Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kalinovka
Kalinovka (Masallı) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd Kalinovka (Soçi) — Krasnodar diyarının Soçi şəhərində yerləşən mikrorayon.
Malinovka metrostansiyası
Malinovka metrostansiyası (belar. Малі́наўка) — Minsk metropolitenində stansiya. Moskva xəttinin sonuncu stansiyası. Müəllifi Vladimir Telepnevdir. == Tikilməsi == Stansiyanın tikilməsinə 2010-cu ildən başlanılmışdır. İlk gediş 23 may 2014-cü ildə olmuşdur. Stansiyanın açılışı isə 3 iyun 2014-cü ildə olmuşdur. == Dizayn == İnteryerdə əsasən yaşıl rəngdən istifadə olunmuşdur. Mavi rəngli tavan işıqlandırılır. Sütunların və divarların bəzəklərinin müəllifi Maksim Patruldur.
Kalinovka (Masallı)
Viləş (əvvəlki adları: Nikolayevka; Kalinovka) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Masallı rayonunun Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindəki Kalinovka kəndi Viləş kəndi adlandırılmış, Kalinovka kənd inzibati ərazi dairəsi Viləş kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Əhalisi == Əhalisi 2397 nəfərdir. == Toponimiyası == Keçmiş adı Nikolayevka olmuşdur. 1843-cü ildə Volqaboyundan köçüb gələn rus kəndlilərinin məskunlaşması nəticəsində yaranmış yaşayış məntəqəsi Sovet hakimiyyəti illərində sovet dövlət xadimi M.Kalininin şərəfinə Kalinovka adlandırılmışdır. == Tarixi == 5 mart 2013-cü ildə Öncəqala və Hüseynhacılı kəndləri Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Öncəqala kənd inzibati ərazi dairəsinə daxil edilmişdir.Kalinovka kəndi azərbaycan ərazisində ən qədim molokan kəndlərindəndir. Rusların ilk məskunları 1828-ci ildə İranla Rusiya arasında bağlanmış Türkmənçay sülh müqaviləsindən sonra Zaqafqaziyada qalan əsgərlərdən ibarət olub. Həmin yerlərdən biri də sonralar Kalinovka kimi tanınacaq ərazi olub. Həmin ərazi Xəzər dənizi sahilində, kəndi yaxınlığında poçt yolu kənarında olması güman edilir və Şamaxıdan 1833-cü ildə köçüb gəlmiş otuz malokan sakinlər burada məskunlaşıblar. 1837-ci ili çarın fərmanı bizim ərazimizdə rus kəndlərinin yaranmasına təkan verir.
Kalinovka (Soçi)
Kalinovka — Krasnodar diyarının Soçi şəhərində yerləşən mikrorayon. Kalinovka mikrorayonu Lazarevski rayonuna aiddir. == Coğrafiyası == Lazarevski rayonunun şimal hissəsində, Vodopadnaya və Makopsinka çaylarının qovşağında yerləşir. Lazarevskoye regional mərkəzdən 10 km şimal-qərbdə , Mərkəzi Soçidən 65 km və Krasnodar şəhərindən 133 km cənubda (düz xəttdə) yerləşir. A-147 "Cubga-Adler" federal magistral yolu Kalinovkadan keçir. Şimali Qafqaz dəmiryolunun Krasnodar qolunun ən yaxın stansiyası Sputnikdir. Şimal-qərbdən Vişnyovka və cənub-şərqdə Makopse yaşayış məntəqələrinin əraziləri ilə həmsərhəddir. Kalinovka Qara dəniz sahilinə yaxın meşəli dağətəyi ərazidə yerləşir. Kəndin orta hündürlüyü dəniz səviyyəsindən təxminən 30 metr yüksəklikdədir. Yaxınlıqdakı mütləq yüksəkliklər dəniz səviyyəsindən 250 metr hündürlüyə çatır.
Yuliya Malinova
Yuliya Malinova — Bolqarıstanlı qadın hüquqları müdafiəçisi. O, Bolqarıstan Qadınlar Birliyinin həmtəsisçisi olub və iki dəfə onun sədri olub: 1908-ci ildən 1910-cu ilə və 1912-ci ildən 1926-cı ilə kimi. == Bioqrafiya == Yuliya Yakovlevna Şnayder 1869-cu ildə rus yəhudi ailəsində anadan olub. O, Fransada (Paris) və İsveçrədə təhsil alıb, pravoslavlığı qəbul etdikdən və sonradan Bolqarıstanın baş naziri olmuş Demokratlar Partiyasının lideri vəkil Aleksandr Malinovla evləndikdən sonra Bolqarıstana köçüb. 1899-cu ildən o, müəllim, sosialist və yazıçı, sosialist Yanko Sakazovun həyat yoldaşı Anna Karima ilə birlikdə Jenski Qlas (Qadınların səsi) qəzetinin redaktoru olub. 1901-ci ildə Malinova və Kərimə Bolqarıstan Qadınlar Birliyinin həmtəsisçiləri oldular, Karima onun ilk sədri seçilir. Bu birlik 1878-ci ildən başlayaraq Bolqarıstanda yaradılmış 27 yerli qadın təşkilatının çətiri idi. O, 1890-cı illərdə qadınların intellektual inkişafını və ictimai həyatda daha çox iştirakını təmin etmək üçün qadınların təhsilini və qızların universitet təhsilinə çıxışını məhdudlaşdıran tədbirlərə cavab olaraq qurulmuşdur. Şura məclislər təşkil edir və mətbuat orqanı kimi “Jenski Qlas” qəzetindən istifadə edirdi. 1908-ci ildə Malinova Bolqarıstan Qadınlar Birliyinin sədri olur və onu Beynəlxalq Qadınlar Şurasının bir hissəsi edir.
