Mareşal Pyer Silven (fr. Sylvain Maréchal; 15 avqust 1750[1][2], Paris[3] – 18 yanvar 1803[1][2], Monruj[3]) — fransız materializmi və ateizminin plebey-demokratik qanadının nümayəndəsi. Mareşal təbiətin əbədi mövcudluğunu qəbul etmişdir. Onun yalnız konkret təzahürləri — "formaları" meydana gəlir və yox olur. Allah təbiətin sinonimidir. Qorxunun təsiri altında insanılar ali bir varlığı uydurmuş və ona təbiətin xassələrini vermişdir. Mareşalda ateizm ensklopedistlərə nisbətən daha ardıcıldır. İdrak haqqında təlimində sensualistdir.
Mareşal Pyer Silven | |
---|---|
fr. Sylvain Maréchal | |
Doğum tarixi | 15 avqust 1750[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 18 yanvar 1803[1][2] (52 yaşında) |
Vəfat yeri | |
İstiqaməti | ateizm |
Əsas maraqları | fəlsəfə |
Vikianbarda əlaqəli mediafayllar |
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |