Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maktan adası
Maktan adası (taqal Mactan, ing. Mactan) — Filippinin Sebu vilayətinə daxil olan ada. Visay adaları qrupuna daxildir. Sebu adasından şərqdə, Sebu şəhərinin qarşı tərəfində yerləşir. İnzibati cəhətdən Lapu-Lapu şəhər dairəsi və Kordova regionuna daxildir 1521-ci ildə ada sahilində Maktan döyüşü baş vermişdir. Döyüş Fernan Magellanın rəhbərlik etdiyi İspan ekspedisiyası ilə yerli əhali arasında baş verir. Bu döyüşdə yerli əhalinin döyüşçüsü Lapu-Lapu döyüş əsnasında Magellanı öldürmüşdür. Adada Gitara istehsal edilir. Ada turizmin inkişaına görə seçilir. Çoxlu sayda otellərə sahibdir.
Maktan döyüşü
Maktan döyüşü — Filippin əraizində 28 aprel 1521-ci ildə baş vermiş döyüş. Hazırda Filippinə aid Maktan adasının hökmdarlarından biri Lapu-Lapu ilə İspaniya qoşunlarının komandanı Fernan Magellanın qoşunları arasında baş vermiş döyüşdə ikincisi öldürülmüşdür. 16 mart 1521-ci ildə Fernan Magellan özünün dövrü aləm səyahəti zamanı Molukk adaları arasından İspaniyaya yol axtararkən üfüqdə hazırkı Samar adasını görür. Növbəti gün o silahdaşlarına Homonhon adası sahillərinə lövbər atmağı əmr edir. Magellan və onun komandasıə adada olan ilk avropalılar olmuşdur. Onun Kulambu və Siaqu hökmdarları ilə söhbəti uğurlu olur. Onlar Magellanı sebu adasına aparırlar. Burad isə adanın ali hökmdarı yaşayırdı. Magellan onu və həyat yoldaşını xristianlığı qəbul etməyə inandıra bilir. Xristianlığı qəbul etdikdən sonra hökmdar ispan kralı Filippin adını alır.
Kristian Makun
Kristian Frederik Bayoi Makun Reyes (5 mart 1999-cu ildə anadan olub) — Venesuela Primyera Diviziya təmsilçilərindən olan Zamora klubunda yarımmüdafiəçi kimi çıxış edən Kamerun əsilli peşəkar Venesuela futbolçusudur. Makun Venesuelanın U-20 millisi ilə 2017 FİFA U-20 Dünya Çempionatında iştirak etmişdir.
Kaktus
Kaktuskimilər (lat. Cactaceae) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Təbiətdə 3 mindən çox kaktus növü var. Əksəriyyəti 500 il yaşayır və iri ölçülərə malik olurlar( hündürlüyə 10 m və eni bir neçə metr) Hazırda təbiətdə olan kaktus növlərinin 2/3 hissəsinə Cənubi Amerikada rast gəlinir. Quraqlıq iqlimin əlverişsiz mühitinə dözmək üçün bunlarda min illər ərzində bir sıra uyğunlaşmalar əmələ gəlmişdir. Onların yarpaqları tikana çevrilmiş və üzəri mum maddəsi ilə örtülmüşdür. Kaktuslar quraqlığadavamlı, həm də işıqsevən bitkilərdir. Gün ərzində onlara 3-4 saat gün işığı düşməlidir. Lakin qızmar günəş kaktusun cavan zoğlarını yandırır, onlar üzərində sarı ləkələr əmələ gəlir. Daha da təhlükəli olan yaz günəşidir.
Maktak
Maktak (inuit dilində:Maktak, "muktuk" variantında da tez-tez rast gəlinir; (çukça dilində: итгилгын, ман'так'; nen dilində: кылтын'гын) — Eskimos, nen və çukça mətbəxlərində dondurulmuş balina dərisindən və balina piyindən hazırlanan ənənəvi yemək. Bəzi dialektlərdə, xüsusilə inuinnaktun dialektində sözü "yeməli dəri" mənasında ifadə olunur.. Maktak - S vitamininin (Askorbin turşusunun) əsas mənbələrindən biridir. 100 qram baliba dərisində 38 mq askorbin turşusu vardır.. Balina piyi eyni zamanda D vitamini ilə zəngindir..
Maltus
Tomas Robert Maltus (ing. Thomas Robert Malthus, 13 fevral 1766, Hilford - 23 dekabr 1834) — ingilis iqtisadçı, demoqraf alim, kilsə xadimi. Tomas Maltus London yaxınlığındakı bir kənddə, mülkədar ailəsində anadan olmuşdur. O, Kembric Universitetini bitirərək ingilis kilsəsində ruhani rütbəsi almış və kənd keşişi işləmişdir. 1807- ildən o, Ost-hind kompaniyasının kollecində siyasi iqtisad professoru dərəcəsi almışdır. Maltus elmdə demoqrafik problemləri və əhalinin sayının dəyişməsi qanunauyğunluqlarını öyrənən ilk adam olmamışdır, lakin yarandığı gündən ictimai elmlər sahəsində mübahisəyə səbəb olmuş əhali nəzəriyyəsinin yaranması onun adı ilə bağlıdır. Tomas Maltus dünya əhalisinin sayının tənzimlənməyəcəyi halda bütün dünyanın aclıq çəkəcəyi ilə bağlı pessimist iqtisadi nəzəriyyəninin müəllifi kimi şöhrət qazanmışdır. Maltus göstərir ki, insan cəmiyyəti yarandığı vaxtdan əhali yaşayış vasitələrinə nisbətən daha sürətlə artma meylinə malikdir. Bunu sübut etmək üçün o, əhalinin və yaşayış vasitələrinin artımının müxtəlif meyllərini kəşf edir: "Hər 25 ildə əhali 2 dəfə, yəni, həndəsi silsilənin ədəd sırası kimi-2, 4, 8, 16, 32, 64, ... arta bilər, yaşayış vasitələri isə ən yaxşı halda həmin vaxt ərzində ədədi silsilə üzrə-1, 2, 3, 4, 5, 6, 7...
Margun
Maregun (fars. مارگون‎) (Markan, Marcan, və ya Margun) — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Boyer-Əhməd şəhristanının Maregun bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı ildə əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,538 nəfər və 497 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Martin
Martin — ad. Bu soyadı olanlar Vilyam Martin — ingilis təbiətşünası. Bu adı olanlar Martin Haynriş Klaprot — Alman kimyaçısı. Martin Val — Danimarka botaniki.
Martuni
Martuni — sovet dövlət və partiya xadimi Aleksandr Fyodoroviç Myasnikovun təxəllüsü, həmçinin onun şərəfinə adlandırılan bir neçə toponimlərin adı: Martuni rayonu — Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil olan Azərbaycan rayonlarından biri. Martuni — Xocavənd şəhərinin əvvəlki adı. Martuni — Şəmkir rayonunda Günəşli kəndinin əvvəlki adı. Martuni rayonu — Ermənistan Respublikası ərazisində mövcud olmuş rayon. Mərkəzi Martuni şəhəri olmuşdur. Martuni — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Göyçə mahalı ərazisində rayon mərkəzi, şəhər. Martuni (Qaraqoyunlu) — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Qaraqoyunlu mahalı ərazisində kənd.
Məktub
Məktub — xəbər, vacib məlumat çatdırmaq üçün ənənəvi vasitədir. İnsanlar arasında informasiya mübadiləsi üçün nəzərdə tutulmuşdur. Məktublar müxtəlif formalarda — daş üzərində, ağac qabığı üzərində, kağız üzərində, elektron (e-mail) formada və s. olurlar. Dünyadakı ən böyük məktub XVI əsrdə 10 m uzunluğu, 7 m eni olan perqament üzərində yazılan, Səfəvi şahı tərəfindən Türk sultanı Sultan Süleymana göndərilən hesab olunur. Bu məktub Ankara Milli Muzeyində (Ankara Etnografya Müzesi) saxlanılır. Müraciət hissəsi (başlıq). Məktubun ünvanlandığı şəxsə xitabı əhatə edir; Ümumi hissə. Hal-əhval tutulur, yazan özünün vəziyyəti haqda məlumat verir; Fərqləndirici hissə. Bu hissə məktubun əsasını, məzmununu əhatə edir.
Taştun
Taştun — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. Toponim türk dilində «daş, qaya, dağ, təpə» mənasında işlənən taş sözü ilə türk dilində, sərbəst keçidi, yolu, çıxacağı olmayan bağlı, dövrəyə alınmış, hasarlanmış yer mənasında işlənən tun sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. Burada ermənilərlə yanaşı 1926-cı ildə 5 nəfər azərbaycanlı yaşamışdır.
Şantun
Şantun (q.türk Şantuŋ, çin. 山东 / 山東; pinyin: Shāndōng; Wade-Giles: Shan-tung) — Çinin şərq sahilində bir vilayyətdir. Şantun Çincə "dağın şərqi" anlamına gəlir. Bölgə bu adı Tayhan dağlarının (太行山) şərqində yer alması səbəbi ilə almıştır. Şantun 92 milyonluq əhalisi ilə Çinin Henan vilayyətindən sonra ən kütləvi ikinci vilayyətidir. Kon Fun Çyının məmləkəti Çufu bu bölgədə yerləşir.
Açıq məktub
Açıqca (açıq məktub) — konvertsiz açıq təbrik məktubu kimi istifadə olunan xüsusi poçt blankı. Kolleksiyası filokartiya adlanır. İlk açıq tərik məktubunu – sonradan “yazışma kartı” adlandırılmış açıq məktubu 1 oktyabr 1869-cu ildə Macarıstanda avstriyalı professor Emanuel Hermannın (Emanuel Herrmann) təklif etmişdir. Elə həmin il çap olunan açıqcalar müasir dövrümüzdə də çox populyardırlar. Sovet dövründə açıqca Azərbaycan dilində rus dilindəki kimi otkrıtka adlandırılırdı. 2013-cü ildə AMEA-nın Rəyasət Heyətində açıq məktubun "Təbriknamə" adlandırılmasına qərar verilmişdir. lakin buna baxmayaraq cəmiyyətdə belə məktublar hələ də "otkrıtka" adlandırılır. Açıqça və ya təbriknamə standart və qeyri-standart formatlarda, müxtəlif fakturalı kağızlarda fəqrli çap üsulları ilə hazırlana bilər. Dizayna əsasən açıqçalara laminasiya, tam və hissəli UF laklama, özəl fiqurlu kəsim, naxış basma, termoqaldırma kimi çap və cap sonrası xidmətlər göstərilə bilər. Onların hazırlanma vaxtı sayından və hazırlanma üslubundan asılı olaraq bir saatdan bir neçə günə qədər ola bilər.
Behaym Martin
Behaym Martin (alm. Martin Behaim‎, latınca: Martinus de Bohemia, portuqal dilində: Martinho da Boémia; 6 oktyabr 1459, Nürnberq, Nürnberq Azad İmperiya şəhəri, Müqəddəs Roma imperiyası – 29 iyul 1507, Lissabon, Portuqaliya krallığı) — XV əsrdə yaşamış məşhur alman kartoqrafı, alimi, uzun müddət Portuqaliya donanmasında xidmət etmiş dəniz səyyahı. Behaym Martin Almaniyanın cənub-şərqində yerləşən Frankoniya əyalətinin azad Nürnberq şəhərində varlı tacir ailəsində anadan olmuşdur. Onun əcdadları Bogemiyadan bu şəhərə XIV əsrin əvvəllərində köçmüşlər. Onun atası Venesiya ilə ticarət edirdi və şəhər senatının üzvü seçilmişdir. Martin gənc yaşlarından atasının işlərində iştirak etmiş, 1474-cü ildə onun ölümündən sonra dayıları, parça ticarəti ilə məşğul olan Leonard və Yorius van Dorplarla birlikdə Frankfurt yarmarkasına getmişdir. O, 1478-ci ildə Antverpendə məskunlaşaraq boya emalatxanasında işləmiş və burada hesab elmini öyrənmişdir. Bəzi mənbələrə görə Behaym o dövrün ən dahi astronomu və riyaziyyatçısı İohann Müllerin yanında çalışmışdır. 1484-cü ildə Behaym ilk dəfə ticarət məqsədilə Lissabona gəlmişdir. Həmin dövrdə Lissabonla Flandriya və Hanza arasında geniş ticarət əlaqələri var idi.
