Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fundiseius morgani
Fundiseius morgani (lat. Fundiseius morgani) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin fundiseius cinsinə aid heyvan növü.
Morennıe
Morennıe — Kara dənizinində, Şimal Torpağı arxipelaqının şimalında yerləşən adalar qrupu. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. Komsomoles adasından şimalda Labirint körfəzidə yerləşir. Qrupa daxil adaların sayını dəqiq müəyyən etmək çətindir. Bəzilərinin sahəsi olduqca kiçikdir. Ən böyük adanın uzunluğu yarım km-dir. Maksimal hündürlüyü 11 metrdir. Əsasən qumsalıqlarla örtülüdürlər. Adalarda kiçik göllər vardır. Adaların ayrıca adları yoxdur.
Morane
Morane (fr. Morane) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Atollun sahəsi 2 km²-dir. Daxilində laqun vardır. Manqareva atollundan 110 km məsafədə yerləşir. İnzibati baxımından Qambe kommunasına daxildir. 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Morqana Qmaç
Morqana Qmaç (17 iyun 1994) — Braziliyanı təmsil edən bədii gimnast. Morqana Qmaç 2016-cı ildə Braziliyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Qmaç həm də 2015-ci ildə Pan Amerika Oyunlarında iki qızıl və bir gümüş medal qazanıb. Morqana Qmaç 2016-cı ildə Braziliya bayrağı altında elə Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Emanuelle Lima, Cessika Mayer, Qabrielle da Silva və Fransielle Pereyra ilə birgə təsnifat mərhələsində 32.649 xal topladı və 9-cu yeri tutaraq mübarizəni dayandırdı.
Orqanik aşınma
Antiinhisar orqanı
Antiinhisar orqanı — əmtəə və xidmətlərin istehsalı və satışında azad rəqabəti qorumaq, bazar (inhisar) səlahiyyətindən sui-istifadənin qarşısını almaq və razılaşdırılmış hərəkətləri (kartel müqavilələri) məhdudlaşdırmaq məqsədilə bazarları tənzimləyən rəsmi dövlət təşkilatı. Antiinhisar orqanlarının iki əsas səlahiyyət növü ola bilər. Birincisi, orqana bazar gücünün konsentrasiyasının qarşısını almaq səlahiyyəti verilə bilər (birləşmələrə qadağa, iri firmaların məcburi ayrılması). İkincisi, bazar səlahiyyətlərindən sui-istifadənin qarşısını almaq və bazar iştirakçılarının bir-biri ilə sövdələşməsinin qarşısını almaq üçün orqana iri firmaların fəaliyyətinə nəzarət etmək səlahiyyəti verilə bilər. Antiinhisar orqanlarının hüquqi əsasını antiinhisar qanunvericiliyi təşkil edir. Rəqabət orqanları demək olar ki, bütün bazar iqtisadiyyatlarında mövcuddur. İqtisadi nöqteyi-nəzərdən antiinhisar orqanlarının mövcudluğu onunla bağlıdır ki, haqsız rəqabət və bazar səlahiyyətlərindən sui-istifadə bazarın uğursuzluğunun səbəblərindən biridir. Bazar uğursuzluqları istehsalın aşağı düşməsinə, qiymətlərin yüksəlməsinə, sosial rifahın aşağı düşməsinə və nəticədə iqtisadiyyatda resurslardan qeyri-optimal istifadəyə gətirib çıxarır. Bundan əlavə, aşağı rəqabətin nəticəsi texnoloji tərəqqinin yavaşlaması, istehsal xərclərinin artması və malların keyfiyyətinin azalması ola bilər. == İqtisadi səbəblər == İqtisadi nəzəriyyədə sübut edilmişdir ki, sosial rifahın maksimumu tam rəqabətli bazarda əldə edilir.
