Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Losino-Petrovskiy
Losino-Petrovskiy — Rusiya Federasiyasında yerləşən şəhər Moskva vilayətinə daxildir.
Aoşima
Aoşima (yap. 青島) — Yaponiyanın cənubunda Miyazaki prefekturasında yerləşən kiçik ada. Ada Küsü adasının əsas hissəsindən 500 metr şərqdə yerləşir və onunla körpü vasitəsilə birləşir. Adada subtropik botanika bağı yerləşir.
Closia
Perityle (lat. Perityle) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Amauria Benth. Closia J.Rémy Lycapsus Phil.
Dobşina
Dobşina (alm. Dobschau‎, mac. Dobsina, lat. Dobsinium) — SlovakiyaDakı Slovak Filiz Dağları, Koşisenin şimal-qərbindəki Slana çayında qəsəbə. == Coğrafiyası == Karpatlarda Revuska Vrçovina ilə Volovske Vrçi arasında yerləşir və Hniles çayının suladığı Stratena vadisinin cənubundadır və hər yanda dağlarla əhatə olunur. Vadidəki və kənd torpaqlarına aid olan məşhur Dobşinska Buz mağarası (1870-ci ildə tapıldı). == Tarixi == Ən köhnə yazılı isnad yeri 1326-cı ildə, Etnik Alman mədənçilik mütəxəssislərinin burada yerləşdiklərini ifadə edir. Şəhər, 1417-ci ildə bir qəsəbə nizamnaməsi aldı və Karpat Alman azlıqları və dağ-mədəninin (qızıl, gümüş, nikel, dəmir, kobalt, mis, civə və s.) və keçmişdə dəmir emalının mərkəzi olmuşdur. Ətrafında müxtəlif materiallardan hazırlanmış mədənlər vardır, bunların bəziləri çox antikdir. XVIII əsrə qədər, Dobşina az-çox bir Alman anklavı idi, lakin möhkəm bir Macarlaşmadan sonra, Alman cəmiyyəti gücünün bir hissəsini itirdi, halbuki hələ qəsəbədəki dominant etnik qrup idi.
Koşinya
Koşinya (Coxinha) — Braziliyaya xas yemək. İçərisində toyuq olan unun xaricinin qalet unu ilə örtülməsi ilə hazırlanır. İçərisindəki toyuq adətən qaynadılmış şəkildə olur.
Latina
Latina — İtaliyanın Latsio Bölgəsində eyni adı daşıyan Latina vilayətinin mərkəzi olan bir şəhər.
Levina
İzabella Levina Luen (alm. Isabella Levina Lueen‎; 1 may 1991, Bonn, Şimali Reyn-Vestfaliya) və ya sadəcə Levina — Almaniya müğənnisi və bəstəkarı. O, Almaniyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və musiqi karyerası == İzabella Levina Luen 1 may 1991-ci ildə Almaniyanın Bonn şəhərində anadan olmuş və Kemnits şəhərində böyümüşdür. O Kemnitsdə Dr. Vilhelm Andre gimnaziyasına daxil olmuş və 2009-cu ildə Böyük Britaniyanın Kembric şəhərində Beynəlxalq Bakalavriat dərəcəsi ilə təhsilini başa vurmuşdur. Daha sonra Levina Londona köçərək, London Kral Kollecindən bakalavr dərəcəsini qazanmışdır. Hal-hazırda London Musiqi Kollecində təhsil alır. === 2017 Avroviziya Mahnı Müsabiqəsi === 2016-cı ildə Levina Almaniyanın NDR telekanalının Avroviziya üçün təşkil etdiyi Unser Song 2017 milli seçim turunda iştirak etmişdir. Yarışmanın finalına yüksəlməyə nail olan müğənni nəticədə "Perfect Life" mahnısı ilə Almaniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmək hüququ qazanmışdır.
Lisini
Flavi Qaleri Valeri Lisinian Lisini (lat. Flavius Galerius Valerius Licinianus Licinius), Roma tarixşünaslığında daha çox Lisini kimi tanınır (təq. 263 – 325, Saloniki) — 308–324-cü illərdə hakimiyyətdə olmuş Roma imperatoru. == Həyatı == Lisini illiriyalı kəndli ailəsində anadan olmuşdur. O, 307-ci ildə imperator olan dostu Qaleri tərəfindən avqust elan edilmişdir. Qaleri onun qərb torpaqlarını idarə edəcəyinə ümid edirdi, lakin İtaliya, Afrika və İspaniyanı qəsbkar Maksensi, Konstantin isə Qalliya və Britaniyanı idarə etdiyi üçün Lisini Pannoniya hakimi kimi kifayətlənməli olmuşdu. 311-ci ildə Qaleri vəfat edəndə Lisinin onun Avropadakı mülklərini ələ keçirmişdir. O, bacısı Konstansa ilə evlənərək Maksimin Dazaya qarşı Konstantinlə ittifaq qurmuşdur. Bu birliyin nəticəsi 313-cü ildə imzalanmış, xristianlara qarşı tolerantlıq haqqında Milan fərmanı olmuşdur. Adrianopol yaxınlıqlarında Maksimini məğlub edən Lisini bütün şərqin başçısı olmuşdur.
