdir — beli tünd, boz-mavidən zeytuni yaşıla qədər, qarnı və ətrafları gümüşü. Bel və quyruq üzgəcləri tünd, digərləri isə sarı və ya qırmızımtıl olur. 20 sm uzunluğa (ortalama 12–15 sm, ən böyüyü 25 sm) və 60 q çəkiyə sahib olur. Bununla belə 80–100 çəkiyə sahib nümunələrinə də rast gəlinir. Ən sevimli qidası milçək tırtıllarıdır. == Yayılması == Adi şəmayılar Azov, Baltik, Qara, Xəzər (şimal hissəsinə aid hövzədə) və Ağ dəniz (qərb avkatoriyasında) sularında müşahidə edilirlər. == Həyat tərzi == Çaylarda, göllərdə, su anbarlarında və nisbətən duzlu olan çay mənsəblərində yayılırlar. Sürü halında yaşayırlar və əsasən suyun üst hissələrini üstün tuturlar.
Antverpenli Lionel
Antverpenli Lionel (ing. Lionel of Antwerp) (d. 29 noyabr 1338 - ö. 17 oktyabr 1368) — İngiltərə kralı III Eduardın və xanımı Enolu Filipanın həyatda qalan ikinci oğlu. Orta əsrlər dövrünə xas ənənəyə görə, o da doğulduğu Antverpen qalasının adını ləqəb olaraq aldı.
Cozef Lister
Jozef Lister [Lord Lister] (ing. Joseph Lister; 5 aprel 1827[…], Apton[d], Böyük London[…] – 10 fevral 1912[…], Uolmer[d], Kent qraflığı) - böyük ingilis cərrahı və alimi, cərrahi antiseptiklərinlərin yaradıcısı, Lordlar Palatasının üzvü. Listeria bakteriya növü, insan patogeni Listeria monocytogenes də daxil olmaqla, Jozef Listerin şərəfinə adlandırılıb. London Kral Cəmiyyətinin üzvü (1860) və prezidenti (1895-1900), Paris Elmlər Akademiyasının xarici üzvü (1912). == Həyatı == Jozef Lister evin dördüncü uşağı olaraq 5 aprel 1827-ci ildə Esseks qraflığının Apton şəhərində anadan olmuşdur. 1852-ci ildə London Universitetini fərqlənmə diplomu ilə bitirərək tibb üzrə bakalavr dərəcəsi almışdır. Universiteti bitirdikdən sonra Universitet xəstəxanasının kollecinə rezident assistenti vəzifəsinə təyin edilmişdir. Bir müddət sonra Jozef Edinburqa köçmüşdür və burada Sayman klinikasında işə düzəlmişdir. Onun 1854-1855-ci illərdə əsasən oftalmologiyaya həsr olunmuş klinik cərrahiyyəyə dair mühazirələri ilk dəfə məhz bu zaman nəşr olunmuşdur. Lister yalnız 1858-ci ildə Edinburq Kral Xəstəxanasında cərrah vəzifəsinə təyin olunmuşdur.
Daniel Lioneye
Daniel Lioneye — Finlandiyadan olan stoner rock/metal qrupu. == Haqqında == HIM qrupunun üzvləri tərəfindən 2001-ci ildə yaradılmışdır. Gitaraçı-vokalist Linde Lindström, basda Mige, və baranban da Ville Valo çıxış edirdi. Onların ilk debüt albomu yarandıqları ildə çıxartmışdlar. Və albom "The King of Rock 'n Roll (2001)" adlanırdı. Bu albomdan "The King of Rock 'n Roll (2001)" adlı trek Bam Margera-nın Viva La Bam TV verlişinin arxa fon musiqi olaraq səslənirdi. 2010-cu ildə qrupa daha HIM qrupunun üzvü olan klavişdən Burton daxil oldu. Həmən ildə qrup özünün ikinci albomunu buraxdı. Bu albom "Vol. II" adlanırdı.