Cozef Morqan
Cozef Morqan (ing. Joseph Morgan, doğum adı: Cozef Martin) — İngiltərəli aktyor və rejissor. The CW kanalında yayımlanmış Vampirin Gündəlikləri və onun spin-off versiyası olan İlk Doğulmuşlar seriallarında oynadığı Klaus Mayklson rolu ilə tanınır. == Həyatı == Cozef London şəhərində doğulub, lakin 11 il Uelsin Suonsi şəhərində yaşayıb. O ailənin böyük uşağıdır. Cosef əvvəlcə Morriston Comprehensive School məktəbində təhsil aldı. Daha sonra isə incəsənət üzrə Gorseinon Kollecində (hazırda Gower College Swansea adlanır) təhsilini davam etdirdi. Yeniyetməlik vaxtlarında isə Londona qayıdaraq burada Central School of Speech and Drama universitetinə daxil oldu. == Kariyerası == Cozef karyerasına Sky One kanalının serialı olan Cadu serialında Troy rolu ilə başladı. Daha sonra Aleksander, Usta və Komandir: Dünyanın Uzaq Tərəfi kimi filmlərdə eləcədə BBC Two kanalında Gözəllik Xətti serialında rol aldı.
Dad orqanı
Dad orqanına - dad tumurcuqları aiddir. İnsanda dad tumurcuqları başlıca olaraq dildə olan məməciklərdə yerləşir. Bundan başqa qırtlaq qapağında, udlağın arxa divarında və yumşaq damaqda da dad tumurcuqlarına təsadüf edilir.Həmin məməciklərdə fizioloji xassəsinə görə müxtəlif növ dad reseptorları yerləşir. Bu reseptorlardan şirin dadı dilin ucu, acı dadı dilin kökü,turş dadı dilin yanları, duzlu dadı isə dilin yanları və ucu hiss edir. Yetişkin insanın dilində orta hesabla 2000-4000 dad reseptorları olur. Dadbilmə qabiliyyətinə cavabdeh olan sensor hüceyrələr bu reseptorlarda yerləşir və demək olar ki, hər həftə yenilənirlər.Dad reseptorları suda həll olmuş maddələrin təsirindən qıcıqlanır. Deməli, dad reseptorları kimyəvi qıcıqların təsiri ilə oyanır. Reseptorlarda əmələ gəlmiş oyanma dad sinirlərinin bu və ya digər lifləri ilə beyin yarımkürələri qabığının qoxu nahiyyəsi yanındakı dad nahiyyəsinə ötürülür. Burada qidanın dadı: acı,şirin,turş və duzlu olması müəyyən edilir. İnsanın həyatında dad hissiyyatının da böyük əhəmiyyəti vardır.Yer kürəsi əhalisinin təqribən 4/1-də çox güclü inkişaf etmiş dadbilmə qabiliyyəti olur ki, bu da onların ən incə dadları -xususilə də acı dadları daha da güclü bilmələrini xarakterizə edir.
Dövlət orqanı
Dövlət orqanı və ya dövlət agentliyi — əsas etibarilə təyin edilmiş bir vəzifə olaraq dövlətin mexanizmində əsaslı və ya qismən qurulmuş bir təşkilat; kəşfiyyat idarəsi kimi müəyyən orqanların idarəsi və işləməsinə cavabdehdir. Dövlət qurumlarının çox sayda növü vardır.
Henri Morqan
Henri Morqan (ing. Sir Henry Morgan; 24 yanvar 1631, ehtimal ki, , İngiltərə krallığı – 25 avqust 1688[…]) — Uelsli Dəniz qulduru. Henri Morqan Karib hövzəsində Dəniz quldurluğu ilə məşğul olmuşdur. O, ən məşhur Uelsli Dəniz qulduru hesab olunur. Morqan, Karib hövzəsində donanma üstünlüyünü İspaniyadan Böyük Britaniyaya keçməsinə çalışırdı. == Həyatı == Henrinin, Monmoutşir valisi olan Robert Morqanın oğlu olduğu ehtimal olunur. Bristol şəhərinin arxivlərində 1655-ci ilə aid bir sənəddə Henri Morqan Karib Hövzəsində yerləşən Barbados adasında kənd təsərüffatı ilə məşğul olduğu göstərilmişdir. Bu məlumatdan başa Henri Morqan haqqında 1655-ci ilə qədər heç bir məlumat yoxdur. Henrinin şəxsi həyatı barədə əsas məlumatlar onun xatirələrindən öyrənilir. Öz xatirələrində Morqan məktəbi gənc yaşlarda tərk etdiyini, qələmdən daha çox oxa üstünlük verdiyini yazmışdır.
