Erik Meskin (ing. Eric Stark Maskin; 12 dekabr 1950[2][3][…], Nyu-York, Nyu-York ştatı[4]) — amerikalı iqtisadçı. 2007-ci ildə Leonid Qurvits və Rocer Mayerson ilə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Mükafatı qazanma səbəbləri "Mexanizm dizaynı nəzəriyyəsinin əsasını qoymaları" olaraq açıqlanmışdır.[5]
Erik Meskin | |
---|---|
ing. Eric Stark Maskin | |
Doğum tarixi | |
Doğum yeri | Nyu York ABŞ |
Milliyyəti | ABŞ |
Elm sahəsi | iqtisadiyyat |
Elmi dərəcəsi |
|
İş yerləri |
Harvard Universiteti Massaçusets Texnologiya İnstitutu Prinston Universiteti |
Təhsili |
|
Elmi rəhbəri | Kennet Errou |
Tanınır |
Mexanizm dizaynı nəzəriyyəsi Oyunlar nəzəriyyəsi |
Üzvlüyü | |
Mükafatları | 2007 İqtisadiyyat üzrə Nobel mükafatı |
Vikianbarda əlaqəli mediafayllar |
Erik Meskin 12 dekabr 1950-ci ildə yəhudi bir ailənin uşağı olaraq doğulmuşdur və Nyu Cersi ştatının Alpayn şəhərində böyümüşdür.[6] 1968-ci ildə Nyu Cersidə yerləşən Tenefli Yüksək məktəbindən (ing. Tenafly High School) məzun olmuşdur.[7] Harvard Universitetində magistr və doktorluq dərəcələrinə riyaziyyat sahəsindən yüksəlmişdir. Doktorluq dərəcəsinə yüksəldikdən sonra 1976-cı ildə Kembric Universitetində araşdırmaçı vəzifəsində işə başlamışdır. 1977–1984-cü illərdə Massaçusets Texnologiya İnstitutunda və 1985–2000-ci illərdə Harvard Universitetində çalışmışdır.
Erik Meskin iqtisadiyyatda oyunlar nəzəriyyəsi, iqtisadi stimullar və müqavilə nəzəriyyəsi kimi müxtəlif mövzularda çalışmışdır. Xüsusilə mexanizm dizaynı nəzəriyyəsi, tətbiqi nəzəriyyəsi və dinamik oyun qaydası haqqındakı nəşrləri ilə tanınmaqdadır.