Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Melovin
Konstantin Nikolayeviç Boçarov (ukr. Костянти́н Микола́йович Бочаро́в, rus. Константи́н Никола́евич Бочаро́в; d. 11 aprel 1997, Odessa, Ukrayna) və ya səhnə adı ilə Melovin — Ukrayna müğənnisi və bəstəkarı. O, Ukraynada X Factor musiqi yarışmasındakı qalibiyyəti ilə şöhrət qazanmışdır. Melovin "Under the Ladder" mahnısı ilə Ukraynanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Kostyantın Mıkolayovıç Boçarov 11 aprel 1997-ci ildə Ukraynanın Odessa şəhərində, Nikolay Boçarov və Valentina Boçarovanın ailəsində anadan olmuşdur. Uşaq yaşlarından musiqi ilə maraqlanan Boçarov ilkin olaraq təhsil aldığı məktəbdə keçirilən konsert proqramlarında çıxış etmişdir. O, daha musiqi məktəbinə daxil olmuş, lakin orada təhsilini başa çatdıra bilməmişdir. Ardıcıl olaraq, teatr məktəbinə daxil olmuş və orada təhsilini uğurla yekunlaşdırmışdır.
Mezozoy
Mezozoy erası (yun. μεσο — "orta" və ζωον — "canlı varlıq") — Paleozoy erasının sonundan Kaynozoy erasının başlanğıcına qədər olan geoloji vaxt erası, təqribən 251–65 milyon il əvvəlki dövrü əhatə edir, Fanerozoyun üç erasından biridir. 1841-ci ildə britaniyalı geoloq Con Fillips tərəfindən təklif edilmişdir. Mezozoy — tektonik, iqlim və təkamül dəyişikliklərinin aktiv olduğu eradır. Bu zaman müasir materiklərin əsas sahil xətlərinin formalaşması, Sakit, Atlantik və Hind okeanlarının kənarlarında dağəmələgəlmə prosesləri gedir. Quru sahənin ayrılması növlərin yaranmasına və digər mühüm təkamül proseslərinə təsir edir. İqlim bütün era ərzində isti olmuşdur ki, bu da təkamüldə və yeni canlı növlərinin yaranmasında vacib rol oynamışdır. Eranın sonlarına doğru canlı növlərinin müxtəlifliyi bugünkü səviyyəyə çox yaxın idi. Paleozoydan sonra gələn Mezozoy erası tarixdə təxminən 185 mln. il boyunca uzanır: 251 mln.
Melody
Gabriella Abreu Severino (4 yanvar 2006, San Paulo) və ya bilinən səhnə adı ilə Melody Braziliyalı müğənni. Melody 2015-ci ilin əvvəlində atası MC Belinho tərəfindən yazılmış "Fale de Mim" mahnısını oxuyan videonu öz Facebook səhifəsində yerləşdirdikdən sonra ölkədə şöhrət qazandı. Növbəti videoda o, Kristina Aqileranın[8] falsettosunu təkrarlamağa çalışdı ki, bu da viral oldu. Tezliklə o, bu dəfə atasının dostu Deborah Moreira ilə falsetto ifa edən başqa bir video çəkdi. Melody internetdə ən nüfuzlu braziliyalı uşaqlardan biri hesab olunur.
Arkadi Yalovoy
Arkadi Yalovoy (rus. Аркадий Антонович Яловой; 1894, Yekaterinodar, Rusiya imperiyası) — SSRİ kinooperatoru. == Həyatı == Arkadi Yalovoy 1894 -cü ildə Yekaterinodar şəhərində dünyaya gəlib. Riqa Politexnikumunda təhsil alıb. 1922-ci ildən Mərkəzi Əmək İnstitutundakı kinofotolaboratoriyanın müdiri olub. ÜDKİ-də dərs deyib. == Filmoqrafiya == Bismillah (film, 1925) (tammetrajlı bədii film) — operator, ikinci rejissor. Dördüncü Bakı yarmarkası (film, 1925) (qısametrajlı sənədli film) Nəriman Nərimanovun dəfni (film, 1925) (qısametrajlı sənədli film) Şaxsey-vaxsey (film, 1925) (qısametrajlı sənədli film) == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред.
