Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Makina
== Çap maşını == Makina (Çap maşını) — mexaniki, elektromexaniki və elektron-mexaniki cihaz. Klaviaturaya barmaq basmaqla mürəkkəbli lent vasitəsi ilə kağıza mətnlər yazılır.Bu maşın 1871-ci ildə Xristofer Latham tərəfindən icad edilib. == Daktilo yazısı == Müasir dövrdə bir sıra qrafika növləri olduğu kimi, yazı növləri də vardır. Qrafika bütöv yazı sistemini əhatə edir. Yazının növləri isə tamamilə başqadır. Buraya, görməyən adamların qalın kağız üzərində açdıqları deşiklərdən ibarət yazı, Morze əlifbası deyilən yazı sistemi (bundan rabitə sistemində geniş istifadə edilir) də aiddir. Yazı növlərindən biri də daktilo yazısıdır. Daktilos- yunanca barmaq deməkdir. Barmaqlar vasitəsilə fikrin ifadə edilməsi kar-lalların əsas ünsiyyət vasitəsidir. Daktilo necə yaranmışdır?
Malina
Malina Moruq növünə aid yeyilən meyvə Malina yarpaqları təzə və ya quru bitki mənşəli və dərman çaylarda istifadə edilə bilər.
Marina
Marina — qadın adı.
Masmına
Ağbulaq (əvvəlki adı: Masmına) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Gavahın kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Masmına kəndi Ağbulaq kəndi adlandırılmışdır. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ağbulaq kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Aşina
Aşina — Göytürklərin ali hakimiyyətinin soyu. Əfsanəyə görə Aşina soyu bir dişi qurddan törəmişdir. == Soyun tarixi == Hunlar çinlilərə məğlub olduqdan sonra xan Aşina 500 ailə ilə jujanların (avarların) yanına gəlib Altayın cənubunda məskən saldı, onların vassalı oldu. Bu türklər Mərkəzi Asiya, Altay, Böyük Çöl ərazisində yaşayır, dəmirçiliklə məşğul olur, filiz əridirdilər. Aşina soyu Dulu və Nuşibi qollarına ayrılırdı. Tibetdə, Çində, Altaylarda və böyük Sibir çöllərində yaşayan türklər haqqında kitab yazan rus türkoloqu Lev Qumilyovun "Qədim türklər" kitabında yazılır: "635-ci ildə Dulu və Nuşibi tayfaları özünüidarə hüququ qazandılar. 5 Dulu və 5 Nuşibi tayfa rəisləri yerli zadəganlardan təyin olundu. Bunlar şada, yəni xana qan qohumu olan adamlara bərabər tutulurdu. Onların hər birinə hakimiyyət rəmzi kimi ox təqdim olundu. "On ox" türkləri adı belə yarandı (bunlan Çulo xanın oğlu igid və nəcib Aşina şeni etdi).
Maşın
Maşın (yun. μηχανη; lat. mechané: "qurğu", "avadanlıq" deməkdir) — qurğu və tərtibat toplusu olub konkret tapşırıqların həlli zamanı insan əməyini tam və ya nisbətən əvəz etmək üçün tətbiq olunur. Onların böyük əksəriyyəti təkrar olunan işlərdə güclərin çevik və rahat tətbiqi üçün nəzərdə tutulur. Maşınların başqa tətbiq sahəsi yüklərin nəqlidir. Qədim antik dövründə mövcud olan mənasına ("Deus ex machina") görə maşınlar yeni dövrə qədər ilk növbədə aldadıcı qurğu kimi, daha sonra isə işçi qurğu kimi başa düşülmüşdür. XX əsrdə elektronikanın inkişafı ilə əlaqədar olaraq maşın sözü kompüter proqramlarına da aid edilir. Mühəndislikdə mexaniki maşınlar elektronik avtomatlardan fərqləndirilirlər. Avtomatlar müəyyən işi insan müdaxiləsi olmadan yerinə yetirdiyi halda, maşınların idarə edilməsi lazımdır. Praktiki olaraq maşınları 4 qrupa bölmək olar: Energetika maşınları (mühərriklər, nüvə reaktorları, istilik və başqa çeviricilər) İnformasiya maşınları (EHM, musiqi alətləri, rabitə qurğuları, informasiya emalında istifadə edilən maşınlar) Material emal edən maşınlar (dəyirmanlar, sobalar, dəzgahlar və s.) Nəqliyyat və qaldırıcı maşınlar (avtomobil, kranlar, qatar və s.)Çox vaxt avtomobilləri də maşın adlandırırlar.
Baykar Makina
Baykar Makina — 1984-cü ildə əsası Özdemir Bayraktar tərəfindən qoyulmuş Türkiyə təyyarə düzəltmə şirkəti. == Ümumi məlumat == Əsası qoyulduqdan sonra ilk illərdə şirkət mühərriklər, nasoslar və avtomobil ötürücüləri üçün hissələrin istehsalı ilə məşğul idi. 1986-cı ildə Özdemir Bayraktar tərəfindən Baykar Makina olaraq yerliləşdirməyə tabe olan həssas mühərrik, nasos və sürət qutusu hissələrinin istehsalında avtomobil sənayesinə xidmət etmək üçün yaradılmışdır.2000-ci ildən başlayaraq Baykar Makina təyyarə istehsalı sahəsində, xüsusən də pilotsuz uçuş aparatlarının (PUA) tədqiqi və istehsalı sahəsində fəaliyyət göstərməyə başladı. Özdemir Bayraktarın oğulları - Haluk, Səlçuk və Axmet ​​Bayraktar - bu işlərdə fəal iştirak edirlər.Şirkətin tədqiqat və elmi inkişaf qrupu 800 nəfərdən ibarətdir. Bunların arasına mühəndislər və texniki işçilər daxildir. == Fəaliyyəti == 2007-ci ildə şirkət ilk Türk pilotsuz kəşfiyyat dronu "Kale-Baykar Mini"ni hazırladı. Türk Quru Qoşunları Komandanlığı, şirkətlə 19 ədəd PUA sistemi almaq üçün müqavilə imzaladı. Baykar Makina, xarici müştərilərə pilotsuz uçan aparatları ixrac etməyə başlayan ilk Türkiyə şirkəti oldu. "Kale-Baykar Mini"nin ilk alıcısı Qatar oldu.Bayraktar Taktiki Sinifi PUA-ların düzəldilməsi və istehsalına görə Baykar Makina 2010-cu ildə 9-cu texnologiya mükafatını aldı. Baykar Makinanın "Taktiki uçuş idarəetmə sisteminin üç ehtiyat proqramının komponentinin inkişafı" layihəsi 2015-ci ildə Yıldız Texniki Universitetinin Texnoparkı tərəfindən təşkil edilən Texnologiya Ulduzları Mükafatları proqramında "Project Star" mükafatına layiq görülmüşdür.
Buxar maşını
Buxar maşını — istilik maşını olub, istilik enerjisini qismən mexaniki enerjiyə çevirir. Tarixdə ilk buxar maşının ixtirası I əsrdə yaşamış, antik dövr mühəndisi İsgəndəriyyəli Herona məxsusudur. Onun düzəltdiyi Aeolipile adlı qurğu oyuncaq kimi tətbiq olunmuşdur. Ondan sonra Denis Papin və Tomas Savery XVII əsrin sonunda bir sıra sınaqlar aparmışlar. == Tarixi == Ancaq ilk dəfə praktikada tətbiq oluna biləsək buxar maşını XVIII əsrin əvvəlində ingilis mühəndisi Tomas Nyukomen (ingl. Thomas Newcomen) tərəfindən hazırlanmışdır. Nyukomenin buxar maşınının işləmə prinsipi istilik enerjisinin mexaniki enerjiyə çevrilməsinə əsaslanır. Maşının işçi kamerası içərisində kolba yerləşdirilmiş silindrdən ibarətdir (şəkil 1). Silindrin alt tərəfində, içərisində su qaynayan çən yerləşdirilir. Çənlə silindr ventil vasitəsilə əlaqələndirilir.
Culyetta Mazina
Culyetta Mazina (it. Giulietta Masina; 22 fevral 1921 — 23 mart 1994) — italyan aktrisası. Federiko Fellininin həyat yoldaşı.
Dactylis marina
Dactylis glomerata (lat. Dactylis glomerata) — qırtıckimilər fəsiləsinin dactylis cinsinə aid biki növü. == Sinonim == Bromus cylindraceus (Brot.) Brot. Bromus glomeratus (L.) Scop. Dactylis abbreviata Bernh. ex Link Dactylis altaica Besser Dactylis aschersoniana Graebn. Dactylis canariensis Nees ex Steud. [Invalid] Dactylis capitellata Link Dactylis ciliata (Peterm.) Opiz Dactylis cylindracea Brot. Dactylis decalcata Brand Dactylis fasciculata C.Sm. ex Link [Invalid] Dactylis glaucescens Willd.