Morqan Ceyms
Morqan Ceyms (27 avqust 1999) — Liqa Bir təmsilçilərindən olan Donkaster Rovers klubunda müdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. Ceyms Donkaster Rovers akademiyası vasitəsilə inkişaf etmişdir. O, peşəkar karyerasında debütünü 3 oktyabr 2017-ci ildə Sanderlend U-21 klubuna qarşı oyunda etmişdir. O, 63-cü dəqiqədə Harri Toffolonu əvəz etmişdir. Futbol Liqası Trofeyi görüşündə Donkaster rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. 2018-ci ilin iyun ayında Ceyms klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır.
Morqan Friman
Morqan Friman (1 iyun 1937[…], Memfis, Tennessi) — ABŞ aktyoru. Friman 2005-ci ildə "Milyon dollarlıq gözəlçə" filmiylə Ən yaxşı ikinci plan kişi roluna görə Oskar mükafatını qazandı. "Xanım Daisy'nin sürücüsü", "Şouşenkdən qaçış", "Məğlubedilməz" filmləri ilə Oskar mükafatına namizəd oldu. O həm də Qızıl qlobus və Ekran Aktyorları Dərnəyi mükafatının sahibi oldu. Özündən böyük üç bacı-qardaşı var. Uşaq ikən nənəsinin yanına, Carleston, Missisipiyə göndərildi. Friman ilk səhnəyə çıxışını 9 yaşında, bir məktəb tədbirində gerçəkləşdirdi. Məşhur kinoaktyor Morqan Friman The Human Factor adlı yeni filmdə, Cənubi Afrika Respublikasının keçmiş dövlət başçısı Nelson Mandelanın rolunu oynayır. Frimanın şirkəti "Revelations Entertainment" tərəfindən çəkiləcək filmin senarisini Cənubi Afrikalı yazıçı Antoni Pekham yazmışdır. Oskar mükafatçısı olan aktyor Morqan Friman, keçən il Cənubi Afrika Respublikasına gedərək proekti Mandela ilə məsləhətləşdiyini deyərək, bu gün 88 yaşında olan Mandelanı canlandırmaq onun üçün çox fəxr olduğunu bildirmişdir.
Morqan Tsvangirai
Morqan Tsvangirai (d. 10 mart 1952, Qutu — ö. 14 fevral 2018, Yohannesburq) — Zimbabvenin baş naziri (2009 il fevralın 11-dən), Robert Muqabeyə qarşı müxalifətin lideri. Gümüş Qızılgül Həmrəylik Mükafatının laureatı (2001 ildən).
Morqan Şuster
Vilyam Morqan Şuster (ing. William Morgan Shuster; 23 fevral 1877, Vaşinqton – 26 may 1960, Nyu-York, Nyu-York ştatı) — ABŞ iqtisadçısı, İranda Məşrutə hərəkatında iştirak etmiş mülki şəxs. 1911-ci ilin may ayında Morqan Şuster köməkçiləri ilə İrana gəlir. Rəsmən o, dövlət xəzinəsində baş xəzinədar vəzifəsini tutmalı və maliyyə işi ilə məşğul olmalı idi. 12 iyun 1911-ci ildə İran Milli Məclisi Morqan Şusterin qanun layihəsini təsdiq etdi. Az müddətdən sonra İranın bütün maliyyə işləri Morqan Şusterin nəzarəti altında idi. Həzrəti İmam Rzanın Məşhəd şəhərindəki türbəsi işgalçi Rusiya qoşununun top atəşinə hədəf oldu. Rusların bu cinayeti, Amerikalı Morqan Şuster tərəfindən İran baş xəzinədarlığı özəl jandarma gücünün təşkil edilməsi ardından gerçəkləşdi. Amerikalı birinin İranda belə bir məsuliyyətə gətirtilməsini xoş qarşılamayan Rusiya dövləti İran şahlığına ültimatium verdikdən sonra ordu Məşhəd şəhərində İmam Rza türbəsini topa tutdu.
