Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ded Moroz
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Moroz yarımadası
Moroz yarımadası (ing. Moroz Peninsula) — Kanadanın Saskaçevan əyalətindəki Uoşikamio gölündə, ölkənin mərkəzi hissəsində, paytaxt Ottavadan 2600 km qərbdə yerləşən yarımada. Dəniz səviyyəsindən yüksəkliyi 439 metr. Yarımadanın ərazisində demək olar ki, yaşayış yoxdur. 1 kvadrat kilometrə 2 nəfərdən az adam düşür. Yarımada Subarktika iqlimi zonasında yerləşir. Bu bölgədəki orta illik temperatur –2 °C-dir. Ən isti ay iyul, ortalama temperatur isə 15 °C olduğu zaman, ən soyuq ay fevral, ortalama temperatur isə -20 °C-dir.
Reqina Moroz
Reqina Moroz — rus qadın voleybolçu. Ampluası blokçudur. Dinamo Kazan klubunda oynayır. Bu klubda "on yeddi" nömrəli formanı tərlədir.
Moros
Moros (yun. πικρόχολος) qədim yunan mifologiyasında fəlakət tanrısı. Eyni zamanda Ereb ilə Niktanın oğlu və Tanatın qardaşıdır.
Viesturs Morozs
Viesturs Morozs (18 fevral 1990) — Latviyalı peşəkar kişi BMX velosipedçisi. Viesturs Morozs Latviyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Viesturs Morozs 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 34.703 saniyəlik nəticəsi ilə 79-cu yeri tutdu.
Aldo Moro
Aldo Moro(it. Aldo Moro; 23 sentyabr 1916, Malye, Apuliya — 9 may 1978, Roma) — İtaliyanın baş naziri, Xristian Demokratik Partiyasının rəhbərlərindən biri. == Həyatı == Aldo Moro 23 sentyabr 1916-cı ildə anadan olmuşdu. Ali hüquq təhsili almışdı. İtaliyanın mərhum Baş naziri Aldo Moro öz ölkəsi üçün müəyyən edilən "postindustrial sıfır inkişafı" və əhalinin sayının ixtisarı siyasətinin əleyhinə çıxan liderlərdən biri idi. O, bununla "Roma Klubunu" hiddətləndirmiş oldu, çünki "Olimpiyaçılar" bu siyasətin həyata keçirilməsini məhz "Roma Klubuna" tapşırmışdılar. 1982-ci il noyabrın 10-da Romada keçirilən məhkəmədə Moronun yaxın dostu bildirdi ki, Baş Nazirə "Beynəlxalq İşlər üzrə Kral İnstitutunun" (RRLA, Böyük Britaniya) agenti hədə-qorxu gəlirdi və həmin şəxs eyni zamanda həm də ABŞ-nin Dövlət Katibi, eləcə də Komitet 300-ün üzvüdür. Şahidin adını çəkdiyi adam Henri Kissincer idi və onun sürətli yüksəlişi aşağıda təfərrüatı ilə nəzərdən keçiriləcəkdir. Xatırladaq ki, Baş Nazir Aldo Moro 1978-ci ildə "Qırmızı briqadalar"nın terrorçuları tərəfindən oğurlanmış və sonra vəhşicəsinə qətlə yetirilmişdi. "Qırmızı briqadalar"nın üzvlərinə qarşı keçirilən məhkəmədə onlardan bəziləri Moronun məhv edilməsi məqsədilə həyata keçirilən sui-qəsddə ABŞ-nin yüksək səviyyəli rəsmı şəxslərinin iştirak etdiklərindən xəbərdar olduqlarını bildirmişdilər.
David Morz
David Morse (11 oktyabr 1953) Amerikalı Emmy mükafatına namizəd göstərilmiş səhnə, teatr və kino aktyorudur. Massaçusetsin Beverly şəhərində anadan olub. Teatr işlərinə 1970-ci illərdən Bostonda başlamışdır. 1980-ci illərdə, vaxtaşırı Nyu-Yorkda teatr tamaşalarında yer alarkən bəzi televiziya filmlərində də iştirak etmişdir. Bu illərin sonra, Yaxşı Oğul (The Good Son), Qaya (The Rock), On iki meymun (Twelve Monkeys), Uzun Öpüş Gecəsi (The Long Kiss Goodnight), Əlaqə (Contact) və Müzakirəçi (Negotiator) kimi bəzi film əsərlərində rol almışdır. Stephen Kingin hekayələrinə əsaslanan The Langoliers, Hearts in Atlantis və Yaşıl mil filmləri ilə nüfuzunu artırmışdır. 2007-ci ildə House serialındakı Michael Tritter roluna görə Emmy mükafatına namizəd göstərilmişdir.