Eniqma maşını
Eniqma maşınları — kommersiya, diplomatik və hərbi rabitəni qorumaq üçün XX əsrin əvvəllərindən ortalarına qədər istifadə olunmuş və inkişaf etdirilmiş elektromexaniki rotor şifrələyici maşınlar seriyası. Eniqma birinci dünya müharibəsinin sonunda Alman mühəndisi Artur Şerbius tərəfindən kəşf edilib. İlk yaradılmış modellər 1920-ci illərin əvvəllərindən kommersiya baxımından istifadə olunurdu. Bu maşın ikinci dünya müharibəsindən əvvəl və müharibə zamanı bir çox ölkələrin xüsusilə də Faşist Almaniyasının hərbi və dövlət xidmətləri tərəfindən istifadə olunmağa başlayıb. Bir neçə müxtəlif Eniqma modelləri istehsal olunub, ancaq Alman hərbi modelləri daha çox tanınırdı. Lakin, Yaponiya və İtaliya modelləri də istifadə olunmuşdur. Eniqma maşınında şifrələnmiş Alman hərbisinin məlumatları ilk dəfə 1932-ci ilin dekabrında Polşa Şifrə Bürosu tərəfindən sındırılıb. Bu Polşa hərbi kəşfiyyatı üçün çalışan Marian Reevskiy, Eji Rojiskiy və Henrix Zıqalskiy adlı üç Polşalı kriptoqrafın işlərinin nəticəsi idi. Reevskiy Fransız hərbi kəşfiyyatının maddi təchizatı və nəzəri riyaziyyatdan istifadə edərək, qurğu üzrə əks mühəndis (en:Reverse engineering) idi. Sonralar bu üç riyaziyyatçı Eniqma şifrələrinin, o cümlədən kriplocik bombanın sındırılması üçün mexaniki qurğular işləyib hazırladı.
Hesab maşını
Hesab maşını (ing. accounting machine) verilənləri avtomatik emal edən ilk maşınlardan biri; XX əsrin 40-50’ci illərində IBM, Burroughs və NCR kimi şirkətlər tərəfindən kommersiya hesablaşmaları aparmaq üçün yaradılıb. İlk hesab maşınları elektron maşınlar deyildi və perfokartlarla işləyirdi; daha sonrakı modellərdə perfokartlar yoxa çıxdı və elektronika tətbiq edilməyə başladı. İndi hesab maşını dedikdə, adətən, hər dəfə işə salınarkən uçot proqramının avtomatik başladıldığı kompüter nəzərdə tutulur; bu halda kompüter, yeganə vəzifəsi uçotun aparılması olan ayrıca maşına çevrilir. Qeyd etmək maraqlı olardı ki, ilk displeylərdə videogörüntünün eninin 80 sütun olmasının səbəbi hesab maşınlarında istifadə olunan perfokartların 80-sütunlu olması ilə bağlıdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == Знакомьтесь: компьютер = Understanding computers : Computer basics : Input/Output / Пер. с англ. К. Г. Батаева; Под ред. и с пред.
Hesablama maşını
Mexaniki kalkulyator və ya hesablama maşını, hesabın elementar avtomatik əməliyyatlarını yerinə yetirmək üçün istifadə edilən mexaniki qurğudur. Əksər mexaniki kalkulyatorlar kiçik stolüstü kompüterlərə ölçüdə oxşar idi və elektron kalkulyatorun gəlməsi ilə öz yerini onlara vermişdir. Blez Paskal 1642-ci ildə mexaniki kalkulyatoru icad etdi.Bu Paskal Kalkulyatoru və ya Pascaline adlandırıldı və 17-ci əsrdə yeganə mexaniki kalkulyator idi . Yüz il sonra 1851-ci ildə istehsal etdilən Thomas hesablayıcısı yeni hesablama qurğusu oldu.Bu ofis mühitində hər gün istifadə edilən kifayət qədər güclü və kifayət qədər etibarlı birinci mexaniki kalkulyator idi. 1887-ci ildə təqdim edilən hesablayıcı maşın hər rəqəm üçün doqquz açarın (1-dən 9-a) birliyindən ibarət olmuş klaviaturadan istifadə edən birinci maşın idi. 1902-dən istehsal edilən Dalton hesablayıcı maşını 10 aparıcı klaviaturaya malik idi.1901-ci ildən mexaniki kalkulyatorlarda elektrik mühərrikindən istifadə olundu. Mexaniki kalkulyatorların 120 il ərzində davam etmiş istehsalatı 1970-ci illərin ortalarında dayandırıldı. Çarlz Babbage mexaniki kalkulyatorları həddindən artıq dəyişdirərək iki yeni növünü layihələşdirdi . Birincisi avtomatik mexaniki kalkulyator idi, onun fərq mühərriki avtomatik hesablaya və riyazi cədvəlləri çap edə bilirdi. İkinci daha sadə modeli proqramlaşdırıla bilən mexaniki kalkulyator idi.
