Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Metrik tenzor
Differensial həndəsədə metrik tenzor – səthə toxunan iki v və w vektorlarını qəbul edib bir həqiqi ədəd qaytaran funksiyaya deyilir. Bu tenzor, vektorların Evklid həndəsəsindəki skalyar hasili ümumiləşdirir. Skalyar hasil, iki vektor arasındakı məsafə və bucağı təyin edən əməliyyat olduğu üçün, metrik tenzor, bu əməliyyatı istənilən növ çoxobrazlı üzərindəki vektorlar üçün etməyə imkan verir. Əgər istənilən sıfırdan fərqli v vektoru üçün g(v, v) > 0 şərti ödənilirsə, o zaman metrik teznor müsbət-müəyyən kimi xarakterizə olunur. Metrik tenzoru müsbət-müəyyən olan çoxobrazlıya Riman çoxobrazlısı deyilir. Riman çoxobrazlısında iki nöqtəni birləşdirən ən qısa əyri, geodezik adlanır. Beləliklə, Riman çoxobrazlısında uzunluq anlayışı olduğuna görə, yəni istənilən p və q nöqtəsi üçün p -dən q -ya qədər məsafəni hesablayan d(p, q) funksiyası mövcud olduğuna görə Riman çoxobrazlısı metrik fəza hesab olunur. Digər tərəfdən, metrik tenzora məsafə funksiyasının törəməsi kimi baxa bilərik: metrik tenzor çoxobrazlıdakı sonsuz kiçik məsafəni verir. Metrik tenzorun koordinat bazisinə görə komponentləri simmetrik matris təşkil edir. Bu komponentlər koordinat sisteminin dəyişilməsi zamanı kovariant çevrilməyə məruz qalır.
Demetria
Grindelia (lat. Grindelia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Detrit
Detrit (lat. detritus - ovxalanmış) — su mühitində üzvi lil və orqanizmlərin qalığı, torpaqda bitki maddələrinin qalığı – çürüntü. Detritin qalma müddəti qısa (milçəklərin təsiri ilə işlənən heyvan cəsətləri – bir neçə həftə, meşədə yarpaqlar – bir neçə ay, ağac gövdələri – bir neçə il) və olduqca çox müddətə qalır (humus, sapropel, torf, kömür, neft). Detrit bir çox bioloji varlıqlar üçün qida ehtiyatı olub onların normal fəaliyyəti üçün vacibdir. Göllərin lilindən, suvarılan tarlaların qalıqlarından üzvi gübrə kimi istifadə olunur.
Hertia
Hertia (lat. Hertia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Hertia alata (Thunb.) Kuntze Hertia angustifolia (DC.) Kuntze Hertia cheirifolia (L.) Kuntze Hertia ciliata (Harv.) Kuntze Hertia cluytiifolia (DC.) Kuntze Hertia intermedia (Boiss.) Kuntze Hertia kraussii (Sch.Bip.) Fourc.
Imeria
Imeria (lat. Imeria) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Imeria memorabilis (Maguire & Wurdack) R.M.King & H.Rob.
Mairia
Mairia (lat. Mairia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Matris
Matris – düzbucaqlı sxemdə yerləşən aij elementləri (ədədlər, funksiyalar, üzərində cəbri əməllər aparıla bilən başqa kəmiyyətlər) sistemi. Onun m sətri və n sütunu varsa, deyilir ki, (m×n)–ölçülü matris verilmişdir. Məsələn, [ 1 9 − 13 20 5 − 6 ] {\displaystyle {\begin{bmatrix}1&9&-13\\20&5&-6\end{bmatrix}}} matrisi iki sətirə və üç sütuna malik 2×3 ölçülü matrisdir. Matrislər əlavə spesifikasiyalar olmadan xətti çevirmələri təsvir edir və xətti cəbrdə aşkar hesablamalar aparmağa imkan verir. Buna görə də matrislərin tədqiqi xətti cəbrin böyük bir bölümünü təşkil edir və abstrakt xətti cəbrin əksər xassə və əməlləri matrislərlə ifadə oluna bilir. Məsələn, matrislərin hasili xətti çevirmələrin kompozisiyasını ifadə edir. Matrislərin hamısı xətti cəbrlə əlaqəli deyil. Bu xüsusən qraf nəzəriyyəsində, insident və qonşuluq matrislərində belədir.Bu məqalədə xətti cəbrlə əlaqəli matrislərə diqqət yetirilir və əgər digər hallar göstərilməyibsə, bütün matrislər xətti çevirmələri ifadə edir Eyni sayda sətir və sütuna malik matrislər (kvadrat matrislər) matrislər nəzəriyyəsində böyük rol oynayır. Verilmiş ölçülü kvadrat matrislər qeyri-kommutativ halqa əmələ gətirir ki, bu da qeyri-kommutativ halqanın ən ümumi nümunələrindən biridir. Kvadrat matrisin determinantı kvadrat matrisin öyrənilməsi üçün əsas sayılan matrislə əlaqəli ədəddir; məsələn, kvadrat matris yalnız və yalnız sıfırdan fərqli determinanta malik olduqda və onun məxsusi qiymətləri çoxhədli determinantının kökləri olduqda tərs olur.
Mehriz
Mehriz — İranın Yəzd ostanının şəhərlərindən və Mehriz şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 26 364 nəfər və ya 6 954 ailədən ibarət idi.
Merida
Merida (İspaniya)
Merisa
Merisa (merissa və ya marissa) Cənubi Sudanda məşhur olan ənənəvi fermentləşdirilmiş içki növüdür. Merisa Sudan ölkəsinin sakinləri üçün gəlir mənbəyidir. Merisanı qadınlar hazırlayır.Merisa taxıl, darı və kalış (darıyabənzər dənli bitki) yetişdiyi tarixlərdə hazırlanır. Hazırlama prosesi Qərb şərab istehsal standartları tərəfindən bütün mərhələləri ilə kompleks surətdə təsvir edilmişdir Merisa içkisinin hazır olması — fermentəmələgəlmə (fermentasiya) prosesi 8–10-saatlıq bir prosesdir; hazır içkinin tərkibində alkoholun (spirtin) miqdarı 6%-ə qədər olur. Şimali Sudanda merisa içmək və ya satmaq qanundankənar hesab edilir. Belə qeyri-qanuni hərəkətlər Müsəlman Şəriət qanunlarına görə 40 şıllaq, cərimə ilə cəzalandırılır. Bu qanun pozuntusuna görə hətta həbsxana cəzası da kəsilir.Lakin məlumdur ki, Sudanda babuinlər, təklif edildikdə, merisa içirlər.
Mertim
Mertim və ya Mersin Ticarət Mərkəzi — Türkiyənin Mersin şəhərində ən hündür binadır. İstanbuldakı İş Bankası qülləsinin tamamlanmasına qədər 1987 və 2000-ci illər arasında Türkiyənin ən yüksən binası idi. Həmçinin Türkiyənin ən hündür otel binasıdır. == Tarixi == Türkiyənin ən böyük dəniz limanı olan və Şimali Kipr Türk Respublikası ilə beynəlxalq ticarətin əsas limanı olan Mersin Limanı sərbəst ticarət limanı elan edildi, eyni zamanda Mertim Qülləsinin də daxil olduğu şəhərdə ticarət və ticarətdə istifadə ediləcək bir sıra binalar inşa edildi. == Konstruksiya == Kompleksin memarı binanı 1985-ci ildə dizayn edən Cengiz Bektaş idi. Qüllə 1980-ci illərin ikinci yarısında Üstay Korporasiyası tərəfindən inşa edilmişdir. Qüllə 1987-ci ildə tamamlandı və bütün kompleks 1993-cü ildə istefaya verildi. 1993-cü ildə açıldıqdan dərhal sonra binanın bir hissəsi 1990-cı illərdə Mersin Universiteti tərəfindən bir neçə il istifadə edildi. == Bina == Kompleksə 1100 mağazadan ibarət ticarət mərkəzi və məşhur şəhər kimi tanınan 52 mərtəbəli göydələn daxildir. Binanın ümumi hündürlüyü 176.8 metrdir (580 fut) və binanın 1990-cı illərin əvvəllərinə görə Sinqapur və Frankfurt arasındakı ən yüksək göydələn olduğu iddia edilir.
Mestia
Mestia (gürc. მესტია) — Qafqaz sıra dağlarında 1500 metr yüksəklikdə, şimal-qərbi Gürcüstanda yerləşən şəhər.
Mətarfa
Mətarfa (ərəb. المطارفة‎) — Əlcəzairin cənubunda, Adrar vilayətində şəhər və kommuna. Auqrut mahalına daxildir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsinin şimalında, Böyük Səhranın mərkəzi vahələrindən birinin ərazisində, paytaxt Əlcəzairdən təxminən 943 kilometr cənub-cənub-qərbdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 252 metrdir.Mətarfa kommunasının sahəsi 1417 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı 16 mm-dir).
Məğrib
Məğrib — ərəbcə qərbdə olan. Tarixi Ərəbistana nisbətən qərb Şimali Afrikada yerləşdiyindən ərəb, sonradan isə ümumiyyətlə Orta Əsr müsəlman ənənəsinə görə buralara Məğrib deyirdilər. Əsasən Əlcəzair, Mərakeş, Tunis qismən Mavritaniya Məğrib adlandırılırdı. == Region ölkələri == Hal-hazırda region 2 yerə ayrılır:Böyük və Kiçik Məğrib. Kiçik Məğribə Mərakeş,Əlcəzair,Tunis daxildir.Böyük Məğribə Kiçik Məğrib regionundakı ölkələrdən(Mərakeş,Əlcəzair,Tunis) əlavə olaraq Qərbi Səhra,Mavritaniya,Liviya daxildir.
Məşrif
Məşrif — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Məşrif kəndi Yenikənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqda Məşrif kənd Soveti yaradılmışdır. == Əhalisi == Əhalisinin sayı 831 nəfərdir.
Petrie
Donald Petri (ing. Donald Petrie; 7 sentyabr 1846 – 1 sentyabr 1925, Oklend) — Yeni Zelandiya botaniki. == Elmi fəaliyyəti == Donald Petri toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Petrie, D. List of the flowering plants indigenous to Otago (англ.) // Transactions and Proceedings of the Royal Society of New Zealand (англ.)русск. : journal. — 1896. — Vol. 28. — P. 540—591. == Şərəfinə adlandırılmış taksonlar == Petriella Zotov, 1943, nom.
Tetris
Tetris (rus. Тетрис) — Aleksey Pajitnov tərəfindən yaradılan kompüter oyunu. İctimayətə 6 iyun 1984-cü ildə təqdim edilib. İlk dəfə Çin xalq respublikasında buraxılıb.
Maria
Maria — ad. Maria Komnenos — Trabzon şahzadəsi, Fəxrəddin Qutlu bəyin xanımı. Maria Adanez — İspaniya aktrisası, rejissoru, ssenaristi və prodüseri. Maria Maqdalena Keveriç — bəstəkar Lüdviq van Bethovenin anası idi. Maria Farantouri — Yunanıstan müğənnisi və ictimai xadimi. Maria Feliks — meksikalı aktrisa. Maria Pedraza — İspaniya aktrisa, model və balerinası.