Ernst Moro
Ernst Moro (8 dekabr 1874–1951)— Avstriya pediatrı, psixoloqu. == Həyatı == Ernst Moro 8 dekabr 1874-cü ildə müasir Sloveniyanın paytaxtı Lyublyanada anadan olub. Həmin illərdə isə Lyublyana Avstriya-Macarıstan imperiyasının şəhərlərindən biri sayılırdı. Və şəhər Laybax adlandırılırdı. Moro Qratsda (Avstriyada Ştiriyanın inzibati mərkəzi olan Qrats Avstriya imperiyasının Türk sərhədlərində ən qədim postlarından biri və ölkənin ən orijinal şəhərlərindən biri olub) oxuyub. 1899-ci ildə o, tibb doktoru alimlik dərəcəsi alıb, 1901-1902-ci ildə o, bağırsaq basili bakteriyasını kəşf edən Teodor Yeşerixlə çalışıb, 1906-ci ildə Münhendə pediatr ixtisasına yiyələnib, iki il sonra isə Heydelberq Universitetində professor olub. Həkim 1908-ci ildə tibb dünyasında elə bir yenilik etmişdi ki, onun izahı düz bir əsr sonra açılmışdı. Birinci Dünya müharibəsi illərində uşaqların çoxu ishaldan ölürdü. Moro uşaq ölümlərinin sayını azaltmaq üçün sadə resept yaradır. Bu reseptin əsas inqrediyenti kök şorbası imiş.
Fabritsio Moro
Fabritsio Mobriçi (it. Fabrizio Mobrici; d. 9 aprel 1975, Roma, İtaliya) və ya səhnə adı ilə Fabritsio Moro — İtaliya müğənnisi və bəstəkarı. Onun debüt albomu 2000-ci ildə təqdim olunmuşdur. 2007-ci ildə Moro İtaliyanın ən böyük musiqi hadisələrindən hesab olunan Sanremo musiqi festivalında ifa etdiyi "Pensa" mahnısı ilə qalib gəldikdən sonra İtaliyada şöhrət qazanmışdır. Mahnı ölkədə uzun müddət hit olaraq qalmışdır. 2018-ci ilə kimi Moronun yeddi studiya albomu, bir mini-albomu və bir canlı ifalardan təşkil olunmuş albomu işıq üzü görmüşdür. 2011-ci ildə İtaliyanın RAI 2 telekanalında ifaçı Sberra adlı televiziya proqramına aparıcılıq etmişdir. Bundan başqa Moro digər italyan müğənniləri üçün mahnılar da yazmışdır. Moro Ermal Meta ilə duet şəklində ifa etdiyi "Non mi avete fatto niente" mahnısı ilə 2018 Sanremo musiqi festivalında qələbə qazanmışdır.
Janna Moro
Janna Moro(fr. Jeanne Moreau [ʒan mɔˈʁo]; d. 23 yanvar 1928, Paris - ö. 31 iyul 2017, Paris) — fransız müğənnisi, aktrisası, kinorejissoru. == Həyatı == Janna Moro 23 yanvar 1928-ci ildə Parisdə dünyaya gəlib. Hələ erkən yaşlarından rastlaşdığı ikinci dünya müharibəsinin fəsadları onun ailəsindən də yan keçməyib. II dünya müharibəsinin başlanması Jannanın uşaqlıq illərinə düşdüyü üçün o, özünü hər zaman müharibə uşağı adlandırıb. Müharibənin başlanmasıyla atasının müflisləşməsi, ingilis qanı daşıdığı üçün anasının həbs olunması bir dövrə təsadüf edib. Hitlerçilərin Fransaya soxulması, kədərli və ac uşaqlıq dostları, qara bazar, küçələrdəki fahişəlik, alman əsgərləri, qəzəb və qorxu Jannanın uşaqlıq illərində ən çox rastlaşdığı məqamalar olub. Özünün artistlik istedadına güvənən Jannanın teatra və kinoya olan həvəsi bir zamanlar “Folli Berjer” müzik-xollunda balerina olmuş anasından qaynaqlanır.