Müvazinət orqanı
Vestibulyar aparat (lat. vestibulum) — insanlarda və heyvanlarda başın və bədənin vəziyyətinin dəyişməsinə əsasən müvazinəti bərpa edən orqan, daxili qulağın labirintində yerləşir. Daxili qulağın labirintində ilbizdən başqa iki balaca torbacıq- girdə və oval torbacıq, habelə bir-birinə perpendikulyar müstəvidə yerləşmiş üç yarımdairəvi kanal vardır. Torbacıqlar yarımdairəvi kanallar ilə birlikdə müvazinət üzvü olan vestibulyar aparatı əmələ gətirir. Bu aparatın torbacıqları divarında çoxlu miqdarda reseptor hüceyrələr yerləşir ki, bunların da hər birinin ucunda həssas tükcük olur. Həmçinin, burada çox xırda əhəngli törəmələr (otolitlər) də vardır.Bədənimiz adi vəziyyətdə olduqda həmin xırda əhəngli törəmələr təzyiq edərək altdakı hüceyrələrin tükcüklərini qıcıqlandırır. Lakin bədənimizin vəziyyəti dəyişdikdə başqa hüceyrələr qıcıqlanmağa başlayır və bunlardan gələn oyanma beyin yarımkürələri qabığının müvafiq nahiyyələrinə ötürülür. Yarımdairəvi kanalların enli ağzında yerləşən həssas hüceyrələrin reseptorları həmin kanalların içərisindəki mayenin təzyiqindən qıcıqlanır. Yarımdairəvi kanallar bir-birinə perpendikulyar yerləşdiyindən bədənimizin vəziyyəti dəyişdikdə həmin kanallardakı maye bu və ya digər reseptorları qıcıqlandırır. Müvafiq hüceyrələrdə əmələ gələn oyanma bədənimizin qeyri-adi vəziyyət alması haqqında xəbərləri beyinin müvafiq nahiyyəsinə aparır.
Qoxu orqanı
Qoxu orqanı — bəzi heyvanların həyatında əhəmiyyətli rol oynayır. İnsanda qoxu orqanı ətraf aləmin tanınmasında böyük əhəmiyyət kəsb edir. Həm tənəffüsdə, həm də qoxunun qəbulunda burun boşluğu əsas rol oynayır. Burun sümük, qığırdaq və əzələlərdən təşkil olunub. Onun içərisində yerləşən xırda vəzilər selik ifraz edir ki, bu da burun boşluğuna düşmüş tozu kənarlaşdırmağa xidmət edir. Qoxu hüceyrələri müxtəlif iyləri hiss etməyə imkan verir. Qaz halında olan iyli maddələr qoxu hüceyrələrini qıcıqlandırır. Həmin qıcıqlardan oyanan reseptorlar qıcıqları qoxu siniri ilə beyin yarımkürələri qabığının gicgah hissəsində olan qoxu nahiyəsinə örtürür və müxtəlif qoxular burada ayırd edilir.İnsanda bu hissiyyat bir çox heyvanlara nisbətən zəif inkişaf etmişdir. Heyvanlar qoxu hissiyatı ilə düşmənin yaxınlaşdığını müəyyən edir, hətta qidasını iyinə görə tapır. İnsanlar qoxu hissiyyatı vasitəsilə qidaları bir-birindən seçir, atmosferin qaz tərkibini müəyyən edir və həmçinin, təbiətin müxtəlif ətirli gül və çiçək qoxularından zövq alır.İnsanın qoxu orqanı onun dad almasına da kömək edir.