Bronislav Malinovski
Bronislav Kaspar (Kasper) Malinovski (pol. Bronisław Kasper Malinowski; 7 aprel 1884, Krakov — 16 may 1942, Nyu-Heyven, Konnektikut ştatı) — əslən polyak olan Böyük Britaniya antropoloqu, antropologiyada və sosiologiyada funksionalizmin banisi. == Həyatı == Bronislav Malinovski 7 aprel 1884-cü ildə Krakovda anadan olmuşdur. Universitetdə fizika və riyaziyyat təhsili almış, Freyzerin "Qızıl Budaq" əsərinin təsiri ilə etnologiya və mədəniyyət tarixi ilə maraqlanmışdır. O, Leypsikdə Karf Büxerin iqtisadi tarixə dair mühazirələrini dinləmiş, Londonda Zelinqmanın ideyaları ilə tanış olmuşdur. Hələ tələbə ikən onun ilk ciddi işi "Avstraliya yerlilərinin ailəsi" adlı tədqiqatı nəşr olunur. O. 1914-cü ildə Avstraliyaya yola düşür və Avstraliya ekspedisiyasında (1914-1921) iştirak edir. Yeni Qvineya və onun ətrafındakı adalarda apardığı tədqiqatlar Malinovskiyə bütün ömrü boyu kifayət edir. Müharibə qurtardıqdan sonra İngiltərəyə qayıdan Malinovski 1921-ci ildən etibarən ardıcıl kitablar nəşr etməyə başlayır. == Elmi fəaliyyəti == Funksional metodun əhəmiyyətli cizgiləri onun ilkin əsərlərində özünü göstərirdi: "Manlu adasının yerli əhalisi", "Trabrian adası sakinlərinin ibtidai iqtisadiyyatı", "Sakit okeanın qərb hissəsinin arqonavtları", "Vəhşi cəmiyyətdə cinayətlər və adətlər" və s.
Rodion Malinovski
Rodion Yakovleviç Malinovski (rus. Родион Яковлевич Малиновский, 10 (22) noyabr 1898, Odessa, Xerson quberniyası[d] – 31 mart 1967[…], Moskva) — Sovet İttifaqı Marşalı.
Qalina Marinova
Qalina Marinova (20 aprel 1985) — Bolqarıstanı təmsil edən bədii gimnast. == Karyerası == Qalina Marinova Bolqarıstanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.
Yana Marinova
Yana Marinova (tam adı: Yana Marinova, bolq. Яна Маринова; 17 avqust 1978, Sofiya) — Bolqarıstan aktrisası. == Həyatı və fəaliyyəti == Yana Marinova 17 avqust 1978-ci ildə Sofiyada anadan olmuşdur. Ali təhsilini iqtisadiyyat ixtisası üzrə almışdır. 22 yaşında evlənmişdir, bir oğlu var. Bolqarıstanın bədii filmləri və serialları ilə yanaşı, xarici istehsalı olan filmlərdə də rol almışdır. Müxtəlif televiziya şoularına rəhbərlik edir. Bəzi kinolarda kaskadyor kimi çıxış edir. Məzun olduqdan sonra keçmiş "Dauntaun", indiki "Qafqaz" restoranının meneceri işləmişdir. Bir müddət model işləmiş və 2004-cü ildə Miss Bolqarıstan yarışmasında iştirak etmişdir.Aroma kosmetikanın reklam üzlərindən biridir.
Zornitsa Marinova
Zornitsa Marinova (d. 6 yanvar 1987) — Bolqarıstanı təmsil edən bədii gimnast. Zornitsa Marinova, Bolqarıstanı 2004 Afina və 2008 Pekin Olimpiadalarında təmsil etdi. == Karyerası == Zornitsa Marinova, 2004-cü ildə Bolqarıstanın bayrağı altında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Eleonora Kejova, Janeta İliyeva, Kristina Ranqelova, Qalina Tançeva və Vladislava Tançeva ilə birgə finalda 48.600 xal toplayaq 3-cü yeri tutdu və Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Kadi Borqes Malinovski
Kadi Luri Borqes Malinovski (2 may 1996, Kuritiba) — Braziliyalı futbolçu. Mövqeyi hücuma meyilli yarımüdafiəçidir. Rusiya Premyer Liqasında çıxış edən Krasnodar futbol klubunun oyunçusu. Daha çox Kadi adı ilə tanınır. == Karyerası == Futbolçu karyerasına 2016-cı ildə Braziliyanın "Koritiba" klubunda başlayır. Kadi "Koritiba"nın heyətində ilk ilində 3 dəfə meydana çıxır.2017-ci ildə futbolçu qısa müddətlik Braziliyanın başqa bir klubu olan "Londirina" klubuna icarəyə verilir. Kadi "Koritiba"nın heyətində ümumilikdə 31 oyunda meydana çıxıb 4 dəfə fərqlənir.2019-cu ildə Kadinin Avropa macərası başlayır və futbolçu 2019/20 mövsumun əvvəlində Portuqaliyanın "Eştoril" klubuna keçir. "Eştoril"də qısa müddətdə 6 oyuna çıxıb bir qol vuran futbolçu, digər bir Portuqaliya klubu olan "Vilafranquense" klubuna keçir. Burada ilk mövsumdə cəmi 4 oyuna çıxaraq 2019/20 mövumunu orada bitirir. Kadinin "Vilafranquense"nin heyətində keçirdiyi ikinci mövsumundə, 29 oyunda meydana çıxır və 5 qol vurur.