Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mərzban
Mərzban — İranda Sasanilərin dövründə (III–VII əsrlər), əsasən, "sərhəd qoruyanlar"adlanırdı. İ. Zeynalov. İzahlı tarix terminləri lüğəti. Bakı, "Azərnəşr", 2006, 284 səh.
Mərəlik
Mərəlik (əvvəlki adı: Maralıq) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Sələsüz kənd inzibati ərazi dairəsi tərkibindəki Maralıq kəndi Mərəlik kəndi adlandırılmışdır. Düzənlikdir. Oykonim ərəb dilindəki əra (otlaq, örüş) sözündən və -lıq yer məkan bildirən şək-dən ibarət olub, örüş yeri, otlaq yeri mənasındadır. Əhalisi 222 nəfərdir.
Mərzqat
Mərzqat, Mərzəğat və ya Mərzəkit — keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Mehri (Meğri) rayonunun, hazırkı Sünik mərzinin ərazisində mövcud olmuş kənd. Mehri (Meğri) qəsəbəsindən 12–14 km cənub-şərqdə, Araz çayının sol sahilində, Aldərə kəndinin yaxınlığında yerləşirdi. Toponim fars dilində "tarla, bağ, bostan və s. sahəsini bir-birindən ayıran xətt, sərhəd" mənasında işlənən "mərz" sözü ilə türk dilində "yaşayış məntəqəsi, ev, kənd, şəhər, qala" mənasında işlənən "kat" (qat) sözünün birləşməsindən əmələ gəlmişdir. Kənddə 1831-ci ildə 54 nəfər, 1873-cü ildə 255 nəfər, 1886-cı ildə 301 nəfər, 1897-ci ildə 281 nəfər, 1904-cü ildə 766 nəfər, 1914-cü ildə 751 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra kənd sakinlərindən sağ qalanlar 1923–1924-cü illərdə tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada 1926-cı ildə 34 nəfər, 1931-ci ildə 29 nəfər azərbaycanlı yaşamışdır. Kollektivləşmə ilə bağlı kəndin sakinləri Aldərə kəndinə köçürülmüş və kənd ləğv edilmişdir. Hazırda xarabalıqları qalır.
II Mərzban
II Mərzban (v. 984) — Salarilər sülaləsindən Deyləm hökmdarı. == Həyatı == Haqqında az məlumat var. Vəhsudanın nəvəsi, İsmailin oğlu idi.
Məralan (Təbriz)
Məralan — Cənubi Azərbaycan bölgəsinin ən böyük şəhəri olan Təbriz şəhərinin cənub-şərqində yerləşən məhəlləsi. Məralan məhəlləsi şimaldan Xiyavan məhəlləsi ilə qonşudur. Qərb tərəfdən isə Nobar məhəlləsi ilə həmsərhəddir. Azadi bulvarı Məralan məhəlləsini şimal və cənub hissələrinə bölür.
İsfəndiyar (mərzban)
İsfəndiyar ibn Fərruxzad — Sasanilər dövlətinin Azərbaycanda mərzbanı. Fərruxzad Bavəndinin oğlu. 639-cu ildə ərəb qoşunu Urmiya gölü tərəfdən Azərbaycana soxuldu . Nəhavənd döyüşündən sonra isə ərəblər baş şəhər Ərdəbil üzərinə gələrək , ölkəni tabe etməyə girişdilər. Ərdəbildən bir qədər aralı, Cərmidan dağı yanında İsfəndiyarın hələ yaxşı möhkəmlənə bilməmiş dəstələri onları qarşıladı. Mənbələrin məlumatına görə, bu, Bukeyrin Azərbaycan ərazisində azərbaycanlılarla ilk toqquşması idi. Bir neçə gün davam edən qanlı döyüş ərəblərin qələbəsilə başa çatır. İsfəndiyar özü isə əsir düşür. Mənbələrə görə, mərzban İsfəndiyar qardaşı Bəhramla birlikdə güclü müqavimət göstərdi. Dirənmə uzun çəkdi, Bukeyr və Utba adlı ərəb sərkərdələrinin qoşunları da buraya yeridildi.
Bernar Verlak
Bernar Verlak (fr. Bernard Verlhac) - Fransız Karikaturist və jurnalist. Charlie Hebdo jurnalının əməkdaşı. 2015-ci il 7 yanvar tarixində "Charlie Hebdo" dərgisinə edilən silahlı hücum zamanı öldürülüb.
Merula migratoria
Gəzərgi qaratoyuq (lat. Turdus migratorius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Orel-Verlak
Orel-Verlak (fr. Aurelle-Verlac, oks. Aurèla e Verlac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Jenye-d’Olt kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12014. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 173 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 109 nəfər (15-64 yaş arasında) 85 nəfər iqtisadi fəal, 24 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78.0%, 1999-cu ildə 66.9%).
Turdus merula
Qara qaratoyuq (lat. Turdus merula) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid quş növü.
