Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mokoa
Mokoa (isp. Mocoa) — Kolumbiyanın cənubi-qərbində yerləşən şəhər və bələdiyyə, Putumayo departamentinin inzibati mərkəzi. Şəhər departamentin şimal-qərb hissəsində, Mərkəzi Kordilyer dağlarının ətəklərində, cənub-şərqdən təxminən 465 kilometr cənub-qərbdə yerləşən Boqata çayının sağ sahilində yerləşir. Mütləq yüksəklik dəniz səviyyəsindən 721 metrdir. Bələdiyyənin sahəsi 1030 km²dir. Kolumbiya Milli Statistika İdarəsi məlumatlarına görə 2012-ci ildə şəhər və bələdiyyə əhalisinin sayı 39.867 nəfər idi. İl ərzində şəhər əhalisinin dinamikası: 2005-ci il əhalinin siyahıya alınmasına əsasən, kişi əhalinin 49,4% -ni, qadınların isə müvafiq olaraq 50,6% -ni təşkil edir. İrqi ağ və mestizo şəhərin əhalisinin 75,1% -ni; hindlilər- 18,3%; zəncilər- 6,6%-ni təşkil edir. 15 yaşdan yuxarı əhali arasında oxuma yazma nisbəti 94,4% olmuşdur.
Alvaro Morata
Alvaro Borxa Morata Martin (isp. Álvaro Borja Morata Martín, 23 oktyabr 1992, Madrid) — İtalyanın Yuventus komandası və İspaniya milli futbol komandasının heyətində hücumçu kimi çıxış edən peşəkar ispan futbolçusudur. Karyerasına Real Madrid heyətində başlayan Morata 2010-cu ilin sonlarında Real Madridin əsas heyətində oynamağa başlamış, 52 rəsmi oyunda (11 qol), o cümlədən Real Madridin qalib gəldiyi 2014 Çempionlar Liqası final oyununda iştirak etmişdir. İlk mövsümündə qızıl dubl qazanan Morata 2014-cü ildə €20 milyona Yuventus klubunun heyətinə keçmişdir. 2016-cı ildə €30 milyon qarşılığında Yuventusdan Real Madrid FK-na transfer edilmişdir. Moratanın Gənclərdən ibarət İspaniya milli futbol komandasında 34 iştirakı ölkənin 2013-cü ildə Gənclərdən ibarət komandaların Avropa Futbol Çempionatında qalib gəlməsinə kömək etmişdir. Moratanın əsas milli komandada debütü 2014-cü ildə baş tutmuşdur. == Klub karyerası == === Real Madrid === Madriddə doğulmuş Morata 2008-ci ildə qonşu Getafe komandasından Real Madridə keçmiş, iki il sonra formalaşmasını tamamlayan Morata kiçik yaşlarından Real Madrid C komandasında çıxış etməyə başlamışdır. Yuvenil A-da 34 qolla nəticələnmiş uğurlu mövsümdən sonra 2010-cu ilin iyulunda Morata Real Madrid Kastiliyaya götürülmüş, ilk komanda məşqçisi Xose Maurinyo oyunçunu dörd komanda yoldaşı ilə birlikdə ABŞ turuna aparmışdır. 15 avqust 2010-cu ildə Morata Alkorkon komandasına qarşı yoldaşlıq oyununda Kastiliyanın tərkibində debüt edən Morata oyunun yeganə qolunu vurmuşdur.
Dorota Rabçevska
Dorota Aqualiteja Rabczewska (d. 15 fevral 1984, Polşa) — Polşa caz müğənnisi.
Hidemasa Morita
Hidemasa Morita (10 may 1995, Takatsuki, Osaka prefekturası) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Kiko Yokota
Kiko Yokota (d. 11 may 1997) — Yaponiyanı təmsil edən bədii gimnast. Kiko Yokota 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etdi. Yokota həm də 2015-ci ilin Dünya Çempionatının bürünc medalını qazanıb. == Karyerası == Kiko Yokota 2016-cı ildə Yaponiya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Airi Hatakeyama, Rie Matsubara, Sakura Noşitani və Sayuri Sugimoto ilə birgə final yarışlarında 34.200 xal topladı və 8-ci yeri tutdu.
