MAKTU

müəyyən, qəti, son; maktu fiyat – son qiymət
qəti, müəyyən, son
MAKSAT
MAKUL
OBASTAN VİKİ
Maktulzadə Əli Paşa
Maktulzadə Əli Paşa (d. 1679 - ö. noyabr 1722) — Osmanlı sultanı II Mustafa və III Əhməd dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Atasının 1683-cü ildə edamından sonra Maktulzadə ləqəbi ilə anılmışdır. Atası IV Mehmed dönəminin sədrəzəmlərindən Mərzifonlu Mustafa Paşa idi. Atası Sultan Mehmedin qızlarından Ümmügülsüm Sultanla evli olsa da, Əli Paşa onun Körpülü Mehmed Paşanın qızı Saliha xanımla olan ilk evliliyindən dünyaya gəlmişdir. 1700-cü ilin martında vəzir rütbəsiylə Kandiyə, 1701-ci ildə Özi valisi olub, Azov qalasının mühafizəsiylə vəzifələndirildi. 1705-ci ildə Konya, 1708-ci ildə Silifkə, 1709-cu ilin yanvarında Adana valisi təyin edildi və 8 may 1710-cu ildə Sultan Mustafanın qzılarından Safiyə Sultanla nigahlandı. Ancaq 1 ay sonra Əli Paşa Diyarbəkir bəylərbəyi oldu və əyalətə göndərildi. 1713-cü ildə vəzifədən alınıb Bozcaadaya sürgün edilsə də, çox keçmədən bağışlanmış, 1714-cü ildə Mərəş, 1715-ci ilin sentyabrında Ərzurum, 1716-cı ildə Hələb bəylərbəyi təyin olunmuşdur.
Maktutor riyaziyyat tarixi arxivi
Maktutor riyaziyyat tarixi arxivi (ing. MacTutor History of Mathematics archive) — bir çox riyaziyyatçının tərcümeyi-halı, eləcə də riyaziyyat tarixinə dair məlumatların yer aldığı veb-sayt. Arxiv Şotlandiyanın Sent-Endryus Universitetinin saytında yerləşir və Con O'Konnor və Edmund Robertson tərəfindən dəstəklənir.Riyaziyyatçıların tərcümeyi-halı, məlumat bazası əlifba sırası və xronoloji göstəricilər üzrə axtarış aparmağa imkan verir. 1997-ci ilin mart ayına olan məlumat bazasında 1162 tərcümeyi-hal və 626 portret var idi. Xronoloji göstərici 29 qrupa (2003-cü ilə görə) bölünüb və Misir papirusu Ahmesdən tutmuş 1940-cı ildən sonra doğulmuş və yaşayan riyaziyyatçılara, o cümlədən 76 qadın riyaziyyatçıya qədər olan zaman intervalını əhatə edir. Hər bir məqalədə (mümkün qədər) doğum və ölüm tarixləri, portret, ətraflı tərcümeyi-halı və əsas nailiyyətləri daxil olmaqla şəxs haqqında əsas məlumatlar var. Tərcümeyi-hal olan səhifələrdə demək olar ki, heç bir qrafik yoxdur.Riyaziyyatın tarixinə dair məlumatlar müxtəlif mədəniyyətlərdə riyaziyyatın tarixini və riyaziyyatın müxtəlif sahələrinin tarixini özündə cəmləşdirən ayrıca indeksdə (Tarix Mövzuları İndeksi) yerləşdirilir. 2003-cü ildə Babildə, Misirdə, Yunanıstanda, Hindistanda, Ərəb dünyasında, Amerikada, Şotlandiyada riyaziyyat tarixinə, həmçinin İnk və Mayya riyaziyyatına dair bölmələr təqdim edilmişdir. Riyaziyyatın müxtəlif sahələri arasında cəbr, analiz, həndəsə və topologiya, ədədlər və ədədlər nəzəriyyəsi, riyazi fizika, riyazi astronomiya, riyazi təhsil və onların alt bölmələrini təqdim edilmişdir. Bundan əlavə, riyaziyyat tarixinə dair esse elmi tədqiqatlarla bağlı siyasi məsələlər və konfliktləri araşdırır.