Moro problemi
== İstinadlar ==
Stiven Cosef-Monroz
Stiven Josef-Monroz (20 iyul 1990) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Neftçi klubunda hücumun sağ cinahında çıxış edən Fransalı peşəkar futbolçudur. == Karyerası == === Klub === Josef-Monroz öz futbolçu karyerasına Bondi şəhərinin yerli klublarından olan Bondi klubunda başlamışdır. 2000-ci ildə CRAF Lievin klubuna transfer olmuş, 2002-ci ildə isə Lans klubuna keçmişdir. 20 iyul 2008-ci ildə Stiven onunla maraqlanan Pas-de Kalais təmsilçisi ilə 2013-cü ilə qədər müddəti olan ilk peşəkar müqaviləsini imzalamışdır. O, klubda 34 nömrəli forma ilə çıxış etmişdir. Stiven peşəkar karyerasında debütünü 13 oktyabr 2008-ci ildə Genqam klubuna qarşı oyunda etmişdir. O, 20 dəqiqə meydanda mübarizə aparmış və komandası 1-0 hesabı ilə qalib gəlmişdir. 11 yanvar 2010-cu ildə Stiven Şateru klubuna 30 iyun 2010-cu ilə qədər icarəyə verilmişdir. 23 iyun 2017-ci ildə Jozef-Monroz Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Qəbələ klubu ilə iki illik müqavilə imzalamışdır. === Milli komanda === Jozef-Monroz bir müddət Fransa U-19 millisində çıxış etmişdir.
Stiven Josef-Monroz
Stiven Josef-Monroz (20 iyul 1990) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Neftçi klubunda hücumun sağ cinahında çıxış edən Fransalı peşəkar futbolçudur. == Karyerası == === Klub === Josef-Monroz öz futbolçu karyerasına Bondi şəhərinin yerli klublarından olan Bondi klubunda başlamışdır. 2000-ci ildə CRAF Lievin klubuna transfer olmuş, 2002-ci ildə isə Lans klubuna keçmişdir. 20 iyul 2008-ci ildə Stiven onunla maraqlanan Pas-de Kalais təmsilçisi ilə 2013-cü ilə qədər müddəti olan ilk peşəkar müqaviləsini imzalamışdır. O, klubda 34 nömrəli forma ilə çıxış etmişdir. Stiven peşəkar karyerasında debütünü 13 oktyabr 2008-ci ildə Genqam klubuna qarşı oyunda etmişdir. O, 20 dəqiqə meydanda mübarizə aparmış və komandası 1-0 hesabı ilə qalib gəlmişdir. 11 yanvar 2010-cu ildə Stiven Şateru klubuna 30 iyun 2010-cu ilə qədər icarəyə verilmişdir. 23 iyun 2017-ci ildə Jozef-Monroz Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Qəbələ klubu ilə iki illik müqavilə imzalamışdır. === Milli komanda === Jozef-Monroz bir müddət Fransa U-19 millisində çıxış etmişdir.
Moro Milli Qurtuluş Cəbhəsi
Moro Milli Qurtuluş Cəbhəsi (Moro National Liberation Front , MNLF) , Filippinin cənubunda fəaliyyət göstərən və müstəqilliyi məqsəd qoyan Müsəlman təşkilatı. Müsəlman Mindanao Muxtar Bölgəsini idarə etməkdə olan MNLF , müşahidəçi statusunda Moro xalqının təmsilçisi kimi İslam Əməkdaşlıq Təşkilatına üzvdür. Ferdinand Marcos rəhbərliyinə qarşı silahlı mübarizə üçün 1960-cı illərin sonlarında qurulan təşkilat, Müsəlmanların əksəriyyətdə olduğu Mindanao adası ərazisində 1972-ci ildə partizan hərəkatına başladılar. Marcosun hərbi vəziyyət elan etməsi ilə mübarizə daha da artdı. Filippin silahlı qüvvələrinin yarısının hərəkətə keçirilməsindən sonra hadisələr əsnasında təxminən 50 min adam öldürüldü, 20 mindən çox müsəlman Şərq Malayziyadakı Sabah ştatina qaçdı.Təşkilatın silahlı qanadını meydana gətirən Banysa Moro Ordusu Filippin qüvvətlərinə böyük itkilər verdirdi. 1976-cı ilin sonlarındakı atəşkəsdən sonra Marcosun təklif etdiyi regional muxtariyyət proqramı üçün həyata keçirilən danışıqların nəticə verməməsi görə, təşkilatın başçısı Nur Misuari 1977-ci ildə tam müstəqillik hədəfi istiqamətində mübarizəni davam etdirmə qərarını açıqladı. Bu dövrdə əvvəl Liviyadan, daha sonra da İrandan diplomatik və hərbi dəstək alan MNLF seçkiləri boykot etdi və hərbi vəziyyətin ləğv edildiyi 1981-ci ildən sonra da mübarizəsini davam etdirdi.Amma regional ayrılıqların da təsiri ilə meydana gələn bölünmələr nəticəsində təşkilatın təsiri zəiflədi. Bölünmələrdən sonra 1981-ci ildə MNLF-dən ayrılan daha radikal bir qrup Moro İslami Qurtuluş Cəbhəsini qurdu. İƏT, Libya və İndoneziya 1992-ci ildə yenidən sülh danışıqlarına vasitəçilik etdilər. 1992-1996-cı illərdə sülh danışıları davam etdi.Uzun illər davam edən qarşıdurmadan sonra 1996-cı ildə Filippin hökuməti ilə MNLF arasında gəlinən nəcitə ilə Mindanao adasındakı Müsəlmanların çoxluq təşkil etdiyi yerlərdə Müsəlman Mindanao Muxtar Bölgəsinin qurulmasına qərar verildi.
Köröş-Maroş Milli Parkı
Köröş-Maroş Milli Parkı (ing. Körös-Maros National Park, mac. Körös–Maros Nemzeti Park) — Macarıstanın 10 milli parkından biri. Cənubi Alfölddə Bekeş əyalətində yerləşir. == Coğrafiyası == 1997-ci ildə quşların mühafizəsi üçün yaradılmışdır. Payız mövsümündə Feyer gölünün ətrafında quşların köçünü müşahidə etmək olar. Göl on minlərlə durnaların və ördəklərin sığınacağıdır.
Aforoz
Aforoz — Bir şəxsi mənsub olduğu dindən məhrum etmək; onu dindən kənarlaşdırmaq. == Haqqında == Kəsmə sözü dini hakimiyyət orqanları tərəfindən xristian dinindən olan bir şəxsi icmanın dinindən məhrum etməklə bir növ qınamadır. Qovulma hər hansı bir şəxsin yaşadığı cəmiyyətdən və onunla münasibətdən kənarlaşdırılması deməkdir. Türk Dil Qurumunun məlumatına görə, qadağan sözü xristianlıqda kilsə tərəfindən qovulmanın cəzası kimi istifadə olunur. İstisna sözü incimiş adamla danışmamaq, maraqlanmamaq, sakitləşməmək mənalarında da işlənir. Kənarlaşma nə deməkdir? yanğın; Xristian dini vəzifəli şəxs tərəfindən üzvü olduğu dini icmadan xaric edilmiş, xaric edilmiş, xaric edilmiş hesab olunur.
Boros
Adam Boroş (mac. Boros Ádám; 19 noyabr 1900[…], Budapeşt – 2 yanvar 1973, Budapeşt) — Macarıstan botaniki. == Elmi fəaliyyəti == Adam Boroş toxumlu bitkilər, mamırkimilər üzrə ixtisaslaşmışdır. === Təsnif etdiyi bəzi növlər === Funaria hungarica Boros Cyndrichia mongolica Boros Hieracium praebiharicum Boros Marsupella hungarica Boros et Vajda == Əsərləri == Boros Á. Közép-és Nyugatmagyarország Sphagnum-lápjai növényföldrajzi szempontból / / A Debreczeni Tisza István tudományos társaság honismertető bizottságának kiadványai .- 1925–1926 .- II kötet, 5 fűzet .- P. 3–26. (Proceedings of the committee for the home geographical researches of the count Stephen Tisza scientifical society of Debrecen) Boros Á. A bustyaházai Csere-erdő florája / / Scripta Bot. Musei Transsilvanici, Cluj .- 1944 .- Vol. 3 .- P. 15–20. == Şərəfinə adlandırılmış taksonlar == Rosa borosiana Degen Pinus borosianus Lyka Pulsatilla borosiana Wagner Melampyrum borosianum Soó Mentha borosiana Trautmann Sorbus borosianus Kárpáti Z. Placidum Adami Borosi Szatala. == İstinadlar == == Ədəbiyyat == Мигаль А. В., Шевера М. В. Борош Адам / Энциклопедия Современной Украины. — Киев: 2004 .- Т. 3 .- С. 369–370.
