Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Luik
Luik — Estoniya soyadı. Leyla Luik — Estoniya idmançısı. Liina Luik — Estoniya idmançısı. Lili Luik — Estoniya idmançısı.
Lucia Mee
Lucia Quinney Mee "BEM" (1999 – 24 may 2020) — Şimali İrlandiyalı aktivist. Kampaniya Şimali İrlandiya ölkəsində təşkil edildi, o, rəhbərlik etdiyi orqanların çatışmazlığı səbəbindən yalnız səkkiz yaşında idi. O, erkən yaşda üç qaraciyər transplantasiyası edən onun ölkədə ilk idi. 2016-cı ildə "transplantasiya oyunları"nda (orqan transplantasiyası üzrə yüngül atletika üzrə Dünya Çempionatı) iştirak edib. O, həmçinin "canlı yüksək profilli donata qürurlu" (canlı yüksək qürurla ianə) adlı səsləndi orqan transplantasiyası təbliğ etmək üçün bir kampaniya təşkil etmişdir.
Luçio Dalla
Luçio Dalla (it. Lucio Dalla; 4 mart 1943[…], Boloniya – 1 mart 2012[…], Montrö[d], Vo kantonu) — italyan bəstəkar və müğənni. == Həyatı == Luçio Dalla 1943-cü ildə İtaliyanın Bolonya şəhərində doğulub. Əvvəl caz ifaçısı olub, klarnetdə çalıb. 1964-cü ildən mahnıları ilə tanınmağa başlayıb. Məşhur italyan müğənni Canni Morandi üçün mahnılar yazıb. Dallanın "Piazza Grande", "Luna all", "Anno che verra" mahnıları çox sevilir. == "Karuzonun xatirəsinə" == Onu dünyada ən çox tanıdan mahnı 1986-cı ildə əfsanəvi opera müğənnisi Enriko Karuzoya həsr etdiyi "Karuzonun xatirəsinə" (Caruso) mahnısıdır. Təsadüfən Neapoldakı otellərin birində qalan Luçio Dalla Karuzonun burada vəfat etdiyini öyrənir. Otelin sahibləri ona Karuzonun son günləri barədə danışırlar.
Yulius Fuçik
Yulius Fuçik (şair)
Leyla Luik
Leyla Luik (d. 14 oktyabr 1985) — Estoniya idmançısı. Olimpiadalar tarixində iştirak edəcək ilk üçəmin üzvü. Bacıları Liina və Lili Luikdir. Leyla bacıları ilə birlikdə 2016 Yay Olimpiya Oyunlarında idman yerişi (21,1 km) və 10 km məsafələrə marafon yarışında iştirak edəcəklər.
Liina Luik
Liina Luik (d. 14 oktyabr 1985) — Estoniya idmançısı. Olimpiadalar tarixində iştirak edəcək ilk üçəmin üzvü. Bacıları Leyla və Lili Luikdir. Liina bacıları ilə birlikdə 2016 Yay Olimpiya Oyunlarında idman yerişi (21,1 km) və 10 km məsafələrə marafon yarışında iştirak edəcəklər.
Lili Luik
Lili Luik (d. 14 oktyabr 1985) — Estoniya idmançısı. Olimpiadalar tarixində iştirak edəcək ilk üçəmin üzvü. Bacıları Liina və Leyla Luikdir. Lili bacıları ilə birlikdə 2016 Yay Olimpiya Oyunlarında idman yerişi (21,1 km) və 10 km məsafələrə marafon yarışında iştirak edəcəklər.
