Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Monako
Monako (fr. Monaco) və ya rəsmi adı ilə Monako knyazlığı (fr. Principauté de Monaco) — Aralıq dənizində, Qərbi Avropada, İtaliyanın Liquriya bölgəsindən bir neçə kilometr qərbdə, Fransız Rivierasında yerləşənə suveren şəhər-dövlət və mikrodövlət. Şimaldan, şərqdən və qərbdən Fransa ilə həmsərhəddir. Knyazlığın 38.682 sakini var və onlardan 9.486-sı Moneqask vətəndaşıdır; Bura dünyanın ən bahalı və zəngin yerlərindən biri kimi tanınır. Knyazlığın rəsmi dili fransız dilidir. Monako adı Münhen şəhərinin italyanca deyilmə şəklidir. Paytaxtı Monako-Vill, ən böyük rayonu Monte-Karlo, ümumi sahəsi 2.02 kvadrat kilometrdir. Monako dünyada ən kiçik fransızdilli ərazi sayılır. 1911-ci il konstitusiyasına görə Monte-Karlo — Monakonun şərq və şimal-şərqini əhatə edir, kurort və kazino ərazisi kimi məşhurdur.
Motaro
Motaro (ing. Motaro) - "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Yerdən kənar Qaranlıq dünyasının ən güclü döyüşçülərindən biridir.
Qocalı
Qocalı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1993-cü ildə yaradılmışdır. Qocalı oyk. Kürdəmir r-nunun eyniadll i.ə.v.-də kənd. Kür çayının sahilində, Şirvan düzündədir. Yaşayış məntəqəsini qocalı nəslinə mənsub ailələr salmşlar. Kənddə yaşayan nasillərdən biri indi də qocalı adlanır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 476 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Xocalı
Xocalı — Azərbaycanda şəhər, Xocalı rayonunun inzibati mərkəzi. Xocalı şəhəri 1992-ci ilin 26 fevral tarixindən Ermənistan tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xocalı şəhəri Rusiya Sülhməramlı kontingentinin nəzarəti altında olub. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. Yevlax rayonunda keçirilən danışıqların nəticəsində Xocalı rayonu 24 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının nəzarətinə keçib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. 1990-cı illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 məhsəti-türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndindən qovulmuş azərbaycanlıların bəziləri Xocalı şəhərində məskunlaşmışdılar.[mənbə göstərin] Xocalı ərazisi ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngindir. Memarlıq abidələrindən türbə (XIV əsr), dairəvi türbə (1356–1357-ci illər), ətrafinda son tunc və ilk dəmir dövrünə aid nekropol, kurqan çölü və s. var. XIX əsrdə aşkar edilmiş, daş qutu və kurqanlardan ibarət olan Xocalı qəbiristanlığı — son tunc və ilk dəmir dövrünə (e.ə.VIII-VII əsrlər) aid arxeoloji abidədir.
Açalo
Açalo (çeç. Ачал)— Çeçenistan Respublikasının Şatoy rayonundakı müdafiə qalası. Kelo çayı vadisinin sağında, qaya kənarında, tərk edilmiş Açaloy kəndindən 100 metr cənubda yerləşir. Təxmini tikilmə tarixi XII-XIII əsrlərə aid edilir. Çeçenistanın bu hissəsindəki qalalar XIX əsrin sonlarında coğrafiyaşünas A.E.Rossikova tərəfindən tədqiq edilmişdir. 1893-cü ildə yüksək dağlıq ərazi olan Şatoy bölgəsini coğrafiyaçı səyyah Q.İ.Radde E.Q.Kyoniq ilə birlikdə araşdırıb. 1965-ci ildə Şimali Qafqaz Arxeoloji Ekspedisiyası Şatoy rayonundakı müdafiə qalalarını öyrənməyə başlayır. Qala Açalo kəndindən 100 metr cənubda yerləşirdi. Qala kənarları ilə işıq istiqamətinə yönəlmişdir. Onun şərq küncü tamamilə dağılıb.
Mocan
Mocan kəndi İranın Qum ostanında Xələcistan bölümünün(Baxş)ının Dəstcerd qəsəbəsində yerləşib.Kəndin əhalisi Xələclərdən ibarətdir və Xələc dilində danışırlar.
Monlo
Monlo (fr. Montlaux, oks. Montlaur) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Sent-Etyen-lez-Orq kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye . INSEE kodu — 04130. 2008-ci ildə əhalinin sayı 2875 nəfər təşkil edirdi. 2007-ci ildə 79 yaşında (15-64 yaş arasında) 49 nəfər iqtisadi cəhətdən, 30 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 62.0%, 1999-cu ildə - 68.8%). Fəal olan 49 nəfərdən 44 nəfər (25 kişi və 19 qadın), 5 nəfər işsiz (3 kişi və 2 qadın) idi.
Motal
Motal — müxtəlif süd məhsullarını uzun müddət saxlamaq üçün xırdabuynuzlu heyvan dərisindən hazırlanmış qab. Pendir, yağ və şor maldar əhali arasında əsasən motallarda saxlanılır. Azərbaycanda bir-birinə oxşar iki motal növü var: Xırdabuynuzlu heyvan dərisinin iyidilərək yunu yonulur və duzlanaraq qurudulur. Sonra dəri yenidən yumşaldılaraq içəri tərəfə çevrilir. Dərinin qolları iplə möhkəm bağlanır. Motala pendir yığılanda onun içərisinə bir qədər üzlü süd, dələmə və ya qaymaq tökülür ki, pendir həm yaxşı qalsın, həm də yağlılığı və dadı artsın. Ağzı bağlanan motalı uzun müddət saxlamaq olur. Xalq arasında buna Qarabağ motalı deyilir. Qazax motalı adı ilə tanınan digər motal Azərbaycanın qərb zonasında geniş yayılmışdır. Bu növ motalı hazırlamaq üçün yenə də dəri duzlanır və günün altında möhkəm qurudulur.
Cəmilli (Xocalı)
Cəmilli — Azərbaycan Respublikasının Xocalı rayonunun Cəmilli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Cəmilli kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qvvələrinin nəzarətinə qaytarılmışdır. 1991-ci il 23 avqust tarixində qəsəbədə ermənilər tərəfindən 3 nəfər qətlə yetirilib, 7 nəfər ağır yaralanıb. Kənd Xankəndi şəhərindən 2,5 km uzaqlıqda, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşir.
Dağdağan (Xocalı)
Dağdağan — Azərbaycan Respublikasının Xocalı rayonunun Harov kənd inzibati ərazi dairəsində kənd. Ermənilər tərəfindən Krasnıy adlandırılır. Qarabağ silsiləsinin ətəyindədir. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Dağdağan kəndinin əhalisinin əhalinin sayı 213 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Dağdağan kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətində olmuş, 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qvvələrinin nəzarətinə qaytarılmışdır. Toponim Azərbaycanda bitən və qədimdən müqəddəs, pis qüvvələrdən qoruyucu hesab edilən dağdağan ağacının adı ilə bağlıdır. Fitotoponimdir. Azərbaycanda bu bitkinin adı ilə Dağdağan dağı (Xanlar və Şahbuz rayonları), Dağdağanlı dərə (Oğuz, Qəbələ, Qubadlı, Zəngilan, Qazax, Cəlilabad rayonları), Dağdağanlı Qobu (Şəki), Dağdağanlıdüz (Cəbrayıl), Dağdağan təpəsi (Xocavənd) və s. oronimlər də qeydə alınmışdır.
Daşbaşı (Xocalı)
Daşbaşı — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənd. Daşbaşı kəndi Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 1992-ci ildə işğal olunub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Daşbaşı kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qvvələrinin nəzarətinə qaytarılmışdır. Dağətəyi ərazidədir. Oykonim daş (burada "qaya" mənasındadır) və başı (üstü) sözlərindən düzəlib, "qaya üstündə kənd" deməkdir.
Daşbulaq (Xocalı)
Daşbulaq — Azərbaycan Respublikasının Xocalı rayonunun Daşbulaq kənd inzibati ərazi dairəsində kənd. Ermənilər tərəfindən Astxaşen adlandırılır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Daşbulaq qəsəbəsinin əhalisinin faktiki sayı 520 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Daşbulaq kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qvvələrinin nəzarətinə qaytarılmışdır. Xocalı rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Bədərə çayının (Qarqar çayının qolu) sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Kənd yaxınlıqdakı eyniadlı coğrafi obyektlərin adı ilə adlandırılmışdır. Xocalı rayonu ərazisində çay.
Daşkənd (Xocalı)
Daşkənd (əvvəlki adı: Daşuşen) — Azərbaycan Respublikasının Xocalı rayonunun Şuşakənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Daşuşen kəndi Daşkənd kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycan nəzarətinə qayıtmışdır. Qarabağ silsiləsindədir. XIX əsrdə İrandan gəlmə erməni ailələri burada məskunlaşdırıldıqdan sonra kənd Daşuşen (daşlıq kənd) adlandırıldı. 1992-ci ildən kəndin keçmış adı özünə qaytarılmışdır. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Daşkənd kəndinin əhalisinin faktiki sayı 119 nəfər, qeydiyyatdakı əhalinin sayı 120 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Daşkənd kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
Dəmirçilər (Xocalı)
Dəmirçilər — Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsində kənd. Kənd Qarabağ silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi dəmirçilər nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. XVI əsrdə qızılbaş tayfaları sırasında adları çəkilən dəmirçilər sonralar qazax tayfa birliyinin ən qüdrətli tirələrindən biri olmuşdur. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad etmişdir.
Dərələyəz (Xocalı)
Dərələyəz kəndi — Xocalı rayonunun tabeçiliyində yerləşir. 1992-ci il 14 fevral tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İşğal zamanı kənd 4 şəhid vermişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. Dərələyəz kəndinin ərazisi Xocalıdan 1 km aralıda, Xankəndi aeroportu yaxınlığında yerləşir. Kəndin əsası 1954-cü ildə qoyulub. O zaman Xocalı rayonu mövcud olmadığı üçün kənd 1988-ci ilə qədər Xankəndi şəhərinin tabeçiliyində olub. 1947-1954-cü illərdə ermənilər tərəfindən Qərbi Azərbaycandan on minlərlə soydaşımız öz doğma yurdlarından didərgin olurlar. Onların bir hissəsi yaşamaq üçün Dağlıq Qarabağa pənah gətirmişdilər. Xankəndi Xalq Sovetinin təsdiqindən sonra, onlar üçün hazırkı Dərələyəz kəndinin ərazisində 120 ev inşa edilir.
Emma Morano
Emma Morano (it. Emma Martina Luigia Morano) — Dünyanın ən uzunömürlü insanlarından biri. 2016-cı ilin 13 mayından, 2017-ci ilin 15 aprel tarixlərinə qədər dünyanın ən uzunömürlü insanı kimi qəbul olunmuşdur. Emma Morano eyni zamanda 2017-ci ildə yaşamış yeganə XIX əsrdə anadan olmuş şəxs kimi də tarixə düşüb. İtalyan Jan Kalmentdən sonra ən uzunömürlü avropalı olaraq tanınır. Emma Morano 1899-cu ilin 11 noyabr tarixində İtaliyanın Verbaniya şəhərində Covanni Morano və Matilda Breşiyananın ailəsində anadan olmuşdur. 8 övladın ən böyüyü olan Emma Moraonun 5 bacısı, 3 qardaşı vardı. Ailəsində anası, xalası və bacısı 90 yaşına qədər yaşamışdır. Bacısı Angela Morano 1908-ci ildə anadan olmuş və 2011-ci ildə 102 yaşında vəfat etmişdir. Ailə başçısı Covanni Moranonun işi səbəbindən ailə bir müddət sonra Ossola şəhərinə köçür.
Fonvey (Monako)
Fonvey ( fr. Fontvieille)-Monako Krallığının tərkibində yaranan 10-cu şəhərdir. Şəhərin cənub-qərbində yerləşir. Sahəsi-334 970 m²-dir. 2008-ci ilin məlumatlarına əsasən əhalisinin sayı-3602 nəfərdir. Monakonun 12-ci kralı Monako Rene III tərəfindən şəhər 1970-ci illərdə qurulmuşdur. Burada bir çox tikililər məşhurdur ki, onlardan şəhərin mərkəzində yerləşən Lui II-nin şərəfinə adlandırılmış stadionu göstərə bilərik. Bu şəhərdə Monako kutbol klubunun ofisləri, Monako Universiteti də yerləşir. Burada vertolyot dayanacağı da var ki, Monako Krallığı ilə Fransanı bura əlaqələndirir. Yüngül gimnastika yarışlarıda bu şəhərdə keçirilib.
Fərrux (Xocalı)
Fərrux — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənd. Kənd Əsgərandan 16 km, Xankəndidən 32 km aralı yerləşir. Kənddə 1932-ci ildə kolxoz təşkil olunub. 1958-ci ildə kəndə elektrik xətti çəkilib. 1988-ci ildə Qarabağ hadisələri başlayandan Fərrux kəndində yuva qurmuş əsasən İrəvandan, Livandan, Suriyadan gəlmiş erməni silahlıları, muzdluları Ağdamın Cinli, Əlimədədli və digər yaxın kəndləri atəşə tutur, dinc insanları qətlə yetirir və yaralayırdılar. Münaqişənin ilk illərində dəfələrlə ermənilər Fərruxdan Cinli kəndinə hücum edib. Münaqişə dövründə kənd və yaxınlıqdakı Fərrux yüksəkliyi xüsusi strateji əhəmiyyətə malik bir yer idi. 31 yanvar 1992-ci ildə Azərbaycan ordusunun birlikləri olan Şirin Mirzəyevin batalyonu və Ağdamın yerli OMON qüvvələri Fərrux kəndini erməni quldurlarından azad edilməsi əməliyyatında iştirak etdi. 1993-cü ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Fərrux kəndinin əhalisinin sayı 42 nəfər təşkil edirdi.
Karlos Maçado
Karlos Maçado (18 iyun 1980) — İspaniyanı təmsil edən stolüstü tennisçi. Karlos Maçado İspaniyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Kosalar (Xocalı)
Kosalar — Azərbaycan Respublikasının Xocalı rayonunun Kosalar kənd inzibati ərazi dairəsində kənd. Yuxarı Qarabağda axırıncı işğal olunan kənddir. Xankəndi şəhəri və Kərkicahan qəsəbəsinin yaxınlığında yerləşir. Xocalı rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin yamacındadır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini keçmış Zəngəzur qəzasının Kosalar (indiki Ağoğlan) kəndindən köçmüş ailələr salmışlar. Oykonim yaşayış məntəqəsinin əsasını qoymuş kosalar nəslinin adını əks etdirir. Keçən əsrdə Krım vilayətində Kosalar və Kosa Eli adlı yaşayış məntəqələri qeydə alınmışdır. Kərəm Əsgərov, Xocalı Rayon İcra Hakimiyyəti başçısının Kosalar kəndi üzrə ərazi nümayəndəsinin dedikləri. "Kosalar bir xeyli müqavimət göstərdi, hər hücum düşmənə ağır itki ilə başa gəlirdi.
Ligamentum vocale
Səs bağı (lat. ligamentum vocale) — qırtlağa məxsus bağ. Elastik konusu təşkil edən liflərdən bir dəstəsi həqiqi səs büküşlərində yerləşir ki, bunu da səs bağı adlandırırlar. Bu bağ elastiki liflərdən təşkil olunaraq qalxanabənzər qığırdaqdan başlayır və çalovabənzər qığırdağın səs çıxıntısına bağlanır.
Meşəli (Xocalı)
Meşəli — Azərbaycan Respublikasının Xocalı rayonunun Meşəli kənd inzibati ərazi dairəsində kənd. Meşəli kəndinin adı türk dilində izah olunur və meşəlik yerdə yerləşdiyinə görə belə adlandırılmışdır. Kənd Qırxqız dağlarının ətəyindədir. Palıd, fıstıq və cır meyvə ağaclarından ibarət mənzərəli meşəlik ərazidə yerləşdiyi üçün belə adlanmışdır. Dağlıq Qarabağ Muxtar Vilayətinin mövcud olduğu dövrdə ermənilərin millətçi rəhbər orqanları tərəfindən yaşayış məntəqələrinin rəsmi siyahisına salınmamışdır. 1990-ci ildə kənd statusu verilib. Kəndin ərazisində qədim qəsr, imarət, kurqan və s. maddi mədəniyyət nümunələrinin nişanələri var. 1991-ci ildə ermənilər tərəfindən yandırılıb, əhalisi isə didərgin salınmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub.
Mikayıllı (Xocalı)
Mikayıllı — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. Kənd 1990-cı ildə ermənilərlə mübarizədə helak olmuş polis baş leytenantı, Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun şərəfinə Mikayıllı adlandırılmışdır. Bu kənd ermənilər tərəfindən yandırılmışdır.
Monako-Vill
Monako Vill (fr. Monaco-Ville) — Monako paytaxtı. Şəhər ölkənin sentrin cənubda, Aralıq dənizin sahilində yerləşir.
Monako FK
Monako Futbol Klubu İdman Assossiyasi (fr. Association Sportive de Monaco Football Club) — Monako Knyazlığına aid olsa da, knyazlığın UEFA-ya üzv olmamağı səbəbindən Fransa Liqasında çıxış edən, bu səbəbdən də fransız klubu sayılan profesional futbol klubu. 1 avqust 1919 tarixində qurulan Monako İdman Assossiasiyası Fransadakı idman yarışlarında iştirak edən ən qədim idman qurumlarında biridir.