Korgöz
Korgöz — Azərbaycanın Qaradağ rayonunda Qızıldaş qəsəbə inzibati ərazi vahidində qəsəbə. == Haqqında == Qəsəbə öz adını yaxınlığındakı eyniadlı vulkanın adından almışdır. Sovet hakimiyyəti illərində neft yataqlarının aşkar edilməsi ilə əlaqədar yaranmışdır.Adını Kərkəs dağından götürən qəsəbə əslində Kərkəs adlanmalıdı. Lakin sovet dövründə ad təhrif olunaraq Korgöz formasına düşüb. Neft çıxarılması və neft buruqlarının salınması ilə əlaqədar, 1932-1933-cü illərdə burada neftçilər üçün salınmış Azneftsənaye yaşayış massivinin qısaldılmış adı ilə bağlı AZNS adlandırılmışdır. 2000-ci ilə qədər Korgöz məntəqəsi Qızıldaş qəsəbəsinin tərkibində olmuşdur. Quş adı olan Kərkəsin adını daşıyan qəsəbə 1967-ci ildə qəsəbə statusu almış, əhalisi 2,2 min nəfərdir. Əhalisi əsasən sənaye sahələrində və özəl sektorlarda çalışır, sosial obyektləri fəaliyyət göstərir. Korgöz ASC (mişar daşının istehsalı) və s. mövcuddur.Qəsəbə cənubdan Puta, şimaldan isə Qızıldaş qəsəbəsi ilə həmsərhəddir.
Körmöz
Körmöz - türk və altay xalq inancında və mifologiyasında ruh, cin, qarabasma mənasını verən söz. Körmös, Kürmös və ya Körümes də deyilir. Yaxşılıq və pislik edən ruhların hamısıdır. Ümumiyyətlə üçlü bir təsniflə ələ alınarlar. Yer üstündə yaşayan ruhlar, Su və torpaq altında yaşayan ruhlar. Səmada yaşayan ruhlar.Bəzən Tanrının vəzifələndirdiyi varlıqlardır. Şeytanı varlıqlara isə Soqor Körmös (Kor Mələk) adı verilirdi. İslam inancına görə də şeytan da əslində mələklərin içərisindədir lakin sonradan üsyan etmişdir. Körmösler ən çox gün batımında və gün doğumunda ortaya çıxar və təsirli olurlar. Buna görə bu vaxtlar təhlükəli sayılır.
Lordoz
Lordoz (yun. "lordos" – əyilmiş) — anadangəlmə və ya sonradan qazanılmış onurğa əyriliyi, onurğa sütununda bel və omba hissədə olan önə əyrilik. Bu əyriliklər beli şaquli vəziyyətdə tutur, yeriyən, qaçan və tullanan zaman narahatlıq yaradır.
Meroe
Meroe (meroitcə Medewi və ya Bedewi, ərəb. مرواه‎ Meruvah və مروى‎ Meruvi, q.yun. Μερόη) — Nilin şərq sahilində, Sudanın Şendi şəhəri yaxınlığındakı Kabuşiya stansiyasından təxminən 6 km şimal-şərqdə, paytaxt Xartumdan təxminən 200 km şimal-şərqdə yerləşən qədim şəhər idi. Saytın yaxınlığında Baqraviya adlı bir qrup kənd var. Bu şəhər eramızın dördüncü əsrində dağılana qədər bir neçə əsr boyu Kuş krallığının paytaxtı olmuşdur. Paytaxt Meroe olduğu dövrdə krallığa daxil olan müasir Butana bölgəsinə "Meoe adası" adı verilmişdi. Meroe şəhəri Butananın yaxınlığında idi. Butanada başqa iki Meroit şəhəri daha var idi: Musavvarat əs-Sufra və Naqa. Bu ərazilərdən birincisinə, Fars şahzadəsi Kambiz tərəfindən bacısının şərəfinə Meroe adı verilmişdi. Şəhər əvvəlcə ölkənin əsl qurucusunun şərəfinə Saba adını daşıyırdı.
Meröy
Meröy (fr. Méreuil, oks. Mereulh) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Ser kantonuna daxildir. INSEE kodu — 05076. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 85 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 42 nəfər (15-64 yaş) arasında 28 nəfər iqtisadi fəal, 14 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 66,7%, 1999-cu ildə 58.7%). 28 aktiv adamdan 26 nəfər (15 kişi və 11 qadın) çalışdı, 2 kişi işsizdi.
Miron
Miron (yun. Μύρων)(b.e.ə.480-440) — Afinada yaşamış heykəltaraş. O, Eletrada doğulub. Aqeladasın tələbəsi olub. Miron əsərlərinin çoxunu bürüncdən hazırlayırdı. Tanrıların və qəhrəmanların heykəllərini hazırlamasına baxmayaraq Miron əsasən idmançıların heykəllərini hazırlayırdı. Tarixçi Plini Mironun işlərinin Polikletin işlərindən daha və düzgün daha harmonik olduğunu bildirmişdir. Onun ən məşhur əsərləri, Plininin "Pliny’s Natural History"(Plininin təbii tarixi) adlı əsərinə daxildir. (Bu əsər Roma vaxtından indiyə qədər gəlib çatan nadir əsərlərdəndir. Əsərdə hər şey haqqında məlumat toplanmışdır) Miron deyirdi ki, o, öz əsərlərinə heyranedici və həyat xüsusiyyətlərini verəndə fikrindəki emosiyaları orada göstərə bilmirdi.
Moböj
Moböj (fr. Maubeuge, nid. Mabuse/Malbode) — Fransanın şimal-şərqində, Belçika ilə sərhəddə şəhər. Sambr çayı sahilindədir. Nəqliyyatı qovşağı rolunu oynayır. Metal konstruksiyalar, boru, kabel, nəqliyyat maşınları, dəzgah istehsal olunur.
Mokoa
Mokoa (isp. Mocoa) — Kolumbiyanın cənubi-qərbində yerləşən şəhər və bələdiyyə, Putumayo departamentinin inzibati mərkəzi. == Coğrafi mövqeyi == Şəhər departamentin şimal-qərb hissəsində, Mərkəzi Kordilyer dağlarının ətəklərində, cənub-şərqdən təxminən 465 kilometr cənub-qərbdə yerləşən Boqata çayının sağ sahilində yerləşir. Mütləq yüksəklik dəniz səviyyəsindən 721 metrdir. Bələdiyyənin sahəsi 1030 km²dir. == Əhalisi == Kolumbiya Milli Statistika İdarəsi məlumatlarına görə 2012-ci ildə şəhər və bələdiyyə əhalisinin sayı 39.867 nəfər idi. İl ərzində şəhər əhalisinin dinamikası: 2005-ci il əhalinin siyahıya alınmasına əsasən, kişi əhalinin 49,4% -ni, qadınların isə müvafiq olaraq 50,6% -ni təşkil edir. İrqi ağ və mestizo şəhərin əhalisinin 75,1% -ni; hindlilər- 18,3%; zəncilər- 6,6%-ni təşkil edir. 15 yaşdan yuxarı əhali arasında oxuma yazma nisbəti 94,4% olmuşdur.
Molox
Molox (mas: מֹלֶךְ; q.yun. Μόλοχ, lat. Moloch) — qədim Finikiyada və Karfagen dinində günəş tanrısı. Bibliyada ammonların tanrısı kimi xatırlanır. Finikiya dilində molek – hökmdar deməkdir. Moloxun şərəfinə hərbi əsirlər, bəzi hallarda azyaşlı əyan uşaqları qurban verilərək yandırırdılar. == İstinadlar == == Əlavə ədəbiyyat == Cooper, Alan M. Phoenician Religion [first edition] // Jones, Lindsay (redaktor). Encyclopedia of Religion. 10 (2). Macmillan Reference.
