Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Menalay
Menelay — Mikena kralı Aqamemnonun qardaşı və Helenin əri. Sparta şahzadəsi Helenlə evləndi və Helenin atasının istəyi ilə Sparta kralı oldu. Yaxşı bir döyüşçü olmağa layiq keyfiyyətlərə malik bir əsgər idi. Troya şahzadəsi Paris Heleni qaçırır. Əlbəttə Helen də buna etməyə razıdır. Menelay dəli olur və qardaşından kömək istəyir. Qardaşı bütün Yunan şəhər-dövlətlərini əvvəlcədən bir hakimiyyət altında toplamağı bacarmışdı. Buna görə, Yunanıstanın hamısı Troya üzərinə müharibəyə getmişdi. Müharibədən sonra Menelay Heleni geri alır və Spartaya qayıdır. Onlar birlikdə yaşlanır və ölürlər.
Liza menada
Liza haematocheila (lat. Liza haematocheila) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü.
Konkret mənalı sözlər
Varlığını beş duyğu orqanıyla qəbul edə bildiyimiz sözlər konkret sözlərdir. Məsələn, rəng, görünüş, səs, qoxu, dad, göl, ev, külək, işıq.
Liza menada borealis
Liza haematocheila (lat. Liza haematocheila) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü.
Mücərrəd mənalı sözlər
Mücərrəd mənalı sözlər — varlığını yalnız ağıl və məntiqlə dərk etdiyimiz sözlər.Yəni gözlə görə bilmədiyimiz şəklini çəkə bilmədiyimiz sözlər. Məsələn, ruh, ağıl, vicdan, ədalət, ağrı, kədər, eşq, inanc,sevgi, müəllimlik, yaxşılıq, arzu və s.
Benalar
Benalar, vabenalar - Tanzaniyanın cənub-şərqində (İrinda vilayəti), Rufici və Böyük Ruaha çaylarının hövzəsində bantular qrupundan xalq. Sayları 693 min nəfərdir (2005). Kinqalar, hehelər, poqololar (poqorolar), sanqular, matumbilər və dendenulelərə yaxındırlar. bantu dillərinin G zonasına aid olan bena (kibena, ekibena) dilində danışırlar. Yazıları latın qrafikası əsasındadır. Suahili və nyamvezi dilləri də yayılmışdır. Dindarların əksəriyyəti ənənəvi dini etiqadlarını saxlayırlar, müsəlman və xristianlar da var. Benaların Şərqi Afrika xalqları üçün səciyyəvi olan ənənəvi mədəniyyətləri vardır. Ənənəvi məşğuliyyətləri qırılıb-yandırılmış sahələrdə əkinçilik (maniok, qarğıdalı, çəltik, darı, batat, paxlalı bitkilər və s.) köçəbə maldarlıq (davar) və ovçuluqdur. Şəhərlərdə və sizal plantasiyalarında mövsümçülük yayılmışdır.
Kerala
Kerala (malaya. കേരളം) — Hindistanın cənub-qərbində Malabar sahilində yerləşən, ərazisi 38,863 km² və əhalisi 33.387.677 nəfər (2011 siyahıyaalması) olan ştat. Əhalinin sıxlığı 859,11 nəfər / km² təşkil edir ki, bu da ölkədə ən yüksək əhali sıxlığı göstəricilərindən biridir. Paytaxt Trivandram (Thiruvananthapuram), ştatın ən sıx məskunlaşdığı şəhərdir. Ukinci ən çox məskunlaşan şəhər Koçi (Koçin) şəhəridir. Ştatda rəsmi dil Malayalam dilidir.
Manama
Manama(Ərəbcə المنامة Al-Manāmah) — Bəhreynin paytaxtıdır. == Tarixi == Şəhərin adına 1345-ci il ərəb xronikalarında rast gəlinir. İkinci dünya müharibəsində Manama şəhəri İngiltərənin Fars körfəzindəki rəsmi rezidensiyası olub. == Coğrafiyası == Paytaxt Fars körfəzində Bəhreyn adasının şimal-şərq hissəsində yerləşir. Həm də ölkənin baş dəniz limanı hesab edilir. == Əhalisi == Şəhərdə təqribən 200 min əhali yaşayır (2005). == İqtisadiyyatı == Şəhərin cənubunda neft-emalı və neft-kimya zavodları salınmışdır. Manama ölkədə kustar sənətkarlığın mühüm mərkəzidir. Şəhərdə böyük gəmi tərsanələri var. Şəhərin dəniz sahilində balıq ovlanır, mirvari və sədəf əldə edilir.