Mokraya Qryaznuxa çayı
Mokraya Qryaznuxa çayı — Rostov vilayəti ərazisindən axan çay. Mokraya Qryaznuxa çayı Kuqa Eya çayının sol qolunu təşkil edir. O isə öz növbəsində Yey çayının bir qolunu təşkil edir. Mokraya Qryaznuxa çayının uzunluğu 22 kilometr təşkil edir. Çay üzərində kiçik dəryaçalar vardır. Onlar çayın qarşısına atılan kiçik bəndlərlə hazırlanmışdır. Çay sistemi: Mokraya Qryaznuxa → Kuqa Eya → Eya. Çay öz başlanğıcını Don-Eqoqlık düzənliyindən götürür. Mənbə Rostov vilayətinim Selinski rayonunun sərhəddinə yaxın, Eqorlıq rayonu əraxisindən, Voynov xutorunun şimalından götürür. Ümumi istiqamət olaraq qərb-cənub-qərb istiqamətindədir.
Mokraya Çuburka çayı
Mokraya Çuburka — Rusiyanın Krasnodar vilayətinin şimalı və Rostov vilayətinin cənub-qərbindən axan çay. Azov dənizinə daxil olan Taqanroq körfəzinə tökülür. Çayın uzunluğu 92 km təşkil edir. Ümumi mayillik 63 metrdir. Əb böyük qolu Çuburka çayıdır. Sahilində yerləşən ən böyük yaşsyış məntəqəsi Aleksandrovna kındidir (4738 nəfər, 2002). Çay öz başlanğıcını Kuban-Priaziv düzənliyindən götürür. Onun mənsəbi Krasnodar vilayətinin Kuşyovski rayonu, İsaevski xutorunun şərqində yerləşir. Aşağı axarlarda Kalininski xutoru ərazisindən isə Rostov vilayətinə keçir. Buradan isə o özünün ən böyük qolu olan Çuburka qolunu qəbul edir.
Zolotıe vorota metrostansiyası
«Zolotıe vorota» (ukr. «Золоті́ воро́та», ; azərb. Qızıl darvaza‎) — Kiev metropoliteninin 29-cu stansiyası. Stansiya Sresko-Peçerski xəttində, «Lukyanovskaya» və «Dvores sporta» stansiyaları arasında yerləşir. Stansiya 31 dekabr 1989-cu ildə istismara verilib. Stansiya öz adını yaxınlıqda yerləşən şəhərin tarixi ərazisindən almışdır. Ümumi sərnişin istifadəsi — 19,9 min adam/sutka. 2011-ci ildən stansiya "mədəni irs yeri", memarlıq və şəhərsalma abidəsi, monumental sənət abidəsi statusunu əldə etmişdir. Zolotıe vorota stansıyasının ilkin layihəsi daha sadə və bəsit idi. Sonradan həm dərinlik artırıldı, həm də həcmi genişləndirildi.
Bahirə Bediş Morova Aydilək
Bahirə Bediş Morova Aydilek (1897, Bosniya vilayəti – 10 noyabr 1965 və ya 10 noyabr 1938, Türkiyə) ― türk rəssam və siyasətçi,Türkiyə Böyük Millət Məclisinə seçilən ilk 18 qadın millət vəkilindən (deputat) biri. O, Türkiyənin 5-ci parlamentində Konya seçki dairəsinin millət vəkili kimi fəaliyyət göstərib. == Erkən həyatı == Bahirə Bediş Aydilək 1897-ci ildə Osmanlı imperiyasında, Bosniya vilayətində anadan olub. Atası Salonikidən Bosniyaya köçüb gəlmiş yəhudi əsilli Hasbi əfəndi, anası isə Əsma xanımdır. Lozanna müqaviləsindən sonra Aydilək və ailəsi İstanbula köçmüş və çətin günlərdən keçmişdir. Onun atası ticarətlə məşğul olur, Aydilək də çəkdiyi rəsmləri İstanbulun zənginlərinə sataraq evə kömək edirdi. Aydilək Boluda ibtidai və orta məktəbi bitirmiş və bundan sonra oradakı rəssamlıq məktəbində rəsm müəllimi kimi işləmişdir. O 1927-ci ildə görmə problemləri səbəbi ilə işini tərk etmiş, Cümhuriyyət Xalq Partiyası (CHP) və Bolu halkevində işləmişdir. 1930-cu ildə Bolu Bələdiyyə Məclisinə üzv seçilmişdir. == Siyasi fəaliyyəti == 1934-cü ildə Aydilək, Mustafa Kamal Atatürk ilə tanış olmuş və Atatürk ona "rəssam" mənasını verən "Bediz" (sonralar "Bediş" kimi yazılmağa başlamışdır) adını vermişdir.