Luçi Sulla
"Luçi Sulla" ( it. Lucio Silla Lucio Silla ) — musiqili dram (it. dramma per musica ), V.A. Motsartın operası, J. da Gamerra'nın librettosu. P. Metastasio tərəfindən redaktə edilmişdir. Premyerası: 26 dekabr 1772-ci il Milan, Reggio Ducale Teatrında baş tutmuşdur. Lutsi Korneli Sulla eramızdan əvvəl 138–78-ci illərdə yaşamış Roma diktatorudur. Eyni zamanda I.K.Bax və P. Anfossinin eyni adlı operalarının qəhrəmanı olmuşdur. == Süjet == Motsartın əsərinin əsası İtalyan opera seriyasına xas olan məcburiyyət və hisslərin ziddiyyətindən götürülmüşdür.. Baş qəhrəman Luçi Sulla, Senator Cecilionun nişanlısını əlindən alıb özünü isə Romadan qovur. O, geri qayıdaraq qızın namusu uğrunda mübarizəyə başlayır.
Good Luck
Good Luck — İsveç repçisi Bladee və Almaniya prodüseri Mechatok tərəfindən hazırlanmış kollaborativ studiya albomu. 10 dekabr 2020-ci ildə YEAR0001 vasitəsilə buraxılıb.
Yulius Fuçik (bəstəkar)
Yulius Ernst Vilhelm Fuçik (çex. Julius Arnošt Vilém Fučík, alm. Julius Ernst Wilhelm Fucik‎; 18 iyul 1872[…], Praqa, Sisleytaniya – 25 sentyabr 1916[…], Berlin, Almaniya Federativ Respublikası) ― çex əsilli Avstriya-Macarıstan bəstəkarı, dirijoru və musiqiçisi. Məşhur "Qladiatorların çıxışı" marşının müəllifi. Fuçikin əsərlərinin siyahısına 323 opus və 17 nömrəsiz yaradıcılıq daxildir. Hərbi mövzularda əsərlər, yəni marşlar yalnız dördüncü hissəni təşkil edir, qalan hər şey simfonik, kamera, konsert və rəqs əsərləridir ki, bu da Fuçikdən ümumi istiqamətli bəstəkar kimi danışmağa imkan verir. Fuçikin gündəlik qeydlərində hətta Birinci Dünya Müharibəsi müdaxilə etməsəydi, La Rosa di Toscana operasının layihəsindən də bəhs edilir. Bu reallaşdırılmamış operanın fraqmenti onun ikinci ən populyar əsərinə ("Qladiatorların çıxışından" sonra) çevrilən "Florensiya marşı"dır (alm. Florentiner Marsch‎, op. 214, 1907).
Yulius Fuçik (şair)
Yulius Fuçik (23 fevral 1903[…], Praqa, Sisleytaniya[…] – 8 sentyabr 1943[…], Berlin və ya Plyötsenzee həbsxanası[d]) - Çex şairi O, nəinki Çexiyada, eləcə də bütün dün­­­yada antifaşist ədəbiyyatının ən görkəmli nümayəndələrindən bi­­ri­dir. Onun məşhur "Faşist zindanından səslər" əsəri milyonların rəğ­­bətini qazanmışdır. Praqanın "Pankrats" həbsxanasında yazılmış bu əsəri ölməz tatar şairi Musa Cəlilin Moabit faşist zindanında yaz­dı­ğı "Quşcuğaz" şeiri ilə, o cümlədən, çağdaş Azərbaycan poe­zi­ya­sı­nın tanınmış nümayəndəsi Xəlil Rza Ulutürkün rusların Lefortovo həbs­xanasında yazdığı silsilə şeirlərilə müqayisə etmək olar. Y.Fu­çik həm də odlu oçerkləri ilə sonsuz məhəbbət qazanmış görkəmli bir jurnalist olmuşdur. Əbəs yerə deyildir ki, Beynəlxalq Jurnalist mü­kafatı məhz Y. Fuçikin adını daşıyır. Y.Fuçik Sovet dövründə yaşamış bir sıra Azərbaycan ya­zı­çı­la­rı kimi kommunist əqidəli olmuşdur. Elə bu səbəbdən də onun ət­ra­fın­da mübahisələr bu gün də səngimək bilmir. Lakin bizi cəlb edən nə onun antifaşist yazıları, nə də sosializmi təbliğ edən əsərləridir. Bir tədqiqatçı kimi bizim diqqətimizi özünə çəkən Y.Fuçikin Şərqlə bağ­lılığıdır. Bir şərqli olaraq məni həmişə Avropa yazıçılarının, o cüm­lədən Hötenin, Şillerin, Şekspirin, Bayronun, Volterin Şərqlə bağ­lı təmasları maraqlandırmışdır.Lakin bu təmaslar Azərbaycan ədə­biyyatşünaslığında hərtərəfli tədqiq olunmuşdur.
Evcik-evcik
Evcik-evcik - Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə uşaqlar arasında, əsasən də kiçik və orta yaşlı qız uşaqları arasında geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Unudulub aradan çıxmaqda olan bu oyunun yaranma tarixi bizə məlum olmasada, ailə məişəti zəmnində yarandığı məlumdur. Bu barədə dəqiq fikir demək çətindir.Hər halda, oyunu xüsusiyyətləri onun uzaq keşmişlərə aid olduğunu göstərir. Hələ Azərbaycanda XVIII və XIX əsrlərdə uşaq oyuncaqları istehsal olunmadığı, yaxud da zəif istehsal olunduğu bir dövrdə bu oyunu keçirmək üçün qızlar “yorğan-döşək dəsti” eləcə də başqa məişət əşyaları tikib düzəldirdilər. Çubuqlardan, düymədən (piləkdən) və kiçik parça qalıqlarından (qırıntılarından), müxtəlif saplardan olduca gözəl, gəlincik hazırlayırdılar. Evcik-evcik oyunu maraqlı oyunlardan biri olmaqla yanaşı, müqəddəs ailə məişəti mərasimlərinin qalığı olub, sonradan oyuna çevrilmişdir. Hər dövrün tələblərinə uyğun olaraq dəyişən bu oyunun müasir ailənin məişət və mədəniyyətində tərbiyəvi əhəmiyyəti böyükdür. == Oyunun quruluşu == Bir neçə uşaq (əsas hallarda qız uşaqları) bir yerə cəm olub sanama yolu ilə ev yiyəsi (başçı, molla və ya aparıcı) seçirlər. Yerdə qalan oyunçulara ev yiyəsi (başçı, molla və ya aparıcı) tərəfindən müxtəlif vəzifələr tapşırılır. Oyun zamanı Azərbaycan xalqının ailə məişətinə (qonaqpərvərlik, ailəcanlılıq və s.) uyğun şəkildə ailədə baş verən hadisə və olaylar uşaqlar tərəfindən oyun şəklində oynanılır (yamsılanır, icra edilir).
Bucin
Bucin (fars. بوجین‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 348 nəfər yaşayır (93 ailə).
Buick
Byuik- Buick — ABŞ avtomobil markası. == Mənşəyi == Güman olunur ki, "Buick" adı Azərbaycanca "buruq" deməkdir. Bu markalı maşınlar benzini çox işlətdiyi üçün firmanın adını "neft buruğu", sonralar isə sadəcə "buruq" adlandırıblar. == Tarixi == "Byuik" firmasının ("Buick Motor Car Company") əsasını 1902-ci ildə amerikalı mühəndis Devid Danbar Byuik qoymuşdur (Miçiqan ştatı, Flint şəhəri). Onun konstruksiya etdiyi ilk avtomobil 1903-cü ildə buraxılmışdır. Firma 1908-ci ildə "General Motors" konserni ilə birləşmişdir. == Növləri == 4 silindrli (1908-ci ildən), 6 silindrli (1914-cü ildən) və 8 silindrli (1931-ci ildən) mühərriki olan avtomobillər istehsal etmişdir. Mühərrikinin işçi həcmi 1,8–5 l, gücü 63–200 kVt, maks. sürəti 160–220 km/saat-dır. 2008-ci ildən daha çox "Buick Enclave", "Buick La Crosse", "Buick Lucerne" modelləri istehsal edilir.
Butik
Butik (fr. Boutique) — şık geyim, zərgərlik və ya digər adətən lüks əşyaları satan kiçik mağaza.
Cücük
Cücük — Azərbaycan Respublikasının Ağdaş rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd. Əhalisi 503 nəfərdir (2009). Şirvan düzündədir. Tədqiqatçıların fikrincə, toponim cuy (arx) və -cik (kiçiltmə bildirən Şəkilçi) komponentlərindən düzəlib, "kiçik arx" mənasındadır. Cücük sözü elə bütövlükdə də dilimizdə "kiçik, balaca, bala" mənalarında işlənir. Oykonim "kiçik kənd, balaca yaşayış məntəqəsi" deməkdir.
Güzik
Güzik (Şepiran)
Laçın
Laçın — Azərbaycan Respublikasının Laçın rayonunun inzibati mərkəzi, Laçın şəhər inzibati ərazi dairəsində şəhər. Respublikanın paytaxtı Bakı şəhəri ilə şose yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km olmuşdur. 18 may 1992-ci ildən Ermənistan Silahlı qüvvələrinin işğalı altında olub. Qarabağ atəşkəs bəyanatına əsasən 26 avqust 2022-ci ildə Azərbaycanın nəzarətinə keçib. 27 may 2023-cü ildə Laçın şəhərinə 20 laçınlı ailə (97 nəfər) geri qayıdıb. Beləliklə şəhərə azərbaycanlı keçmiş məcburi köçkünlərin ilk köçü başlayıb. == Tarixi == Laçın əvvəllər Abdallar adlanıb, 1923-cü ildən şəhər statusu alıb və 1926-cı ildən Laçın adlandırılıb. 1930-cu ildə Laçın inzibati rayonu təşkil edilərkən Laçın şəhəri onun mərkəzinə çevrilib. "Laçın" toponimi bir oykonim kimi 1924-cü ildən xəritəmizdə özünə yer tapmışdır. Ona qədər isə bu ad "Yuxarı Laçın" adlı kəndin adında özünü qoruyub saxlamışdır.
Lerik
Lerik — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati mərkəzi. == Tarixi == Lerik rayonununun ərazisi ən qədim yaşayış məskənlərindən biridir. Qədim zamanlardan ibtidai insanlar dağların ətəklərində indi də mövcud olan təbii mağaralardan yaşayış məskəni kimi istifadə etmişlər. Buranın təbii mağaralarından bəzilərinin hətta tunc dövründən də əvvəllərə aid olması ehtimal olunur. Görkəmli arxeoloq Hümmel bu mağaraları neolit (yeni daş dövrü) dövrünə aid edir. Buranın dağlarında eramızdan əvvəl III-II minilliklərə aid maddi-mədəniyyət abidələri mövcuddur. == Coğrafiyası və iqlimi == === Relyefi === Lerik rayonunun ərazisi Talış silsilə dağlarının əhatəsindədir. Cənub və cənub-qərbdə Yardımlı, şimal-şərqdə Lənkəran, şimal-qərbdə Masallı, cənub-şərqdə Astara rayonları ilə həmsərhəddir. İran İslam Respublikası ilə sərhəd boyu Talış dağ silsilələri, bundan şimalda Peştəsər və Bürəvər dağ silsilələri uzanır. Talış və Peştəşər silsilələri arasında Zuvand (Diabar) çökəkliyi yerləşir.
Lirik
Lirika "lira" sözündən olub, yunanca simli musiqi aləti deməkdir. Şərq ədəbiyyatında lirik şeirlərə rübabi şeirlər də deyilir. Rübab da ərəb sözü olub, simli alətə deyilir. Elə bədii əsərlər var ki, orada həm epik lövhələrlə, hadislərin təhkiyə yolu ilə verilməsinə, həm də şairin (lirik qəhrəmanın) bu və ya digər obraza, hadisəyə, əşyaya, təbiətə lirik münasibətinə təsadüf olunur. Əvvəldən axıra qədər həyat hadisələrinin müəyyən bir süjet əsasında təsviri ilə şairin daxili duyğularının ifadəsi üzvi şəkildə birləşir, iki növ (epik və lirik növlər) bir-birilə demək olar ki, qaynayıb qarışır. Buna görə də bu cür əsərlər qeydsiz-şərtsiz bir janra (ya epik, ya da lirik janra) daxil olmur. Belə əsərlər xüsusi bir janr təşkil edərək epik-lirik növ adlanır. Ədəbiyyatşünaslıqda buna qarışıq lirik də deyilir. Ayrı-ayrı poemalarda hadisənin epik təsviri ilə lirik tərənnümün nisbəti müxtəlifdir. Bəzi əsərlərdə təhkiyə, bəzilərində isə tərənnüm üstün olur.
Lübek
Lübek (alm. Lübeck‎ [ˈlyːbɛk]) — Almaniyanın şimalında (Şlezviq-Holşteyn federal torpağının cənub-şərqi) şəhər. Şəhər Şimali Almaniya ovalığında, Baltik dənizi sahilində Travemünde rayonunda axan Trave çayının mənsəbinin yaxınlığında yerləşir. Tarixə Hanza ittifaqının ən böyük mərkəzi kimi düşmüşdür. Əsas abidələri Almaniyada YUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısına salınıblar. Lübek şəhəri 10 rayona bölünür. == Əhali == 2015-ci il hesablamalarına görə, şəhərdə 216,253 nəfər əhali yaşayır.
Ləçək
Ləçək - Çiçək tacında şəklini dəyişmiş yarpaq. Tozlayıcı həşaratları cəlb etmək üçün şəklini dəyişmiş və parlaq rənglərdə olurlar. Dişicik və erkəkciyi qoruyan hissədir. Tozlaşmaya yardım edir. Botanika sahəsində daha geniş olaraq öyrənilir.
Çuzik
Çuzik — Rusiya Federasiyasındə Tomsk vilayətində çay. Parabel çayını (Ob hövzəsi) yaradan sol qol. Uzunluğu 382 km, hövzəsinin sahəsi 9 min km². Vasyuqan düzənliyi ilə axır. Qarışıq mənbədən, əsasən, qar suları ilə qidalanır. Ortaillik su sırfi mənsəbindən 73 km³ məsafədə 30,5 m³/sanmetrdir. Oktaybr-noyabrdan aprelin axırı-mayın əvvəlinədən donmuş olur. Ağac axıdılır. Mənsəbindən 210 km məsafədə gəmiçiliyi yararlıdır.
Fədayə Laçın
Fədayə Baris qızı Məmmədova (3 iyun 1977, Laçın) — Azərbaycanlı müğənni, aktrisa. == Həyatı == Fədayə Məmmədova 3 iyun 1977-ci ildə Laçın şəhərində dünyaya göz açıb. Bacısı İlahə Fəda da ifaçılıq etmişdir. Bir dəfə ailəli olan xanım müğənninin bir oğlu var. Həyat yoldaşı onu tərk edərək Rusiyaya gedib. Oğlunu tək böyütməyə məcbur olan Fədayə Laçın elə o zamandan müğənniliyə başlayıb. Fədayə Laçın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycanın xalq artisti, xanəndə Canəli Əkbərovun tələbəsi olub və ifaçılığın sirlərini ondan öyrənib. Fədayə Laçın C. Əkbərovun tələbəsi olması ilə yanaşı, Azərbaycanın əməkdar və xalq artisti Arif Babayevdən də dərs almışdır. Fədayə Məmmədovanı Fədayə Laçın kimi Azərbaycan tamaşaçılarına tanıdan Azərbaycanın əməkdar artisti, mərhum Məhəbbət Kazımov olub. == Karyerası == Bir çox xalq və bəstəkar mahnılarının mahir ifaçısıdır.
Güzik (Şepiran)
Güzik (fars. گوزيك‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı, Şəpiran dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 286 nəfər yaşayır (42 ailə).