Mandala
Mandala (sanskr. मण्डल Maṇḍala, 'çevrə') — Hinduizm və Buddizmdə Kainatı təmsil edən dini simvoldur. Çox vaxt dairə və ya kvadrat şəklində olan və hər şeyin mistik mərkəzinin simvolu olan mandalalar meditasiya vasitəsi olaraq istifadə edilir. Hinduizmdə Siva ve Saktinin kosmik rəqsini, Buddizmdə Budda Diyarını və ya Buddanı təmsil edən mandalalar mövcuddur. Buddizmdə Mandalalar ona inanan insan üçün kainatdakı müqəddəsliyi və eyni müqəddəsliyin həmin şəxsin özündəki potensial vəziyyətini xatırladan əhəmiyyətli işarələrdir. Buddizm baxımından mandalanın məqsədi insanın çətinliyinə onu aydınlanmaya çatdıraraq son vermək və həqiqətlə bağlı doğru fikrə çatdırmaqdır.
Manila
Manila (filip. Maynila, [majˈnilaʔ]) ― Filippinin paytaxtı və əhalisinə görə ikinci ən böyük şəhəri. 2019-cu ilədək dünyanın ən sıx məskunlaşmış şəhəri olmuşdur. Şəhər 18 iyun 1949-cu ildə "Manila Şəhərinin Yenidən Baxılmış Nizamnaməsi" adlı 409 saylı Respublika Qanununun qəbul edilməsi ilə muxtarlıq almışdır. Manila Metro Manila bölgəsindəki bələdiyyələrdən biri olan şəhər, ölkənin ən böyük adası olan Luzonda Manila Körfəzinin şərq sahilində yerləşir. Manila 10 milyondan çox insanın yaşadığı bir metropoliten sahəsi olan inkişaf etməkdə olan bir mərkəzdir. Metro Manila Milli Paytaxtı Ərazisi (NCR) olaraq da bilinən 17 şəhər və bələdiyyədən ibarət olan Manila şəhərinin bir hissəsidir. Manila, 1,5 milyondan çox sakini olan Filippinlərin ikinci ən məşhur şəhəridir. Yalnız ölkənin keçmiş paytaxtı olan Quezon City bundan daha populyardır. == Etimologiya == Şəhərin Filippin dilindəki adı olan Maynilà, "indiqo (bitki cinsi) olan yer" mənasını verən may-nilà ifadəsindən gəlir.
Masala
Masala (Tamilcə: மசாலா hind. मसाला; benq. মশলা; urdu مصاله; nep. मसाला) — Cənubi Asiya mətbəxində (o cümlədən Hindistan, Pakistan, Nepal, Banqladeş, Miyanma, və Şri Lanka mətbəxlərində) ədviyyat qarışığını təsvir etmək üçün istifadə olunan termin.
Menora
Menorah (ivr. ‏חנוכייה‏‎) — Qüds məbədində zeytun yağı ilə yandırılan yeddi qollu şamdandır. Yəhudilərin ən qədim simvollarından hesab olunur. Musa peyğəmbərin Sina dağında gördüyü yanan kolun simvoludur. Doqquz qollu şamdan isə hanukiya adlanır. Menorah gündə iki dəfə tanrının dünyaya işıq saçmasını arzulamaq üçün yandırılırdı, hanukiya isə Hanuka bayramında istifadə edilir.
Mentha
Nanə (lat. Mentha) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Dünyada 25-30 qədər növü olan, sağlamlıq baxımından son dərəcə faydalı, xoş qoxulu bir bitkidir. Daha çox nəmli yerləri sevir. == Faydaları == İştah açır. Sinirləri sakitləşdirir və bədənə rahatlıq verir. Stressə və baş ağrısına yaxşı gəlir. Spazm və ürək döyüntüsü riskini azaldır. Qızdırmanı salır. Həzm sistemi və mədə üçün çox faydalıdır.
Meqara
Meqara (yun. Μέγαρα) — Yunanıstanın Attika bölgəsində qədim şəhər. 2011-ci ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərdə 28.591 nəfər yaşayır.
Meqаrа
Meqara (yun. Μέγαρα) — Yunanıstanın Attika bölgəsində qədim şəhər. 2011-ci ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərdə 28.591 nəfər yaşayır.