Molina
Bakxaris (lat. Baccharis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Baccharis acaulis (Wedd. ex R.E.Fr.) Cabrera Baccharis acutata (Alain) Borhidi Baccharis alamosana S.F.Blake Baccharis alaternoides Kunth Baccharis albida Hook. & Arn. Baccharis × alboffii F.H.Hellw. Baccharis albolanosa A.S.Oliveira & Deble Baccharis aliens Rusby Baccharis alleluia A.S.Oliveira & Deble Baccharis alnifolia Meyen & Walp. ex Meyen & Walp. Baccharis alpestris Gardner Baccharis alpina Kunth Baccharis altimontana G.Heiden & al. Baccharis amambayensis Zardini & Soria Baccharis angusticeps Dusén ex Malme Baccharis angustifolia Michx.
İoşima
İoşima (yap. 硫黄島, ing. Iwo Jima) — vulkan məşəlli ada. Kazan adalarına qrupuna daxildir. Bəzən Bonin adalarına daxil edirlər. Tokiodan 1200 km cənubda yerləşir. Ada şimaldan cənuba 8 km, şərqdən qərbə 4 km məsafədə uzanır. Sahil xəttinin uzunluğu 22 km-dir. Ən hündür nöqtəsi Suribati dağıdır (169 m). Dağ sönmüş vulkandır.
Euphorbia mosana
Acı südləyən (lat. Euphorbia esula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Esula angustifolia Haw. Esula ararica (Jord.) Fourr. Esula dalechampii Haw. Esula major Garsault [Invalid] Esula pseudocyparissias (Jord.) Fourr. Esula riparia (Jord.) Fourr. Esula salicetorum (Jord.) Fourr. Esula vulgaris Fourr. Euphorbia androsaemifolia Schousb.
Kae Nişina
Kae Nişina (d. 7 dekabr 1972) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 46 oyun keçirib, 2 qol vurub.
Kosmina İsrafilova
Kosmina İsrafilova (23 noyabr 1961, Lak rayonu, Dağıstan MSSR – 5 avqust 2022) — şairə, yazıçı, publisist, jurnalist, ictimai xadim. Dağıstan Respublikasının xalq şairi. Dağıstan Respublikası Yazıçılar Birliyinin üzvü. Rusiya Jurnalistlər Birliyinin üzvü və Rusiya Siyasi Elmlər Birliyinin üzvü. Dağıstan Respublikası Dövlət Mükafatı laureatı. 18 kitabın (publisistik və bədii kitablar, rus və lak dillərində şeir məcmuələri, bədii ədəbiyyat, roman-trilogiya) müəllifidir. == Bioqrafiyası == Kosmina İsrafilova 1961-ci ildə Dağıstan Muxtar Sovet Sosialist Respublikasının Lak rayonunun Şahuva kəndində anadan olmuşdur. Atası İsrafilov Muqutdin 1916-cı ildə anadan olmuşdur. Muqutdin kənd müəllimi, məktəb müdir olur. Üstəlik o, şeir də yazmışdır.
Larisa Dolina
Larisa Aleksandrovna Dо́lina (qızlıq soyadı Kudelman, ilk evliliyində Mionçinskaya; 10 sentyabr 1955, Bakı) — Sovet və Rus estrada və caz müğənnisi, aktrisa ; Rusiya Federasiyasının xalq artisti (1998) . Üç dəfə milli rus musiqi mükafatı "Ovasiya" (1994, 1996, 1997). Vahid Rusiya partiyasının üzvü. == Tərcümeyi-hal == Larisa Kudelman (Dolina) 10 sentyabr 1955-ci ildə Azərbaycan SSR-in paytaxtı - Bakı şəhərində yəhudi ailəsində anadan olumuşdur. Atası - Aleksandr Markusoviç Kudelman, anası - Qalina İzrailevna Kudelman (qızlıqda Dolina). Üç yaşında valideynləri ilə birlikdə onların doğma şəhərinə - Odessaya köçmüşdür. Altı yaşında Odessa uşaq musiqi məktəbinə daxil oldu və onu 1970-ci ildə violonçel sinfi üzrə bitirmişdir. Odessada orta məktəbi ekstern kimi bitirmişdir . Müğənninin musiqi karyerası 1971-ci ildə "Biz odessitik" estrada orkestrində başladı. Daha sonra Konstantin Orbelyan rəhbərliyi ilə "Ermənistan Dövlət Estrada Orkestri" və Polad Bülbül oğlu rəhbərliyi altında "Azərbaycan Dövlət Estrada Ansamblı" kimi musiqi qrupların solisti olmuşdur .
