Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mihulka
Mihulka (çex. Mihulka) və ya silindrik Barıt qülləsi (çex. Prašná věž)— Praqa qəsrinin şimal hissəsində yerləşir və onun tarixi istehkamlarının tərkib hissəsidir. == Mihulkanın tarixi == Praqa qəsrinin təhlükəsizliyi səbəbləri üzündən 1485-ci ildə memar Benedikt Reyt qala divarlarını möhkəmləndirmək məqsədilə şimal tərəfdən üç müdafiə istehkamı: Daliborka (həbsxana kimi istifadə olunurdu), Ağ və Barıt qüllələrini inşa etmişdi. Qüllələrin ətəklərində məşhur Maral xəndəyi yerləşir. Barıt qülləsi çox mühüm top batalyonu, eləcə də ən etibarlı və müasir istehkam obyekti idi. Onun diametri 20 metr, ümumi hündürlüyü isə 44 m olmuşdur. Onun dörd mərtəbəsi və beş zirzəmisi var idi, burada müxtəlif kolibrli döyüş silahları üçün atıcılıq meydançası yaradılmışdı. 1541-ci ildə Hradçanı və Mala Strana rayonlarında ciddi yanğın hadisəsi baş vermişdi və onun nəticəsində qüllə tamamilə dağılmışdı. Qüllənin yenidən bərpası kilsə zənglərinin tökməsi və silah istehsalı ilə məşğul olan Tomas Yaros tərəfindən həyata keçirilmişdi.
Mitaka
Mitaka – (Yaponca: 三 鷹 市 Mitaka-shi) Yaponiyanın Tokio meqapolisində yerləşən bir şəhər. == Haqqında == Bu şəhər Tokio meqapolisinin ortasında yerləşir. Sahəsi 16,42 km2 olan şəhərin əhalisi 2016-cı il 1 fevral tarixində 189 168 olmuşdur. Şəhər 3 noyabr 1950-ci ildə qurulub. Şəhərin İnokaşira Parkında yerləşən Qibli muzeyi 2001-ci ildə açılıb və mühüm turistik yerdir. Şəhərin Studio Pierrot və Telecom Animation Films Subaru Tecnica International animasiya studiyaları var. Şəhərə JR East Çuo Ana və Keio Korporasiyasının Inogaşira xətləri xidmət edir.
Malka çayı
Malka çayı (kab.-çərk. Балъкъ, qaraç.-balk. Балыкъ суу — türkcə. Balıqlı çay) — Rusiya ərazisində axan çay. Terek çayının əsas qoludur. Çayın çox hissəsi Kabarda-Balkariya ərazisindən keçir, çayın aşağı axınında kiçik hissəsi Stavropol diyarından keçir. == Relyefi == Malka çayı mənbəsini Elbrusun şimal yamaclarında götürür. Qaya-qapı keçidi ərazisində Qızıl-Kol, Birjali-su, Siltran-Tari-su, Qaraqaya-su və digər adsız axınlar birləşərək Malka çayını təşkil edirlər. Bu hissədə qayalar səthə çıxdığı üçün, bu səbəbdən çay yatağı 20,40 m hündürlüklərində dörd şəlaləyə haçalanır. Malka çayının yuxarı axarında, bir çox qolu özündə birləşdirən gur suludağ çayı axır (26), bunlardan ən böyüyü Muşta və Kiçmalka - sol, Şau -Qol isə sağ qolunu təşkil edir.