Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anastasiya Boroda
Anastasiya Boroda (2 yanvar 1976, Cambul vilayəti) — Qazaxıstanı təmsil edən su poloçusu. Anastasiya Boroda, Qazaxıstan yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün beşində də məğlub olan Qazaxıstan yığması, Sidney Olimpiadasını altıncı pillədə başa vurdu.
Eucalyptus porosa
Paroza evkalipti (lat. Eucalyptus porosa) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. Vətəni Avstraliyadır. Aralıq dənizi sahillərində geniş ərazilərdə becərilir. Hündürlüyü 15–18 m-ə çatan, sıx çətirli ağacdır. Gövdəsinin qabığı boz-qonur rənglidir. Təzə yarpaqları açıq yaşıl rəngli, parlaq, yaşlandıqca əyilmiş formalı, tünd və ya açıq yaşıl rəngdə olur. Birevli bitkidir. Avqust-sentyabr aylarında çiçəkləyir. Meyvəsi qutucuqdur.
Mikania porosa
Mikania porosa (lat. Mikania porosa) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Ocotea porosa
Ocotea porosa (lat. Ocotea porosa) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin ocotea cinsinə aid bitki növü. Cinnamomum porosum (Nees & Mart.) Kosterm. Oreodaphne porosa Nees & Mart. Phoebe porosa (Nees & Mart.) Mez Nectandra speciosa Chanc.
Phoebe porosa
Ocotea porosa (lat. Ocotea porosa) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin ocotea cinsinə aid bitki növü. Cinnamomum porosum (Nees & Mart.) Kosterm. Oreodaphne porosa Nees & Mart. Phoebe porosa (Nees & Mart.) Mez Nectandra speciosa Chanc.
Oreodaphne porosa
Ocotea porosa (lat. Ocotea porosa) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin ocotea cinsinə aid bitki növü. Cinnamomum porosum (Nees & Mart.) Kosterm. Oreodaphne porosa Nees & Mart. Phoebe porosa (Nees & Mart.) Mez Nectandra speciosa Chanc.
Koroça
Koroça — Rusiya Federasiyasında yerləşən şəhər, Belqorod vilayətinə daxildir.
Paqoda
Paqoda — Uzaq Şərq ölkələrində dini xarakterli tikili, buddizm və hinduizm məbədi. Yaponlar ona - 塔 too; hindlilər - भगवत् bxaqavat, "müqəddəs, şərəfli" deyirlər. Тailand, Myanma, Şri-Lanka, Laos və Kambocada paqoda buddist məbədləri adlanır. Paqodalar bəzi ölkələrdə həm dini ibadətgah, həm də məbəd funksiyasını yerinə yetirirlər. Burada dini əşyaları saxlayır və memorial kompleks kimi fəaliyyət göstərirlər. Müxtəlif ölkələrdə paqoda kateqoriyasına müxtəlif tip binaları aid edirlər. Hər yerin milli motivinə uyğun olaraq paqodalar fərqli tərzlərdə olur. Nepal, Çin, Çinin Tibet bölgəsində, Koreya, Yaponiya, Vyetnam, İndoneziya, Hindistanın şimal bölgəsində və Qərb ölkələrində məbəd kimi istifadə edilən çoxmərtəbəli qüllələrə paqoda deyilir. Belə hesab edilir ki, ilk paqodalar Nepalda meydana gəlmiş, sonralar nepal memarları bütün Uzaq Şərq boyu yayılmışlar. Nepalda paqoda formasında hinduizm məbədləri tikirlər.
Parodi
Lorenso Raymundo Parodi (isp. Lorenzo Raimundo Parodi; 23 yanvar 1895 – 21 aprel 1966, Buenos-Ayres) — Argentina botaniki. Lorenso Raymundo Parodi toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. Lorenzo R. Parodi. La Agricultura Aborigen Argentina. Hardcover, Universidad de Buenos Aires, ISBN 950-23-0733-X (950-23-0733-X) Lorenzo R. Parodi (director). Enciclopedia Argentina de Agricultura y Jardinería, en dos tomos totalizando 3 volúmenes. 1959-1964. La obra sería ampliada y corregida en sucesivas ediciones luego de la muerte del director. Lorenzochloa Reeder & C.Reeder, 1969, nom.
