Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Luzerna
Luzerna (port. Luzerna) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 5755 nəfərdir. Ərazisi 116,832 кm²-dir. Əhalinin sıxlığı 49,3 nəfər/кm²-dir. Bələdiyyə 29 dekabr 1995-ci ildə yaradılmışdır.
Lüsern
Lütsern (alm. Luzern‎ [luˈtsɛɐn], fr. Lucerne [lyˈsɛʁn], it. Lucerna [luˈtʃerna], romanş Lucerna) — İsveçrədə şəhər, eyniadlı almandilli Lütsern kantonunun paytaxtı. Şəhər Lüsern gölü və Pilatus dağının ətəklərində yerləşir.
Luteran
Lüteranlıq — protestantlığın başlıca istiqamətlərindən biri. 16-cı əsrdə Almaniyada Reformasiya gedişində yaranmışdı. Əsasını Martin Lüter və ardıcılları qoymuşdur. İdeya əsasını Bibliya, "Razılıq kitabı", İncil və Apostol müraciətnamələri təşkil edir. Lüteranlıq ayinlərin sadələşdirilməsi uğrunda çıxış edir, boşanmaya və ikinci dəfə nikaha icazə verir.
Lütsern
Lütsern (alm. Luzern‎ [luˈtsɛɐn], fr. Lucerne [lyˈsɛʁn], it. Lucerna [luˈtʃerna], romanş Lucerna) — İsveçrədə şəhər, eyniadlı almandilli Lütsern kantonunun paytaxtı. Şəhər Lüsern gölü və Pilatus dağının ətəklərində yerləşir.
Lüsen
Lüsen— Bolzanonun təxminən 40 kilometr şimal-şərqində İtaliyanın şimalındakı Cənubi Tirol əyalətində bir bələdiyyə. == Coğrafiyası == 30 noyabr 2010-cu ilə görə əhalisi 1,543 nəfər və ərazisi 74.2 kvadrat kilometrdir.Lüsen aşağıdakı bələdiyyələrlə sərhədlənir: Brixen, Mareo, Natz-Sçabs, Rodenek, St. Lorenzen və San Martin de Tor. == Tarixi == Emblem zirehdə nizəli, at üstündə sola baxan cəngavəri ifadə edir. Emblem 1967-ci ildə qəbul edilmişdir, 1607-ci ildən Brixen hökuməti tərəfindən istifadə olunan silahlar bərpa edilir. == Cəmiyyət == === İstifadə dilinin yayılması === 2011-ci il əhalinin siyahıya alınmasına əsasən, əhalinin 97.77% -i alman dili, 1.39% italyan dili və 0.83% Ladin dilində birinci dil kimi danışırlar.
Laverna Koks
Laverna Koks (ing. Laverne Cox; 29 may 1972, Mobil, Alabama) — ABŞ aktrisası.
Lusiana Mendoza
Lusiana Mendoza (d. 14 mart 1990; Lanus, Argentina) — Argentinanı təmsil edən həndbolçu. == Karyerası == Lusiana Mendoza Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Lusiana Salvado
Lusiana Salvado (d. 14 aprel 1990; Buenos-Ayres, Argentina) — Argentinanı təmsil edən həndbolçu. == Karyerası == Lusiana Salvado Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Lüteran kilsəsi
Lüteranlıq — protestantlığın başlıca istiqamətlərindən biri. 16-cı əsrdə Almaniyada Reformasiya gedişində yaranmışdı. Əsasını Martin Lüter və ardıcılları qoymuşdur. İdeya əsasını Bibliya, "Razılıq kitabı", İncil və Apostol müraciətnamələri təşkil edir. Lüteranlıq ayinlərin sadələşdirilməsi uğrunda çıxış edir, boşanmaya və ikinci dəfə nikaha icazə verir.
Müsənna mühafəzəsi
Müsənna mühafəzəsi (ərəb. محافظة المثنى‎) — İraqın 18 mühafəzəsindən biridir. Müsənna mühafəzəsinin ərazisi 51.740 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 436.825 nəfər, inzibati mərkəzi Səmavə şəhəridir .
Ronaldo Lukena
Ronaldo Vidal Lukena Torrealba (27 fevral 1997-ci ildə anadan olub) — Venesuela Primyera Diviziya təmsilçilərindən olan Zamora klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Venesuela futbolçusudur. == Milli karyerası == Lukena Venesuelanın U-20 millisi ilə 2017 FİFA U-20 Dünya Çempionatında iştirak etmişdir.
Alman lüteran kilsəsi
Alman lüteran kilsəsi (Göygöl) — Azərbaycanın Göygöl şəhərində tarixi-memarlıq abidəsi. Alman lüteran kilsəsi (Gədəbəy) — Azərbaycanın Gədəbəy şəhərində tarixi-memarlıq abidəsi. Alman lüteran kilsəsi (Gəncə) — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi. Alman lüteran kilsəsi (Şamaxı) — Azərbaycanın Şamaxı şəhərində tarixi-memarlıq abidəsi. Alman lüteran kilsəsi (Şəmkir) — Azərbaycanın Şəmkir şəhərində tarixi-memarlıq abidəsi.
Lüteran kilsəsi (Bakı)
Xilaskar kilsəsi (alm. Erlöserkirche‎) — 28 may küçəsində (keçmiş Telefonnaya) yerləşən lüteran kilsəsidir. Kilsə 1896-1899-cu illərdə Adolf Eyxlerin layihəsi əsasında neoqotika üslubunda inşa edilmişdir. Kirxanın planında dartılmış düzbucaqlı formasında olan, dərin ajidonlu zal təqdim olunmuşdur. Təmiz divar fonunda qabarıq profillənmiş qotik tağ diqqətəlayiqdir. Ajido qübbə və yanlardakı tağşəkilli pəncərə yerləri ilə birgə zal interyerinin daxili fəzasının mərkəzi oxunu müəyyən edir. Kirxanın birqülləli şaquli kompozisiyası həyətin dərinliyindədir. Mütənasib proporsiyalar, inşaat qurğusunun əsas hissələrinin səlis bölümləri və qotik elementlərin dekoratic artıqlığına yol vermədən əldə olunmuş həcmi plastika binanı çox ifadəli edir. Ciddi, bir qədər irəli çıxan səciyyəvi pilonlar mərkəzi portalı daha çox nəzərə çatdırır. Portal dekorativ, dinamik frontonla tamamlanır.
İbn əl-Müsənna
İbn əl-Müsənna (tam adı: Fəxrəddin Əbülfəzl İsmayıl ibn əl-Müsənna ət-Təbrizi) — Bağdadın "ən-Nizamiyyə" mədrəsəsində mühazirələr oxuyur. O, "Azərbaycan tarixi" əsərinin müəllifidir. Lakin çox təəssüf ki, bu əsər bizə qədər gəlib çatmamışdır. İbn əl-Müsənna hicri 580 (1185)-ci ildə Təbrizdə vəfat etmişdir. Görkəmli şəxsiyyətlərin kartotekasını tərtib edən İbn əl-Fuvati yazır: "Mən Təbrizdə tam mənasında gör-kəmli şəxsiyyətlər barəsində soruşanda mənə İbn əl-Müsənnanın adını çəkdilər. Mən soruşdum: "Ona bənzər ikincisi varmı?" və mənə cavab verdilər: "O, təkdir və ikincisi yoxdur".
Lüsen Hauman
Lüsen Hauman (fr. Lucien Leon Hauman; 8 iyul 1880[…], İksel[d] – 16 sentyabr 1965, Brüssel) — Argentinada fəaliyyət göstərmiş Belçika botaniki. == Elmi fəaliyyəti == Lüsen Hauman toxumlu bitkilər, qıjıkimilər və mikologiya üzrə ixtisaslaşmışdır. == Əsərləri == Hauman, L.; Vanderveken, G. Catalogue des phanérogames de l'Argentine. — Buenos Aires, 1917—1923. — 2 vols. Hauman, L. La végétation des hautes cordillères de Mendoza. — Buenos Aires, 1919. — 194 p. Hauman, L. Les modifications de la flore Argentine sous l'action de la civilisation.
Əyn-Üsəra
Əyn-Üsəra ( ərəb. عين وسارة‎)‎ — Əlcəzairin şimalında, Cəlfa vilayətinin ərazisində şəhər. Eyniadlı dairənin inzibati mərkəzi. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, nisbətən düz ərazidə, dəniz səviyyəsindən 683 metr yüksəklikdə yerləşir. == Əhalisi == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 101,239 nəfər idi.
Alman lüteran kilsəsi (Bakı)
Xilaskar kilsəsi (alm. Erlöserkirche‎) — 28 may küçəsində (keçmiş Telefonnaya) yerləşən lüteran kilsəsidir. Kilsə 1896-1899-cu illərdə Adolf Eyxlerin layihəsi əsasında neoqotika üslubunda inşa edilmişdir. Kirxanın planında dartılmış düzbucaqlı formasında olan, dərin ajidonlu zal təqdim olunmuşdur. Təmiz divar fonunda qabarıq profillənmiş qotik tağ diqqətəlayiqdir. Ajido qübbə və yanlardakı tağşəkilli pəncərə yerləri ilə birgə zal interyerinin daxili fəzasının mərkəzi oxunu müəyyən edir. Kirxanın birqülləli şaquli kompozisiyası həyətin dərinliyindədir. Mütənasib proporsiyalar, inşaat qurğusunun əsas hissələrinin səlis bölümləri və qotik elementlərin dekoratic artıqlığına yol vermədən əldə olunmuş həcmi plastika binanı çox ifadəli edir. Ciddi, bir qədər irəli çıxan səciyyəvi pilonlar mərkəzi portalı daha çox nəzərə çatdırır. Portal dekorativ, dinamik frontonla tamamlanır.
Alman lüteran kilsəsi (Göygöl)
Müqəddəs İohann lüteran kilsəsi — Azərbaycanın Göygöl şəhərində tarixi-memarlıq abidəsi. == Tarixi == Müqəddəs İohann kilsəsi 1854-cü ildə almanlar tərəfindən tikilib, 1857-ci ildə istifadəyə verilib. O dövrdən 1941-45-ci illərdəki müharibəyədək kilsə kimi fəaliyyət göstərib. Almanlar buradan sürgün olandan sonra müxtəlif məqsədlər üçün istifadə edilib. Hərbi qospital və idman məktəbi kimi fəaliyyət göstərib. 2005-ci ildən isə Göygöl rayon Tarix Diyarşünaslıq muzeyi kimi fəaliyyətdədir.. Kilsə 2008 ci ildə Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti tərəfindən əsaslı şəkildə təmir edilən kilsənin təmiri üçün 250 min avro xərclənib.. . Göygöl rayonunda almanların dini mərkəzləri olmuş, hazırda Tarix Diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərən Müqəddəs Yelena kilsəsi Göygölün tarixi rəmzinə çevrilmişdir..
Alman lüteran kilsəsi (Gədəbəy)
Alman lüteran kilsəsi — Azərbaycanın Gədəbəy şəhərində tarixi-memarlıq abidəsi. == Tarixi == Lüteran kilsəsi 1868-cu ildə almanlar tərəfindən inşa olunub.
Alman lüteran kilsəsi (Gəncə)
Müqəddəs Kiril və Mefodiy kilsəsi — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi. == Tarixi == Bu rus pravoslav kilsəsi Gəncəçayın sağ sahilində, keçmiş Yelizavetpol kişi gimnaziyasının nəzdində yerləşirdi. Bu kilsə ilk olaraq 18 sentyabr 1885-ci ildə gimnaziyanın böyük zallarından birində gimnaziya direktoru İlya Staritskinin razılığı ilə açılır. Kilsənin abadlaşdırılması üçün bütün lazımlı xərclər gimnaziyanın fəxri himayədarı Ağasəid Hüseyn Ağaməhəmməd oğlu tərəfindən qarşılanır. Zamanla gimnaziyada oxuyan pravoslav tələbə sayının artması daha böyük kilsənin inşaatına zərurət yaradır ki, nəticədə İ. Staritskinn təşəbbüsü ilə gimnaziyanın yaxınlığındaki ayrı korpusda yeni kilsənin tikintisi başlanır. 20 dekabr 1902-ci ildə təntənəli mərasimlə kilsə gürcü ekzarxı Aleksiy tərəfindən Müqəddəs qardaşlar Kiril və Mefodiy adına təqdis edilib istifadəyə verilir. Klassik gimnaziyanın şəxsi vəsaiti ilə tikilmiş yeni kilsəyə, gimnaziyanın tələbələri üçün ayrılmış hissə xaricində rahat 500 nəfər yerləşirdi. Yəni kilsədən həmçinin yerli əhali də istifadə edirdi. 1920-ci ildə gimnaziyanın bağlanmasından sonra kilsənin aqibəti məlum deyil. Tarixi mənbələrdə Gəncədə Zaxariya və Yelisaveta (keçmiş "Xan məscidi"), Müqəddəs Aleksandr Nevski və Müqəddəs Nikolay adına rus pravoslav kilsələrinin olduğu qeyd edilsə də, Kiril və Mefodiy qardaşlarının adına rus pravoslav kilsəsi rəsmi olaraq kilsə kimi qeyd edilmir.