Nahel Merzuk
Nahel Merzukun qətli — 27 iyun 2023-cü il tarixində 17 yaşlı əlcəzairəsilli Fransa vətəndaşı Nahel Merzukun Fransanın paytaxtı Parisin şəhərətrafı Nanter rayonunda vəsiqəsi olmadan avtomobili idarə etməsindən və polis təqibindən sonra yolda dayanarkən polis əməkdaşı tərəfindən odlu silah ilə qətlə yetirilməsi. Merzuku güllələyən polis əməkdaşı səlahiyyətlilər tərəfindən "vəzifəli şəxs tərəfindən könüllü öldürmə" şübhəsi ilə həbs edilmişdir. Qətl hadisəsi genişmiqyaslı etirazlara və iğtişaşlara səbəb olmuşdur ki, bu zaman bələdiyyələr, məktəblər və polis məntəqələri kimi dövlətin simvollarına, eləcə də supermarketlər kimi digər binalara hücum edilmiş, avtomobillər və zibil qutuları yandırılmışdır. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, iğtişaşlarla bağlı 1,350-dən çox avtomobil yandırılmış, 1,300-dən çox şəxs həbs edilmişdir.
Mərzban ibn Məhəmməd
Mərzban ibn Məhəmməd (Salari) — 941—957-ci illərdə hakimiyyətdə olmuş Salari hökmdarı. Mərziban bin Məhəmməd (Şəddadi) — 978—985-ci illərdə Gəncə əmiri olmuş Şəddadilər hökmdarı.
Nasir ibn Mərzban
Nasir ibn Mərzban — Salari şahzadəsi. Haqqında məlumat azdır. 960-cı ildə Vəhsudanın təkidi ilə üsyan etdiyi bilinir. Bu üsyan ölkədə çaxnaşma yaratdı və hər şəhərdə bir əmir öz müstəqilliyini elan etdi. Bu hadisələr işığında Cüstanla barışan Nasir torpaqlarını geri qaytarmaq üçün anaları ilə birgə Vəhsudanın yanına gedərək ondan kömək istədilər. Lakin Vəhsudan onları həbs edərək öz ordusunu oğlu İsmailə verdi. 960-cı ildə İsmail Azərbaycanı ələ keçirdi və Nasir isə qardaşı və anası ilə Vəhsudan tərəfindən edam olundu.
İbrahim ibn Mərzban
İbrahim ibn Mərzban (I Mərzbanın oğlu)
Merla (İzer)
Merla (fr. Merlas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartryoz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38228. Kommunanın 2006-cı il üçün əhalisi 463 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 400 ilə 925 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 75 km cənub-şərqdə, Qrenobldan 30 km şimalda yerləşir.
Turdus merula mandarinus
Turdus merula mandarinus (lat. Turdus merula mandarinus) — qaratoyuq cinsinə aid heyvan yarımnövü.
Turdus merula maximus
Turdus merula maximus (lat. Turdus merula maximus) — qaratoyuq cinsinə aid heyvan yarımnövü.
Turdus merula simillimus
Turdus merula simillimus (lat. Turdus merula simillimus) — qaratoyuq cinsinə aid heyvan yarımnövü.
Nahel Merzuk etirazları
2023-cü il Fransada kütləvi iğtişaşlar və ya Nahel Merzuk etirazları — Fransanın bir sıra şəhərlərində 27 iyun 2023-cü ildə 17 yaşlı əlcəzairəsilli yeniyetmə Nahel Merzukun qətli ilə bağlı silsilə iğtişaşlar. 27 iyunda Nanterdə sakinlər polis qərargahı qarşısında etiraz aksiyası keçirmiş, sonradan nümayişçilərin avtomobilləri yandırması, avtobus dayanacaqlarını dağıtması və polisə fişəng atması nəticəsində, bu, iğtişaşlara çevrilmişdir. Bu, Fransada 2005-ci il iğtişaşlarından bəri ən böyük iğtişaşlara çevrilmişdir. Parisdən 40 km şimal-qərbdə yerləşən Mantes-la-Joli şəhərində bələdiyyə binası 27 iyun gecəsi atəşə tutuldu. Tuluza və Lill də daxil olmaqla, Fransada gecə boyu toqquşmalar davam etdi. Asnières, Colombes, Suresnes, Aubervilliers, Clichy-sous-Bois və Mantes-la-Coliedə də iğtişaşlar qeydə alınıb. 29 iyunda 150-dən çox adam həbs edilmiş, 24 polis əməkdaşı yaralanmış və 40 avtomobil yandırılmışdı. İğtişaşların daha da genişlənməsindən çəkinən Fransanın daxili işlər naziri Jerald Darmanen Paris və ətrafına 1,200 çevik polis və jandarm yerləşdirmiş, bir müddət sonra daha 2,000 nəfər əlavə etmişdir. İyulun 4-dən sonra iğtişaşların intensivliyi kəskin şəkildə azaldı və bildirildiyinə görə, iyulun 15-də sona çatdı. 27 iyun 2023-cü il, Mərkəzi Avropa Yay Saatı ilə təxminən saat 07:55-də iki polis əməkdaşı İl-de-Frans vilayətinin O-de-Sen departamentində Polşa dövlət avtomobil qeydiyyat nişanı olan "Mercedes-AMG" markalı avtomobilinin Nanter Universiteti dəmiryol stansiyası istiqamətində avtobus zolağı boyunca sürət həddini keçərək hərəkət etdiyini müşahidə etmişdir.
Mərzban ibn Məhəmməd (Salari)
Mərzban ibn Məhəmməd (v. 957) — Salarilər sülaləsindən ikinci Azərbaycan hökmdarı. Tarımda doğulmuşdu. Məhəmməd ibn Müsafirin oğludur. 941-ci ildə, qardaşı Vəhsudan ilə birləşərək atası Məhəmməd ibn Müsafiri devirmişdir. Bu vaxt Deysəm ibn İbrahimin vəziri Əbül Qasim Cəfər Məhəmmədə yaxınlaşaraq onu Ərdəbilə dəvət etdi. Mərzban bundan istifadə edərək Azərbaycana hərəkət etdi. Deysəmin deyləmi ordusu həlledici döyüşdə Mərzbanın tərəfinə keçdi və Təbriz, Ərdəbil kimi şəhərlər asanlıqla tutuldu. Əbül Qasim Cəfər isə Mərzbanın vəziri təyin olundu. Cəfər daha sonra Mərzbana xəyanət edib Deysəmi taxta geri qaytarmaq istəsə də ələ keçirildi və bağışlandı.
İbrahim ibn Mərzban (II)
İbrahim ibn Mərzban (v. 1029) — Deyləm hökmdarı. II Mərzbanın oğlu idi. II Mərzban Rəvvadilər tərəfindən həbs olunduqdan sonra Salarilərin sərkərdələrindən biri tərəfindən Tarıma qaçırılmış, orada hakimiyyətə başlamışdır. Hələ uşaq yaşda olan İbrahimin hakimiyyətdə sözü yox idi. 996-cı ildə Əbhər və Şahzur kimi kiçik bölgələri ələ keçirən İbrahim 1029-cu ildə Mahmud Qəznəvinin hücumuna məruz qalmışdı. İlk döyüşlərdə onu məğlub edə bilsə də, Məsud tərəfindən 13 sentyabr 1029-cu ildə məğlub edildi və torpaqlarının böyük bir hissəsi əlindən alındı.
İbrahim ibn Mərzban (II Mərzbanın oğlu)
İbrahim ibn Mərzban (v. 1029) — Deyləm hökmdarı. II Mərzbanın oğlu idi. II Mərzban Rəvvadilər tərəfindən həbs olunduqdan sonra Salarilərin sərkərdələrindən biri tərəfindən Tarıma qaçırılmış, orada hakimiyyətə başlamışdır. Hələ uşaq yaşda olan İbrahimin hakimiyyətdə sözü yox idi. 996-cı ildə Əbhər və Şahzur kimi kiçik bölgələri ələ keçirən İbrahim 1029-cu ildə Mahmud Qəznəvinin hücumuna məruz qalmışdı. İlk döyüşlərdə onu məğlub edə bilsə də, Məsud tərəfindən 13 sentyabr 1029-cu ildə məğlub edildi və torpaqlarının böyük bir hissəsi əlindən alındı.
İbrahim ibn Mərzban (I Mərzbanın oğlu)
Salar İbrahim (v. 983, Cənubi Azərbaycan) — Salarilərdən Dvin və Azərbaycan hakimi. Mərzban ibn Məhəmmədin oğlu idi. Atasının ölümündən sonra 957-ci ildə qardaşı Cüstan və əmisi Vəhsudanla gəlinən razılığa görə qardaşından asılı olaraq Dvin hakimi olmuşdu. 960-cı ildə İsmailin Azərbaycanı işğalına qarşı qoymağa çalışsa da məğlub Dvinə çəkilmişdi. Əmisioğlu İsmailin ölümündən sonra Azərbaycanı ələ keçirən İbrahim 966-cı ildə Vəhsudan tərəfindən göndərilmiş Əbül Qasim Mişaki adlı sərkərdə tərəfindən devrilmiş və Cibala qaçmalı olmuşdu. Onun yerinə Vəhsudan öz oğlu Nuhu yerləşdirmişdi. Qaynı Rüknəldövlənin yanına qaçan İbrahim eyni il vəzir Əbül Fəzl ibn Amidin köməyi ilə hakimiyyətə qaytarılmışdı. 967-ci ildə Vəhsudan tərəfindən bir daha məğlub ediləndən sonra sülh bağlamış, torpaqların bir hissəsini ona verməli olmuşdu. 968-ci ildə Şirvanşah şahzadəsi Heysəmin ona sığınmağından istifadə edərək Şirvana qarşı hücuma keçmişdi.