Pobeda
Pobeda (Arxangel) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Pobeda (maşın) — SSRİ istehsalı olan minik avtomobili. Pobeda kinoteatrı — Novoçerkassk şəhəri ərazisində açılmış ən qədim kinoteatr.
Porsova
Porsova (Yardımlı)
Pyrola
Pirola (lat. Pyrola) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinə aid bitki cinsi. Actinocyclus Klotzsch Amelia Alef. Braxilia Raf. Erxlebenia Opiz Thelaia Alef.
Coroya
Dalbergiya (lat. Dalbergia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Acouroa Aubl. Amerimnon P.Browne Coroya Pierre Drakensteinia DC. Drakenstenia Neck. Ecastaphyllum P.Browne Endespermum Blume Fornasinia Bertol. Hecastophyllum Kunth Miscolobium Vogel Podiopetalum Hochst. Pterocarpus P.J.Bergius Securidaca L. Semeionotis Schott Trioptolemea Mart. ex Benth. Triptolemea Mart. Dalbergia abrahamii Bosser & R.Rabev.
Polona
Polona, ​​Polşa Milli Kitabxanasının və əməkdaşlıq edən qurumların kolleksiyalarından rəqəmsal kitablar, jurnallar, qrafika, xəritələr, musiqi, flayerlər və əlyazmaları təqdim edən Polşa rəqəmsal kitabxanasıdır. 2006-cı ildə fəaliyyətə başlamışdır. 12 oktyabr 2017-ci il tarixinə 2016037 obyekt[] olmuşdur ki, onlardan 863400-ü ictimai mülkiyyətdədir. Hər gün Polona 2000-ə qədər rəqəmsal obyekt əlavə edir. Müəllif hüququ ilə qorunan materiala giriş Polşa Milli Kitabxanasının Varşavadakı oxu salonlarında və ya Polşa daxilində Academica kitabxana sistemi vasitəsilə mümkündür. 2 oktyabr 2017-ci ildə Polona/2milions adlı tədbirdə Polona-nın yeni versiyası təqdim edildi. Bu ad, o dövrdə Polonada mövcud olan 2 milyondan çox obyekti xatırladı. 1944-cü ildə Varşava üsyanının süqutundan sonra almanlar tərəfindən yandırılmış qədim çapların və əlyazmaların külü olan tabut 2 milyonuncu obyekt kimi kataloqa salınıb. Onlar əslən Varşavanın Okolnik 9 küçəsindəki Krasinski Kitabxanasından idilər. Polona/2milions təkmil axtarış, mətbuat paneli və ya şəxsi kolleksiyalar kimi bir neçə funksiya təqdim edir.
Pirola
Pirola (lat. Pyrola) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinə aid bitki cinsi. Actinocyclus Klotzsch Amelia Alef. Braxilia Raf. Erxlebenia Opiz Thelaia Alef.
Kroda
Kroda — pagan və folk metal üslubunda musiqi ifa edən Ukraynalı musiqi qrupu. Qrupun musiqi mətnlərinin mövzusu Təbiət, Paqanizm və Tarixdir. Qrup iki musiqiçi Eisenslav və Viterzgir tərəfindən 2003-cü ilin mart ayında yaradılmışdır. Eisenslav və Viterzgir qrupu yaradarkən hər ikisi artıq başqa proyektlərdə təcrübəyə malik idilər. Eisenslav və Viterzgir avropa folklor musiqisi və pagan konsepsiyalı Black Metal ifa etmək üçün səylərini birləşdirmək qərarına gəlirlər."Kroda" sözü qədim qərbi slavyan dilindən götürülmüşdür və tərcümədə "dəfn tonqalının tüstüsü" mənasını verir. Əfsanəyə görə qəhrəmanların cəsədini tonqalda yandırdıqdan sonra onların ruhu tüstü vasitəsilə tanrıların dərgahına qalxırdılar. Tüstü bir növ Roda vasitəçi rolunu oynayırdı.Sanskrit dilində Kroda sözü qəzəb, şiddət mənasın verir. Beləliklə, adın mənası qrupun konsepsiyasını göstərir. Bu ilin may ayından oktyabr ayınadək qrupun debüt albomu "Поплач мені, річко…" yazılmışdır. 2004-cü ilin yazında qrup "Поплач мені, Річко… " Rarog Prodsda kaset variantın yazdırır.
