lisenziyasız
liseyçi
OBASTAN VİKİ
Lisey
Lisey (lat. Λύκειον) — tədris müəssisəsi. Bir sıra Qərbi Avropa, Latın Amerikası və Afrika ölkələrində orta ümumtəhsil müəssisələri lisey adlanır. == Tarixi == İnqilaba qədərki Rusiyada imtiyazlı məktəb.
Hərbi Lisey
Hərbi lisey hərbi təlim və Məktəb dərsləri verərək Hərbi Akademiyalalara Kursant hazırlayan bir elm ocağıdır. Azərbaycanda isə Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Hərbi Lisey var.
Heydər Əliyev adına Hərbi Lisey
Heydər Əliyev adına Hərbi Lisey (1998-2004-cü illərdə: C.Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialı) — Azərbaycan Respublikası Prezidentinin 13 mart 1998-ci il tarixli Sərəncamı və müdafiə nazirinin 09 aprel 1998-ci il tarixli əmri ilə 1998-ci ildə Naxçıvan Muxtar Respublikasında Cəmşid Naxçıvanski adına Hərbi liseyin Naxçıvan filialı. 5 mart 2022-ci ildə Milli Müdafiə Universitetinin tabeliyinə verildi. == Erkən tarixi == Hələ Sovetlər İttifaqı dövründə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Cəmşid Naxçıvanski adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəbi yaradılmışdır. Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə ilk dəfə Naxçıvanda milli ordu hissələri yaradılmış, ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra isə milli ordu quruculuğu sahəsində daha geniş tədbirlər görülmüş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri formalaşmışdır. Heydər Əliyevin 1998-ci il 13 mart tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialının yaradılması da bu sahədə görülən işlərin prioritetidir. 1999-cu ilin oktyabrında filialın yeni tədris korpusunun açılışında iştirak edən Ümummilli Lider bu hərbi təhsil müəssisəsinin yaradılması zərurətindən danışaraq demişdir: == Tarixi == Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 27 fevral 2004-cü il tarixli sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi liseyin Naxçıvan filialı ləğv edilmiş və onun əsasında Heydər Əliyev adına Hərbi lisey yaradılmışdır. == Tədris == Heydər Əliyev adına Hərbi Lisey hərbiləşdirilmiş tam orta təhsil müəssisəsidir. Hərbi liseyə qəbul 15 yaşı tamam olmuş və 17 yaşına çatmamış 9-cu sinfi bitirmiş şagirdlər riyaziyyat, fizika, Azərbaycan dili və kimya fənlərindən Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən test imtahanlarını verməklə qəbul olunurlar. Hərbi liseydə təhsil müddəti 2 ildir. 2 tədris ili ərzində kursantlara Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planına əsasən, 13 fənn tədris edilir.
Lisey № 13 (Rostov-na-Donu)
Lisey № 13 — Rostov-na-Donu şəhərinin ərazisində, Svoboda meydanında, ev 1 ünvanında yerləşən təhsil ocağı. Bina Nikolay Nikitiç Durbaxın layihəsi əsasında 1892-ci ildə inşa edilmişdir. Binada ilk əvvəllər Naxçıvan-na-Donuda yerləşir və Yekaterina Qızlar gimnaziyası adlanırdı. Məktəbin binası Rusiyanın yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == XIX əsrin sonları Naxçıvan-na-Donuda qızlar gimnaziyası yaradılmışdı. Gimnaziya şəhərin əsasını qoyan imperatriça II Yekatrinanın şərəfinəadlandırılmışdır. Gimnaziya üçün bina Nikolay Nikitiç Durbaxın layihəsi əsasında 1892-ci ildə inşa edilmişdir. İlk əvvəllr binanın iki mərtəbəsi mövcud idi. Yekatrina qızlar gimnaziyası şəhərin ən elit təhsil ocağı sayılırdı. Burada din, fransız dili, rus dili, coğrafiya, tarix, tikiş, rəssamlıq öyrədilirdi.
Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Lisey
Fizika-riyaziyyat və informatika təmayüllü lisey (FRİTL) — Bakıda lisey. == Tarixi == İstedadlı uşaqların seçilməsi üçün keçmiş Sovet İttifaqında SSRİ Maarif Nazirliyinin qərarı ilə internat məktəblər təşkil edilmişdir. Onların yaradılmasında Azərbaycanın ayrı-ayrı rayonlarından istedadlı uşaqları müsabiqə yolu ilə qəbul etmək, dövlət hesabına yataqxana və yeməkxana ilə təmin etmək, əsas fənlərdən dərinləşdirilmiş proqramla dərslər keçirmək əsas məqsəd kimi qarşıya qoyulmuşdur. 1964-cü ildə 1 nömrəli internat məktəbin bazasında 1 nömrəli Fizika-Riyaziyyat və Kimya-Biologiya təmayüllü internat məktəbi yaradılmışdır. 1969-cu ildə kimya-biologiya bu bazadan ayrılmış, 5 nömrəli kimya-biologiya təmayüllü internat məktəbi kimi fəaliyyət göstərməyə başlamışdır. Bu bazada isə 1 nömrəli Fizika-Riyaziyyat təmayüllü internat məktəbi fəaliyyətini davam etdirmişdir. Nazirlər Kabinetinin 2 noyabr 1991-ci il tarixli 472 nömrəli əmrinə əsasən məktəbin adı dəyişdirilib, Respublika Fizika-Riyaziyyat və İnformatika təmayüllü (internat tipli) lisey adlandırılmışdır və hal hazırda lisey bu adla fəaliyyət göstərir. == Haqqında == Hazırda Liseydə 600 şagird təhsil alır. Onlardan 300 nəfəri dövlət hesabına yataqxanada qalır. Təhsil ocağına qəbul 7-ci, 8-ci və 9-cu siniflərdən aparılır.
Lütfi Zadə adına Texniki-humanitar lisey
Zərifə Əliyeva adına lisey
Akademik Zərifə Əliyeva adına lisey — Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən tam orta məktəb. Lisey Heydər Əliyev Fondunun dəstəyi ilə 28 aprel 2008-ci ildə görkəmli oftomoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 85 illik yubileyi ərəfəsində açılıb. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edərək liseyin maddi-texniki bazası ilə tanış olmuş və haqqında xoş fikirlər söyləmişdir. İlk dəfə 2008–2009-cu tədris ilində fəaliyyətə başlayan liseydə IX–X siniflərdə təhsil alacaq 700 nəfərə yaxın şagird müsabiqə və imtahanlardan keçmişdir. Siniflərin təmayüllər üzrə komplektləşməsi, şagirdlərin maraq göstərdikləri elmi daha dərindən mənimsənilməsinə xidmət edən liseydə fundamental və tətbiqi biliklərin tədrisi, bilik yarışlarının keçirilməsi, ölkədaxili və beynəlxalq olimpiadalarda iştirak, xaricdə və respublikanın nüfuzlu ali məktəblərində təhsili əsas proritet məsələlərdən hesab olunur. Liseyin pedaqoji kollektivi öz işində şagirdlərə müstəqil düşünmək, mühakimə yürütmək, nəticə çıxarmaq, tədqiqat aparmaq kimi bacarıq və vərdişlərin formalaşmasını əsas tutur. 2009-cu ildən lisey Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilən "Elektron məktəb" pilot layihəsinə qoşulub. Liseydə müəllimlər şagirdlərdən yüksək nailiyyətlər gözləyir və o istiqamətdə işlərini qururlar. Müəllimlər şagirdlərin düşünmə qabiliyyətini dərinləşdirən tapşırıqlar tərtib edir və mütəmadi olaraq formativ qiymətləndirmə həyata keçirirlər. Qiymətləndirmə şagirdlərin faktları əzbərləməsini və əlaqəsiz tapşırıqların yerinə yetirilməsini deyil, qavramanı və dərk etməni yoxlamaq məqsədi daşıyır.
20 nömrəli məktəb-lisey
Arif İsmayıl oğlu Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseyi — Azərbaycan Respublikasının Bakı şəhərində ümumi təhsil müəssisəsi. == Haqqında == Parlament prospekti 7/11 ünvanında yerləşən A. Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseyin əsası 1958-ci ildə qoyulmuşdur. O vaxt məktəb 1 korpusdan ibarət olmuş, 1000 nəfər şagird üçün nəzərdə tutulmuşdur. 1988-ci ildə məktəbin daha 3 korpusu tikilib istifadəyə verilmişdir. 2007-ci ildə dövlət başçısı möhtərəm prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə məktəb əsaslı təmir edilmişdir. Məktəbə 1994-cü ildə lisey adı verilmişdir. 2012-ci ildə cənab prezident İlham Əliyevin sərəncamı ilə məhz 20 nömrəli məktəb-liseyin şagirdlərinin təhlükəsizliyini təmin etmək məqsədilə məktəbin qarşısında yeraltı keçid inşa edilmişdir. 2010–2011-ci tədris ilində məktəbi bir məzun – Quliyeva Fəridə Rauf qızı Qızıl medalla bitirmişdir. 2008–2013-cü illərdə 20 nömrəli tam orta məktəb-lisey 2 dəfə "İlin ən yaxşı məktəbi" adına layiq görülmüşdür. Məktəbdə 3 Əməkdar müəllim, 1 "Tərəqqi" medalına, 2 "Qabaqcıl təhsil işçisi" medaına layiq görülmüş müəllimlər çalışır.
Cəmşid Naxçıvanski adına Hərbi Lisey
Cəmşid Naxçıvanski adına hərbi lisey — Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradılmış diviziya komandiri Cəmşid Naxçıvanski adını daşıyan hərbi lisey. 24 noyabr 1997-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə məktəbin adı dəyişdirilərək Cəmşid Naxçıvanski adına Hərbi lisey adlandırılmışdır. Hərbi liseyin məzunları Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycan ordusunun yaranmasında, ölkənin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. C. Naxçıvanski adına hərbi liseyin məzunlarından 1000 nəfərdən çoxu göstərdikləri şücaətə görə orden və medallarla təltif olunmuş, 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı, 19 nəfər isə Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 13 mart 1998-ci il tarixli Sərəncamı və müdafiə nazirinin 09 aprel 1998-ci il tarixli əmri ilə 1998-ci ildə Naxçıvan Muxtar Respublikasında C. Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialı açılmışdır. Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2004-cü il tarixli sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi liseyin Naxçıvan filialı ləğv edilmiş və onun əsasında Heydər Əliyev adına Hərbi lisey yaradılmışdır. 5 mart 2022-ci ildə Milli Müdafiə Universitetinin tabeliyinə verildi. == Tarixi == Çar Rusiyası dövründə Orta Asiya və Qafqazın müsəlman xalqları orduda xidmətə cəlb edilmirdilər. Yalnız bəy və mülkədar ailələri imperatora sədaqətlərini bildirmək üçün öz uşaqlarının hərbi xidmət keçməsinə könüllü razılıq verirdilər. Bu hal Sovet İttifaqının qurulmasından sonra da davam etmiş və yalnız 1938-ci ildən sonra azərbaycanlıların ümumi hərbi xidmətə cəlb edilməsinə başlandı.
Dədə Qorqud Özəl Türk Liseyi
Dədə Qorqud Özəl Türk Liseyi — Bakıda Azərbaycan-Türkiyə özəl liseyi. 1993-cu ildə Sumqayıt şəhərinin Corat qəsəbəsində Sumqayıt özəl texniki liseyi kimi tədrisə başlayan lisey 1999-cu ildən Bakı şəhərində özəl ümumtəhsil müəssisəsi kimi fəaliyyətini davam etdirir. 1997-ci ildən etibarən liseyi bitirmiş 353 məzunun 98,3 %-i ali məktəblərə qəbul olunmuşdur. Universitetlərə qəbul imtahanlarında yüksək nailiyyətə gorə Nizami rayonu üzrə reytinq cədvəlinə başçılıq edən liseyin məzunlarından 32-si qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış, həmcinin 1999-cu ilin 5-ci qrup birincisi və 689 balla 2006-cı ilin 1-ci qrup üzrə birincisi məhz bu liseyin məzunları olmuşlar. Liseyin indiyədək yetişdirdiyi 353 məzununun sorağı Moskvadan və İstanbuldan, Londondan və Berlindən, Parisdən və Nyu-Yorkdan gəlir. Onlar məktəb sıraları arxasında qazandıqları bilik və bacarıqlarını dünyanın ən məşhur universitetlərində davam etdirir, məzun olanlar istehsal sahələrində, təhsilini davam etdirənlər yüksək təhsil gostəriciləri ilə vətənə xidmət edirlər. 2014-cü ilin iyun ayında, Azərbaycanda bütün digər türk məktəbləri kimi, Dədə Qorqud Özəl Türk Liseyi bağlanıb.