Matra
Matra (Avstriya. Mátra) - Şimali Avstriyada dağdır. == Coğrafiyası == Ən hündür zirvəsi Qora Kekeşdir. Hündürlüyü 1014 m-dir. Bu zirvə yalnızca Matranın deyil həmçini bütün Avstriyanın ən hündür zirvəsidir. == Bitki örtüyü == Əsas bitkiləri palıd və vələsədir. Dağın ətəyində meyvə bağları xüsusilə üzüm bağları salınmışdır. == Turizm == Matra dağının yamaclarında dağ-xizəyin inkişafı üçün əlverişli şərait vardır və bu sahə genişinkişaf etmişdir. Byuksek, Parad və Matrafyured əsas kurort zonalarıdır. == Maraqlı faktlar == Matra Slovakiyanın bayrağında Tatr və Fatr dağları ilə həkk olunmuşdur.
Mehri
Meğri (erm. Մեղրի) — Ermənistanın cənubundakı Sünik mərzində, İranla sərhəddə yerləşən Meğri rayonunun mərkəzi olan şəhər. 2011-ci il siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 4 580 nəfər olmuşdur. 2020-ci ilin rəsmi hesablamalarına görə isə Meğrinin əhalisi təxminən 4 500 nəfərdir. Meğri paytaxt İrəvandan 376 km, mərzin mərkəzi Qafandan isə 73 km cənubda yerləşir. == Toponimika == Toponim türk dilində "quruyan, az sulu çöl çayı olan dərə", "yüksəkliklərində aşırımı olmayan çıxılmaz dərə", "dalan kimi dərə" mənasında işlənən mukır, mukur sözünün fonetik variant olan mığrı sözü əsasında formalaşmışdır. Digər bir variant olaraq, Meğri erməni dilində "bal şəhəri" mənasını verir. == Tarixi == Şəhərin adı mənbələrdə Mığrı formasında işlənir. 1930-cu ilin sentyabrında Meğri rayonu yaradılmış və Meğri qəsəbəsi yeni yaranan rayonun mərkəzinə çevrilmişdir. 1959-cu ildə Meğriyə şəhər tipli qəsəbə statusu verilib.
Melia
Meliya (lat. Melia) — meliekimilər fəsiləsinə aid bitki cinsi.
Meğri
Meğri (erm. Մեղրի) — Ermənistanın cənubundakı Sünik mərzində, İranla sərhəddə yerləşən Meğri rayonunun mərkəzi olan şəhər. 2011-ci il siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 4 580 nəfər olmuşdur. 2020-ci ilin rəsmi hesablamalarına görə isə Meğrinin əhalisi təxminən 4 500 nəfərdir. Meğri paytaxt İrəvandan 376 km, mərzin mərkəzi Qafandan isə 73 km cənubda yerləşir. == Toponimika == Toponim türk dilində "quruyan, az sulu çöl çayı olan dərə", "yüksəkliklərində aşırımı olmayan çıxılmaz dərə", "dalan kimi dərə" mənasında işlənən mukır, mukur sözünün fonetik variant olan mığrı sözü əsasında formalaşmışdır. Digər bir variant olaraq, Meğri erməni dilində "bal şəhəri" mənasını verir. == Tarixi == Şəhərin adı mənbələrdə Mığrı formasında işlənir. 1930-cu ilin sentyabrında Meğri rayonu yaradılmış və Meğri qəsəbəsi yeni yaranan rayonun mərkəzinə çevrilmişdir. 1959-cu ildə Meğriyə şəhər tipli qəsəbə statusu verilib.
