Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mozaika
Mozaika (rəngli qurama) — (fr. mosaïque, it. mosaico, lat. (opus) musivum — muzalara həsr olunmuş əsər) eyni və ya müxtəlif rənglərdə şüşə, daş hissəciklərdən və plitələrdən hazırlanmış incəsənət nümunəsidir. Mozaikalar daxili divarlarda, döşəmələrdə və tavanda istifadə oluna bilər. Bəzən mozaikalardan açıq havada səkilərdə də istifadə olunur. Monumental-dekorativ sənətinin əsas növlərindən biridir. Mozaikadan əsasən dekorativ-tətbiqi sənətdə, bəzi hallarda isə dəzgah incəsənətində istifadə edilir. Mozaika şablon şəkildə kəsilmiş sadə və mürəkkəb həndəsi formalı xırda material qırıqlarından yığılır və əhəng, sement, mastika yaxud mum təbəqəsinə bərkidilir. Mozaikada həm də, xırda rəngli qeyr-şəffaf şüşə parçalarının nəm suvağa düzülür.
Qocalma
Qocalma — müəyyən yetkinlik dövrünə çatandan sonra orqanizmin funksional imkanlarının proqressiv azalması prosesidir. Bu bioloji proses yaşla əlaqədar olaraq inkişaf edib zamanla təbii səbəblərdən ölüm riskinin artması, orqanizminin, xüsusilə, çoxalma və regenerasiya qabiliyyəti kimi vacib funksiyalarının tədricən pozulması və ya itirilməsi ilə səciyyələnir. Qocalmanın bioloji, sosial və psixoloji cəhətlərini, habelə onunla mübarizə prinsiplərini və üsullarını gerontologiya elmi öyrənir.
Moçalnı adası
Moçalnı adası — Volqa çayında, Oka çayının ona töküldüyü yerin qarşı tərəfində yerləşir. 1864 və 1872-ci illərdə Nijeqorodda baş vermiş yanğınlardan sonra süngər ticarəti adaya köçürülmüşdür.. Ada öz adını buradan almışdır. 17-dən 18 avqusta keçən gecə adada Oranski kilsəsinin 15 monaxı güləlkənmişdir Bir müddət sonra ada kürləvi lülələmə yerinə çevrilir. Öldürülən şəxslərin cansız bədənləri Volqa çayına atılırdı. Rusiya vətəndaş müharibəsi zamanı adada 5 min insan güllələnmişdir. 30 sentyabr 2004-cü ildə bu hadisələrin şərəfinə taxta xaç qoyulur. Bu taxta xaç 2006-cı ildə daş xaçla əvəzlənmişdir.
Naviçella (mozaika)
Naciçella (it. Navicella, hərfi tərcüməsi "kiçik gəmi") — Cotto di Bondone tərəfindən 1305-1313-cü illərdə yaradılmış, Köhnə Müqəddəs Pyotr bazilikasının giriş arkadasında böyük divarda yerləşən və bazilika həyətinə açılan böyük mozaika olmuşdur. Əsərdə, İsanın suda gəzməsi hadisəsinin Matfeyin İncilində (Matfey 14: 24-32) qeyd edilmiş versiyası təsvir edilmişdir ki, bu da üç İncil arasında Müqəddəs Pyotrun İsaya qoşulmasının təsvir edildiyi yeganə variantdır. XVII əsrdə yeni bazilikanın inşası zamanı, mozaika dağıdılmış, bəzi hissələri saxlanılmış və 1675-ci ildə yeni bazilikanın portikində yenidən quraşdırılan mozakiaya əlavə edilmişdir. Uzaqdan görünməsi üçün dizayn edilmiş mozaika çox böyük ölçülərə malik olmuşdur. 1628-ci ildə mozaikanın yağlı boya ilə işlənmiş tam ölçülü versiyasının yaradılması Vatikan tərəfindən Françesko Berrettaya sifari edilmiş, lakin, bir neçə il ərzində orijinal mozaikanın müxtəlif hissələri itirildiyinə görə, əsər 7.4x9.9 metr ölçüdə yaradılmışdır. Orijinal mozaikanın isə təxminən 9.4x13 metr ölçüyə malik olması, aşağıdan isə latın dilində İncildən müvafiq hissələrin yazılması güman edilir. Yalnız Matfeyin İncilində Pyotr d qayığı tərk edərək dalğalar üzərində gəzir: Kardinal Yakopo Stefneskinin sifarişi ilə hazırlanmış mozaikada donor portreti Məsihin ayaqları altında təsvir edilmişdir; Papa V Klementdən sonra Roma şəhərini o idarə etmiş, Kuriya isə 1309-cu ildə, Avinyon papalığının başlanğıcında şəhəri tərk etmişdir. Sifariş adətən 1300-cü Müqəddəs İllə əlaqələndirilsə də, sonradan müəyyən edilmişdir ki, mozaikanın təsviri Cottonun Romaya səfəri zamanı, təxminən 1310-cu ildə hazırlanmış və mozaika ustalarına təhvil verilmişdir. Ehtimal ki, mozaika, Son Antik dövrə aid başqa bir mozaikanın yerində quraşdırılmış, lakin qədim sənət əsəri haqqında heç bir məlumat saxlanmamışdır.