Monom
Birhədli - ədəd, dəyişənlər və ya onların müəyyən natural üstlü qüvvətlərinin hasilindən ibarət olan ifadəyə deyilir. Məsələn, 7 {\displaystyle 7} , a {\displaystyle a} , 3 x {\displaystyle 3x} , − 2 a 2 {\displaystyle -2a^{2}} , 1 3 x ∗ ( − 2 x y ) {\displaystyle {\frac {1}{3}}x*(-2xy)} , − 7 a 2 ∗ 0 , 4 b 3 c {\displaystyle -7a^{2}*0,4b^{3}c} ifadələri birhədlilərdir. Tərifə görə ədəd də, dəyişən də ayrılıqda birhədlidir. Məsələn, − 2 {\displaystyle -2} , 0 {\displaystyle 0} , a {\displaystyle a} , x {\displaystyle x} , y {\displaystyle y} , m {\displaystyle m} və s. də birhədlidir. Birinci vuruğu ədəd olmaqla, müxtəlif dəyişənlərin müəyyən qüvvətlərinin hasili şəklində yazılmış birhədliyə onun standart şəkli deyilir. 7 x 3 {\displaystyle 7x^{3}} , 0 , 3 a 4 b {\displaystyle 0,3a^{4}b} , 7 a b 4 c 2 {\displaystyle 7ab^{4}c^{2}} , 3 m 6 n 4 {\displaystyle 3m^{6}n^{4}} ifadələri standart şəkildə yazılmış birhədlilərdir. Vurmanın və qüvvətin xassələrindən istifadə etməklə istənilən birhədlini standart şəkildə yazmaq olar. Məsələn, ( 3 a 2 b ) 2 ∗ 5 a b 7 = 9 a 4 b 2 ∗ 5 a b 7 = ( 9 ∗ 5 ) ∗ ( a 4 ∗ a ) ∗ ( b 2 ∗ b 7 ) = 45 a 5 b 9 {\displaystyle (3a^{2}b)^{2}*5ab^{7}=9a^{4}b^{2}*5ab^{7}=(9*5)*(a^{4}*a)*(b^{2}*b^{7})=45a^{5}b^{9}} , ( a 3 b 4 ) 7 ∗ ( 2 c 9 b 3 ) 2 = a 21 b 28 ∗ 4 c 18 b 6 = 4 a 21 b 34 c 18 {\displaystyle (a^{3}b^{4})^{7}*(2c^{9}b^{3})^{2}=a^{21}b^{28}*4c^{18}b^{6}=4a^{21}b^{34}c^{18}} , ( 3 a 4 b 2 ) 3 ∗ 1 3 a b 4 c 3 = 27 a 12 b 6 ∗ 1 3 a b 4 c 3 = 9 a 13 b 10 c 3 {\displaystyle (3a^{4}b^{2})^{3}*{\frac {1}{3}}ab^{4}c^{3}=27a^{12}b^{6}*{\frac {1}{3}}ab^{4}c^{3}=9a^{13}b^{10}c^{3}} və s. Standart şəkildə yazılmış birhədlinin ədədi vuruğu birhədlinin əmsalı, birhədlinin dəyişənlərinin qüvvət üstlərinin cəminə birhədlinin qüvvəti(dərəcəsi) deyilir: 45 a 5 b 9 {\displaystyle 45a^{5}b^{9}} birhədlisinin əmsalı 45, dərəcəsi 5+9=14; 4 a 21 b 34 c 18 {\displaystyle 4a^{21}b^{34}c^{18}} birhədlisinin əmsalı 4, dərəcəsi 21+34+18=73; 9 a 13 b 10 c 3 {\displaystyle 9a^{13}b^{10}c^{3}} birhədlisinin əmsalı 9, dərəcəsi 13+10+3=26; − 0 , 7 a 8 b {\displaystyle -0,7a^{8}b} birhədlisinin əmsalı -0,7, dərəcəsi 8+1=9-dur.Dəyişən iştirak etməyən, məsələn, − 7 {\displaystyle -7} , 1 7 {\displaystyle {\frac {1}{7}}} , 5 {\displaystyle 5} kimi birhədlilərin dərəcəsi 0 {\displaystyle 0} -ra bərabərdir.