Disney Channel
Disney Channel — ABŞ-dən 24 saat yayımlanan televiziya kanalı. Kanal cizgi film və seriallar yayımlayır. Hədəf kütləsi ilk qurulduğunda 7 yaş qrupu uşaqlar olsa da zamanla dəyişmiş; proqramların məzmunu dəyişdikcə, izləyənlərin də yaş həddi də artmışdır. Kanalın sahibi Volt Disney şirkətidir.
Disney Junior
Disney Junior — məktəbəqədər uşaqlar üçün telekanal.
Disney XD
Disney XD — efirə əsasən uşaq-yeniyetmə animasiya teleserialları yayımlayan The Walt Disney Company-yə məxsus rəqəmsal və peyk televiziyasının amerikan telekanalı. Yayım şəbəkəsinə 13 fevral 2009-cu ildən «Toon Disney» şirkətinin varisi olaraq başlamışdır. Onun hədəf auditoriyası — 6 yaşından 16 yaşına qədər olan oğlanlar və qızlardır. O, həmçinin yeniyetmələr üçün nəzərdə tutulmuş bəzi proqramları da yayımlayır. Bundan başqa, kanal ya kabel və peyk provayderləri tərəfindən təklif olunan ispan dili şəbəkə paketinin bir hissəsi kimi satılan ayrıca bir kanal kimi, ya da sistemə bağlı SAP seçimi ilə ayrıca audio xətt kimi ispan dilində audio müşaiyəti ilə təklif olunur. Bu kabel şəbəkəsindən alınan HDTV 720 p formatını seçən ABC/Disney şəbəkələrində peyk televiziyası provayderləri və telco IPTV provayderləri kimi bəzi digər kabel şəbəkə provayderləri tərəfindən də təklif olunur. == Tarixi == Disney XD 13 fevral, 2009-cu ildə şərq vaxtı ilə saat 12:00-da “Fines və Ferb” cizgi filminin “Biz qruplarımızı yenidən birləşdiririk” adlı epizodu ilə yayımlanmağa başlamışdır. Televiziya kanalı elə həmin gün şərq vaxtı ilə saat 19:00-da özünün ilk teleserialı olan “Əsl Aron Stoun” teleserialını çıxardı; iki hissənin premyerasının birinci hissəsi eyni vaxtda Disney XD və Disney Channel-da yayımlandı. Kanalın ilkin tərkibinə daxil olan yeni cizgi filmləri “Кid vs. Кet” və «JimmyTwo-Shoes» idilər.
Jozef Lister
Jozef Lister [Lord Lister] (ing. Joseph Lister; 5 aprel 1827[…], Apton[d], Böyük London[…] – 10 fevral 1912[…], Uolmer[d], Kent qraflığı) - böyük ingilis cərrahı və alimi, cərrahi antiseptiklərinlərin yaradıcısı, Lordlar Palatasının üzvü. Listeria bakteriya növü, insan patogeni Listeria monocytogenes də daxil olmaqla, Jozef Listerin şərəfinə adlandırılıb. London Kral Cəmiyyətinin üzvü (1860) və prezidenti (1895-1900), Paris Elmlər Akademiyasının xarici üzvü (1912). == Həyatı == Jozef Lister evin dördüncü uşağı olaraq 5 aprel 1827-ci ildə Esseks qraflığının Apton şəhərində anadan olmuşdur. 1852-ci ildə London Universitetini fərqlənmə diplomu ilə bitirərək tibb üzrə bakalavr dərəcəsi almışdır. Universiteti bitirdikdən sonra Universitet xəstəxanasının kollecinə rezident assistenti vəzifəsinə təyin edilmişdir. Bir müddət sonra Jozef Edinburqa köçmüşdür və burada Sayman klinikasında işə düzəlmişdir. Onun 1854-1855-ci illərdə əsasən oftalmologiyaya həsr olunmuş klinik cərrahiyyəyə dair mühazirələri ilk dəfə məhz bu zaman nəşr olunmuşdur. Lister yalnız 1858-ci ildə Edinburq Kral Xəstəxanasında cərrah vəzifəsinə təyin olunmuşdur.