Keria
Ryu Min Sok (kor. 류민석; 14 oktyabr 2002) və ya daha çox tanınan adı ilə Keria (kor. 케리아) – "T1" komandası üçün çıxış edən cənubi koreyalı peşəkar League of Legends oyunçusu. Bir çoxları tərəfindən dünyanın ən yaxşı dəstək oyunçusu hesab olunur. Aqressiv stilinə və tipik olmayan çempionları dəstək rolunda oynamasına görə tanınır. == Həyatı == Ryu Min Sok 14 oktyabr 2002-ci ildə Cənubi Koreyada doğulmuşdur. == Karyerası == Keria karyerasına 2018-ci ildə "DRX" komandasında başlamışdır. 2020 mövsümünün yay splitində LCK finalına çıxa bilmiş, lakin məğlub olmuşdur. Dünya çempionatında isə komandası ilə 1/4 finala çıxa bilmişdir. LCK-dəki uğurlu çıxışından sonra 2020-ci ildə "T1" komandasına transfer olmuşdur.2022-ci ilin yaz splitində LCK çempionu olmuş və ən dəyərli oyunçu seçilmişdir.
Abraham Merrit
Abraham Qreys Merrit (20 yanvar 1884, Beverli - 21 avqust 1943, İndian Roks Biç) — ABŞ yazıçısı və "Bazar" jurnalının keçmiş redaktoru. Daha çox fantastik romanlara üstünlük vermişdir. == Həyatı == 1884-cü ildə Nyu-Cersi ştatının Beverli şəhərində anadan olub, daha sonra ailəsi ilə 1894-cü ildə Pensilvaniyanın Filadelfiya şəhərinə köçmüşdür. Əslində əvvəl hüquq təhsili almışdır, amma sonra jurnalistikaya yönəlmişdir. Əvvəl müxbir, daha sonra redaktor olmuşdur. Merrit 1912-1937-ci illərdə Morill Qoddardın redaktor köməkçisi olmuş, sonra 1937-ci ildən ölümünə qədər redaktor olmuşdur. O redaktor kimi Vircil Finlay və Hanz Buk kimi işçiləri cəlb etmişdir Merrit yaradacılığı boyunca 8 roman yazmışdır. Merrit iki dəfə evlənmişdir: 1910-cu ildə Elanora Ratkliff ilə və 1930-cu ildə Elanor Conson ilə. Abraham Merrit 1943-cü ildə ürək tutmasından vəfat etmişdir.
Araqonlu Ketrin
Araqonlu Ketrin (isp. Catalina de Aragón y Castilla) (16 dekabr 1485[…], Alkala-de-Enares[d] – 7 yanvar 1536[…], Kimbolton[d], Kembricşir qraflığı[d]) — İngiltərə kralı VIII Henrinin ilk qadını olması səbəbilə iyun 1509 tarixindən may 1533 tarixinə qədər İngiltərə kraliçası; eyni zamanda kralın böyük qardaşı Artur Tüdorun qadını olaraq Uels şahzadəsi. Araqon kralı II Ferdinand və Kastilyalı İzabellanın qızı olan Ketrin hələ 3 yaşında ikən İngiltərə taxtının vəliəhdi Artur Tüdorla nişanlandı. 1501-ci ildə bu cütlük evləndi ancaq 5 ay sonra Artur Tüdor vəfat etdi. 1507-ci ildə o İspaniya krallığının İngiltərədəki səfiri seçildi və Avropa tarixindəki ilk qadın səfir oldu. Qısa müddət sonra isə Araqonlu Ketrin mərhum ərinin kiçik qardaşı və gələcək İngiltərə kralı olan VIII Henriylə evləndi (1509). 1513-cü ildə VIII Henri Fransada ikən 6 aylığına İngiltərədə taxt naibi olaraq ölkəni idarə etdi. Bu müddət ərzində ingilislər şotlandlarla girdikləri Flodden müharibəsini qazanmışdı və bu qələbədə Araqonlu Ketrinin rolu böyük olmuşdur.Təxminən 1525-ci ildə VIII Henri Anna Boleynlə gizli münasibət qurmağa başladı. Araqonlu Ketrinin taxta vəliəhd verə bilməməsi səbəbilə kral artıq evliliyindən narazı idi. Kral həm bu nikahın pozulması, həm də İngiltərə ilə Katolik kilsəsinin yollarını ayırmaq üçün yeni bəhanələr axtarmağa başladı.