Molodoy proletari

Molodoy proletari (az.-əski. مولودوی پرولئتاری‎, azərb-kiril. Молодој пролетари, rus. Молодой пролетари; mənası – gənc proletarlar) — Azərbaycanda həftəlik leqal jurnal. Bakı və Rayonlarının Fəhlə-Kəndli Gənclər İttifaqının orqanı.

Molodoy proletari
Təsis tarixi dekabr 1919
Nəşrini dayandırıb fevral 1920
Qərargah
Dil Azərbaycan dili, rus dili

Bakı və Rayonlarının Fəhlə-Kəndli Gənclər İttifaqının orqanı kimi fəaliyyət göstərən "Molodoy proletari" jurnalı 28 dekabr 1919-cu ildən 9 fevral 1920-ci ilədək çıxmışdır. Cəmi 5 nömrəsi nəşr olunmuşdur. "Molodoy proletari" jurnalı fəhlə və gəncləri Azərbaycan Xalq Cümhuriyyətinin Müsavat hökumətinə qarşı, kommunist hakimiyyəti uğrunda mübarizəyə çağırmışdır. "Molodoy proletari" 10 fevral 1920-ci ildə AXC hökuməti tərəfindən dayandırılmışdır.[1]

  1. Молодој пролетари // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 40.