Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yuliya Zlobina
Yuliya Sergeyevna Zlobina (rus. Юлия Сергеевна Злобина) — Rus əsilli Azərbaycan konkisürəndir. Qış Universiada Oyunlarında Azərbaycanın ilk mükafatçısıdır. Azərbaycan Aleksey Sitnikov ilə birgə 2014 Qış Olimpiya Oyunlarında təmsil etmişdir. == Həyatı == Yuliya Zlobina 28 iyun 1989-cu ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Kirov şəhərində anadan olmuşdur. == Karyerası == Yuliya Zlobina ilk uğurlarını Aleksey Sitnikov ilə birgə Rusiya bayrağı altında qazansada daha sonraki illərdə Azərbaycan vətəndaşlığını qəbul edərək bu ölkə üçün uğurlar qazanmağa başladı. O Azərbaycanı 2014 Qış Olimpiya Oyunlarında təmsil etid. Yuliya xanım Qısa Proqramda 58.15 xal qazandı və finala adladı. Finalda isə 90.48 xal toplayan Yuliya xanım komanda yoldaşı Aleksey Sitnikov ilə birgə 2014 Qış Olimpiya Oyunlarını 12-ci yerdə başa vurdu. 2013-cü ildə bu cütlük qüvvəsini Qış Universiada Oyunlarında sınadı.
İnese Libina-Eqnere
İnese Libina-Eqnere (d. 25 sentyabr 1977; Riqa, Latviya SSR) — latviyalı dövlət və siyasi xadim; Latviya Seyminin XI (2011–2014), XII (2014–2018) və XIII (2018—) çağırış üzvü, 12 iyun 2012-ci ildən isə Latviya Seyminin sədr müavini. == Həyatı == İnese Libina-Eqnere 1977-ci il sentyabrın 25-də Riqa şəhərində anadan olub. 1996-cı ildə Liepaya şəhərində orta təhsilini bitirib və daha sonra Latviya Universitetində və Frayburq Universitetində hüquqşünas ixtisası üzrə ali təhsil alıb. == Fəaliyyəti == İnese Libina-Eqnere 2007-ci ildən 2011-ci ilə qədər Latviya Prezidenti olan Valdis Zatlersin hüquq məsələləri üzrə məsləhətçidi oldu. === Deputatlığı dövrü === İnese Libina-Eqnere 2011-ci ildə "İslahatlar" Partiyasının sıralarına üzv oldu və 2011-ci il sentyabrın 17-də baş tutan Latviya Seyminə Növbədən Kənar seçimlərdə qalib gəldi. 2012-ci il iyunun 12-də o, Latviya Seyminin sədr müavini seçildi. 2014-cü ilin may ayında İnese Libina-Eqnere, "İslahatlar" Partiyasından ayrıldı və "Vahid" Partiyanın üzvü oldu. 2014-cü ildə baş tutan Latviya Seyminə XII çağırış seçimlərdə qalib gələn İnese Libina-Eqnere, 2018-ci ildədə Latviya Seyminə üzv seçildi.