Moçika mədəniyyəti
Moçe və yaxud Moçika mədəniyyəti — Cənubi Amerikada I əsrdən VIII əsrədək arxeoloji mədəniyyət. Mərkəzi Moçe çayının aşağı axarında olmuşdur. Moçika mədəniyyətinin lokal səciyyə daşıdığı haqqında düşünmək səhv olardı. Bu mədəniyyətin təsir dairəsi 24 oazisi əhatə edirdi ki, bunlar da səhra zonaları ilə bir-birindən ayrı olan Çikama, Viru, Santa və d. çayların sahillərində yerləşirdi. Buranın çox yaxşı dəniz kənarı iqlimi vardı. Bu şəraitdə təsərrüfatçılıq inkişaf etmişdi. Buranın sakinləri aqronomik bilik və bacarığa malik idilər. Təsərrüfat sahəsində onlar çox irəliyə getmişlər. Gübrə hazırlığı nəticəsində moçikalılar kartof, balqabaq, pomidor yetişdirirdilər.
Zevqma mozaika muzeyi
Zeuqma Mozaika Muzeyi (türk. Zeugma Mozaik Müzesi) — Türkiyənin Qaziantep şəhərində yerləşən və sahəsi 30.000 m2 olan arxeoloji muzey. Dünyanın ən böyük mozaika muzeyidir. Açıldığı ilk gündə 3000-dən çox ziyarətçi qəbul etmişdir. Həm memarlığı, həm də texnologiyası baxımından muzey dünyada öndə gedənlərdəndir. Muzey "İpək yolu" adı verilən E-400 yolunun üzərində inşa edilmişdir. 3 mərtəbəli 3 binadan ibarətdir. Bununla yanaşı 1.160 nəfəri qəbul edəcək konfrans salonuna da sahibdir. Muzeyin girişində isə Afina heykəli yerləşir. Burada yaşı 2000-dən çox olan mozaika sərgilənir.
Dürres Gözəli (mozaika)
Dürres Gözəli mozaikası (alb. Bukuroshja e Durrësit, ing. The Beauty of Durrës) — Albaniyada tapılan ən qədim, bizim eramızdan əvvəl 4-cü əsrə aid polixrom mozaikadır. Sahəsi 9 kvadrat metr olan bu mozaika ellips formasındadır. Üzərində tünd fonda güllər və digər bitkilərlə əhatələnən qadın başı təsvir olunub. 1918-ci ildə kəşf olunub və 1982-ci ildən Tirana şəhərində yerləşən Albaniya Milli Tarix Muzeyində sərgilənir. == Tarixi == Mozaika eramızdan əvvəl IV əsrin ikinci yarısında Durresdə yaradılmışdır. Mozaika 1916-cı ildə, Birinci Dünya Müharibəsinin ortalarında, Dürresin Avstriya-Macarıstan qüvvələri tərəfindən işğal edildiyi zaman aşkar edilmişdir. Avstriya-Macarıstan ordusunun hava hücumu üçün sığınacaqların tikintisi işləri zamanı hərbi mühəndislər, Durres şəhərinin günümüzdə mərkəzində yerləşən "Varoş" küçəsində bir evin bünövrəsində qazıntı işləri zamanı təqribən 3.8 metr dərinlikdə mozaika ilə qarşılaşdılar. 1918-ci iin aprel ayında Avstriyalı arxeoloq Kamillo Praşniker sığınacağın tikintisi bitməmişdən öncə həmin mozaikanı araşdırdı.
Malka çayı
Malka çayı (kab.-çərk. Балъкъ, qaraç.-balk. Балыкъ суу — türkcə. Balıqlı çay) — Rusiya ərazisində axan çay. Terek çayının əsas qoludur. Çayın çox hissəsi Kabarda-Balkariya ərazisindən keçir, çayın aşağı axınında kiçik hissəsi Stavropol diyarından keçir. == Relyefi == Malka çayı mənbəsini Elbrusun şimal yamaclarında götürür. Qaya-qapı keçidi ərazisində Qızıl-Kol, Birjali-su, Siltran-Tari-su, Qaraqaya-su və digər adsız axınlar birləşərək Malka çayını təşkil edirlər. Bu hissədə qayalar səthə çıxdığı üçün, bu səbəbdən çay yatağı 20,40 m hündürlüklərində dörd şəlaləyə haçalanır. Malka çayının yuxarı axarında, bir çox qolu özündə birləşdirən gur suludağ çayı axır (26), bunlardan ən böyüyü Muşta və Kiçmalka - sol, Şau -Qol isə sağ qolunu təşkil edir.
Böyük Saray Mozaika Muzeyi
Böyük Saray Mozaika Muzeyi (tür. Büyük Saray Mozaikleri Müzesi) — Türkiyənin İstanbul şəhərində, Sultanəhməd meydanında yerləşən mozaika muzeyi. Muzeydə Böyük Konstantinopol Sarayının yerindən tapılmış Bizans dövrünə aid mozaikalar nümaiş olunur. == Tarixi == Böyük Saray Mozaika Muzeyi 1953-cü ildə İstanbul Arxeologiya Muzeyində, 1979-cu ildə isə Ayasofya Muzeyinin nərzində açılmışdır. Muzey 1982-ci ildə Türkiyə Abidələr və Muzeylər Baş İdarəsi ilə Avstriya Elmlər Akademiyası arasında bağlanmış müqavilə əsasında aparılan bərpa işlərinin 1987-ci ildə başa çatdığından sonra indiki formasını almışdır. == Təsviri == 1872 m2 səth sahəsi ilə bu mozaika son antik dövrdən günümüzə qədər gəlib çatmış ən böyük və ən müxtəlif mənzərə təsvirlərindən biridir. Mozaika parçaları 150 insan və heyvan fiqurundan istifadə edərək təsvir edilmiş 90 fərqli mövzudan ibarətdir. Təbiət yönümlü rəsmlər, açıq havada çoban həyatı, işlə məşğul olan kəndlilər və ovçuların cəsarəti kimi mövzulardan bəhs edir. Təbiətdə və ya çəmənlikdə oynayan və otlayan heyvanlarla yanaşı, mifoloji heyvan hekayələrindən və ya nağıllardan gələn xəyali varlıqlar da mozaikalarda təsvir edilir. Muzeydə peristil sarayının səkisini bəzəmək üçün istifadə edilən mozaikalar var.
Calka cümə məscidi
Sultan Delimxanov adına Calka cümə məscidi çeç. Джалкар Султан Делимханов цIарах дина маьждиг — Çeçenistan Respublikası Qudermes rayonu, Calka kəndində yerləşən Qafqaz magistral yolunun yaxınlığında tikilmiş, kəndin ən böyük Cümə məscidi. Məscid Dövlət Dumasının deputatı Adam Delimxanovun atası Sultan Delimxanovun adını daşıyır. == Tarixi == Sultan Saytarbiyeviç Delimxanov adına kafedral məscidi, Dövlət Dumasının deputatı A.S.Delimxanovun atasının şərəfinə adlandırılmışdır. Məscidin inşasına 2009-cu ildə başlanılıb. Bu layihə Əhməd-Hacı Kadırov adına Regional İctimai Fond tərəfindən maliyyələşdirilmişdir. Tikintisi iki il çəkən məscidin açılışı Çeçenistan Respublikasının Prezidenti Əhməd-Hacı Kadırovun 60 illik yubileyinə təsadüf etmişdir. 23 avqust 2011-ci ildə məscidin təntənəli açılışı oldu, burada yerli sakinlər və Çeçenistan Respublikasının rəhbərliyi iştirak edirdi: Rusiya Federasiyası Dövlət Dumasının deputatı Adam Delimxanov, Çeçenistan Respublikası Hökumətinin sədri Odes Baysultanov, Parlamentin sədri Dukuvaxa Abdurahmanov, hökumət üzvləri, şəhər və rayonların rəhbərləri. Mərasimin fəxri qonaqları həmən günü Qroznıda keçirilən "İslamda təsəvvüfün yeri və rolu" Beynəlxalq İslam Konfransının iştirakçıları idi. == Memarlığı == Məscidin memarlığı iki üslubu özündə birləşdirir - biri klassik Osmanlı, digəri isə Bizans üslublarıdır.