Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maneskin
Maneskin — İtaliyalı pop rok qrupu. İtaliyanı 2021 Avroviziya Mahnı Müsabiqəsində Zitti e buoni mahnısı ilə təmsil etmiş və müsabiqənin qalibi olmuşdur. == Tarixi == Maneskin qrupunun üzvləri Damiano David, Victoria De Angelis və Thomas Raggi ilk dəfə Romada orta məktəb illərində tələbə kimi tanış olublar , Ethan Torchio daha sonra qrupa daxil olub .Qrupun yaranması 2015-ci ilə təsadüf etsədə,rəsmi olaraq 2016-cı ildə elan olunub . 2016 -cı ildə yerli musiqi yarışması olan”Pulse”üçün qeydiyyatdan keçməyə qərar veriblər. Buna görə qrupun adı olmalı idi. Ad seçimində çətinlik yaşanan vaxt yarı danimarkalı olan Viktoriya De Angelis bəzi Danimarka sözləri təklif edib və onlar Måneskin ("ay işığı") üzərində razılaşıblar. Müsabiqənin nəticəsində ilk mükafatlarını alıblar . 2017-2019 cu illərdə tanınmalarında “X Factor” müsabiqəsinin rolu olub . 2017-ci ildə onlar Manuel Aqnellinin rəhbərliyi altında İtaliyanın “X Factor” istedad şousunun on birinci mövsümündə iştirak edərək Lorenzo Licitradan sonra ikinci yeri tutublar . Səsləndirilən mahnılar “Beggin” ,”Somebody told me “ ,”Take me out” olub , ifa etdikləri orijinal mahnı isə sadəcə “Chosen “ mahnısıdır .
Meşkin
Meşkinşəhr (tarixi adı Xiyov və ya Xiyav) — Iran Ərdəbil ostanına daxildir. İranın şimal-qərbində yerləşir. Tehrandan 839 km aralıda, Savalan dağının yaxınlığında yerləşən şəhər. Meşkinşəhr şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 63 655 nəfər və 14 949 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan türkcəsində danışırlar. Bu şəhər Savalan dağına ən yaxın şəhərdir. İqlimi mülayimdir. Keçmişdə adları "Xio", "Orami", "Vəravi" olmuşdur. == Şəhərin görməli yerləri == Ən mühüm turizm obyektləri bunlardır: Seyid Süleyman Fəxrəbad İmamzadə Seyid Süleyman məqbərəsi Mavand, Qotursu, Şabil, İlandoğan və Qaynarca isti su bulaqları Qarasu çayının sahili Qədim Meşkinşəhr qalası, Ağaeh qalası, Döv qalası, Qəhqəhə qalası Sasani dövrünün 2000 illik epiqrafik abidələri Unar kəndində qədim qəbiristanlıq Şeyx Heydər türbəsi Arşaq qalası Qışlaqzaxir qalası Qənbər təpəsi Anar qədim məzarlığı Cənnət Sara məscidi Həsəndaş müqəddəs yeri Meşəlik parkı Şirvan dərəsi Qarasu Huşəng meydanı Savalan dağının ətəkləri Şəhərdə kilim, xalça, yun parçalardan müxtəlif toxuculuq məhsulları toxunur.
Ağbulaq (Meşkin)
Ağbulaq (fars. اق بلاغ‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,489 nəfər yaşayır (312 ailə). == Coğrafi yerləşməsi == Meşkinşəhr şəhristanının Mərkəzi bölgəsinin Qərbi Meşkin kəndistanında, Meşkinşəhr şəhərindən 5 km çənubdadır.
Erik Meskin
Erik Meskin (ing. Eric Stark Maskin; 12 dekabr 1950[…], Nyu-York, Nyu-York ştatı) — amerikalı iqtisadçı. 2007-ci ildə Leonid Qurvits və Rocer Mayerson ilə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Mükafatı qazanma səbəbləri "Mexanizm dizaynı nəzəriyyəsinin əsasını qoymaları" olaraq açıqlanmışdır. == Həyatı == Erik Meskin 12 dekabr 1950-ci ildə yəhudi bir ailənin uşağı olaraq doğulmuşdur və Nyu Cersi ştatının Alpayn şəhərində böyümüşdür. 1968-ci ildə Nyu Cersidə yerləşən Tenefli Yüksək məktəbindən (ing. Tenafly High School) məzun olmuşdur. Harvard Universitetində magistr və doktorluq dərəcələrinə riyaziyyat sahəsindən yüksəlmişdir. Doktorluq dərəcəsinə yüksəldikdən sonra 1976-cı ildə Kembric Universitetində araşdırmaçı vəzifəsində işə başlamışdır. 1977–1984-cü illərdə Massaçusets Texnologiya İnstitutunda və 1985–2000-ci illərdə Harvard Universitetində çalışmışdır.
Meskin (Urmiya)
Meskin (fars. مسكين‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 296 nəfər yaşayır (38 ailə).
Oleski qəsri
Oleski qəsri (ukr. Олеський замок, pol. Zamek w Olesku) — XIV-XVII əsrlərə aid Lvov vilayətinin (Ukrayna) Olesko Busskoqo rayonu yaxınlığında memarlıq abidəsi. Podqoretsi və Zoloçev qəsrləri ilə birlikdə, o, "Lvov bölgəsinin qızıl nalı"nı təşkil edir. Həmçinin burada Reç Pospolita kralı - Yan III Sobieski anadan olub. == Tarixi == Olesk qəsrinə yaxın ilk məskunlaşma yeri e.ə. 700-600-ci illərdə mövcud olmuşdur. X-XII əsrlərdə qədim rus qəsri qala altında qalmışdır. Oleski qəsri Qalisiyanın ən qədim binalarından biridir. O, Valaxiyadan Macarıstanıstana gedən Volın şəhəridə köhnə ticarət yollarının kəsişməsində tikilmişdir və bu ərazinin açarı kimi xidmət etmişdir.
Zitti e buoni (Maneskin mahnısı)
Zitti e buoni — İtaliyanın 2021 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Maneskin 2021 Avroviziya Mahnı Müsabiqəsində İtaliyanı "Zitti e buoni" mahnısı ilə təmsil etmişdir. İfaçı finalda münsif və SMS səsverməsi nəticəsində 26 ölkə arasında qalib olmuşdur.