Bricit Makron
Brijit Makron (fr. Brigitte Macron, qızlıq soyadı. Tronyö (fr. Brigitte Trogneux), əvvəllər — Ozyer (fr. Auzière), doğ. 13 aprel 1953, Amyen, Fransa) — Fransanın 25-ci prezidenti, fransız siyasətçi Emmanüel Makronun xanımı. İxtisasca orta məktəbdə fransız və latın dilləri müəlliməsidir. Fransanın (2017-ci il mayın 15-dən) birinci xanımıdır. Brijit Tronyö şokolatye və şirniyyat mağazaları şəbəkəsinin sahibi Jan Tronyö (1909—1994) və onun xanımı Simonanın (qızlıq soyadı. Puyol, 1910—1998) ailəsində anadan olub.
Brijit Makron

Chris Martin
Christopher Anthony John", Chris" Martin (d. 2 Mart 1977, Exeter) — İngilis musiqiçi, Coldplay qrupunun solisti, eyni zamanda gitaristi və pianoçu. Chris Martin 2 mart 1977-ci ildə Exeter, Devon İngiltərə'də doğulmuşdur. Evin ən böyük övladıdır. Atası Anthony Martin təqaüdçü,anası Alisson Martin isə musiqi müəlliməsidir. Martin məktəb illərinə Hylton məktəbində başladı və sonra Exeter Katedral məktəbində davam etdi və bu məktəbdə oxuyarkən Nick Repton & Iwan Gronow ilə bir yerdə ilk qrupu olan The Rocking Honkies qrupunu yaratdı. İlk səhnəyə çıxdıqları zaman tamaşaçı tərəfindən bəyənilmədi. Exeter Katedral məktəbindən sonra Martin Sherborne məktəbinə getdi və orda gələcəkdə Coldplay'in meneceri olacaq Phil Harveynən tanış oldu. Martin təhsilinə University College London'da davam edib Ancient World Studies'i oxuduğu Ramsey Hall'da qalaraq yunan və latın dilindən ən yüksək dərəcədə məzun oldu. Burda Coldplay'də bir yerdə ifa edəcəyi dostları Jonny Buckland, Will Champion və Guy Berryman ilə tanış oldu.
Cody Martin
Kodi Martin — Koul Sprousun "Zak və Kodinin əla həyatı" və Zak və Kodinin gəmidəki macəraları seriallarındakı baş roludur. Zak Martin əkiz qardaşı Kodidən 10 dəqiqə əvvəl "Joseph's Hospital in Seattle" xəstəxanasında 20 fevral 1993-cü ildə dünyaya gəlmişdir. Buna baxmayaraq onun doğulduğu tarix dəqiq məlum deyil. "Zak və Kodinin əla həyatı" serialının epizodlarına deyilir ki, Zak və Kodi 23 sentyabr 1992-ci ildə doğulub. Epizodlardan birində Zak etiraf edir ki, onun valideynləri İsveç əsillidirlər.
Corc Martin
Corc Reymond Riçard Martin (20 sentyabr 1948[…]) — amerikalı yazıçı, ssenarist və prodüserdir. Yazdığı əsərlər, əsasən, fantaziya, elmi-fantastik və qorxu janrlarındadır. Fantastik qurğu janrında yazılan "Buz və Alovun Nəğməsi" adlı romanlar seriyası onun ən məşhur əsəridir. Bu əsərin əsasında "Taxtların Oyunu" adlı teleserial hazırlanmışdır. Corc Reymond Riçard Martin 20 sentyabr 1948-ci ildə Bayonne, Nyu-Cersi'də anadan olmuşdur. Atası italyan, anası isə yarı irland əsillidir. İlk təhsilini Mary Jane Donohoe məktəbində almış, sonra isə Marist kollecində davam etdirmişdir. Məktəb illərində o əsərlər yazıb satmağa başlamışdı. Ali təhsilini Şimal-Qərb Universitetində jurnalistika ixtisası üzrə almışdır.
Dean Martin
Din Martin (ing. Dean Martin; əsl adı Dino Pol Kroçetti, ing. Dino Paul Crocetti; 7 iyun 1917[…], Styubenvill[d], Ohayo – 25 dekabr 1995[…], Beverli-Hillz, Kaliforniya) — italyan əsilli Amerika müğənnisi, aktyor, prodüser, teleulduz və komik. "Kul-cazın kralı" ləqəbini daşıyan Din Martin bir sıra mahnıların əsas ifaçısı kimi məşhurluq qazanmışdır. Onların arasında "Memories Are Made of This," "That's Amore," "Everybody Loves Somebody," "You're Nobody till Somebody Loves You," "Sway," "Volare," və "Ain't That a Kick in the Head?" mahnıları xüsusi yer tutur. Martin 40-dan artıq filmdə rol almışdır.
Din Martin

Elektron məktub
Elektron poçt (ing. electronic mail) və ya imeyl — ünvan sahibinin asudə vaxtlarda açıb və oxuduğu rəqəmli poçt qutusuna göndərilən elektron poçt, mətn göndərişləri. E-mail hazırkı dövrdə insanlar arasında ən çox yayılmış ünsiyyət növüdür. Bu ünvan bir neçə saniyə ərzində İnternet şəbəkəsinin yerləşdiyi istənilən yerə nəinki mətn, veb-səhifə, hətta məktub halında olan istənilən faylı göndərməyə imkan verir. ABŞ və Avropadan başlayaraq bu rabitənin adı "e-mail" və ya "email" formasında yazılır. Əsasən qarşısına (@) ət işarəsi qoyulur İlk elektron poçt da bir çox texnoloji yeniliklərin başlanğıcı kimi əsgəri işlərdən ötəri çıxmışdır. 1960-cı illərin sonlarında hərbi sistem üçün sistemlər inkişaf etdirməyə çalışan Rels Tomlinson ilk olaraq 1971-ci il oktyabr ayında iki kompüter arasında fayl mübadiləsini həyata keçirmişdir. Tomlinson "The Times" qəzetinə müsahibəsində deyirdi: "İlk e-mail`imdə nə yazdığımı mən də xatırlamıram. Yalnız aralarında bir metr məsafə olan iki kompüter arasında həyata keçirilən fayl transferi idi. Mesajlaşma üçün kiçik bir addım, insanoğlu üçün isə böyük bir sıçrama idi." E-mail 1990-cı illərə qədər çox inkişaf etdi.
Emmanuel Makron
Emmanuel Makron (fr. Emmanuel Macron; 21 dekabr 1977[…], Amyen, Fransa) — Fransa siyasətçisi, keçmiş investisya bankiri, 14 may 2017-ci ildən Fransa Prezidenti. 26 avqust 2014-cü ildən 30 avqust 2016-cı ilədək Vals Manuelin ikinci hökumətində iqtisadiyyat, sənaye və rəqəmsal işlər naziri olub. Prezident seçkilərində iştirak etmək üçün istefa verib.. Emmanuel Macron — En Marche!
Kodi Martin
Kodi Martin — Koul Sprousun "Zak və Kodinin əla həyatı" və Zak və Kodinin gəmidəki macəraları seriallarındakı baş roludur. Zak Martin əkiz qardaşı Kodidən 10 dəqiqə əvvəl "Joseph's Hospital in Seattle" xəstəxanasında 20 fevral 1993-cü ildə dünyaya gəlmişdir. Buna baxmayaraq onun doğulduğu tarix dəqiq məlum deyil. "Zak və Kodinin əla həyatı" serialının epizodlarına deyilir ki, Zak və Kodi 23 sentyabr 1992-ci ildə doğulub. Epizodlardan birində Zak etiraf edir ki, onun valideynləri İsveç əsillidirlər.
Kris Martin