Alman lüteran kilsəsi (Şamaxı)
Alman lüteran kilsəsi — Azərbaycanın Şamaxı şəhərində tarixi-memarlıq abidəsi. == Tarixi == Alman lüteran kilsəsi 1869-cu ildə almanlar tərəfindən inşa olunub.
Alman lüteran kilsəsi (Şəmkir)
Alman lüteran kilsəsi — Azərbaycanın Şəmkir şəhərində tarixi-memarlıq abidəsi. == Tarixi == 1909-cu ildə almanlar tərəfindən inşa olunan Lüteran kilsəsi 32 il kilsə, daha sonra isə mədəniyyət və müəllimlər evi, eləcə də tarix-diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərib. Hazırda isə tikili təmir edilmiş və abidə kimi qorunur..
Müqəddəs Mixail lüteran kilsəsi
Müqəddəs Mixail lüteran kilsəsi (rus. Лютеранская церковь Святого Михаила) – Peterburqun mərkəzində, Vasilyev adası, Orta prospekti 18 saylı binada yerləşən yevangelik-lüteran kilsəsi. == Tarix == Alman icması 1731-ci ildə birinci kadet korpusunun binasında yaranmışdı. 1834-cü ildə icma Arxistratiq Mixailin adını daşımağa başlayır. 1841-ci ildə İmperator I Nikolay kilsənin özəl evlərin birinə köçürməyə əmr edir. Buna baxmayaraq, o həmçinin dövlət xəzinəsindən kilsə üçün az miqdarda vəsait ödəməyi tələb etmişdir. Elə həmin zaman da vahid icma bölünərək, alman və eston cəmiyyətlərinə ayrılmışdı. Təzə yaranmış eston icması Müqəddəs İoann kilsəsinin əsasını qoymuşdu. Alman icması isə (kilsə üzvlərinin sayı 2000 nəfərə yaxın idi) öncə xanım Tiblenin Vasilyev adasında yerləşən özəl evində yığışırdılar. Məhz burada 1842-ci ildə müqəddəs Arxangel Mixail kilsəsi təqdis edilmişdi.
I Rəvvad ibn Müsənna əl-Əzdi
I Rəvvad ibn Müsənna əl-Əzdi (ərəbcə: الرواد بن المثنى الأزدي) (VIII—XII) — VIII-XII əsrlərin ortalarından etibarən Cənubi Azərbaycanda hökm sürən Ravvadidlər sülaləsindən olan və Rəvvadilər dövlətinin qurucusudur. Əbbasi xəlifəsi Əbu Cəfər əl-Mənsur Yəmən Ərəblərini oraya köçürərək Yezid ibn Hatim əl-Mühəlləbini (785-786) Azərbaycan hakimi təyin etdi. Onnlardan biri, Təbrizdə məskunlaşan, Əzd qəbiləsindən olan yəmənli Rəvvad ibn Müsənna idi. Sonralar müstəqil feodal mülkiyyətinin başçısı oldu. Əl-Yəqubinin verdiyi xəbərə görə, Təbrizdən Bəzzədək bütün torpaqlar Rəvvada verilmişdi.Rəvvadın üç oğlu var idi: Məhəmməd (813-845), əl-Vəcnə və Yəhya (ö. 849).