Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lazurit
Lazurit — mineral, (Na,Ca)8[(SO4, S, Cl)2ï (AlSiO4)6] == Haqqında == Lazurit sodalit ilə izostrukturdur. Rəngi göy. Əsasi, bəzən turş püskürmə süxurların yaxınlığında kontakt-metamor­fizmə uğramış əhəngdaşlarında və onların peqmatitlərində. Floqopit, humit, forsteritlə assosiasiya olur. Bəzək daşı. Sinonim: Ultramarin, Lyapis-lazur. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Materik
Materik — yerin su ilə əhatə olunmuş böyük bir hissəsi. Bu, Yerin geoloji inkişafı zamanı onun xarici təbəqələrinin fiziki-kimyəvi və qravitasiya təsnifatı nəticəsində əmələ gələn mürəkkəb tərkibli heterotektik cisimlərin məcmusudur. Materiklərin sahəsində əks olunan irimiqyaslı geoloji strukturların mövcudluğu iki əsas tipə – geosinklinallara və platformalara təsnif edilir. Qitələr üçün xarakterik olan ərazi növləri düzənlik və dağlardır. "Materik" anlayışına ekvivalent və ya yaxın olan söz kimi "qitə" termini də istifadə olunur. == Materiklər == Materik yer qabığının, quru şəklində dəniz səviyyəsindən yuxarıda yerləşən, ən böyük massividir. Onun kənarları dəniz altında olur. Müasir geoloji dövrdə 6 materik vardır. === Avrasiya === Sahəsi 54 mln km² olan Avrasiya materiki dünyanın ən böyük materiki olub, bütün qurunun 1/3 hissəsini əhatə edir. Ucqar nöqtələri.
Mazurka
Mazurka-cütlərin dairə yaratmaqla etdiyi adətən canlı tempi ilə üçlük metr Polşa xalq rəqsi.Özünə xas ayaq və topuq vuruşlarıyla, ənənəvi olaraq tuluq zurnası musiqisinin müşayiətində oynanır.
Azurit
Azurit Cu2[(OH)2 | CO3] — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Xassələri == Rəng – intensiv lacivərdi-göydən tünd-göyədək; torpaqvari kütlələri mavidir; Mineralın cizgisinin rəngi – mavi, göy; Parıltı – şüşə; Şəffaflıq – yarımşəffafdan işıqkeçirənədək; Sıxlıq – 3,77-3,83; Sərtlik – 3,5- 4,0; Kövrəkdir; Ayrılma – {011} üzrə mükəmməl, {100} üzrə orta; Sınıqlar – qeyri-hamar, pilləli; Morfologiya – kristallar: kiçikdir; yaxşı ifadə olunmuş sütun- və lövhəvari həbəoxşar, nisbətən az hallarda qısaprizmatik, bəzən izometrik, çox zaman əyriüzlü; Mineral aqreqatları: torpaqvari (mis göylüyü), böyrək- və salxımvarı, radial-şüalı kütlələr, qabıqlar, qaysaqlar, konkresiyalar, druzalar, fırçalar, malaxit üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Mis filizi yataqlarının səciyyəvi törəmə mineralı olub, karbonatların iştirak etdiyi şəraitdə ilkin Cu minerallarının oksidləşməsi hesabına əmələ gəlir. Birlikdə rast gəldiyi minerallar: malaxit, xalkozin, digenit, kovellin, kuprit, bornit, Fe hidroksidləri və b. Mineralın tapıldığı yerlər: Sumeb (Namibiya); Broken-Xill və Burra (Avstraliya); Kelli, Bisbi (ABŞ); Kopiapo (Çili); Kornuoll, Devonşir, Derbişir (Böyük Britaniya); Cezkazqan (Qazaxıstan); və b. Azərbaycanda hər yerdə kəskin üstünlük təşkil edən malaxitlə sıx assosiasiyada rast gələn azuritin kiçik yığınları Gədəbəy rayonunda müşahidə edilir. == Tətbiqi == Bəzən Cu mənbəyi kimi praktik maraq doğurur. Göy boya alınmasında da istifadə edilir. Mineral-indikator kimi mis filizlərinin axtarışında istifadə olunur.
Kontinent (materik)
Kontinent (materik) (rus. континент, ing. continent) (lat. continens, yiyəlik halında continentis-materik) — yer qabığının nəhəng massivi olub, səthinin çox hissəsi quru şəklində Dünya okeanı səviyyəsindən yuxarıda, kənarları isə okean səviyyəsindən aşağıda yerləşir (materiklərin sualtı kənarı). Materiklərdə yer qabığı "qranit qatın" iştirakı ilə səciyyələnir və orta qalınlığı 35–45 km-dır. Müasir geoloji əsrdə 6 kontinent mövcuddur: Avrasiya (53,4 mln. km2 ), Afrika (30,8 mln. km2 ), Şimali Amerika (24,2 mln. km2 ), Cənubi Amerika (18,2 mln. km2 ), Avstraliya (7,7 mln.
Masarik Universiteti
Masarik Universiteti (çex. Masarykova univerzita; lat. Universitas Masarykiana Brunensis) — Çexiyanın Brno şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1919-cu ildə qoyulmuşdur. == Xarici əlaqələri == Utrext Şəbəkəsinin üzvüdür.
Materik buzlaşması
Materik buzlaşması (rus. материковое оледенение, ing. continental glaciation) — buzlağın proqressiv inkişafının son mərhələsinə uyğun gələn buzlaşma. Materik buzlaşmasında materik buzlaq formaları üstünlük təşkil edir: materik buzlağı, yüksəklik buzlağı, buzlaq örtüyü və başqaları ilə yanaşı, həmçinin dağlıq və dağətəyi buzlaqlar kimi aralıq tipli buzlaq formaları da mövcuddur (karlar və başqaları). Dördüncü dövrdə materik buzlaş-ması Avropanın, Asiya və Amerikanın şimal hissəsini tutmuşdur. /Kontinental buzlaşmanın sin/.
Materik dyunları
Materik Çini
Materik Çini və ya Qitə Çini (çin. 中国大陆| Pinyin: zhōngguó dàlù), Çin Xalq Respublikasının birbaşa nəzarəti altında olan əraziləri bildirmək üçün istifadə edilən geosiyasi termindir. Bu anlayış 1949-cu ildə Çin vətəndaş müharibəsinin sonunda Çan Kayşi rəhbərliyindəki Kuomintang qüvvələrinin Tayvana çəkilməsi və Çin Kommunist Partiyasının bütün materiki ələ keçirməsindən sonra meydana çıxmışdır. 1997 və 1999-cu illərdə Çin Xalq Respublikasının nəzarəti altına keçmiş Hong Kong və Makao Deng Şiaopingin bir ölkə, iki sistem siyasəti əsasında Çinin xüsusi inzibati bölgələri statusuna malik olub başqa bir siyasi və iqtisadi sistemə malikdirlər və bu səbəbə görə Materik Çinin tərkibinə daxil edilmirlər.
Phragmipedium manzurii
Phragmipedium manzurii (lat. Phragmipedium manzurii) — səhləbkimilər fəsiləsinin fraqmipedium cinsinə aid bitki növü.
Pol Mazurski
Pol Mazurski (ing. Paul Mazursky; 25 aprel 1930[…], Nyu-York, Nyu-York ştatı – 30 iyun 2014[…], Los-Anceles, Kaliforniya) — ABŞ rejissoru, 5 dəfə "Oskar" mükafatı laureatı. Pol Mazurski 25 aprel 1930-cu ildə ABŞ-də anadan olub, 30 iyun 2014-cü ildə ABŞ-də 84 yaşında ürək çatışmazlığından vəfat edib. Pol ilk dəfə 1953-cü ildə "Qorxu və Şəhvət" tammetrajlı filmində iştrak edib. Rejissor kimi ilk fəaliyyəti isə 1969-cu ildə çəkilən "Bob və Carol" və "Ted və Alis" filmində olub. O, həmçinin "Aleks möcüzələr ölkəsində" (1970), "Subay qadın" (1978) və "Mağazada səhnələr" (1991) filmlərinə rejissorluq edib.
Senecio mayurii
Senecio mayurii (lat. Senecio mayurii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Tomaş Masarik
Tomaş Masarik (çex. Tomáš Garrigue Masaryk; 7 mart 1850[…] – 14 sentyabr 1937[…]) — çex filosofu, tarixçi, siyasətçi, Çexoslovakiyanın ilk prezidenti (1918–1935). Tomaş Masarik 7 mart 1850-ci ildə doğulmuşdu. Atası Yozef Masarik (1823–1907) Slovak əsilli Avstriya-Macarıstanın macar tərəfindən bir şəxs idi. Anası Tereza Masarikova (qızlıq soyadı — Kropaçkova) (1813–1887) — Moraviyalı alman idi. Tomaş Masarik müəllim məktəbini bitirdisə də, çilingər yanında şagird işləməyə başladı. Tomaş Masarik 14 sentyabr 1937-ci ildə vəfat edib. Ideály humanitní; Problém malého národa; Demokratism v politice. Praha: Melantrich, 1990 Masaryk T. G. Svobodni zednari, Nase doba 1925. Masaryk T. G. Katolicke povery o zednarstvi a satanismus, Svobodny zednar VIII/1934.
Şütürək Maxurin
Şütürək Maxurin (fars. شترک‌ماخورین‎) iranın Qəzvin ostanının Əlburz şəhristanının Məhəmmədiyə bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 1,578 nəfər yaşayır (493 ailə).
Mauris Tillet
Moris Tiye (fr. Maurice Tillet) — fransız güləşçi, poliqlot, "Şrek" cizgi filminin əsas qəhrəmanının prototipi. == Həyatı == Moris Tiye 1903-cü il 23 oktyabrda Rusiyada, Uralda fransız ailəsində anadan olub. Anası müəllimə, atası dəmiryolunda mühəndis işləyib. Kiçik yaşlarında atası dünyasını dəyişir. Rusiyada 1917-ci il inqilabından sonra Tiye anası ilə birlikdə Rusiyanı tərk edir və Fransaya, Reyms bölgəsinə yerləşirlər. Tiye 17 yaşından sonra qəribə xəstəliyə yoluxur. Həkimlər ona "akromeqaliya" diaqnozu qoyurlar. Bu xəstəlik sümüklərin böyüməsinə səbəb olan nadir xəstəliklərdəndir. Belə ki, Tiyenin boyu 170 sm olduğu halda, çəkisi 122 kq idi.
Muniba Mazari
Muniba Mazari (urdu منیبہ مزاری?, 3 mart 1987, Rəhim Yar Xan, Pəncab) — Pakistan rəssamı və sosial-siyasi fəalı. O, 21 yaşında avtomobil qəzasına uğramışdır və Pakistanın əlil-arabasından istifadə edən ilk modelidir. Yaradıcılıqla yanaşı, tez-tez müxtəlif tədbirlərdə motivasiya natiqi kimi çıxış edən Muniba BMT Qadınlar təşkilatının Pakistan üzrə milli səfiridir. Muniba 3 mart 1987-ci ildə Pakistanda anadan olmuşdur. Əslən bəlucdur. 18 yaşında ilə həyatı quran Munibanın 2007-ci ildə, 21 yaşında avtomobil qəzası zamanı onurğası zədələnir. Munibanın Nil adlı övladlığa götürdüyü oğlu var. Muniba xeyriyyəçi kimi fəaliyyət göstərməklə yanaşı, özünün "Munibanın lövhəsi" adlı markasını yaratmışdır. Muniba Mazari müxtəlif kampaniyalarında iştirak etmiş, bir müddət Pakistanın milli televiziyasında aparıcı kimi işləmişdir. Hal-hazırda Pakistanın BMT Qadınlar təşkilatının xoşməramlı səfiridir.
Mavrik Qukasyan
Qukasyan Mavrik Araratoviç — Ermənistan polisi və dövlət xadimi. O, Birinci Qarabağ müharibəsinin iştirakçısı və bu dövrdə Əsgəran daxili işlər şöbəsinin rəisi kimi xidmət etmiş, həmçinin Xocalı soyqırımını törədənlərdən biri olmuşdur. 2000-ci illərdə Qondarma DQR-nin baş prokuroru olmuşdur.
Materik yer qabığı
Materik yer qabığı — Yerin materik hissələrini əhatə edən qabıq. Bu qabıq çökmə, qranit və bazalt qatlardan ibarətdir. Orta qalınlığı 35 - 45 km -dir. Maksimal qalınlıq isə 75 km-dir (dağlarda) Materik qabığından fərqli olaraq okean yer qabığı nazik və tərkibcə fərqlidir. Materik yer qabığı planetin 40 % -ni əhatə edir. Həcm baxımdan isə 70 %-ni təşkil edir. == Quruluşu == Üç qatdan ibarət olan materik qabığının üst qatı - çökmə qat çökmə süxurlardan təşkil olunub. Böyük qalınlığa malik olmasa da hər yerdə geniş yayılıb. Materik yer qabığının əsas hissəsini qranit və qneyslərdən ibarət olan qranit qat təşkil edir. Qranit qat aşağı sıxlığa malikdir.
Pavel Mazur
Pavel Sergeyeviç Mazur (rus. Павел Сергеевич Мазур; 15 aprel 2002-ci ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Çertanovo-2 Moskva klubunda yarımmüdafiəçi kimi çıxış edən Rusiyalı peşəkar futbolçudur. Mazur öz peşəkar karyerasında debütünü 3 avqust 2018-ci ildə Çertanovo-2 Moskva klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Tekstilşik İvanovo klubuna qarşı oyunda etmişdir.
Stefano Mauri
Stefano Mauri (8 yanvar 1980[…], Monsa, Lombardiya) — Lazio klubunda oynayan İtalyan futboçu. Mövqeyi hücuma meyilli yarımmüdafiəçidir. Futbolçi 2004-2006 aralığında Udinizedə oynamışdır. 2006-2015 aralığında Lazio klubunda oynayib. Futbolçu 2015- ci ilin yayında bu klub ilə 1 illik müqavilə imzalayıb.
Alla Mazur
Alla Qriqoryevna Mazur (ukr. Алла Григорівна Мазур; 16 sentyabr 1965) — ukraynalı jurnalist. Ukraynanın “1+1” kanalında TSN xəbər proqramının aparıcısı. == Həyatı == Alla Mazur 16 sentyabr 1965-ci ildə Xmelnitski vilayəti həkim ailəsində anadan olub. Atası Qriqori diş həkimi olub. O, məktəbi qızıl medalla bitirib. Onun məqalələri yerli rayon qəzetində tez-tez dərc olunurdu. O, Taras Şevçenko adına Kiyev Milli Universitetinin jurnalistika fakültəsini bitirib. O, Ukrayna radiosunda müxbir, redaksiya rəhbəri, Ukrayna radiosu Birinci Kanalının baş redaksiyasında, proqram aparıcısı kimi çalışıb. Çernobıl qəzasının ildönümü üçün və 1991-ci ildə Ukraynada prezident seçkiləri zamanı radio marafonları hazırlayıb və aparıcılıq edib.
Şamma Al Mazrui
Şamma Al Mazrui və ya tam adı ilə Şamma bint Süheyl Faris Al Mazrui — Birləşmiş Ərəb Əmirliklərinin gənclərin işləri üzrə naziri Şamma Al Mazrui nazir vəzifəsinə 2016-cı ilin fevral ayında təyin edilib ki, həmin vaxt onun cəmi 22 yaşl var idi. Ona görə də onun adı dünyada ən gənc nazir kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.
Jozep Mariya Mauri
Jozep Mariya Mauri Prior (kat. Josep Maria Mauri i Prior; 21 oktyabr 1941, Lalzina[d], San Esteve de la Sarqa[d]) — Kataloniyadan olan İspan Katolik rahibi və Andorranın şahzadəsi, Sicilya Baş yepiskopu Joan Enrik Vives Siciliyanın hazırkı nümayəndəsi. 1941-ci ildə İspaniyanın Pallars Hussa vilayətinin Alzina de Moror şəhərində anadan olub və 1965-ci ildə keşiş təyin edilib. 20 iyul 2012-ci ildə nümayəndə olaraq and içib.
Lazurit yolu Beynəlxalq Tranzit Dəhlizi
Lapis Lazuli (Lazurit yolu) Beynəlxalq Tranzit Dəhlizi— 2017-ci ilin 15 noyabr tarixində Türkmənistanın paytaxtı Aşqabat şəhərində keçirilən Regional İqtisadi Əməkdaşlıq konfransı çərçivəsində Türkiyə, Gürcüstan, Azərbaycan, Türkmənistan və Əfqanıstan hökümətləri arasında imzalanan müqavilə. Yeni müqaviləyə əsasən bu ölkələr yaxın zamanda öz aralarında regional dəmir yolları və magistral yollarla birləşərək yeni ticarət dəhlizi formalaşdıracaqlar. Həmçinin yeni müqavilə tarixi Lapis Lazuli ticarət yolunun yenidən bərpasını nəzərdə tutur. Lapis Lazuli beynəlxalq ticarət dəhlizi ideyası ilk dəfə 2012-ci ildə Əfqanıstan İslam Respublikası tərəfindən irəli sürülmüşdü. Layihə ilə bağlı ölkələrarası yekun görüş 2016-cı ilin noyabr ayında Bakı şəhərində baş tutmuşdu. Məqsəd dənizə çıxışı olmayan Əfqanıstan regional ölkələrlə ticarət və iqtisadi əlaqələrini gücləndirmək, həmçinin yerli Əfqan mallarının qısa və təhlükəsiz yolla Avropa bazarlarına daşınmasını təmin etmək idi. Layihənin ilkin mərhələdə büdcəsi 2 milyard ABŞ dolları həcmində müəyyən edilmişdir. Dəhlizin başlağıc nöqtəsi kimi Əfqanıstan – Türkmənistan sərhədinin yaxınlığında yerləşən Aqina şəhəri (Fəryab əyaləti) və Torqundi şəhəri (Herat əyaləti)i təyin ediliblər. Bu şəhərlər qonşu Türkmənistanla dəmir yolu əlaqəsinə malik olub Əfqanıstanı Xəzər Dənizi hövzəsi ilə birləşdirəcək əsas şəbəkədir. Türkmənistan ərazisindən dəmir yolu vasitəsilə daşınan yüklərin əvvəlcə Türkmənbaşı Dəniz limanına ordan isə Bakı beynəlxalq Ələt limanına daşınması nəzərdə tutulub.