Göyçay Peşə Liseyi
Gədəbəy Peşə Liseyi
Gənc istedadlar liseyi
Gənc İstedadlar liseyi — Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən liseydir. == Haqqında == Bakı Dövlət Universitetinin nəzdində 2007-ci ildən fəaliyyət göstərir. "Ümumi Təhsil Mərkəzi-XXI əsr" və Nərimanov rayonundakı Bağça-Məktəb-Lisey Kompleksi ilə əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. == Nailiyyətləri == 2013 — "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi.
Gəncə Özəl Türk Liseyi
Hədəf liseyi
Hədəf liseyi — "Hədəf Kursları" MMC-nin bazası əsasında təsis edilən təhsil müəssisəsidir. Lisey, STEAM qısaltmasının təmsil etdiyi elm, texnologiya, mühəndislik və riyaziyyat disiplinlərinin qarşılıqlı əlaqədə və "toxunaraq öyrənmək" prinsipinə əsaslanaraq tədris edilməsi məqsədi daşıyır. Hədəf Liseyinin tədris proqramı milli və mütərəqqi beynəlxalq kurikulumların inteqrasiyasından ibarətdir. STEAM mərkəzli məktəb təhsili bütün dünyada sürətlə yayılır və müxtəlif ölkələrin rəsmi və akademik qurumları, təhsil sistemlərində STEAM təhsilinin təşviqi və dəstəklənməsi üçün əməkdaşlıq edirlər. UNESCO-nun mühəndisliyə dair hesabatında "mühəndisliyin sosial, iqtisadi və humanitar inkişafın mühərriki" olduğu bildirilir və cəmiyyətlərin inkişafında mühəndisliyin vacibliyinə baxmayaraq, hazırda və yaxın gələcəkdə mühəndis çatışmazlığının inkişafı ləngidən faktor olduğu və olacağı bildirilir. Hədəf Şirkətlər Qrupunun Hədəf liseyi, Hədəf kursları, Hədəf nəşrləri, Hədəf qlobal, Hədəf multimediya mərkəzi, Hədəf İdman Klubu və b. qolları da vardır. == Yaradılması == Hədəf liseyi 2018-ci ildə Şəmil Sadiq tərəfindən təsis edilmişdir.
Kabataş Liseyi
Kabataş Liseyi — 1908-ci ildən bəri təhsil edən, Türkiyənin ən köhnə və seçmə liseylərindən biridir. Quruluşundan bəri məzunları Türkiyənin və Dünyanın bir çox ölkələrində müxtəlif sahələrdə yüksək müvəffəqiyyət qazanmışlar. Ayrıca Kabataş Liseyi tarixi boyunca bir çox məşhur Türk ədəbiyyatçılarının təhsil heyətlərində vəzifə yerinə yetirmiş olmalarıyla tanınar. Ayrıca Kabataş Liseyində bir çox məşhur film, serial və reklam çəkilmişdir. İstanbulun tarixi məktəblərindən biridir. Ana kampusu İstanbulun Ortaköy səmtində dəniz kənarında yerləşir. Milli Təhsil Nazirliyinin etdiyi Səviyyə Təyin etmə İmtahanı (SBS) nəticəsində seçim edib bu liseyi qazanan qız və kişi şagirdlər bu liseyə getməyə imkan qazanarlar. Kabataş Liseyində hələ də 900 ətraflarında lisey şagirdi oxumaqdadır. şagirdlərin 250-ə yaxın hissəsi yatışlıdır. Qız və kişi yatışlı hissələri vardır.
Kimya-biologiya təmayüllü respublika liseyi
Kimya – biologiya təmayüllü Respublika liseyi- 1969-cu ildə beynəlmiləl orta məktəbin bazası əsasında yaradılmış və kimya–biologiya təmayüllü 5№-li internat məktəb kimi fəaliyyətə başlamışdır. == Haqqında == Bu məktəb uzun müddət N. Nərimanov adına Tibb İnstitunun baza məktəbi olmuş və 1991-ci ildən lisey statusu almışdır. Lisey yarandığı gündən öz nəticələrinə görə bütün Respublikada yaxşı mənada tanınmağa başlamışdır. Lisey savadlı, səriştəli müxtəlif ixtisas müəllimləri ilə komplektləşdirilmiş, istedadlı şagirdləri cəlb etməklə böyük uğurlar qazanmışdır və Respublikanın ən mötəbər təhsil ocaqlarından birinə çevrilmişdir. Lisey kimya və biologiya təmayüllü olduğundan məzunların çoxu tibb sahəsinə maraq göstərmiş, müəyyən qismi isə digər maraqlandıqları peşələrə yiyələnmişlər. Lisey yarandığı gündən bu günə kimi yüzlərlə, minlərlə yüksək ixtisaslı kadrlar hazırlamış, onların bir çoxu Respublikamızla yanaşı bu gün də MDB ölkələrində və xarici ölkələrdə uğurla fəaliyyət göstərməkdədirlər. == Maddi texniki bazası == Lisey 4 mərtəbəli tədris korpusundan, 3 mərtəbəli yataqxanadan, 1 mərtəbəli yeməkxanadan, 1 mərtəbəli yardımçı təsərrüfat binasından və emalatxanadan ibarətdir. Son illərdə liseyin maddi-texniki bazası daha da möhkəmləndirilmiş, bütün korpusların dam örtükləri yenidən qurulmuş, pəncərələr plastik pəncərələrlə əvəz edilmiş, yeni informatika kabinetləri yaradılmış, internetə qoşulan müasir kompüterlərlə təhciz olunmuş, müasir kimya, fizika və biologiya laboratoriyaları quraşdırılmış, şagird partaları və stulları, müəllim stol və stulları, yazı lövhələri tamamilə yeniləşdirilmişdir. Lisey notbuk və proyektor, həmçinin elektron dərs vəsaitləri ilə təmin olunmuşdur.
Kürdəmir Peşə Liseyi
Lənkəran Özəl Türk Liseyi
Mingəçevir Özəl Türk Liseyi
Mübariz İbrahimov adına Biləsuvar məktəb liseyi
Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi— Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan təhsil kompleksidir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, 2010-cu il 29 sentyabr tarixindən etibarən Nazirlər Kabinetinin qərarı ilə Biləsuvar rayon lisey- məktəb kompleksi Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyır. Kompleks 18 oktyabr 2010-cu il tarixində fəaliyyətə başlamışdır. Məktəb-liseyinin açılış mərasimində çıxış edən Mərkəzi Bankın sədri Elman Rüstəmov qeyd edib ki, Beynəlxalq Təhsil Standartlarına cavab verən Məktəb-Lisey kompleksinin açılmasında məqsəd şagirdləri müstəqil həyata hazır intellektuallar kimi yetişdirmək və liderlik keyfiyyətlərini təlqin etdirməkdir. Açılış mərasimində eyni zamanda Biləsuvar rayon İcra Başçısı Adil Məmmədov, millət vəkili Xanhüseyn Kazımlı, məktəbin adını daşıdığı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim İbrahimov məktəbin pedaqoji kollektivi və şagirdlərini təbrik ediblər. Biləsuvar Təhsil Kompleksində hazırda 470-ə yaxın şagird təhsil alır, növbəti dərs ilindən isə onların sayının 550-600 nəfərə çatacağı gözlənilir. 34 nəfərdən ibarət məktəbin pedoqoji kollektivi test üsulu ilə keçirilən silsilə imtahanlar vasitəsilə seçilib. Ümumi sahəsi 1,3 hektar olan təhsil kompleksində müasir beynəlxalq standartlara cavab verən işıqlandırma, havalandırma, isitmə-soyutma sistemləri, su təmizləyici qurğu quraşdırılıb. Liseydə 28 sinif otağı (müəllimlər otağı, fənn kabinetləri, laboratoriyalar, kompüter zalı), idman və rəqs (ritmika) zalları fəaliyyət göstərir. Kompleksdə həmçinin müasir standartlara cavab verən Wi-Fi internet şəbəkəsi ilə təchiz edilmiş kitabxana da fəaliyyət göstərir, eləcə də sinif otaqlarına 5 elektron lövhə ("ağıllı lövhə") də quraşdırılıb.
