Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mareşal Pyer Silven
Mareşal Pyer Silven (fr. Sylvain Maréchal; 15 avqust 1750, Paris – 18 yanvar 1803, Monruj) — fransız materializmi və ateizminin plebey-demokratik qanadının nümayəndəsi. Mareşal təbiətin əbədi mövcudluğunu qəbul etmişdir. Onun yalnız konkret təzahürləri — "formaları" meydana gəlir və yox olur. Allah təbiətin sinonimidir. Qorxunun təsiri altında insanılar ali bir varlığı uydurmuş və ona təbiətin xassələrini vermişdir. Mareşalda ateizm ensklopedistlərə nisbətən daha ardıcıldır. İdrak haqqında təlimində sensualistdir.