Karl Linney
Karl Linney (isveç Carl von Linné, lat. Carolus Linnaeus; 23 may 1707[…], Roshult[d] – 10 yanvar 1778[…]) — canlı orqanizmlərin təsnifləşdirilməsinin əsasını qoymuş məşhur İsveçli həkim, naturalist və fizik. == Həyatı == 1739-cu ildən İsveç Kral Elmlər Akademiyasının üzvü, onun yaradıcılarından biri, 1762-ci ildən Paris Elmlər Akademiyasının və bir sıra digər elmi cəmiyyətlərin və akademiyaların üzvü olmuşdur. == Mənbə == Əli Hüseynov, Məcnun Babayev. "Məşhur biologiya alimləri", Bakı, "Maarif", 2002. səh.6.
Lineer motor
Lineer motor – xətti mator ya da xəttli hərəkətli motordur, statoru və rotoru "açıq" olan bir elektrik matoru. == Haqqında == Bu səbəblə fırlanma anı yaratmaq yerinə uzunluğu boyunca xətti güc istehsal edir. Ancaq bütün lineer matorlar düz deyildir. Lineer matorun aktiv bölümünün sonu vardır, halbuki ənənəvi elektrik matorlarında döngə davamlıdır. İş rejimi, qüvvə cərəyanı və maqnit sahəsi tətbiq edilən hissədə xətti olaraq mütənasib olduğu Lorentz tipli mator kimidir.( F= IL x B ) Lineer mator ən çox həssaslığı yüksək olan mühəndislik tətbiqlərində istifadə olunur.Eyni zamanda xüsusi elmi konfranslar və mühəndisliyə aid dərs kitabları ilə inkişaf edən tətbiqi tədqiqat sahəsidir. Lineer matorun, aşağı və yuxarı sürətli 2 sinifə bölünməklə bir çox dizaynları hazırlanmışdır. Aşağı sürətli lineer matorlar, maqlev qatarlarına və digər yerdən gedən nəqliyyat tətbiqlərinə uyğundur. Yüksək sürətli lineer matorlar qısadır və misal olaraq rulon silahda olduğu kimi çox yüksək sürətə çatmaq üçün nəzərdə tutulmuşdur. Yüksək sürətli lineer matorlar hiper sürətli təsir tətqiqatlarında silah və ya kosmik gəmi hərəkəti üçün kütlə sürücüssü olaraq istifadə edilir. Bunlar adətən, hava boşluğunun bir tərəfində aktiv üç fazalı soyunma və digər tərəfində passiv bir keçirici nömrə nişanı olan AC lineer induksiya matoru (LM) dizaynındadır.
Lionel Denstervil
Çarlz Lionel Denstervil (9 noyabr 1865, Birləşmiş Krallıq – 18 mart 1946, Torki, Devon qraflığı) — Britaniyalı hərbçi general-mayor. == Hərbi karyeranın başlanğıcı == Lionel Denstervil "Yunayted Servises" kollecində hərbi təhsil alıb. Denstervil 1884-cü ildə Britaniya ordusunda hərbi xidmətə başladı. Daha sonra Denstervil Hindistan ekspedisiya korpusuna köçürüldü. Denstervil Pakistanda,Vaziristanda,Çində hərbi xidmətdə olmuşdur. == Birinci dünya müharibəsi == Birinci dünya müharibəsi zamanında Denstervil Hindistana göndərildi.1917-ci ildə Lionel Denstervil müttəfiqlər ordusunun komandiri təyin olundu. Müttəfiqlər ordusu 1000 nəfərdən ibarət idi bular Avstraliyalılar, Britaniyalılar və Yeni Zelandiyadan gələn xüsusi təyinatlı hərbi bölmə daxil idi. Bir neçə hərbi hərbi maşınlarla "Densterfors" (Densterin ordusu) adlanan müttəfiqlər ordusu Həmədandan İrana , İrandan isə Zaqafqaziyaya keçirlər, burada Osmanlı Tükriyəsinin və Almaniyanın Hindistana hücümu gözlənirdi. 1918-ci ilin avqust ayında Denstervil Bakıda olur. Denstervilə Bakının neft zonalarını əlində saxlamaq və buraxmamaq əmr olunmuşdu.
Lionel Jospen
Lionel Jospen (fr. Lionel Jospin; 12 iyul 1937[…], Mödon[d]) — fransız siyasi-sosialist, baş nazir (1997–2002). == Bioqrafiya == Paris yaxınlığında Medon şəhərində anadan olub. Orduda xidmət etdikdən sonra 1963-cü ildə Dövlət İdarəetmə Məktəbinə daxil oldu. Siyasi Elmlər İnstitutunu da bitirib. Gəncliyində o, sonradan gizlətdiyi Trotskiçi idi. Fransua Mitteranın yaxın tərəfdaşı idi və 1981-ci ildə respublika prezidenti seçildikdən sonra Fransa Sosialist Partiyasının sədri oldu. Müxtəlif nazir vəzifələrini tutub. 1995-ci ildə partiya prezident seçkilərində vəzifəsindən istefa verən Mitterrandın yerinə namizəd olaraq irəli sürüldü, ilk turdan sonra birinci yeri tutdu, ancaq ikinci turda yeni prezident olan Jak Şirak'a məğlub oldu. 1997-ci ildə sosialistlər erkən parlament seçkilərində qalib gəldi və Şirak rəqibinə baş nazir olaraq hökumət qurmağı tapşırdı.
Lionel Messi
Lionel Andres Messi (24 iyun 1987[…], Rosario, Sante Fe əyaləti[d]) — Argentina futbolçusu. Argentina milli futbol komandasının heyətində çıxış edir. 2004–2021-ci illərdə İspaniyanın "Barselona" klubunda çıxış etmişdir. Hücumçu və hücumameyilli yarımmüdafiəçi mövqelərində oynayır. Messi hələ 21 yaşında olarkən 2009-cu ildə özünün ilk Qızıl topunu və FİFA Dünyada İlin Oyunçusu mükafatlarını qazanıb. Növbəti 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə də Messi FİFA Qızıl Top mükafatını qazanıb. Messi həmçinin 2010–11 mövsümündə UEFA Avropada Ən Yaxşı Oyunçu mükafatını əldə edib. 24 yaşında Messi "Barselona"nın indiyə qədər bütün turnirlərdə ən çox qol vuran oyunçusu olub.25 yaşında La Liqa oyunlarında 200 qol həddini keçən ən gənc oyunçu olub. Dünyada Cristano Ronaldo ilə birlikdə ən yaxşı oyunçu hesab edilən və futbolçular, məşqçilər və şərhçilər tərəfindən futbol tarixinin ən yaxşı oyunçularından biri kimi qiymətləndirilən Messi Qızıl top mükafatını altı dəfə qazanan ilk və hələlik yeganə futbolçudur, həmçinin Messi Avropada qızıl buts mükafatını 6 dəfə əldə edən ilk futbolçudur. Messi "Barselona"nın heyətində on dəfə İspaniya La Liqasının, altı dəfə İspaniya Kral Kubokunun, beş dəfə İspaniya Superkubokunun, dörd dəfə UEFA Çempionlar Liqasının, üç dəfə UEFA Super Kubokunun və iki dəfə FİFA Klublararası Dünya Kubokunun qalibi olub.
Lionel Qranfild
Lionel Qranfild (d. 1575 – ö. 6 avqust 1645) - İngilis əsilli tacir və siyasətçi. Lordluq dərəcəsinə yüksəldikdən sonra 1614-1622-ci illərdə İcmalar Palatasının üzvü olmuşdur.