Tomas Morqan
Tomas Hant Morqan (ing. Thomas Hunt Morgan; 25 sentyabr 1866[…], Leksinqton, Kentukki – 4 dekabr 1945[…], Pasadena, Kaliforniya) — Amerika bioloqu, genetika elminin banislərindən biri, İtakada, Nyu York (1932) Genetikadan keçirilən Altıncı Beynəlxalq konqresin sədri olub. "Xromosomların irsiyyətdə rolu" ilə bağlı kəşfə görə 1933-ci ildə fiziolofiya və tibbin Nobel mükafatı laureatı olmuşdur. Tomas Morqan və onun tələbələri(Q.C.Möller, A.Q.Störtevant) "Xromosomun İrsiyyəti" nəzəriyyəsini formalaşdırmışdılar. Genlərin xromosomda yerləşməsi haqqında qoyulmuş qanunauyğunluqlar Qreqor Mendelin qanunlarının sitoloji mexanizmlərinin aydınlanmasına və təbii seçmə nəzəriyyəsinin genetik əsaslarının inkişafına səbəb oldu. Növlərdə irsiyyət və dəyişkənliyin olmasına aid uzunmüddətli və çətin araşdırmalar yalnız Morqanın drozofil milçəyi üzərində apardığı eksperimentlərdən sonra uğurla nəticələndi.O drozofil milçəyinin öyrənilmiş xüsusiyyətlərini 4 qrupa böldü, bunlar irsən nəslə ötürülür və drozofil milçəyində 4 cüt xromosomun olmağı ilə bağlıdı.Alimlər müəyyən etmişdilər ki, bu xromosomlardan olan kombinasiyalar müxtəlif min gendən çox ola bilməz.Milçəkdə olan genlərdən asılı olaraq onun bu və ya hansı növə aid olduğu müəyyən olunur. Drozofillə aparılan minlərlə eksperimentlər morqançılara bu və ya digər genin xromosomda harda yerləşməsini göstərən xəritə tərtib etməyə imkan verdi. Bu xəritə imkan verdi müəyyən etməyə ki, bütün bitki və heyvan xromosomlarında genlər dəqiq müəyyən vəziyyətdə yerləşir. Развитие и наследственность Ю. Я. Керкис. — М.—Л.: Биомедгиз, 1937.
Uilyam Morqan
Vilyam Morqan — voleybol oyununun banisi. 1870-ci ildə Nyu-Yorkun Lokport əyalətində dünyaya göz açmışdır. Əslən uelsli olan Morqan ABŞ vətəndaşı idi. O, 1892-ci ildə "Springfield" kollecində basketbol oyununun yaradıcısı Ceyms Naysimitlə tanışdı. Hər ikisi bədən tərbiyəsini oxumuş və 1895-ci ildə Naisimit basketbolu yaratmışdı. Bunu görən Morqan daha az güc sərf edərək daha çox maraq verəcək bir oyun yaratmaq istədi və voleybol oyununun əsasını qoydu. İlk olaraq "Mintonette" adlandırdığı oyunu daha sonra voleybol olaraq dəyişdilər və bugünkü voleybol oyunu inkişafla uzun yol keçdi. 1942-ci ildə Morqan dünyasını dəyişmişdir. Onun adına ABŞda orta məktəb də vardır.
Vilyam Morqan
Vilyam Morqan — voleybol oyununun banisi. 1870-ci ildə Nyu-Yorkun Lokport əyalətində dünyaya göz açmışdır. Əslən uelsli olan Morqan ABŞ vətəndaşı idi. O, 1892-ci ildə "Springfield" kollecində basketbol oyununun yaradıcısı Ceyms Naysimitlə tanışdı. Hər ikisi bədən tərbiyəsini oxumuş və 1895-ci ildə Naisimit basketbolu yaratmışdı. Bunu görən Morqan daha az güc sərf edərək daha çox maraq verəcək bir oyun yaratmaq istədi və voleybol oyununun əsasını qoydu. İlk olaraq "Mintonette" adlandırdığı oyunu daha sonra voleybol olaraq dəyişdilər və bugünkü voleybol oyunu inkişafla uzun yol keçdi. 1942-ci ildə Morqan dünyasını dəyişmişdir. Onun adına ABŞda orta məktəb də vardır.
Artur Morqan
Artur Morqan — (ing. Arthur Morgan) Red Dead Redemption 2 oyununun baş qəhrəmanı. Rockstar Games- in Red Dead video oyun seriyasındakı personajlardan biridir . Artur qanundan kənar bir şəxsdir, Van der Linde bandasının yüksək rütbəli üzvüdür, o, Amerika sərhədinin qondarma təmsilçiliyində hökumət qüvvələri və digər düşmənlərlə mübarizə aparmağa çalışarkən Köhnə Qərbin tənəzzülü ilə məşğul olmalıdır . == Yaradılması == Rockstar Games- in inkişaf qrupu, hadisələrin ona necə təsir etdiyini daha yaxşı başa düşmək üçün Red Dead Redemption 2-də əvvəlki layihə Grand Theft Auto V (2013) dən fərqli olaraq idarə oluna bilən tək bir xarakterə sahib olacağına qərar verdi. Onlar həmçinin hesab edirdilər ki, Qərbin povest quruluşu vahid perspektiv tələb edir. Artur Morqan rolunu aktyor Rocer Klark canlandırıb ; Çəkiliş prosesində eyni vaxtda hərəkət və nitq çəkilişi iştirak edirdi, ancaq kiçik bir hissəsi səs kabinəsində edildi. Artur rolunu oynamaq üçün Klark aktyor Toshiro Mifunedən ilham aldı. O, qeyd etdi ki, Mifune personajlarının Arturda göstərmək istədiyi "dəli" yumor və mürəkkəblik hissi var. Klark " Təklif" dən bəzi fikirlər əldə etdi , çünki o, Arturla oxşar xarakter qövsünü, eləcə də Qərbi Günortadan və Con Ueynin işindən bəhs edir.
Kolin Morqan
Kolin Morqan (1 yanvar 1986) — Şimali İrlandiyalı aktyor. O, BBC-nin fantaziya serialı Merlin-də canlandırdığı Merlin (2008–2012) və Kennet Brana -ın Belfast filmində canlandırdığı Billy Clanton (2021) obrazları ilə məşhurlaşmışdır.
Morqan Bulkeley
Morqan Qardner Bulkeley (26 dekabr 1837 – 6 noyabr 1922, Hartford) — Amerikalı; siyasətçi; iş adamı; Peşəkar Beysbol Klubları Milli Liqasının (ing. National League (baseball)) ilk prezidenti.
Kapitalın orqanik tərkibi
Marksist iqtisadi nəzəriyyədə kapitalın orqanik tərkibi — sabit nisbət ( c {\displaystyle c} ) və ( v {\displaystyle v} ) kapital. Daimi kapitalın payı nə qədər çox olarsa, kapitalın üzvi tərkibi bir o qədər yüksək olar. Kapitalın üzvi tərkibi artmağa meyllidir. Bu, kapitalın daimi hissəsinin artımı hesabına baş verir. Daimi kapitalın payı texnoloji tərəqqi, texnologiyanın təkmilləşdirilməsi, sənayenin avtomatlaşdırılması, robotlaşdırılması və kompüterləşdirilməsi hesabına artır. Kapitalın daimi hissəsinin artması dəyişən kapitalın payının azalmasına səbəb olur. Nəticədə işçi qüvvəsinə tələbin azalması və işsizliyin artması müşahidə olunur. Digər tərəfdən, kapitalın üzvi tərkibinin artması mənfəət dərəcəsinin azalmasına səbəb olur. Beləliklə, kapitalist istehsalının ziddiyyətli xarakteri üzə çıxır. Bir tərəfdən mənfəət güdərək sahibkarlar əmək məhsuldarlığını artırır və texniki tərəqqiyə töhfə verir, digər tərəfdən əmək məhsuldarlığının artması mənfəətin sürətini azaldır və işsizliyin artmasına səbəb olur.
Jak De Morqan
Jak de Morqan (3 iyun 1857[…] – 12 iyun 1924, Marsel)— fransız tarixçisi, numizmat və arxeoloqu. == Həyatı == Jak De Morqan 3 iyun 1857-ci ildə Fransanın Uisso-Syur-Koccon şəhərində anadan olmuşdur. 1889–1891-ci illərdə mühəndis De Morqanın rəhbərliyi ilə fransız arxeoloji missiyası İran və Azərbaycan ərazisinə gəlmişdir. De Morqan bu zaman ərzində İranın şimal-qərb rayonlarında, Xəzərin sahillərində, Talış xanlığında olmuş və arxeoloji qazıntılar apararaq tarixi abidələrimizi ölkədən kənara çıxartmışdır. O, 1889-cu ildə Korqanrud (Kəonru) mahalında qazıntılar aparmış və buradakı tarixi abidələrlə yanaşı, qızıl və digər qiymətli əşyaları Fransa muzeylərinə göndərmişdir. De Morqan Lənkəran, Lerik və Astaranın ərazisində arxeoloji qazıntılara ilk olaraq Çay İçi Lənkəran (Ruədilə) mahalından başlayaraq, Astaranın, Lerikin, Masallının müxtəlif dağ kəndlərinə qədər olan ərazidə ən qədim abidələri, tarixi eksponatları, bir sözlə, bütün maddi mədəniyyət nümunələrini Fransaya yola salır. Qeyd etmək lazımdır ki, onun Azərbaycandan apardığı həmin nümünələr, son tunc, erkən dəmir dövründən 17-ci əsrə qədər olan dövrü əhatə edirdi. O, savadsız kənd camaatını müxtəlif yollarla aldadaraq qədim tarixə malik qəbirləri onlara qazdırmışdır. 1890-cı ildə tədqiqatcı həmyerlisi K. Şaffer və qardaşı Henri ilə birlikdə Talış dağlarının ətəyindəkı kəndlərin ərazisində arxeoloji qazıntılara başlayır. O, buradakı nəhəng qəbirləri (bu qəbirlər çəkisi 5–6 tondan ağır böyük daşlardan hazırlanıb, daşlar şaquli vəziyyətdə yerə basdırılıb və hər iki tərəfi bağlıdır.
Lüis Henri Morqan
Morqan Lüis Henri (ing. Lewis Henry Morgan; 21 noyabr 1818 – 17 dekabr 1881[…], Roçester[d], Nyu-York ştatı) – ABŞ alimi, etnoqrafı və arxeoloqu. == Həyatı == Amerika hindililərinin məişətini öyrənərək ibtidai cəmiyyətin tarixinə dair sanballı material toplamış, "Qədim cəmiyyət" əsərində (1877) ümumiləşdirmişdir. Siniflərə qədərki cəmiyyəti tarixinin dövrləşdirilməsini yaratmaq cəhdi Morqana məxsusdur; bu cəhd hər bir dövrü istehsal texnikasının inkişafı ilə əlaqələndirmək baxımından qiymətli hesab edilir. Morqan müəyyən etmişdir ki, ailə cəmiyyətin inkişafı ilə birlikdə dəyişən tarixi hadisədir. Luis Henri morqan 40 il müddətində irokezlerle birlikdə yaşamış və onların həyatını öyrənmişdir.