Mezozoy dövrü
Mezozoy erası (yun. μεσο — "orta" və ζωον — "canlı varlıq") — Paleozoy erasının sonundan Kaynozoy erasının başlanğıcına qədər olan geoloji vaxt erası, təqribən 251–65 milyon il əvvəlki dövrü əhatə edir, Fanerozoyun üç erasından biridir. 1841-ci ildə britaniyalı geoloq Con Fillips tərəfindən təklif edilmişdir. Mezozoy — tektonik, iqlim və təkamül dəyişikliklərinin aktiv olduğu eradır. Bu zaman müasir materiklərin əsas sahil xətlərinin formalaşması, Sakit, Atlantik və Hind okeanlarının kənarlarında dağəmələgəlmə prosesləri gedir. Quru sahənin ayrılması növlərin yaranmasına və digər mühüm təkamül proseslərinə təsir edir. İqlim bütün era ərzində isti olmuşdur ki, bu da təkamüldə və yeni canlı növlərinin yaranmasında vacib rol oynamışdır. Eranın sonlarına doğru canlı növlərinin müxtəlifliyi bugünkü səviyyəyə çox yaxın idi. Paleozoydan sonra gələn Mezozoy erası tarixdə təxminən 185 mln. il boyunca uzanır: 251 mln.
Molodoy proletari
Molodoy proletari (az-əbcəd. مولودوی پرولئتاری‎, azərb-kiril. Молодој пролетари, rus. Молодой пролетари; mənası – gənc proletarlar) — Azərbaycanda həftəlik leqal jurnal. Bakı və Rayonlarının Fəhlə-Kəndli Gənclər İttifaqının orqanı. Bakı və Rayonlarının Fəhlə-Kəndli Gənclər İttifaqının orqanı kimi fəaliyyət göstərən "Molodoy proletari" jurnalı 28 dekabr 1919-cu ildən 9 fevral 1920-ci ilədək çıxmışdır. Cəmi 5 nömrəsi nəşr olunmuşdur. "Molodoy proletari" jurnalı fəhlə və gəncləri Azərbaycan Xalq Cümhuriyyətinin Müsavat hökumətinə qarşı, kommunist hakimiyyəti uğrunda mübarizəyə çağırmışdır. "Molodoy proletari" 10 fevral 1920-ci ildə AXC hökuməti tərəfindən dayandırılmışdır.
Mezozoy əhvalatı
Kinopovestin mərkəzində əsl həyat yolunu, səadəti, məhəbbəti zəhmətdə, neft sənayesinin inkişafında tapan alimlərin, mühəndisləri, dəniz neft birliyi rəhbərliyinin birgə fəaliyyəti, onların qarşılıqlı əlaqəsi və neft uğrunda mübarizəsi durur. Yaradıcı qrup bu kino əsəri vasitəsilə demək istəyir ki, həyat həqiqətən hünər meydanı, sınaq meydanıdır. Yalnız zəhmətə qatılaşanlar bu meydanda qalib çıxar, istədiklərinə nail ola bilərlər. Film bəstəkar Mobil Babayevin kinoda ilk işidir. Film səs operatoru Marat İsgəndərovun kinoda ilk işidir. Film aktrisa Zərnigar Ağakişiyevanın kinoda ilk işidir. Filmin əsasını yazıçı Maqsud İbrahimbəyovun "Üç qutu səadət" povesti təşkil edir. Əvvəllər bu povest üzrə "Mezozoy Əhvalatı" pyesi yazılmış və Moskvada Malı teatrında tamaşaya qoyulmuş, eyni zamanda fəhlə sinfi haqqında pyeslərin ümumittifaq müsabiqəsində I mükafata layiq görülmüşdür. Ssenari müəllifi: Maqsud İbrahimbəyov Quruluşçu rejissor: Rəşid Atamalıbəyov Quruluşçu operator: Aleksandr Panasyuk Quruluşçu rəssam: Rafiz İsmayılov Bəstəkar: Mobil Babayev Səs operatoru : Marat İsgəndərov Mahninin ifacısı: Flora Kərimova (qeyd olunmayıb) Rejissor: Elmira Əliyeva, Ələsgər Ələkbərov Operator: Vaqif Muradov Quraşdırılmış səhnələrin operatoru: Mirzə Mustafayev Qrim rəssamı: V. Arapov Montaj edən: Aleksandra Kamaqorova, Rəfiqə İbrahimova Redaktor: Nadejda İsmayılova Məsləhətçi: A. Əlizadə (akademik), A. B. Süleymanov (texniki elmlər doktoru) Rejissor assistenti: T. Məmmədov, A. Şahbazov Operator assistenti: Hüseyn Mehdiyev, R. Səfərəliyev Rəssam assistenti: E. Zeynalov, X. Mirzəyev Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Filmin direktoru: Semyon Qaragedov Tofiq Mirzəyev — Tahirov Məlik Dadaşov — Bədirov Anatoli Tatarov — Zaur Yaşar Nuri — Rauf Amaliya Pənahova — Nərminə Regina Temir-Bulat — Sevda Sadıq Həsənzadə — Sabir dayı M. Abdullayev Cahangir Aslanoğlu — vəzifəli şəxs Zərnigar Ağakişiyeva — satıcı İ. Potapov E. Əliyev-Akif Q. Sitnikova F. Aşirov Q. Sıqankov N. Zeynalov Ramiz Şeyxov Dadaş Kazımov — neftçi Səfəroğlu, Ə. “Mezozoy tarixi” ["Azərbaycanfilm" kinostudiyasında çəkilən eyniadlı film haqqında] //Bakı.- 1975.- 29 iyul. Кино: Энциклопедический словарь / Гл.
Melody Gardot
Melody Gardot (2 fevral 1985, Nyu Cersi) — Qremmi mükafatçısı, yazıçı, bəstəkar. Melodi Qardot 2 fevral 1985-ci ildə doğulmuşdur. Ona blyuz və caz musiqisində Cudi Qarland Cenis Coplin Mayls Deyvis Dyuk Ellinqton Stan Qetz və Corc Göşvinin böyük təsiri olmuşdur. Onu həm də Nina Simyone ilə müqayisə edirlər. Qardot buddizmi öyrənir. O həm də özünü dünya vətəndaşı adlandırır. 2003cü ildə Filadelfiyada ağır yol qəzası keçirmişdir. Belə ki o işıqforun qırmızı işığına məhəl qoymamış və ağır qəza nəticəsində başından onurğa sütunundan ciddi xəsarət almış çanağının iki yerdən qırmışdır. Qəza onun həm də yaddaşının bir müddətinə pozulmasına da səbəb olmuşdur. Müalicədən sonra o yenidən musiqi karyerasına davam etmiş və 5 musiqidən ibarət Some Lessons: The Bedroom Sessions adlı EP albomunu öz prodüerliyi ilə buraxmışdır.
Mezozoy əhvalatı (film, 1976)
Kinopovestin mərkəzində əsl həyat yolunu, səadəti, məhəbbəti zəhmətdə, neft sənayesinin inkişafında tapan alimlərin, mühəndisləri, dəniz neft birliyi rəhbərliyinin birgə fəaliyyəti, onların qarşılıqlı əlaqəsi və neft uğrunda mübarizəsi durur. Yaradıcı qrup bu kino əsəri vasitəsilə demək istəyir ki, həyat həqiqətən hünər meydanı, sınaq meydanıdır. Yalnız zəhmətə qatılaşanlar bu meydanda qalib çıxar, istədiklərinə nail ola bilərlər. Film bəstəkar Mobil Babayevin kinoda ilk işidir. Film səs operatoru Marat İsgəndərovun kinoda ilk işidir. Film aktrisa Zərnigar Ağakişiyevanın kinoda ilk işidir. Filmin əsasını yazıçı Maqsud İbrahimbəyovun "Üç qutu səadət" povesti təşkil edir. Əvvəllər bu povest üzrə "Mezozoy Əhvalatı" pyesi yazılmış və Moskvada Malı teatrında tamaşaya qoyulmuş, eyni zamanda fəhlə sinfi haqqında pyeslərin ümumittifaq müsabiqəsində I mükafata layiq görülmüşdür. Ssenari müəllifi: Maqsud İbrahimbəyov Quruluşçu rejissor: Rəşid Atamalıbəyov Quruluşçu operator: Aleksandr Panasyuk Quruluşçu rəssam: Rafiz İsmayılov Bəstəkar: Mobil Babayev Səs operatoru : Marat İsgəndərov Mahninin ifacısı: Flora Kərimova (qeyd olunmayıb) Rejissor: Elmira Əliyeva, Ələsgər Ələkbərov Operator: Vaqif Muradov Quraşdırılmış səhnələrin operatoru: Mirzə Mustafayev Qrim rəssamı: V. Arapov Montaj edən: Aleksandra Kamaqorova, Rəfiqə İbrahimova Redaktor: Nadejda İsmayılova Məsləhətçi: A. Əlizadə (akademik), A. B. Süleymanov (texniki elmlər doktoru) Rejissor assistenti: T. Məmmədov, A. Şahbazov Operator assistenti: Hüseyn Mehdiyev, R. Səfərəliyev Rəssam assistenti: E. Zeynalov, X. Mirzəyev Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Filmin direktoru: Semyon Qaragedov Tofiq Mirzəyev — Tahirov Məlik Dadaşov — Bədirov Anatoli Tatarov — Zaur Yaşar Nuri — Rauf Amaliya Pənahova — Nərminə Regina Temir-Bulat — Sevda Sadıq Həsənzadə — Sabir dayı M. Abdullayev Cahangir Aslanoğlu — vəzifəli şəxs Zərnigar Ağakişiyeva — satıcı İ. Potapov E. Əliyev-Akif Q. Sitnikova F. Aşirov Q. Sıqankov N. Zeynalov Ramiz Şeyxov Dadaş Kazımov — neftçi Səfəroğlu, Ə. “Mezozoy tarixi” ["Azərbaycanfilm" kinostudiyasında çəkilən eyniadlı film haqqında] //Bakı.- 1975.- 29 iyul. Кино: Энциклопедический словарь / Гл.
Molodoy kommunist (jurnal, Azərbaycan)
Molodoy kommunist (azərb-kiril. Молодој коммунист, rus. Молодой коммунист; mənası – gənc kommunist) — Azərbaycanda aylıq komsomol jurnalı, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi və BK-nın orqanı. "Molodoy kommunist" Azərbaycan Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi və BK-nın orqanı kimi 1920–1921-ci illərdə nəşr olunmuşdur. İlk nömrəsi 21 oktyabr 1920-ci il tarixində, 3–4-cü nömrələri isə 1 fevral 1921-ci ildə çıxmışdır. Cəmi neçə nömrəsi çıxması haqqında dəqiq məlumat yoxdur. "Molodoy kommunist"də 1920-ci ilin sentyabrında Bakıda keçirilən Şərq gənclərinin I qurultayı, Kommunist Gənclər İnternasionalı, Azərbaycan komsomol təşkilatlarının fəaliyyəti haqqında materiallar dərc olunmuşdur.
Molodoy kommunist (jurnal, SSRİ)
Molodoy kommunist (rus. Молодой коммунист; mənası – gənc kommunist), əvvəllər Yunı kommunist və Molodoy bolşevik — Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin aylıq ictimai-siyasi və nəzəri jurnalı. 1918-ci ilin dekabrından Moskvada ayda bir dəfə nəşr olunmuşdur. Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin orqanı olan qəzet 1918–1938-ci illərdə "Yunı kommunist", 1939–1953-cü illərdə "Molodoy bolşevik" adları altında çıxmışdır. Qəzet marksist-leninist nəzəriyyənin problemlərini, komsomol siyasi maarifi məsələlərini, gənc nəslin həyatını işıqlandırır, xarici ölkələrdə gənclərin həyatı haqqında məlumat vermişdir. Jurnal ədəbiyyata, incəsənətə, idmana dair məqalələr də dərc etmişdir. 1982-ci ildə tirajı 1 milyon nüsxəyə yaxın olmuşdur. Molodoy kommunist // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл.
Sen-Viktor-e-Melvyo
Sen-Viktor-e-Melvyö (fr. Saint-Victor-et-Melvieu, oks. Sant Victor e Malviu) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Rom-de-Tarn kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12251. Kommuna təxminən Parisdən 540 km cənubda, Tuluza şəhərindən 125 km şimal-şərqdə, Rodezdən isə 39 km cənub-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 374 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 227 nəfər (15-64 yaş) arasında 159 nəfər iqtisadi fəal, 68 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70.0%, 1999-cu ildə bu 62.1%).