Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Membran
Hüceyrə membranı, sitoplazmik membran, plazma membranı - canlı hüceyrənin daxili hissələrini onu əhatə edərək xarici mühitdən ayıran bioloji membran, dəri. Membran ion və üzvi birləşmələrin hüceyrə içinə, eləcə də daxildən xaricə keçidini dəqiq şəkildə tənzimləyir. Hüceyrə membranının ana funksiyası huceyredaxili strukturları xarici təsirlərdən qorumaqdır. Proteinləri əhatələyən cüt fosfolipid təbəqəsindən ibarətdir. Hüceyrə membranı toxumada fərdi hüceyrələrin bir-birinə birləşməsi, ion mübadiləsi, hüceyrə divarı, qlükokaliks, hüceyrədaxili sitoskelet kimi bir sıra xarici quruluşun dayaq nöqtəsi olan platformadır. Həyati proseslərin bir çoxu membranlarda baş verir. Bu proseslərin pozulması bir sıra patologiyaıarın yaranmasına səbəb olur. Membran biofizikası hüceyrə membranını öyrənən əsas sahələrdən biridir. == Funksiyası == Hüceyrə membranının yerinə yetirdiyi funsiyalardan əsasən üçünü qeyd etmək olar: Baryer funksiyası – membranlar hüceyrədaxili mühitlə ətraf mühüti təcrid edir və seçici, tənzimlənən keçiriciliyə malikdir. Membran keçiriciliyi hüceyrənin vəziyyətindən asılı olaraq dəyişə bilər.
Membran klaviatura
Membran klaviatura — tərpənməz (yaxud, demək olar ki, tərpənməz) kontaktları örtən və üzərinə simvollar vurulmuş bütöv plastik və ya rezin membrandan ibarət olan klaviatura. Normal klaviaturalardan fərqli olaraq, membran klaviaturalarda klavişləri göstərmək üçün təzyiqəhəssas zonalardan istifadə olunur. Bu zonalar, adətən, membranın altında kiçik qabarcıqlar şəklində olur. Belə klaviaturalardan ilk növbədə printerlərdə və ya çirkli atmosferi olan yerdə işləmək üçün nəzərdə tutulmuş qurğularda istifadə edilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Membranlar
Membranlar Dünya dağ-mədən sənayesinin inkişafı yeni innovasiyalar əsasında çox sürətlə irəlilədiyi halda, yataqlarımızın köhnə ənənəvi hasilat üsulları ilə işlənməsi artıq müasir tələblərə cavab vermir. Yataqlardakı xammalın tərkibindəki əsas komponentlərin miqdarı istismar nəticəsində azaldığı üçün (Daşkəsən alunit filizi, Balakən rayonu ərazisində filizçay polimetal sulfid filizi, Gədəbəy və Çovdar filiz emalından qalan tullantılar, Daşkəsən dəmir filizi və s.) ənənəvi piro- və hidrometallurgiya üsulları belə xammal növlərinin emalına yaramır. Filizlərin emal prosesində alınan məhlullarda məqsədli komponentlərin qatılığı təlabata uyğun həddən aşağı olub, az qatılıqlı sayılırlar. Son illər dağ-mədən sənayesinin inkişafında ən müasir sayılan membran, selektiv sorbentlər və elektrodializ texnologiyası sürətlə inkişaf edir. Membran texnologiyaların inkişafında müvəffəqiyyət membranların və yeni nəsil universal membran aparatlarının hazırlanması ilə əlaqədardır. Çoxlu xarici şirkətlər müxtəlif membranlardan istifadə etməklə təbii və tullantı sularını təmizləyir, texnoloji məhlullarda metalları selektiv yolla ayırırlar. Ilk sənaye membran qurğuları 1962-ci ilə işləməyə başladığı üçün bu texnologiya ənənəvi texnologiyalardan gənc sayıla bilər. Su təmizləyici qurğularda membranlı sistemlərin istifadə edilməsi təqribən 1985-ci ildən başlamış və bu gün praktiki olaraq bütün sahələrdə tətbiq olunur. Yüksək minerallaşmış maye tullantılarında metalın qatılılığının az olması onların yenidən utilizasiya edilməsini tələb edir. Belə məhlullardan metalların qatılaşdırılması, metal ionlarının məhlula az bir müddətdə keçməsi və kənardan heç bir reaktiv və maddə almadan turşu və qələvi istehsalını təmin edən, yüksək selektivliyi ilə fərqlənən yeni texnologiyalar arasında ən sərfəli sayılan üsullardan biri elektromembran metodudur.