Larisa Olxina
Larisa Olxina (d. 9 noyabr 1968) — Qazaxıstanı təmsil edən su poloçusu. == Karyerası == Larisa Olxina, Qazaxıstan yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün beşində də məğlub olan Qazaxıstan yığması, Sidney Olimpiadasını altıncı pillədə başa vurdu.
Lassina Traore
Lassina Frank Traore (21 yanvar 2001-ci ildə anadan olub) — Burkina-Faso təmsilçələrindən olan Rahimo klubunda hücumçu kimi çıxış edən peşəkar Burkina-Faso futbolçusudur. == Milli karyerası == Traore Burkina-Faso milli futbol komandasında debütünü 4 may 2017-ci ildə Benin millisinə qarşı oyunda etmiş və qol ilə yadda qalmışdır. Həmin görüşdə Burkina-Faso rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == === Milli komanda === 3 Yanvar 2018 tarixində yenilənib === Milli komanda qolları === Nəticələr və qollar Burkina-Faso hesablamasının birinci siyahısındadır.
Lassina Zerbo
Lassina Zerbo (fr. Lassina Zerbo; 10 oktyabr 1963, Burkina-Faso) — Burkina-Fasonun Baş naziri vəzifəsində çalışmış burkina-fasolu siyasətçisi və alim. == Həyatı == Zerbo 1993-cü ildə Fransanın Paris XI Universitetində geofizika üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. Zerbo evlidir və üç qızı var. == Fəaliyyəti == === İlk fəaliyyəti === Zerbonun beynəlxalq karyerası "BHP Minerals International"-da tədqiqatçı-geofizik vəzifəsindən başlayıb. Daha sonra o, ABŞ-nin Virciniya ştatında yerləşən şirkətin Afrika proqramları üçün layihə geofiziki kimi çalışdı və onun bütün hava elektromaqnit layihələri üçün texniki təcrübəni təmin etdi. 1995-ci ildə "Anglo American Exploration"-a qoşulduqdan sonra Zerbo şirkətin Afrika, Asiya və Avstraliyadakı əksər layihələri üçün tədqiqat və təkmilləşdirmə layihələrinə rəhbərlik edərkən Afrika üzrə baş geofizik vəzifəsini öz üzərinə götürdü. Bu vəzifədə o, qitə boyu layihələr vasitəsilə bütün Afrika əməliyyatlarını idarə etdi. 2004–2013-cü illərdə CTBTO-nun Beynəlxalq Məlumat Mərkəzinin direktoru kimi o, 2006, 2009 və 2013-cü illərdə Koreya Xalq Demokratik Respublikası tərəfindən keçirilmiş nüvə sınaqları ilə bağlı CTBT məsələləri üzrə tədqiqat işləri aparmışdır. Zerbo CTBT-nin Elm və Texnologiya konfranslarına rəhbərlik etmişdir.
Latina (vilayət)
Latina (it. Provincia di Latina) — İtaliya da vilayət, Lasio regionun cənubunda yerləşir, Tirren dənizi sahilində. == Coğrafiya == Vilayətin əhəmiyyətli bir hissəsi ən yüksək nöqtəsi Monte Petrella (1533 metr) olan əhəngdaşı təpələri və Aurunci (it. Monti Aurunci) dağları tərəfindən əhatə olunmuşdur. Düz ərazi olan Aqro Pontino (it. Agro Pontino) əvvəl bataqlıqlar oluşmuşdur 20-ci əsrdə əkinçilik üçün qurudulmuşdur. Həm də Tirren dənizində yerləşən Ponsian adaları vilayətə daxildir. == Şəhərlər == Demək olar ki, vilayətin bütün şəhərləri qədim romalılar tərəfindən əsası qoyulmuşdur.
Latina əyaləti
Latina (it. Provincia di Latina) — İtaliya da vilayət, Lasio regionun cənubunda yerləşir, Tirren dənizi sahilində. == Coğrafiya == Vilayətin əhəmiyyətli bir hissəsi ən yüksək nöqtəsi Monte Petrella (1533 metr) olan əhəngdaşı təpələri və Aurunci (it. Monti Aurunci) dağları tərəfindən əhatə olunmuşdur. Düz ərazi olan Aqro Pontino (it. Agro Pontino) əvvəl bataqlıqlar oluşmuşdur 20-ci əsrdə əkinçilik üçün qurudulmuşdur. Həm də Tirren dənizində yerləşən Ponsian adaları vilayətə daxildir. == Şəhərlər == Demək olar ki, vilayətin bütün şəhərləri qədim romalılar tərəfindən əsası qoyulmuşdur.