Naxçıvan Türk Liseyləri
Naxçıvan Türk Liseyləri — Naxçıvan MR Təhsil Nazirliyi və "Zaman Öyrətim" təhsil şirkəti nəznində fəaliyyət göstərən müəssisə. Dünyada Türkiyə hüdudları xaricində açılmış ilk türk liseyi. 1991-ci ildə Heydər Əliyevin imzası ilə fəaliyyətə başlamışdır. Naxçıvan MR-da 3 filialı — Naxçıvan Türk Liseyi, Akademik Ə. Mahmudov adına Şərur Türk Liseyi və Ordubad Qız Liseyi fəaliyyət göstərir. Liseylərə qəbul imtahanında iştirak etmək üçün 6-cı sinfi bitirmiş hər bir şagird müraciət edə bilər. Tədris dili Azərbaycan dilidir və xarici dil kimi məcburi olaraq ingilis və türk dilləri tədris olunur. Tədris mərhələsində həm Türkiyədən həm də Azərbaycandan olan müəllimlər iştirak edir. Təhsil ödənişlidir və müəyyən hallarda lisey rəhbərliyinin göstərişi ilə güzəşt olunur. 2013–2014 tədris ili üçün illik qiymət 1200 AZN təşkil edir. Lisey kampusu 2 ədəd 4 mərtəbəli tədris binası, 3 mərtəbəli yataqxana və idman zalından ibarətdir.
Ordubad qız liseyi
Ordubad qız liseyi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda lisey. Lisey 1993-cü ildən fəaliyyət göstərir.
Qax Peşə Liseyi
Qazax-türk liseyləri
Bilik-innovasiya liseyləri (qaz. Білім-инновация лицейі) — Qazaxıstanda KATEV (türk. Kazak-Türk Egitim Vakfi) fondunun idarəçiliyi altında olan məktəblər şəbəkəsi. KATEV fondu 1992-ci ildəki Türkiyə və Qazaxıstan arasında imzalanan razılaşmasının əsasında 1997-ci ildə Türkiyə tərəfindən təhsil müəssisələrinin idarəsi üçün yaradılıb. Fondun idarəçiliyi altında 28 qazax-türk liseyi, Süleyman Dəmirəl Universiteti, Süleyman Dəmirəl adına kollec-lisey, Taraz şəhərindəki Jambıl iqtisadi kolleci, və "SPECTRUM" və "GALAXY" adlı beynəlxalq məktəblər fəaliyyət göstərir. Sonra fond adını dəyişib "Bilik-innovasiya" olub. Hazırda qəyyum fondunun sədri Qazaxıstan təhsil və elm naziridir. Bütün özəl məktəblər isə Bilik-orda fondunun idarəçiliyi altına düşüb. Onun başçısı da Qazaxıstan vətəndaşıdır. Fondun məktəblərində 10-dan çox müxtəlif ölkədən müəllimlər işləyir.
Quba Peşə Liseyi
Quba Özəl Türk Liseyi
Quba Özəl Türk Liseyi — Qubada Azərbaycan-Türkiyə özəl liseyi. Lisey fəaliyyətə Quba şəhəri 2 saylı orta məktəbinin bir küncündə başlamışdır. Bu günədək məktəbin məzunlarının 98 %-i elə ilk cəhddə istədikləri ali məktəbə qəbul olunmuşlar. Bu səbəbdən yeni lisey binasının inşası məsələsi gündəmə gəlmiş və bu istiqamətdə işlər başlanmışdır. Yeni bina istifadəyə verilmişdir. 2014-cü ilin iyun ayında, Azərbaycanda bütün digər türk məktəbləri kimi, Quba Özəl Türk Liseyi bağlanıb.
Robert Liseyi
Robert Kolleci (ing. Robert College türk. Amerikan Robert Lisesi) — İstanbulda 1863-də varlı bir amerikalı olan Kristofer Robert tərəfindən qurulmuş orta məktəb təhsili verən ABŞ təhsil ocağıdır.
Bakı şəhəri 6 nömrəli məktəb-lisey
6 nömrəli məktəb-lisey — Azərbaycan Respublikasının Bakı şəhərində ümumi təhsil müəssisəsi. == Nailiyyətləri == 2008 — "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi. 2013— "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi 2018— "Təhsildə inkişaf və innovasiyalar üzrə" II qrant müsabiqəsinin qalibi 2019 — "Təhsildə inkişaf və innovasiyalar üzrə" III qrant müsabiqəsinin qalibi == Məzunları == == Şəhid məzunları == Eldar Abdulla oğlu Tağızadə — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

Значение слова в других словарях