Lionel Richie
Layonel Brokmen Riçi (ing. Lionel Brockman Richie; 20 iyun 1949, Alabama, ABŞ) — amerikan müğənni, şair, prodüser və aktyor. O, 1968-ci ildən "Commodores" adlı musiqi qrupunda faəliyyət göstərirdi. Riçinin solo karyerasında "Lionel Richie" albomuyla debüt edərək böyük uğur qazanmışdır. == Erkən həyatı == Riçi, Alabama ştatının Taskigi şəhərində, Alberta R. (Foster) və Layonel Brokmen Riçinin ailəsində doğulmuşdur. Taskigi Universitetində təshil alarkən o həmçinin tennislə maraqlanmış bir çox nailiyyət əldə etmişdir. == Karyera == 60-cı illərin ortasında o, Commodores qrupunda solist olmaqla yanaşı, saksafonda da ifa edirdi.70-ci illərə kimi o müxtəlif mahnılar bəstələmişdir. 1980-ci ildə onun bəstəsi olan Kenni Rocersin oxuduğu Lady mahnısı həmin ildə hit paradlarda birinci yerə kimi yüksəlmişdir. == Diskoqrafiya == Lionel Richie (1982) Can't Slow Down (1983) Dancing on the Ceiling (1986) Louder Than Words (1996) Time (1998) Renaissance (2000) Just for You (2004) Coming Home (2006) Just Go (2009) Tuskegee (2012) == Filmoqrafiya == Scott Joplin (1977) Thank God It's Friday (1978) Running with the Night (1990) Truth or Dare (1991) The Preacher's Wife (1996) Pariah (1998) The Simpsons (epizodik) (2007) Who Do You Think You Are?
Lişniy adası
Lişniy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində, Axmatov körfəzinin şimal-şərqində yerləşir. Bolşevik adasından 2 km aralıda yerləşir. Bolşevik adasından Nenametnıy boğazı ilə ayrılır. Lişniy adasından cənubda Vstreçnıye adaları yerləşir. Lişniy adasının qrupa daxil ən yaxın adası arasında məsafə 400 metrdir. Ada ərazisi kiçik təpəciklərdən ibarətdir. == Təsviri == Cənubdan şimala doğru uzanır. Uzunluğu 6 km, eni 3,5 km təşkil edir.
Tinca linnei
Lilbalıq (lat. Tinca tinca) — lilbalıq cinsinə aid balıq növü. Çəkikimilər fəsiləsinə aid balıq növüdür. == Morfoloji əlamətləri == D III–IV 8, A III 7, birinci qəlsəmə qövsündə 16–20 dişcik olur. Udlaq dişləri bir sırada yerləşir, adətən 4–5 və ya 5–4 olur. Lilbalığının bədəni pulcuqlarla və sıx seliklə örtülüdür. Pulcuqlar xırda olub, dəridə möhkəm yerləşmişdir. Yan xətt bədənin tam ortasında yerləşir. Orta hesabla hər sırada 100-ə yaxın pulcuq olur. Rəngi qidalanma şəraitindən asılıdır: yaşımtıl-gümüşü (qumsal şəffaf sularda) rəngdən bürünc çalarlı tünd-qonur (lil qruntlu su hövzələri) rəngə qədər olur.
Uolt Disney
Volt Disney (ing. Walt Disney; 5 dekabr 1901[…], Çikaqo, İllinoys[…] – 15 dekabr 1966[…], Berbank, Kaliforniya) — ABŞ cizgiçi, rejissor, rəssam və prodüseri. The Walt Disney Company və Walt Disney Picturesin banisi. == Həyatı == Volt Disney 5 dekabr 1901-ci ildə Çikaqoda irland,ingilis və alman əsilli çox kasıb bir ailədə dünyaya göz açmışdır. 1919-cu ildən etibarən Kanzas Siti şəhərində karikatura rəssamı işləmişdir. Daha sonralar Disney reklam kampaniyasına daxil olmuş və burada Y.Ayverksomla birgə işləməyə başlamışdır. Onlar bir yerdə Disneyin məşhur qəhrəmanlarının hazırlanması ilə məşğul olmuş, rəsm karikaturaları çəkərək "Gülməyin qramı" adlı film yaratmışlar. Bu formada ilk reklam çarxları fəaliyyətə başlamışdır. Bundan sonra Volt Disney özünün çox da böyük olmayan "Laf-o qramz" adlı şəxsi kompaniyasını yaratmışdır. == Yaradıcılığı == Volt Disney rəsmlərdən ibarət nağıl filmləri olan "Göyçək Fatma", "Qırmızı papaq", "Çəkməli pişik" və başqalarını böyük ustaqlıqla yaratdı.