Prada
Prada — İtalyan geyim brendi. 1913-cü ildə Mario Prada tərəfindən yaradılmış geyim brendidir. Mərkəzi qərargahı Milan şəhərindədir. Şirkət 1913-cü ildə Mario Prada və onun qardaşı Martino tərəfindən İtaliyanın Milan şəhərində yaradılıb. Mario Prada qadınların biznesdə rolunun olması lazım olduğuna inanmırdı və buna görə də qadın ailə üzvlərinin onun şirkətinə daxil olmasına mane olurdu. Qəribədir ki, Marionun oğlunun bu işə marağı yox idi, ona görə də Marionun yerinə gələn və təxminən iyirmi il Pradaya rəhbərlik edən Marionun qızı Luisa idi. Həmçinin Luizanın qızı Miuccia Prada 1970-ci ildə şirkətə qoşuldu Miuccia şirkəti 1978-ci ildə miras aldı və Bertelli ilə yanaşı biznes meneceri kimi Miuccia şirkətin dizaynlarında öz yaradıcılığı ilə fərqlənirdi. O, 1979-cu ildə ilk kürək çantalarını dizayn etdi və satışı baş tutdu. Onlar babasının buxar gəmisi üçün örtük kimi istifadə etdiyi sərt hərbi təyinatlı qara neylondan hazırlanmışdı. İlkin uğur dərhal olmadı, çünki reklamın olmaması və yüksək qiymətlərə görə onları satmaq çətin idi .
Böyük paqoda
Böyük paqoda (ing. The Great Pagoda) — Avropada Çin memarlıq ruhunda ilk bina. III Kral Corcun anası olan Avqustanın istəklərinə uyğun olaraq saray memarı olan Vilyam Çembers tərəfindən hazırlanmış layihə üzrə 1761-dən 1762-ci ilədək Riçmondda Kyu Kral Botanika Bağında inşa edilib. Paqodanın hündürlüyü - 50 m, aşağı dərəcəli diametri - 15 metrdir Paqodanın içində 243 addımlı pilləkən, damı isə kirəmitli kafelden düzəldirilmişdir. 2006-cı ildən, paqoda yay aylarında turistlər üçün açıqdır. Kyu Kral Botanika Bağında digər obyektləri kimi paqoda Ümumdünya irsi sayılır və YUNESKO tərəfindən qorunur.
Cassia torosa
Senna occidentalis (lat. Senna occidentalis) — paxlakimilər fəsiləsinin səna cinsinə aid bitki növü. Cassia caroliniana, Cassia ciliata Raf. Cassia falcata L. Cassia foetida Pers. Cassia laevigata sensu auct. non Prain non Willd. Cassia macradenia, Cassia obliquifolia, Cassia occidentalis, Cassia occidentalis var. arista Cassia occidentalis var. aristata Cassia planisiliqua Cassia torosa Cav.
Dorida (okeanida)
Dorida (yun. Δωρίς) — yunan mifologiyasında mifik personaj, okeanida, titanlar Okean və Tefidanın qızı, Nereyin arvadı və hereidlərin anası.
Dorota Rabçevska
Dorota Aqualiteja Rabczewska (d. 15 fevral 1984, Polşa) — Polşa caz müğənnisi.
Dəmir paqoda
Dəmir paqoda - 1049-ci ildə Çinin Kayfın Şəhərinin, Henan əyalətində Çinin Song sülaləsi (960-1279) zamanında tikilmişdir.Bu tikili dəmir filizindən hazırlandığına görə,həmdə dəmiri xatırlatdığına Dəmir paqoda adlandırılır.Bu abidə 1044-ci ildə ildrım çaxması nəticəsində yanmışdır buna görədə taxtadan tikilmiş paqoda kərpicdən tikilən paqoda ilə əvəz olunmuşdur.Liuhe, Lingxiao, Liaodi, Pizhi və Beisi paqodaları ilə yanaşı, bu Song sülaləsi memarlığının şah əsəri kimi qiymətləndirilir. Bu səkkizguşəli-baza qurumun hazırkı hündürlüyü 56.88 metr (186.56 fut) təşkil edir.Bu tikili bərk özəyi olan kərpiclə, daxildən dolama daş pilləkənlərlə və işıq və hava axını üçün kənar gözlərlə əhatə olununmuşdur.Xarici daha əlli müxtəlif növ və 1600 mürəkkəb, zəngin oymalardan o cümlədən Budda oturan yer,daimi rahiblər, müğənnilər və rəqqaslar, uçan çiçəklər, şir, əjdahalar və digər əfsanəvi heyvanlar eləcə də bir çox gözəl rəsmlərə malikdir.Abisənin təməli Xuanxe çayının sahilində yerləşir.Dəmir Paqodanın daxilində Çin nağılları, Qərbə belə Yol klassik freskaları var. Şimali Song sülaləsi (960-1127) mərkəz Kayfın şəhərində, məşhur memar Yu Xao tərəfindən Youguo Məbədinin (965-995) bir hissəsi kimi möhtəşəm taxta paqoda inşa edilmişdir. Təəssüf ki,ümumi heyranlıq strukturu 1044-cü ildə ildrım çaxması nəticəsində yanmışdır. İmperator Renzong-un (1022-1063) sərəncamı ilə 1049-cu ildə onun yerində yeni paqoda inşa edilmişdir.Yeni qüllə alışmayan kərpic və daşdan tikilmişdi və onun metal rəngi rənginə görə "Dəmir Paqoda" adlandırırlar.1847-ci ildə Xuanxe çayı öz məcarasından çıxaraq Youguo Məbədini dağıtmışdı,amma Dəmir Paqoda dağılmamışdır.Tarixən, paqoda 38 zəlzələ, altı daşqın və digər fəlakətlər yaşayıb, ancaq 1000 ildən çoxdur ki,heç bir zərər görmədən bu günümüzə qədər qalmışdır.
Dəyirmiyarpaq pirola
Dəyirmiyarpaq pirola (lat. Pyrola rotundifolia) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin pirola cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir –CR B1ab (i,ii,iii,iv,v). Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Gövdəsi 20-35 sm hündürlükdə olur. Kökətrafı rozetdə yerləşən yarpaqlar dairəvi və ya oval, əsasında nisbətən ürəkşəkilli, demək olar ki, tam kənarlı, çılpaq, 3-5 sm uzunluqda, 2-5 sm enindədir. Salxım düz, uzun, 8-15 çiçəklidir. Çiçəklər dairəvi yerləşir. Kasacığın dilimləri yumurtavari-lansetşəkilli, iti, təpə hissəsi aşağı ayilmişdir.
Korona virus
Koronavirus — məməlilərdə və quşlarda xəstəliklərə səbəb olan RNT virus qrupudur. İnsanlarda və quşlarda yüngüldən ölümcülə qədər nəticəsi ola bilən tənəffüs yolu infeksiyasına səbəb olur. İnsanlarda yüngül formasına zökəmin bəzi halları daxildir (buna digər viruslar, əsasən rhinoviruslar səbəb olur). Daha ölümcül növləri SARS, MERS və COVID-19 xəstəliyinə səbəb ola bilir. Bu virus inək və donuzlarda diareyaya, siçanlarda isə hepatit və ensefalomiyelitə səbəb olur. Hazırda insanları koronavirus infeksiyasına qarşı qoruyan və ya müalicə edən dərman və ya vaksin yoxdur. Koronavirus koronaviruslar ailəsinə aiddir. Tam olaraq orthocoronavirinae fəsiləsinin nidovirales dəstəsinin koronaviruslar sinifinə aiddirlər. Koronaviruslar superkapsid viruslardır. (+)ssRNA virus və RNT genomuyla kapsid spiral simmetriyaya malikdirlər.
Kyoko Kuroda
Kyoko Kuroda (d. 8 may 1969) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 21 oyun keçirib, 7 qol vurub.