Monada
Monada (yun. μονάς; mənası – vahid) — ən sadə, bölünməz vəhdəti bildirən fəlsəfi termin. Pifaqorun, Kuzanlı Nikolayın, C. Brunonun və başqalarının əsərlərində rast gəlinir. Qotfrid Leybnitsin idealist fəlsəfəsində, aləmin əsasını təşkil edən müstəqil mənəvi mahiyyətləri bildirən əsas anlayışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Hemenway, Priya. Divine Proportion: Phi In Art, Nature, and Science. Sterling Publishing Company Inc., 2005, p. 56. ISBN 1-4027-3522-7 Sandywell, Barry. Presocratic Reflexivity: The Construction of Philosophical Discourse C. 600-450 BC. Routledge, 1996.
Monasa
Monasa (lat. Monasa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin qulələklər fəsiləsinə aid heyvan cinsi.
Məqalat
Məqalat — klassik Azərbaycan poeziyasında mənzum hekayə. Hər məqalat bitkin süjet xəttinə, surət və xarakterlərə malik olan müstəqil əsərdir. Məsələn, Nizaminin "Sirlər xəzinəsi" poeması 20 məqalatdan ibarətdir. Məzmununa görə məqalatlar əsasən didaktik xarakter daşıyır. == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Məqalə
== Esse == Məqalənin şəkillərindən biri də essedir. Esse əsasən bədii dillə, emosional təhkiyə formasında yaradılan ədəbi-tənqidi bir formadır. Esselər təhkiyə baxımında bədii üsluba yaxın olur və bəzi hallarda ifrat akademizmə istehza nişanələrinə malik olur. == Elmi məqalə == Elmi məqalələrdə mənbələrin göstərilməsi tələb edilir, lakin bəzən dissertasiya müdafiəsi ilə bağlı olmadıqda buna əməl edilmir. Məqalələrin elmi mövzusu onları buraxan jurnalların bu istiqamətdəki mövqeyi ilə bağlı olur. Nüfuzlu elmi jurnallarda buraxılan məqalələr ciddi elmi mənbə kimi qəbul olunur. == Jurnalistikada == Məqalə jurnalistikanın əsas janrlarından biridir. Məqalənin məğzini konkret faktdan daha çox geniş problemli situasiya təşkil edir. Məqalə çox vaxt problemin ümumi qoyuluşundan başlayır, ardınca mövzunun inkişafı ilə davam edir. Jurnalistin məharəti oxucuya hansısa məsələni çatdıra bilməyindədir.
Mərağa
Marağa — İranın Şərqi Azərbaycan ostanında şəhər. Təbrizdən 130 kilometr cənub-şərqdə yerləşir. Marağa bağ-bağatı, meyvəsi, xüsusilə üzüm, doşab və kişmişi ilə məş­hurdur. Şəhər, meyvəsindən əlavə, taxılı və gözəl mərməri ilə də böyük şöhrət qazanmışdır. Həmçinin Marağa öz qədim Marağa rəsədxanası və bütün Azərbaycanda tanınan Marağa sabunuyla məşhurdur. == Etimologiyası == Bir çox mütəxəssis indiki Marağanı qədim tarixi qaynaqlarda adı çəkilmiş, Atropatenada yerləşən Vera şəhəriylə, habelə Fraata, Prasana, Fraaspa, Fraspa, Əfrahrud (rud farsca çay deməkdir) kimi toponimlərlə əlaqələndirir. Bəzi qaynaqlara görə, "Marağa" sözünün mənası "otlaq yeri" deməkdir. Marağa şəhərinin adını ərəb dilində "otlamaq" mənasındakı "mərəğə" sözüylə əlaqələndirib, bu adın "otlaq, at bəslənən yer" demək olduğunu qeyd edirlər. Lakin çox güman ki indiki Marağa toponimi ilə bağlı olan qədim toponimlərin (Fraata, Fraaspa, və s.) Azərbaycan ərazisinə ərəb xilafətinin axınlarının başlamasından xeyli əvvəl mövcud olduqları nəzərə alındıqda, bunun gerçək olması ehtimalı az olur. == Tarixi == Strabonun yazdığına görə, Atropatena hökmdarlarının yay iqamətgahı olan Qazaka və qış iqamətgahı olan Vera adlı iki paytaxt şəhərləri olmuşdur.
Səqala
Səqala — İranın Cənubi Xorasan ostanının Sarayan şəhristanının Səqala bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,036 nəfər və 1,225 ailədən ibarət idi.
Venalar
Vena (lat. venae) ― kapillyarların toplaşmasından əmələ gələrək, qanın cərəyanı istiqamətinə, divarlarının quruluşuna, həcmlərinə, vəziyyət və miqdarlarına görə arteriyalardan fərqlənirlər. Venalarda qan, arteriyalardakı qanın cərəyanına əks olaraq, mühitdən mərkəzə (ürəyə) doğru axır. Təkcə qaraciyər qapısında qaraciyər arteriyasında və qapı venasında axan qanın cərəyanı bir istiqamətdə (yəni hər ikisi qaraciyərə doğru) olur. == Ümumi məlumat == Venaların divarı arteriyalardakı kimi üç qişadan təşkil olunmuşdur: daxili – intima qişası, orta (əzələ) qişa və xarici (birləşdirici toxuma) qişa. Ancaq divarların qurluşuna görə arteriyalardan bundadır ki, burada əzələ və elastik liflərin miqdarı olduqca azdır; əksinə birləşdirici toxuma ünsürləri çoxdur. Ona görə venalar elastik xassəyə malik deyildirlər və kəsilərkən ağızları tez qapanır. Bəzi venaların (məsələn, beynin yumşaq qişası, dalaq və qaraciyər venalarının) divarlarından əzələ qatı olmur. Venaların divarlarının elastik və əzələ liflərinin az olması nəticəsində qanın təzyiqi və sürəti onlarda çox azalır. Bunun kompensasiya etmək üçün venaların həcmi böyüyür, miqdarı çoxalır və daxilində qanın geriyə axmasına mane olan xüsusi vena qapaqcıqları əmələ gəlir.
Denali
Denali (ing. Denali, 1896-2015-ci illərdə Mak-Kinli dağı ing. Mount McKinley) — Alyaskanın Denali rayonunda 6,190 metr (20,308 ft) hündürlüyü ilə Şimali Amerikanın ən yüksək dağı. Dağın ətrafındakı ərazidə yaşayan Koyukon xalqı əsrlər boyu zirvəyə “Denali” deyirdi. 1896-cı ildə bir qızıl kəşfiyyatı, o zamankı prezidentliyə namizəd William McKinley-ni dəstəkləmək üçün "McKinley Mount" adını verdi; bu ad 1917-ci ildən 2015-ci ilə qədər ABŞ - ın Federal hökuməti tərəfindən tanınan rəsmi ad idi. 2015-ci ilin avqustunda, Alyaska əyalətinin 1975-ci il rəhbərliyindən sonra Birləşmiş Ştatların Daxili İşlər Nazirliyi dağın rəsmi adının Denali olaraq dəyişdirildiyini elan etdi. 1903-cü ildə Ceyms Vikkerşam, Denaliyə dırmaşmaq üçün ilk uğursuz cəhdini etdi. 1906-cı ildə Frederik Kuk dağı fəth etdiyini iddia etdi, lakin bu təsdiqlənməmişdir və onun qanuniliyi şübhə altına alınır. Denalinin zirvəsinə ilk təsdiqlənən yüksəlişə 7 iyun 1913-cü ildə, Cənub zirvəsinə dırmanan alpinistlər Hudson Stuk, Harri Karstens, Valter Harper və Robert Tatum imza atılmışdır. 1951-ci ildə Bradford Vaşburn ən təhlükəsiz və ən asan yol hesab edilən və buna görə də hazırda istifadə edilən ən populyar olan Qərbi Buttress marşrutunu kəşf etdi.
Zənata
Zənata (bər. Iznaten; ərəb. زناتة‎) — bərbər qəbilələrinin bir qrupu. Tarixən Sənhaca və Məsmüda ilə birlikdə ən böyük bərbər konfederasiyalarından biridir. Onların həyat tərzi ya köçəri və yarımköçəri olmuşdur. == Dili == Bərbərlər olaraq Zənata bərbər dillərindən birində danışırdı. İbn Xəldun yazmışdır ki, onların ləhcəsi digər bərbər ləhcələrindən fərqlənir. Fransa dilçisi Edmon Desten 1915-ci ildə "Zenati" dilini, o cümlədən Mərakeşin şimal-şərqində Rif dili və Əlcəzairin şimal-şərqində Şaviyyə dili də daxil olmaqla, boş bir alt qrup olaraq təklif etmişdir. == Həmçinin bax == Numidiya Kahinə == İstinadlar == == Xarici keçidlər == Rachid Bellil, Université d'Alger. "Les Zénètes du Gourara d'hier à aujourd'hui (Sahara Zenatas)".
"Layell" medalı
Layell medalı (Lyell Medal) — London Geologiya Cəmiyyətinin geologiya sahəsində yüksək nailiyyətlərə görə elmi təltifi. Medal müasir geologiya elminin banisi, "XIX əsrin ən görkəmli alimlərindən biri olan" İngiltərə geoloqu Çarlz Layellin (1797–1875) şərəfinə adlandırılmışdır..