Jakkard maşını
Jakkard maşını toxuma dəzgahında parçaların iri naxışlarla emalı üçün əlavə tərtibatdır. Qurğu fransız ixtiraçısı Yozef-Marie Jakkardın adı ilə bağlıdır. Bu maşın toxuma dəzgahında ilmənin yaradılması zamanı hər bir sapın və saplar qrupunun hərəkətini idarə etməyə və bununla naxış elementini vurmağa imkan verir. Jakkard maşının köməyi ilə naxışlı parçaların, xalçaların, süfrələrin və s. hazırlanması mümkündür. Jakkard maşını bıçaq, qarmaq, iynə, çərçivə lövhəsi, çərçivə ipləri və naxışa uyğun perfo prizmadan ibarətdir. Əsas saplar, dəzgahın eni böyunca bərabər paylanması üçün aşağı hissəsədə yerləşmiş bölgü lövhəsinin deşiklərindən keçərək maşınla arkad ipləri ilə birləşdirilir. Bıçaq çərçivəsində bərkidilmiş bıçaqlar irəli-geri hərəkəti icra edirlər. Bıçaqların iş sahəsində yerləşən qarmaqlar bıçaqlar tərəfindən tutularaq yuxarı qaldırılır. Bu zaman çərçivə və arkad ipləri boyunca əsas sap yuxarıya qalxır və ilməyin yuxarı hissəsini əmələ gətirir.
Makina boğazı
Makinak boğazı- Böyük göllər akvatoriyasına daxil olan Huron gölü və Miçiqan gölünü birləşdirir. Ən dar yerdə eni 8 km təşkil edir. Boğaz üzərində Makinak asma körpüsü tikilmişdir. Bu körpü asma körpülər arasında qabaqcıl yerlərdən birini tutur. Boğazda 4 ada vardır: Bvua-Blan, Makina, Raund Aylend və Müqəddəs Yelena adalarıdır. Burada 4 mayak vardır ki, onlar da tarixi abidə kimi qorunur. Dərinliyi 37 m təşkil edir.
Malina Olinesku
Malina Olinesku — 1998 Avroviziya Mahnı Müsabiqəsində Rumıniyanı təmsil edən ifaçı == Həyatı == Malina Olinesku 1974-cü il yanvarın 29-da Buxarestdə anadan olub. == Karyerası == Peşəkar musiqi karyerasına 1995-ci ildə ölkənin "Mamaia and Cerbul de Aur (Golden Stag)" kimi musiqi festivallarında iştirakı ilə başlayıb. == Ölümü == Malina Olinesku intihar edib. 37 yaşlı müğənni 2011-ci il dekabrın 11-dən 12-nə keçən gecə Buxarestdə yaşadığı binanın 6-cı mərtəbəsindən özünü atıb. O, yerindəcə keçinib.
Marina-Alta
Marina-Alta (isp. Marina Alta) — İspaniyada yerləşən rayon.
Marina-Baxa
Marina-Baxa (isp. Marina Baja) — İspaniyada yerləşən rayon.
Marina (rəssamlıq)
Marinistika (ital. marina - su) - dəniz görünüşü, dəniz döyüş səhnəsin və ya digər dənizdə hadisələri təsvir edən incəsənət janrı. == Rəssamlar == İvan Ayvazovski - erməni əsilli rus marinist.
Marina Akobiya
Marina Akobiya (d. 12 yanvar 1975) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Marina Akobiya, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu.
Marina Anisina
Marina Vyaçeslavovna Anisina (rus. Марина Вячеславовна Анисина; d. 30 avqust 1975, Moskva, Sovet İttifaqı) — rus əsilli Fransa buzüstü rəqs üzrə xanım fiqurçusu. Marina Anisina, Qvendal Peyzera ilə birgə 1998-ci ildə baş tutan XVIII Qış Olimpiya Oyunlarında bürünc medal, 2002-ci ildə baş tutan XIX Qış Olimpiya Oyunlarında isə qızıl medal qazanıb. Anisina və Peyzera cütlüyü həmdə 2000-ci ildə Dünya Çempionatının, 2000 və 2002-ci illərdə isə Avropa Çempionatının qalibi olub. Marina Anisina 1998-ci ildə Fransanın Xidmətlərə görə ordeninin Kavaler dərəcəsi ilə, 2003-cü ildə isə Fəxri Legion ordeninin Kavaler dərəcəsi ilə təltif edilib.
Marina BerBeryan
Marina BerBeryan (ing. Marina BerBeryan; 22 sentyabr 1980, İrəvan) — amerikalı aktrisa, model və jurnalist. == Həyatı == Amerika aktrisası Marina BerBeryan 22 sentyabr 1980-ci ildə İrəvandə anadan olub. Marina ailənin böyük uşağı idi. == Filmoqrafiya == 2015: Beverly Hills Pawn 2013: Tia & Tamera 2011: RMs.
Marina Diamandis
Marina Lambrini Diamandis (yun. Μαρίνα-Λαμπρινή Διαμαντή; 10 oktyabr 1985, Brinmavr[d]) yaxud Marina and the Diamonds — uelsli müğənni-bəstəkar. Brinmavrda uelsli ana və yunan atasının ailəsində anadan olan Diamandis Aberqavennidə böyüdü və rəsmi musiqi təcrübəsinin az olmasına baxmayaraq, peşəkar müğənni olmaq üçün yeniyetmə ikən Londona köçdü. 2009-cu ildə o, BBC-nin Sound of 2010 yarışmasında ikinci yeri tutaraq məşhurlaşdı. Onun debüt studiya albomu, The Family Jewels, indi pop və yeni dalğa musiqi üslublarını özündə birləşdirdi. Böyük Britaniyanın Albomlar Qrafikinə 5-ci yerdə daxil oldu və Britaniya Fonoqrafiya Sənayesi tərəfindən qızıl sertifikata layiq görüldü. Albomun ikinci sinqlı "Hollywood" Böyük Britaniya Singles Chart-da 12-ci yerə yüksəldi. Onun sonrakı rekordu, Electra Heart eyni adlı personaj haqqında konseptual albom idi və onun Böyük Britaniyadakı ilk 1 nömrəli layihəsi oldu. Albomun "Primadonna" və "How to Be a Heartbreaker" sinqlları beynəlxalq hitlərə çevrilməklə ABŞ və Böyük Britaniyada qızıl sertifikat aldı. Diamandisin sinti-popdan ilham aldığı üçüncü studiya albomu Froot onun Böyük Britaniyada üçüncü ən yaxşı 10 albomu və ABŞ Billboard 200-də 8-ci yerdə olan ilk 10-luq albomu oldu.
Marina Durunda
Marina Durunda (rus. Марина Сергеевна Дурунда; doğ.:12 iyun 1997, Sevastopol, Ukrayna) — Ukrayna əsilli Azərbaycan bədii gimnastıdır. Karyerası ərzində Ukrayna, Kipr və Azərbaycanın şərəfini qorumuşdur. 2015 Avropa Oyunlarının gümüş və 2015 Avropa Çempionatının bürünc medalçısıdır. 2013-cü ildən Azərbaycanın dəyişməz Çempionudur. 2015-ci ildə İlham Əliyevin sərəncamı ilə I Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə "Tərəqqi" medalına layiq görülmüşdür.Marina Durunda Azerisport.com idman saytının keçirdiyi "Ayın-idmançısı" mükafatının 6 qat qalibidir. Marina 2014-cü ildə fevral, mart və sentyabr, 2015-ci ildə isə mart, may və sentyabr aylarında saytın keçirdiyi səs vermədə oxucuların səsini qazanarağ bu uğuru əldə etmişdir. Marina Durunda 24 dekabr 2014-cü ildə Buta Palace-da növbəti mükafatına layiq görülmüşdür. O Gənclər və İdman Nazirliyinin təsis etdiyi "İlin ən yaxşıları mükafatı 2014" layiq görülmüşdür.Azərbaycanı 4 dəfə (2012, 2013, 2014, 2015) Avropa Çempionatında və 3 dəfə (2013, 2014, 2015) Dünya Çempionatında təmsil etmişdir. 2015 Dünya Çempionatında uğur qazanaraq Azərbaycanı 2016 Yay Olimpiya Oyunlarında təmsil etmək hüququ qazandı.
Marina Hmelevskaya
Marina Hmelevskaya (30 iyul 1990) — Özbəkistanlı marafonçu. Marina Hmelevskaya Özbəkistanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Marina Hmelevskaya birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 45 dəqiqə 6 saniyəyə qət edərək 157 marafonçu sırasında 77-ci yeri tutdu.
Marina Lapina
Marina Lapina (6 mart 1981, Volqoqrad) — Azərbaycanı təmsil edən yüngül atlet. == Həyatı == Marina Lapina 1981-ci il martın 6-da anadan olub. == Karyerası == Marina Lapina Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə çəkic atma turnirində 55.34 metr nəticə göstərdi və təsnifat mərhələsini 46-cı pillədə başa vurdu.