Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mandeizm
Sabiilik (ərəb. الصابئة‎ əs-Sabiyyət) ya da Mandayizm, İraqda və İranda dindir. Bu dinin tərəfdarlarına Sabiilər deyilir. == Etiqadı == Mandayizm — e.ə I minilliyin ikinci yarısı-eramızın başlanğıcında Cənubi Mesopotamiyada meydana gəlmiş dini təlim. Yaradıcıları mandelar sektasıdır. Yerli əhali onları menday, müsəlmanlar adətən sabiun, sabba və ya subba (Cənubi Ərəbistandakı səba tayfa birləşməsinin və onun yaratdığı dövlətin adından) adlandırır. Mandayizm təlimi xristianlığın, iudaizmin, zərdüştlüyün və qədim Babil dini ünsürlərinin qarışığından ibarətdir. Mandayilərin Şərqi arami ləhcələrinin birində yazılmış dini kitablardan bizə ayrı-ayrı parçalar gəlib çatmışdır. Mandeizmin əsas abidəsi "Adəmin kitabı"- 6-cı əsrin ortaları- 900-cü illər arasında yazılmışdır. Mandeizmə görə mandayilərin adi həyat anlayışını təcəssüm etdirən nurlu qüvvə Manda de Xayyanın (həyat kəlamı) adından alınmışdır.
Mazdaizm
Mazdaizm — e.ə. I minilliyin ilk əsrlərindən başlayaraq Qərbi İranda, Əfqanıstanda, Orta Asiyada yaranmış dinlərin geniş yayılmış adı. Ulu tanrı Ahura Mazdanın adından yaranmışdır. Bu dinlərə zərdüştilik, manixeizm və zurvanizm kimi dinlər aiddir. Mazdaizmin bir çox elementi zərdüştçülük tərəfindən mənimsənilmiş və ənənəvi olaraq Zərdüşt tərəfindən Avesta vasitəsilə təbliğ edilmişdir.
Pandeizm
Pandeizm ya da Pan-deizm (latınca: pan — bütün; deus — tanrı) — panteizmin deistik forması (və ya deizmin panteistik forması). dinteizm Deizm (yaradançılıq) XXVII əsr və XXVIII əsrdə İngiltərə, Fransa və ABŞ-də diqqətə çarpan dini bir fəlsəfi hərəkatdır. Pandeizmə aid ən əhatəli kitab 1910-cu ildə Maks Bernhard Ueynşteyn tərəfindən yazılmışdır. Panteizm ya da tamtanrıçılıq isə kainatın hamısını tanrı olaraq qəbul eden fəlsəfi görüşdür. Panteizmdə hər şey tanrının bir parçası olaraq qəbul edilir, tanrı hər şeydir və hər şey tanrıdır. Panteizmə görə tanrının kainatdan ayrı və müstəqil bir varlığı yoxdur. Tanrı təbiətdə, əşyalarda, insan dünyasında vardır. Hər şey tanrıdır. Deistlər əsasən fövqəltəbii hadisələri (kəhanət və yaxud da möcüzələr), yaradanın dinlərlə olan əlaqəsini, Müqəddəs Kitabları və ortaya çıxmış olan bütün dinləri rədd edirlər. Bunun yerinə deistlər doğru dini inanışların insan məntiqində və təbii Dünyanın qanunlarında görməyi seçirlər.
Mazoxizm
Mazoxizm (alm. Masochismus‎) — alçaldılma, zorakılıq və ya işgəncədən həzz almaq meyli. Bu xarakter xüsusiyyəti və ya davranış deviasiyası ola bilər. Termini alman psixiatr və nevroloq Rixard fon Kraft-Ebinq 1886-cı ildə yazdığı "Cinsi psixopatiya" (Psychopathia sexualis) adlı monoqrafiyasında təqdim etmiş və romanlarında və qısa hekayələrində bu cür meylləri təsvir edən yazıçı Leopold fon Zaxer-Mazoxun şərəfinə adlandırmışdır. == Seksual mazoxizm == Seksual mazoxizm həyəcan və həzz alma vasitələrinin partnyorun çəkdiyi əziyyət olduğu cinsi davranış formasıdır. Bu zaman insan cinsi hisslər və motivlər əsasında başqa bir insanın iradəsi ilə əsarət altına düşmək istəyir, bu adamın onunla qul kimi davranmasını, onu hər cür alçaltmasını və rəftar etməsini istəyir. Psixi pozuntuların Diaqnostik və Statistik Təlimatının (DSM-5) son nəşrində "cinsi mazoxizm pozğunluğu" Kod 302.83 (F65.51) kimi qeyd olunur. Bu diaqnoz istək, davranış və fantaziyalarda təzahür edən alçaldılma və ya döyülmə aktından ən azı 6 ay ərzində təkrarlanan və intensiv cinsi oyanma tələb edir. Bununla belə, cinsi istəklər, davranışlar və ya fantaziyalar sosial, peşə və ya digər mühüm fəaliyyət sahələrində klinik cəhətdən əhəmiyyətli pozulmalara səbəb olmalıdır. == Mazoxizm və şəxsiyyət pozğunluğu == Mazoxist psixiatrlar tərəfindən tibbi təsnifata daxil edilmək üçün təklif edilmişdir, lakin hazırda həm Psixi pozuntuların Diaqnostik və Statistik Təlimatında, həm də Xəstəliklərin Beynəlxalq Təsnifatında yoxdur.