Lisiya silsiləsi
Lisiya silsiləsi (bolq. Лисийски хребет, ‘Lisiyski Hrebet’ \li-'siy-ski 'hre-bet\) — Antarktidanın Qreyam Torpağının Qreyam sahiliindən qərbdə yerləşən, buzlaqlardan azad olan dağ silsiləsidir. Silsilə şimal-şərq, cənub-qərb istiqaməti boyunca Leroy körfəzindən və Biqo körfəzindən 16 km məsafədə yerləşmişdir. Komriye buzlağından cənubda, Lyuk buzlağından şərqdə yerləşmişdir. Biqo dağı (1700 m) silsilənin cənub-qərb, Perçot dağı (2040 m) isə mərkəzi hissəsini əmələ gətirir. Silsilədə Muldava buzlağı, Nesla buzlağı və Koloş buzlağı yerləşmişdir. Buzlaq cənub-qərbi Bolqarıstanda yerləşən Lisiya şəhərinin adını daşıyır. == Yerləşməsi == Lisiya silsiləsi 65°45′10″ c. e. 64°11′00″ q.
Lolita (1962)
Lolita(1962) Stenli Kubrik tərəfindən 1962-ci ildə çəkilmiş film. Ssenarisi Nabokovun eyni adlı romanı əsasında elə Nobokovun özü tərəfindən yazılmışdır. Baş rollarda Ceyms Mezon, Şelli Uinters, Piter Sellers və Syue Leyon yer alır. 1955-ci ildə Parisdə çap olunan kitab əsasında çoxlu sensasiyyalar yaranmışdı. Çünki ortayaşlı bir adama aşiq olan və onunla müəyyən əlaqəsi olan bir qız o dövr üçün çox marginal idi. Belə bir hadisə asanlıqla qəbul edile bilməzdi. Ancaq hər zaman qeyri-adi işləri ile tanınan məşhur və usta rejissor Stanley Kubrick bu hekayəni ekranlaşdırmaq istəyir. Və edir də. Film 1962-ci ildə kinoteatrlarda tamaşaçıya təqdim edilir. Böyük söz-söhbət təkrarlanır.
Lorena Miranda
Lorena Miranda (d. 7 aprel 1991) — İspaniyanı təmsil edən su poloçusu. == Karyerası == Lorena Miranda, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu.
Lorena Qurendez
Lorena Qurendez (7 may 1981) — İspaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Lorena Qurendez İspaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub. Daha sonra Lorena Qurendez İspaniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 10-cu pillənin sahibi olub.
Lorena Roxas
Lorena Roxas (isp. Lorena Rojas; 10 fevral 1971[…], Mexiko – 16 fevral 2015, Mayami, Florida) — məşhur Meksika aktrisası, modeli və müğənnisi.
Losman (roman)
Losman (roman) — Ceyms Fenimor Kuperin dəniz mövzusunda olan ilk romanı. Meşə dünyası kimi, dəniz aləminə də yaxından bələd olan, gəncliyinin bir neçə ilini fırtınalı dənizlərdə keçirən Kuperin "Losman" romanında da dramatik səhnələr, dənizçilərin ağır həyatı və dənizin rəngarəng görüntüləri təsvir edilmişdir. Bu əsər də obrazların təbiiliyi və reallığı ilə diqqəti cəlb edir. == Roman haqqında == "Losman" romanında bəhs olunan məhəbbət tarixçəsinin başlıca iştirakçıları "Ariel" gəmisinin gənc kapitanı Dik Barnsteybl və leytnant Qriffitdir. Romanın baş qəhrəmanı isə həyatı sirlərlə dolu olan Losman Qreydir. Günlərin birində o, İngiltərənin sərhədlərində dara düşmüş bir Amerika freqatını xilas edir və o vaxtdan etibarilə bütün amerikan dənizçilərinə rəhbərlik etməyə başlayır. Freqatın kapitanından başqa bu adamın kim olduğunu heç kəs bilmir. Yazıçının müasirləri Losman Qreyin məşhur dənizçi Con Pol Consun prototipi olduğunu çox asanlıqla müəyyən etmişdilər. Belə ki, həmin dövürdə ingilislərə qarşı bir sıra çox uğurlu hərbi əməliyyat keçirən bu amerikalı dənizçinin şöhrəti hər tərəfə yayılmışdı. Bu romanın qəhrəmanları təbiət qüvvələri — tufanlar, fırtınalar və insanlarla ölüm-dirim mübarizəsi aparırlar, hərçənd ki, bu mübarizə onlara baha başa gəlir — düşmən topunun mərmisi kapitanın həyatına son qoyur, bir çox igid dənizçilər həlak olur, ancaq Barnsteybl və Qriffit öz nişanlıları ilə sağ-salamat vətənə qayıdırlar.