Rembrant
Rembrandt (tam adı: Rembrandt Harmens van Reyn, nid. Rembrandt Harmenszoon van Rijn; 15 iyul 1606[…], Leyden, Hollandiya qraflığı[…] – 4 oktyabr 1669[…], Amsterdam, Hollandiya qraflığı[…]) — Niderland rəssamı və qrafiki, holland rəssamlığının qızıl dövrünün ən parlaq nümayəndəsi. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == Dəyirmançı ailəsində doğulmuşdur. Bir müddət Leyden Universitetində oxumuş (1620), sonralar Leydendə Yakob van Svanenburxdan (təqr. 1620-23) və Amsterdamda Piter Lastmandan (1623) rəssamlıq dərsləri almışdır. 1625-31-ci illərdə Leydendə işləmiş, 1632-ci ildə Amsterdama köçmüşdür. Burada Rembrandtın Saskiya van Eylenbürx (1634-42), sonra isə Hendrike Stoffels (təqr. 1649-63) ilə evlənməsi onun sonrakı həyat və yaradıcılığına mühüm təsir göstərmişdir (Saskiyaya dərin məhəbbəti, əsərlərində tez-tez onun obrazını əks etdirməsi, hər iki qadının həyatdan vaxtsız getməsi və s.). 1630–1640-cı illərin əvvəlləri Rembrandt yaradıcılığının uğurlu dövrü və şəxsi həyatının xoşbəxt çağları olmuşdur.
Danaya (Rembrant)
Danaya — hollandiyalı rəssam Rembrandtın rəsm üzərinə yağlı boya ilə 1636-cı ildə çəkdiyi tablodur. Pyer Krozat kolleksiyasında iştirak etmiş tablo XVIII əsrdən bu yana Peterburqdakı Ermitaj muzeyində saxlanılır. == Tarixi == Tabloda yunan mifologiyasında Perseyin anası olan Danaya xarakteri təsvir olunmuşdur. Şəkildə Danaya böyük ehtimalla, bir qızıl sağnağı şəklinə girərək özüylə əlaqəyə girib Perseyə hamilə qalmasını təmin edəcək olan Zevsi qarşılayarkən görülməkdədir. Danaya üçün, rəssamın bərabər yoldaşı olan Saskiya van Uylenburq modellik etmiş olsa da, Rembrandt daha sonra, Danayanın üzünü dəyişdirərək aşnası Geertje Dircxin üzünə çevirmişdi. Rembrandtın ən dəbdəbəli əsərlərindən biri olan bu tabloya böyük ehtimalla rəssam tərəfindən də böyük əhəmiyyət verilmişdir. Ancaq şəklin nisbətən böyük ölçülərdə olması, satılmasını çətinləşdirmişdir. Rembrandtın bu tablosu 15 iyun 1985-ci ildə ağlı başından çıxmış bir adam tərəfindən hücuma uğradı. Rəsmin üzərinə sülfürik turşu tökən təcavüzkar tablonu ayrıca iki yerindən bıçaqladı. Hücum sonrasında şəklin orta hissəsi sıçrama izlərindən və axan boyalardan meydana gələn bir çox nöqtəylə örtüldü.
Rembrant Harmens van Reyn