Mihulka (çex. Mihulka) və ya silindrik Barıt qülləsi (çex. Prašná věž)— Praqa qəsrinin şimal hissəsində yerləşir və onun tarixi istehkamlarının tərkib hissəsidir.
Mihulka | |
---|---|
Mihulka | |
50°05′24″ şm. e. 14°24′00″ ş. u.HGYO | |
Ölkə | Çexiya |
Şəhər | Praqa |
Yerləşir | Praqa qəsri |
Sifarişçi | II Rudolf |
Tikilmə tarixi | XV əsr |
Rəsmi sayt | old.hrad.cz |
Vikianbarda əlaqəli mediafayllar |
Praqa qəsrinin təhlükəsizliyi səbəbləri üzündən 1485-ci ildə memar Benedikt Reyt qala divarlarını möhkəmləndirmək məqsədilə şimal tərəfdən üç müdafiə istehkamı: Daliborka (həbsxana kimi istifadə olunurdu), Ağ və Barıt qüllələrini inşa etmişdi[1]. Qüllələrin ətəklərində məşhur Maral xəndəyi yerləşir. Barıt qülləsi çox mühüm top batalyonu, eləcə də ən etibarlı və müasir istehkam obyekti idi. Onun diametri 20 metr, ümumi hündürlüyü isə 44 m olmuşdur. Onun dörd mərtəbəsi və beş zirzəmisi var idi, burada müxtəlif kolibrli döyüş silahları üçün atıcılıq meydançası yaradılmışdı.
1541-ci ildə Hradçanı və Mala Strana rayonlarında ciddi yanğın hadisəsi baş vermişdi və onun nəticəsində qüllə tamamilə dağılmışdı. Qüllənin yenidən bərpası kilsə zənglərinin tökməsi və silah istehsalı ilə məşğul olan Tomas Yaros tərəfindən həyata keçirilmişdi. O eyni zamanda həmin qülləni emalatxana və şəxsi evi kimi istifadə edirdi.
II Rudolfun hakimiyyəti zamanı Barıt qülləsi kimyagərlərin laboratoriyasına çevrilmişdi. İmperatorun elmlərə böyük marağı var idi və o alimlərdən adi metalların təmiz qızıla çevirməyin sirrini bilmək istəyirdi. Alimlər israrla bu problemi həll etməyə çalışsalar da, onlar heç bir transformasiya möcüzəsinə nail olmamışdılar. Buna görə də, XVI əsrdə qüllə yenidən müdafiə məqsədləri üçün istifadəyə verilmişdi. Onun içərisində barıt ehtiyatının istehsal və saxlanqıc yeri yerləşirdi[2].
Qüllə, 1649-cu ildə isveçlilərin Praqanı işğal edən zaman məhv edilmişdir. Bu dəhşətli hadisə, qüllənin içərisində saxlanılan barıtın partlaması nəticəsində baş vermişdi. Partlayışın əsas səbəblərindən biri isveç ordusunun qəsri top atəşinə tutması və ya anbara nəzarət edən işçilərin diqqətsizliyi ola bilər. Bununla belə, həmin partlayış o qədər güclü idi ki, qüllənin yaxınlığında yerləşən bütün binalar, o cümlədən də Müqəddəs Vit kafedralı zədələnmişdi. Bundan sonra qüllə barıtsaxlanğıcı kimi artıq istifadə olunmurdu - burada kafedralda çalışan işçilər özlərinə sığınacaq tapmışdı.
XIX əsrdə o özünün hazırkı "Mihulka" adını əldə etmişdi; bunun səbəbi, dairəvi hündür qüllənin dəyirmiağız ilanbalığına oxşar olması idi (çex dilində ilanbalığı və ya minoqa Mihula adlanır).
II Dünya müharibəsindən sonra, yəni 1967-ci ildə Mihulkanın bərpa və yenidənqurma işlərinə start verilmişdi. 1982-ci ildə qüllədə tökmə zənglərin və kimyagərlərin yaratdığı əşyaların sərgisi ilə birgə böyük bir muzey açılmışdır.
1989-cu ildə, Prezident Qustav Husakın (Kommunist) əmri ilə, qüllənin Maral xəndəyinə baxan bütün pəncərələri bağladılmışdır. Bununla o, Kral bağında yerləşən əmlakını hər bir şeylə maraqlanan ziyarətçilərdən gizlətməyə çalışırdı.
Hal-hazırda Mihulka qülləsində bir neçə müntəzəm sərgi təşkil olunub: